Zaur vediLİ



Yüklə 1,39 Mb.
səhifə1/19
tarix21.10.2017
ölçüsü1,39 Mb.
#7777
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   19


ZAUR VEDİLİ


(Dramlar)

Bakı

Şirvannəşr

2008

Beynəlxalq Qızıl Priz laureatı (Madrid, 2004)

Şirvannəşr, 51(1187), 2008

Naşir Qəşəm İsabəyli



_____________________________

Redaktoru



Həmid Arzulu

yazıçı-dramaturq


Nəşriyyat redaktoru

Anar İsabəyli

BDU-nun dissertantı


Tərtibçi

Əmrah Əsədoğlu

Zaur Vedili

Məhəbbətin intiqamı.Dramlar.

Bakı – Şirvannəşr – 2008

səh
83.3 Az (2)

V­­­­­---------------

054
© Z.Vedili, 2008

___________________________________



Ünvan: Bakı-Az 1021, Badamdar şos. 77

Tel: 492-92-27, 492-93-72, (050)316-23-40

ZAUR VEDİLİNİN DRAMLARI
Zaur Vedili öz istedadı, yaradıcılıq axtarışları ilə poeziya se­vər­­lərin qəlbinə yol tapmış, Naxçvanda yaşayıb-yaradan şair­lə­ri­miz içərisində öz qələmi, öz dəsti-xətti, şeirinə, yeni-yeni for­ma­lar seçmək sahəsində orijinal üslub, yeni yollar axtaran bir şair­dir. Qərbi Azərbaycanın Vedi rayonunda, daha dəqiq desək Xa­li­sa kəndində doğulub boya-başa çatan Zaur Vedili tarixi düş­mən­­­lərimiz, zatında xəstə hüceyrələr olan və daim özünü yazıq, ağ­­lar millət kimi dünyaya təqdim edən və heç şübhəsiz, axırda da ağlar günə qalacaq daim türkləri soyqırımına məruz qo­yan er­mə­­nilərin 1988-1990-cı illərdə silahlı hədələri, təzyiqləri nə­ti­cə­sin­də doğma yurd-yuvasını tərk edərək qədim Naxçıvana pənah gə­tirmiş bu istedad sahibi məhz burada, bu Əcəmi yur­du Nəq­şi­ca­­handa ədəbiyyat aləmində tanınmışdır.

Məhz burada onun bir neçə kitabları nəşr olunmuşdur. Nax­çı­­­van onu öz şair övladı kimi ağuşuna alsa da, Zaurun qəlbində do­ğulduğu diyarı, uşaqlıq çağlarını keçirdiyi sevimli kəndinə həd­siz məhəbbəti sönüb getməmiş, özü də yazdığı kimi, bu dərd, bu həsrət “duz basılmış yara” kimi onun qəlbini, cismini daim göy­nətmişdir. Cəfakeş şairin bütün kitablarında Vətən–Vedi–Xa­ilsa dərdi sızıltılı, göynərtili, misralarla daim yada salınır, xa­tır­­­lanır. O, “Vətən! – Vətən!” deməkdən yorulmur və aram-aram bu ayrılığın yanıqlı poeziyasını yaradır.

Bütün bunları ona görə yazıram, deyirəm ki, Zaur Vedilinin oxu­yub rəy yazmaq üçün mənə təqdim etdiyi yeni pyeslərini də bu hiss, bu yanğı, hakim kəsilmişdir. Xüsusilə “Yurd itgisi” və “Sə­daqət” pyesləri birbaşa bu mövzuya, tariximizin 1988-90-cı il­lərində Azərbaycanlıların Vedi rayonundan departasiya və Qa­ra­­bağda gedən döyüşlərlə əlaqədardır. “Yurd itgisi” pyesi şeirlə baş­­lanır və Zaur bu itgini “Cavan ömrü puç eyləyən”, “Dağa-da­şa güc ey­lə­yən ağır dərd” adlandırır. Şair bunu insana, insanlığa ən qəddar qəsd, bəla hesab edir.

Adı çəkilən pyesdə də Ənvər kişinin oğlu Nicatla Günayın mə­həbbətindən söhbət açılır. Onların məhəbbəti də həmin dövr­lə­rə düşür. Nicatı evlənməyə, toy etməyə vadar etsələr də o buna hə­ləlik razı olmur. “Qarabağda oğullarımız şəhid olsun... mən də bur­da toy çaldırım?”– deyir. Günay da sevgilisini başa düşür. On­­lar inanırlar ki, nə zamansa toyları olacaq, bir-birinə qovu­şa­caq­­­lar. Nicat “Vətən gülərsə, xalqımız dinc-firəvan ömür sürərsə, on­­da haqqımız olar ki, biz də toy barəsində fikirləşək” – deyə Gü­­naya müraciət edir. Vəziyyət getdikcə gərginləşir və departa­si­­­ya qaçılmaz olur. Erməni faşistləri onları yurd-yuvalarından di­dərgin etmək üçün min bir hiyləyə, fitnəyə əl atırlar. Başqa ai­lə­­lər kimi bu ailə də doğma yurdu tərk etməli olur. Onlar dədə-ba­­ba ocağından çıxanda Nicatın atası Ənvər kişi bir kisə Vətən tor­­pağı da özüylə götürdü. Bu torpaq əsər boyu Vətən həsrətini on­­lara xatırladır. Əsər Nicatla Günayın Azərbaycanda vüsala qo­vuş­ması ilə bitir. Sonda müəllif bir el misalına da müraciət edir.

Bu misal ürəklərdə qara xal salan Vətən həsrəti ilə bağlıdır.

Bir kişi dəvəsini itirir. Təsadüfən bir dəvə kərvanında öz də­və­sini görür və tanıyır. Karvanbaşı deyir ki, o sənin dəvən de­yil. Ki­şi təkid edir və söyləyir ki, onun ürəyində qara xal var. İnan­mır­san kəs bax. Dəvəni kəsirlər və həqiqətən də dəvənin ürə­yin­də qara xal görürlər.

Zaur bununla vətən dərdinin ürəklərdə əbədi qara ləkə, qara xal, sağalmaz yara olduğunu söyləmək istəyir. Bu el məsəli möv­­­­­zu ilə yaxşı əlaqələndirilibdir.

“Sədaqət” pyesində də Qarabağ müharibəsindən bəhs edilir. Bu­rada Yeganə və Ramizin bir-birinə sədaqətindən söhbət açılır. Ra­­miz müharibəyə gedir, döyüşlərin birində əsir düşür. Bundan is­­tifadə edən Coşqun həkim Yeganəyə eşq elan edir. Lakin heç nə Yeganənin Ramizə olan məhəbbətini sındıra bilmir. Yeganə sev­­gilisindən yana cəbhəyə gedir və Ramizi tapır, ona qovuşur. Əs­ərdə satqın erməni Muşek obrazı da verilmişdir və bu obrazda mü­əllif ermənilərin mənfur xislətini çox gözəl açıb göstərir. Əsər nikbin bir sonluqla bitir.

Zaur mənzum dram yazmaq sahəsində də qələmini sınayıb. On­un “Qəmli gözlər” mənzum pyesi məncə ilk qələm təc­rü­bə­si­dir. Bu əsərdə Bənövşə, yəni Xəyalın anası toyu olacaq gəlini Gül­­narın hamilə olduğunu bilib, el içində biabır olmamaq üçün oğ­­lunu və gəlinini məcbur edir ki, uşaq dünyaya gələn kimi onu giz­­licə atsınlar. Bənövşə bunu təkidlə tələb edir və istəyinə də na­il olur. Nəticədə, yenicə doğulan uşaq təsadüfən çox yaxşı ad­am­­ların əlinə düşür və böyüyüb ərə gedir. Ata ilə ana öz qız­la­rı­nın ailə qurub xoşbəxt olduğunu eşidib, onunla görüşə gəlirlər. Və əsər bu nikbin əhval-ruhiyyə ilə bitir. Hadisələri təfərrüfatı ilə yazmadan onu qeyd etmək istərdim ki, mənzum dram onsuz da ən çə­tin, ən mürəkkəb, yaradıcılıq sahəsi olan və yazıçıdan dra­­ma­tur­giya sirlərinə, onun bəşəri, fəlsəfi qayəsinə dərindən yi­yə­­lən­mək və hər əsərində bu qayəni vermək məharətinə, dünya­gö­­rü­şünə malik bir istedad tələb edir.

İlk qələm təcrübəsi olan bu mənzum dramlardan əlbəttə ki, be­lə yüksək kamillik tələb etmək doğru olmazdı. Mən Zaurun bu təşəbbüsünü alqışlayıram. O, bu əsəri ilə yenə də daim ye­ni­li­yə, yeni yaradıcılıq formalarına can atan bir şair kimi özünü bir da­ha göstərir və daim axtarmaq istedadına, əzminə sadiq qalır.

“Məhəbbətin intiqamı”nda da maraqlı süjet vardır. Səxavət və Nərminənin məhəbbətinə xəyanətlə güllə atan Bəxtiyar kimi qa­tillərin iç üzünü açan müəllif nahaq qanın yerdə qalmayacağı qə­­naətinə gəlir. Nərminə Səxavəti öldürən Bəxtiyardan hər iki qəl­­bin intiqamını alır. Onu həmin tapança ilə sevgilisinin qətlə ye­tirildiyi yerdə də öldürür. Nərminənin bu hərəkəti bədii cə­hət­dən əsaslandırılmışdır.

Bütün pyeslərin məzmununu burada vermək olmaz. Mən son ola­raq onu xüsusi qeyd etmək istəyirəm ki, dramaturgiya sahə­sin­də qələmini sınayan Zaur Vediyinin bu cəhdini alqışlayır və gə­­lə­cəkdə bu sahədə də daha da uğurlar qazanacağına ümid bəs­lə­­yir və səmimi qəlbdən gözəl şairimizə uğurlar diləyirəm.


