Dərslik Bakı 014 bbk 60. T 12


Seminar üçün və ya müstəqil olaraq yerinə yetirmək üçün taprışıq



Yüklə 2,78 Mb.
səhifə76/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   131
Seminar üçün və ya müstəqil olaraq yerinə yetirmək üçün taprışıq.
1. Çox da böyük olmayan, 5-6 nəfər qruplara bölünün və ranjirləmə obyektlərinin siyahısını hazırlayın. 7-9 obyektin olması kifayətdir. Obyektlərin müqayisəsi üçün əsasın, yəni ranjirlənmənin əsasını formalaşdırın.

2. Daha sonra hər kəs bu siyahı ilə işləməlidir. Bu tapşırığın əsas məqsədi ranjirləmənin iki üsulunun müqayisəsidir. Bu məqsədə çatmaq üçün aşağıdakı addımlar atılmalıdır:

 hər bir tələbə ayrıca vərəqdə heç bir işarə etmədən (məsələn sıra nömrəsi olmadan) ranjirləmə obyektlərinin siyahısını yazsın;

 Hər bir ranjirləmə obyekti əlifba hərfləri ilə işarə olunmuş ayrıca kartoçkaya yazılır;

 obyektlərin siyahısı olan vərəqi götürərək, birbaşa ranjirləmə keçirmək və birbaşa yaddaşa həkk olunmuş effektindən qaçmaq üçün vərəqəni tez tərs özünə çevirin;

 vərəqələrı götürün və cüt-cüt müqayisə keçirin, nəticələri yazın, hər bir obyekt üzrə verilən üstünlükləri (onları şərti olaraq bal adlandıra bilərik) hesablayın;

 iki ranjirləşmiş cərgəni müqayisə edin, bunun üçün onları iki xətkeş şəklində təqdim edin;

 Əgər nəticələr üst-üstə düşməsələr – belə situasiya bir çox tələbələrin başına gəlir – bunun nəyə görə baş verdiyini aydınlaşdırmağa çalışmaq lazımdır.

 tranzitivliyin pozulub-pozulmamasını yoxlamaq lazımdır.

3. Bu mərhələ qrup tərəfindən yerinə yetirilməlidir. Məqsəd 2-ci bəndin məqsədinə analojidir, mövcud fərq ancaq ondan ibarətdir və ranjirləmənin nəticələri bütöv qrup üçün iki üsul ilə müqayisə edilir.

 bütün qrupun apardığı cüt-cüt müqayisələrin nəticələri üzrə 2.4.4 cədvəli tipində cədvəl və ranjirlənmiş cərgə tərtib edin;

 individual ranjirləmənin nəticələrini 2.4.2 tipli cədvələ yazın və «modanın» ilə «medianın» əsasında «orta» ranjirlənmiş cərgə əldə edin;

 ranjirləmənin iki üsulunun nəticələrini müqayisə edin, uyğun gəlmələrin analizini keçirin və bunu izah etməyə çalışın.

 məsələnin çərçivəsində bu suala cavab verməyə çalışın: bu və ya digər ranjirləmə üsulu nə zaman və hansı şəraitdə daha yaxşıdır?


5.Proyektiv metodlar
Psixosemantik metod bir ölçmə üsulu ilə bir analiz üsulu kimi. Ç.Osqudun semantik differensialı. Tamamlanmış cümlə metodu sosial ümidlərin və sosial stereotiplərin öyrənilməsi üçün bir üsul kimi. 20 «Mən» testi şəxsiyyətin özünüidentifikasiyasının öyrənilməsinin bir üsulu kimi.
İndeks analizinin və ranjirləmə prosedurasının nümunəsində biz əyani olaraq nümayiş etdirdik ki, sosioloji tədqiqatın «metodunu» ya ölçmə metodlarına, ya da analiz metodlarına aid etmək necə də çətin olur. Hər şey kontekstdən, tədqiqat situasiyasından və məqsəddən (hansına ki, nail olmaq üçün metoddan istifadə olunur) asılıdır.

Bu bir daha sübut edir ki, sosiologiyada bitkin anlayış aparatının olmaması heç də sosiologiyanın bir elm kimi zəif «inkişaf etməsinin» fenomeni deyildir, bizim elmin daxili spesifikası və xüsusiyyətidir. Buna görə də bəzi metodları - üsul, bəzi metodları - prosedur adlandırmaq məqsədəuyğundur, çünki onların empirik reallaşması çoxmənalı xarakter daşıyır. Onlar bəzən ölçmə üsulları rolunda, bəzən də analiz metodları rolunda çıxış edirlər. Hər belə prosedur informasiya yığımının spesifik texnikasını və empirik məlumatların spesifik riyazi işlənməsini nəzərdə tutur. Buna görə də diaqnostik prosedur anlayışı metod və texnika anlayışlarından fərqli olaraq, daha çox münasibdir.Təəssüf ki, bu anlayış sosioloji ədəbiyyatda istifadə olunmur.

Metodoloji prosedur kimi anlaşılan bu növ spesifik yanaşmaya həm də sosioloqların psixologiyadan mənimsədikləri psixoloji prosedurlara da aiddirlər. Bu prosedurları testlər [1, 3, səh.186-201] də adlandırmaq olar. Bəzi testlər bir növ şəxsi xarakteristikaları, digərləri isə qrup xarakteristikalarını ölçürlər. Testlərin sayı çoxdur. Biz müzakirə üçün proyektiv metodlara aid olan ancaq bir neçə proseduru seçib götürürük. Söhbətin nədən getdiyini izah edək.

Həmişə kifayət qədər dinamik olan sosial reallığı öyrənən zaman tədqiqatçını belə bir sual düşündürür: bu reallıq konkret insanlar tərəfindən necə qavranılır, onların beynində necə əks olunur, müəyyən sosial normalara, obrazlara çevrilir. İnsanın daxili aləminə daxil olmaq üçün əvvəlcədən hazırlanmış sxemlərdən, birmənalı interpretasiya olunan anlayış və kateqoriyalardan istifadə etmək qeyri-mümkündür. Buna müvafiq olaraq, informasiya yığımının sərt formalaşdırılmış, strukturlaşdırılmış metodları, bildiyiniz kimi, bu halda işləmir. İnsanların öz gündəlik həyat təcrübələnini nizamlamaq üçün istifadə etdikləri anlayış və kateqoriyaların cəlb olunmasına zərurət yaranır. Təklif olunmuş iki ranjirləmə metodundan birini seçmək kontekstində analoji fikirlər artıq söylənmişdir.

Bu metodlar şəxsiyyətin subyektiv xüsusiyyətlərinin proyeksiyasını bir növ sosioloqun ekranına salır. Sosioloq respondentə stimullar (işarələr, mətnlər, şəkillər, situasiyalar) təklif edir və verilən reaksiyalara görə qapalı, dərk olunmayan, idrak proseslərini, tələbatları, obrazları və s. təyin edir. Məntiqi kvadratı yadımıza salaq. O, müəyyən dərəcədə proyektiv texnikadır. Respondentə iki sual verməklə siz elə bil onun subyektiv meyllərini, istəklərini onun üçün qeyri-real olan situasiyalarda aşkara çıxardırsınız. Bu şəxsi qiymətlərə görə fikri müəyyən edirdilər: təhsildən razı qalmağın dərəcəsi motviasiya gücü kimi.

Misal kimi üç proyektiv metodu nəzərdən keçirək. Məhz bu prosedurların seçimi onların aşağıdakı xüsusiyyətləri ilə şərtləndirmişdir. Bu prosedurlardan biri Ç. Osqudun (Ch. Osgood) semantik differensial metodu sosiologiyada geniş çeşiddə məsələlərin həlli üçün tətbiq olunur və həm d ölçmə metodu, həm də analiz metodu kimi interpretasiya olunur. İkinci prosedur – tamamlanmamış cümlələr metodu – sosiologiyada sosial ümidlərin və sosial normaların öyrənilməsi üçün bir üsul kimi istifadə olunur. Üçüncü prosesdur – iyirmi «Mən» testi – şəxsiyyətin özünü identifikasiyasının öyrənilməsi üçün istifadə olunur. Sonuncu iki halda söhbət mətn informasiyası ilə işləməkdən gedir ki, bu da həmçinin məhz bu metodların seçimini müəyyən etmişdir.



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin