Dərslik Bakı 014 bbk 60. T 12



Yüklə 2,78 Mb.
səhifə80/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   131
İyirmi «Mən» testi (İMT)

Bu metod 50-ci illərdə M.Kun (M.Kuhn) və T.Makparlend (T.Mc.Partland) tərəfindən öz şəxsi «Məninin» obrazını öyrənmək üçün, həyatda öz yerini təyin etməyi və ya şəxsiyyətin özünüidentifikasiya etməsini öyrənmək üçün işlənmişdir [2, 21]. İnformasiyanın yığımının metodikası kifayət qədər sadədir. Respondentə «Mən kiməm» başlığı ilə iyirmi nömrələnmiş xətti olan vərəq verilir. Ondan xahiş olunur ki, «Mən kiməm?» sualına özü-özünə cavab verirmiş kimi cavab versin və sürətlə öz cavablarını vərəqəyə yazsın; cavabların isim şəklində olması arzu olunur. Cavablar ağlına gələn ardıcıllıqla yazılsınlar. Nə məntiq, nə də cavabların mühümlüyü haqqında düşünmək lazım deyil. Bu metodikanın müəllifləri tərəfindən müəyyən olunmuşdur ki, cavablar dörd yerə bölünür. Bu zaman onlardan ikisi obyektiv öz yerini təyin etməyə (onları K1K2 kimi işarə edək), digər ikisi isə subyektiv öz yerini təyin etməyə (onları K3K4 kimi işarə edək) aiddirlər. K1 sinfinə fərdin «fiziki» obyekt kimi (Mən-insanam, Mən-qadınam) öz yerini təyin etmələri daxildir. K2 sinifini fərdin sosial obyekt kimi (Mən – cəmiyyətin üzvüyəm, Mən-tələbəyəm, Mən-müəlliməm) təqdim edən öz yerini təyin etmələr təşkil edir. Subyektiv öz yerini təyin etmələr sinifinə olan K3 sinifinə (Mən – heç kimə lazım olmayan adamam, Mən-pessimistəm, Mən-xoşbəxtəm, Mən- musiqini dinləməyi sevirəm, Mən-dostlarımla yaxşı yeyib-içməyi sevirəm) kimi davranışın bir növ sosial-relevant xarakteristikaları ilə bağlı olanlar daxildir.

Nəhayət, K4 sinifini elə öz yerini təyin etmələr təşkil edir ki, onlar sosial davranışa münasibətdə bu və ya digər dərəcədə irrelevantdırlar, eləcə də test tərəfindən qoyulmuş özünü identikləşdirmək məsələsinə (yaşamaq –ölmək üçün) qarşı da irrelevantdırlar.

2.5.1 cədvəlində real məlumatlar verilmişdir – bunlar gələcək linqvistlər arasında keçirdiyimiz tədqiqatda üç tələbənin verdiyi cavablardır. Məhz bu sənədlərin (respondentlər tərəfindən doldurulmuş blanklar) misal kimi göstərilməsi təsadüfi deyildir. Birinci sənədi ona görə veririk ki, o, kifayət qədər tipikdir, yəni cavabların belə strukturuna məlumatlarda tez-tez gəlmək olur. İkinci sənəd də cavabların dolğunluğunun və strukturun spesifikasının eyni zamanda yoxluğu ilə tipikdir. Belə qəbildən olan sənədlərə də tez-tez rast gəlinir. Üçüncü sənəd ona görə seçilib ki, o, spesifikdir və ona analoji olanlar bizim metodik tədqiqatlarımızda daha yoxdur. Bu məlumatları interpretasiya etməyə çalışın, çünki tədqiqatlarda məhz bu üç situasiyaya rast gəlinəcəkdir.



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin