Cədvəl 2.5.1
Üç tələbənin verdiyi cavablar
Mən kiməm?
|
Mən kiməm?
|
Mən kiməm?
|
1. Mən - elə Mənəm
|
1. Tələbə
|
1. Bulud
|
2. İnsan
|
2. İnsan
|
2. Yağış
|
3. Qadın
|
3. Sərnişin
|
3. Qağayı
|
4. Tələbə
|
4. Oxucu
|
4. Dəniz
|
5. Moskvalı
|
5. Tamaşaçı
|
5. Günəş
|
6. Respondent
|
6. Piyada
|
6. Sahil küləyi
|
7.Mən-xoşbəxt adamam
|
7. Alıcı
|
7. Dahi
|
8. Qərb ulduz falına
görə qız bürcündənəm
|
8. İnformasiya
istehlakçısı
|
8. Kənd
|
9. Şərq ulduz falına
görə ilanam
|
9. Repetitor
|
9. Şüur
|
10.Linqvist (gələcək)
|
10. PK istifadəçisi
|
10. Allah
|
11. Şəxsiyyət
|
11. Və s. və i.a.
|
11. Uçuş
|
12. Qapalı
|
12. Və s.və i.a.
|
12.Yaradıcılıq
|
13. İnadcıl
|
13
|
13. Şəlalə
|
14. Simpatik
|
14
|
14. Şəfəq
|
15. Mavi gözlü
|
15
|
15.Xoşbəxtlik
|
16. Məğrur
|
16
|
16. Yuxu
|
17. Hündür
|
17
|
17. Arzu
|
18. Kosmopolit
|
18
|
18. Ziddiyyət
|
19. Yerdəyişməni sevən insan
|
19
|
19. Sakitlik
|
20. Qəhvə sevən insan
|
20
|
20. Şans
|
Zəruri olaraq nəzərdə tutmaq lazımdır ki, heç də bütün respondentlər tam cavab verməmirlər (respondent 2), yəni çoxları iyirmi assosiasiyanı göstərmək imkanında deyildirlər və bunu tələb etmək də lazım deyildir. Doldurulmuş sətirlərin sayı özlüyündə sorğulananın şəxsiyyətini xarakterizə edir. Bir qayda olaraq cavabları vermək üçün respondent çox vaxt isim tapa bilmir (respondent 1), bəzilərində isə isimlər «aşıb-daşır» (respondent 3). Respondentlər yuxarıda qeyd olunmuş dörd öz yerini təyin etmələrə ya malikdirlər, ya da malik deyildirlər. Buna əsaslanaraq, respondentin formal «təsvirinə» başlamaq olar. Hər birinə uyğun olaraq sıfır və vahidlərdən ibarət dəsti aid etmək lazımdır. Nəzəri olaraq, aşağıda qeyd olunan 16 mümkün dəst ola bilər:
0 000
|
0 001
|
0 010
|
0 011
|
0 100
|
0 101
|
0 110
|
0 111
|
1 000
|
1 001
|
1 010
|
1 011
|
1 100
|
1 101
|
1 110
|
1 111
|
Əgər respondentə bütün dörd sinifdən olan öz yerini təyin etmələr varsa, onda buna uyğun olaraq ona 1111 dəsti aid olunur. Əgər respondent ancaq K2 sinifdən olan öz yerini təyin etməyə malikdirdsə, ona uyğun olaraq 0100 yazılır. Mümkün olan dəstlərin sayı 24=16-dir. Əlbəttə ki, təcrübədə bütün dəstlərə rast gəlmək olmur. Mətn informasiyanın belə kodlaşdırılması eyni strukturlu öz yerini təyin etməyə malik respondentlərin ayrıca qrupunu seçib ayırmağa imkan verir. Bununla da sosioloq özünüidentifikasiyasını öyrənmək üçün tipoloji qruplar, tipoloji sındromlar tapır. İyirmi öz yerini təyin etmə testi ilə əldə olunmuş mətn informasiyasını formalaşdırmaq üçün başqa yollar da mövcuddur.
OSD, TCM metodlarını, iyirmi özünü təyin etmə testini belə səthi nəzərdən keçirdikdən sonra biz sizinlə hansı nəticələri çıxarda bilərik.
Onların üçü də metodoloji prosedurlardır, onlarda yığım texnikasını, ölçmə texnikasını, analiz texnikasını ayırmağın mənası yoxdur. Bununla belə real tədqiqatlarda onlardan sosial obyektlərin xüsusiyyətlərini ölçmək üçün üsul rolunda, sosial reallığı analizi üsulu rolunda empirik məlumatların yığımı texnikası kimi istifadə etmək olar.
Mətn informasiyasının hər bir növü analiz üçün spesifik məntiqi formalaşdırmaq tələb edir. Ancaq bundan sonra riyazi formallaşdırmağa növbə çatır.
Hər üçü müxtəlif məqsədlər üçün istifadə oluna bilər və o cümlədən sosial fenomenlərin tipoloji analizinin keçirilməsində. Tipoloji analiz problemləri üçün biz kitabın son hissəsini ayırmışıq.
Seminar üçün və ya müstəqil olaraq yerinə yetirmək üçün tapşırıq
Aşağıda göstərilmiş ilk iki tapşırığı qrup halında (4-5 tələbə) yerinə yetirmək faydalıdır. Onlar tədqiqatçı kollektiv rolunda çıxış edirlər. Nəticələri mütləq müzakirə etmək və məsələnin qoyuluşunda olan metodiki səhvləri tapmağa cəhd etmək tövsiyyə olunur.
1. Ç.Osqudun semantik differensial metodunu aprobasiya etmək. Bunun üçün üç obyekti (anlayışı, təsviri) müqayisə edərək, onları altı şkala üzrə qiymətləndirmək kifayətdir. Bu şkalaları elə seçin ki, onlar üç faktordan (qüvvə, aktivlik, münasibətlər) iki müxtəlif olan faktora aid olsunlar. Respondent kimi qrup üzvlərinin özləri çıxış edirlər. Hər bir qrup obyektlərin yaxınlığının analizini faktorların ikiölçülü sahəsində aparır. Nəticə qrafik şəkildə təsvir olunur.
2. Öyrənmək üçün 2-3 natamam cümləni fikirləşib tapmaq, məsələn ali təhsilin dəyərləri, iddiaların səviyyəsi və s. Qrup üzvləri – respondentlərdir. Elementar əsaslandırmanı tapıb ayırın. Onları elementlərdə birləşdirin. Öz aralarında oxşr olan respondentləri tapmağa cəhd göstərin.
3. Bu tapşırıq ev tapşırığı və fərdi tapşırıq kimi yerinə yetirilir. Hər bir tələbə iyirmi «Mən» testi üzrə bir neçə adamı sorğuya tutur. Bu məlumatlar əsasında çıxarılmış nəticələr seminarlarda elan olunur.
İkinci fəslin nəticələri
1. Ölçmə – informasiya analizinin tərkib hissəsidir, məlumatların analizi üçün əsasların alınması proseduru ilə bağlıdır. Sosial reallığın öyrənilməsinin ayrı-ayrı üsulları həm ölçmə üsulları, həm də analiz üsulları (məntiqi və analitik indekslər, ranjirləmə) adlandırılır. Bəzi ölçmə üsulları (Ç.Osqudun semantik metodu) həm də sosial reallığın analizinə yanaşmalar kimi də interpretasiya olunur. Ölçmə sosial fenomenlərin xüsusiyyətlərini öyrənmək modelindən başlayır.
2. Ölçmə – bu şkalalamadır (birölçülü və ya ikiölçülü). Ölçmə – şkalanı əldə etmək üçün prosedurdur (Laykert şkalası, Terstoun şkalası, Quttman şkalası). Ölçmə – şkalanın özünün, yəni dərəcəli xətkeşin (birölçülü şkalanın mövcudluğunu fərz edərək) əldə edilməsidir. Ölçmə – bu diaqnostik prosedurdur.
3. Biz ölçmənin sabitliyi, ölçmənin vahidliyi, ölçmənin relevantlığı kimi anlayışları mətnə daxil etməkdən imtina etdik. Bizim məqsədlərimiz üçün bu anlayışlar zəruri deyildirlər. Ölçmənin «düzgünlüyünü» artırmaq üçün bir çox tövsiyələri təcrübədə tətbiq etmək çətindir [11]. Əgər bu anlayışlara müraciət etmək istəyirsinizsə, müvafiq ədəbiyyatdan istifadə edin [4, 7, 9, 14, 15, 19, 20].
4. Biz Terstoun şkalasının, Quttman şkalasının Ostqudun semantik differensialının və s. psixoloji və riyazi əsaslarını nəzərdən keçirmirik. Onların əsasında duran modellər bu kitab üçün mürəkkəbdir. Onları başa düşmək üçün həm psixologiyanı, həm riyaziyyatı bilmək lazımdır. Metodologiyanı, metodikanı, metodları bir neçə mərhələdə öyrənmək, onların haqqında bilikləri ardıcıl şəkildə dərinləşdirmək vacibdir.
5. Əgər ölçmə üsullarını empirik məlumatlar tipləri ilə müqayisə etsək, onda aşağıdakı nəticələri əldə edirik. Birinci tipdə söhbət ölçmənin metrik səviyyəsindən gedir və ölçmə problemi əsasən analitik indekslərin formalaşmasından və ranjirləmədən ibarət olur. İkinci tipdə ölçmə verbal mülahizələrin kodlaşdırılması və ya qrafik şkalaların olunması kimi baş verir. Üçüncü və dördüncü tiplərdə ölçmə problemi özünü bütün üsulların müxtəlifliyində göstərir. Nəhayət, beşinci tipdə seçmə problemi mətnlərin müxtəlif «mənşəli» olması ilə əlaqədar yazılır, udulur, şərtləndirilir.
Dostları ilə paylaş: |