Həmid Arzulu

f.e.n.dosent, yazıçı­-dramaturq

Naxçıvan Müəllimlər İnstitutu


2 hissəli, 4 pərdəli, 6 şəkilli pyes
İŞTİRAKÇILAR
1. Ənvər – təqaüdçü, 65 yaşlı

2. Nazilə – Ənvərin arvadı, 60 yaşında

3. Nicat – Ənvərin oğlu, 25 yaşında

4. Azər – Ənvərin qonşusu, 50 yaşında

5. Günay – Azərin qızı, 25 yaşında

6. Krikor – Ənvərin qonşusu, 50 yaşında


YURD İTGİSİ
Cavan ömrü heç eyləyir,

Ümüdləri puç eyləyir.

Dağa, daşa güc eyləyir,

Ağır dərddi yurd itgisi.


Xəstə edir sağlam canı,

Tapa bilmir dərd dərmanı.

Ondan ağır bəla hanı?

Ağır dərddi yurd itgisi!


Gecə edir xoş səhəri,

Artır qəlbin hey qəhəri.

İtirmişəm bar-bəhəri,

Ağır dərddi yurd itgisi!


Qol-qanatsız quş kimiyəm,

Bahar vaxtı qış kimiyəm.

İnildəyən tar simiyəm,

Ağır dərddi yurd itgisi!


Kəndimdən ki, kənardayam,

Həm boranda, həm qardayam.

Tanrım, kömək et dardayam,

Ağır dərddi yurd itgisi!


İtgilərin ağırıdı,

Əvvəlidir, axırıdı.

Fələyin çal-çağırıdı,

Ağır dərddi yurd itgisi!


Həsrət qəddi elə əyir,

Sanki sənə güllə dəyir.

Tək Zaur yox, dünya deyir,

Ağır dərddi yurd itgisi!


I HİSSƏ

I pərdə, I şəkil
1988-ci ilin yayı. Səhərdən xeyli keçib. Ənvər yorğun halda gə­lib həyətdəki tut ağacının kölgəsində oturub təsbeh çəkir. Ənvər arvadını çağırır.

ƏNVƏR: – Ay qız Nazilə.

NAZİLƏ (səsi eşidilir): – Gəldim ay kişi, gəldim.

ƏNVƏR: – Ha əlləşirsən, ha çalışırsan bu həyət-bacanın işi qurtarmır ki, qurtarmır. (Nazilə gəlir)

NAZİLƏ: – Öz-özünə nə danışırsan ay kişi?

ƏNVƏR: – Heç arvad, bu həyət-bacanı deyirəm. Özümü dərk edəndən ta bugünəcən ha çalışıram, ha vuruşuram di gəl bu iş qurtarmır ki, qurtarmır.

NAZİLƏ: – Bu iş-güc heç vaxt qurtaran deyil ay kişi. Ha ça­lış, ha vuruş elə yenə iş içindən iş çıxacaq.

ƏNVƏR: Elə bir tərəfdən yaxşı ki, qurtarmır. O, sarıdan çox şükür.

NAZİLƏ (gülümsəyərək): – Ay kişi vallah mən sənin bu söz­lərindən heç nə anlaya bilmirəm. Gah işin qurtarmasını istə­yir­­sən, gah da qurtarmaması üçün Allaha şükür edirsən. Sənin bu söz­lərin lap Molla Nəsrəddinlə arvadının pendir söhbətinə ox­şa­yır.

ƏNVƏR: – Yox arvad, and olsun bizi yaradan, o bir Allaha həqiqi sözümdü. Əgər bircə gün əllərim işdən ayrılsa elə həmin gün bağrım çatlayar. Çox şükür Xaliqə ki, ömrümü günbəgün ba­da ver­səm də iş-güclə başımı qatıram.

NAZİLƏ: – Ay kişi, bəs sən heç demədin məni niyə çağır­dın?

ƏNVƏR: – Maşallah gələndən məni jurnalist kimi sorğu-suala tutubsan. Bir aman verirsən ki, niyəsini deyim?

NAZİLƏ: – Di yaxşı. Zarafatı qurtar keç mətləbə.

ƏNVƏR: – Deyirlər kürd Əhməd dünyasını dəyişib. Bir stə­­kan çay gətir içim. Sonra namazımı qılıb başsağlığına gedim.

NAZİLƏ: – Hansı kürd Əhmədi deyirsən ay kişi?

ƏNVƏR: – Muxtar gilin qonşusu.

NAZİLƏ (məyus halda): – O, yazıq rəhmətliyin nə yaşı va­rıydı ki, ay kişi? yazıq!

ƏNVƏR: – Ölüm yaşa baxmır ki, ay arvad. Vaxtki, çatdı ha­­mı o, yolun yolçusudur. (Cibindəki cib saatını çıxarıb baxır) Na­­ma­zın vaxtına az qalıb. Di tələs görüm.

NAZİLƏ (gedə-gedə): – Doğurdan da ölüm yaşa baxmır! O, ya­zığın nə yaşı varıydı ki,? Allah rəhmət eləsin!

ƏNVƏR (öz-özünə): – Eh, dünya-dünya! Gör sənə kimlər gə­lib, səndən kimlər gedib?! Qəlbimizdə bir-birindən gözəl ar­zu­­lar baş qaldırsa da, o arzuların heç bir-ikisinə çatmamış bir də gö­rürsən ki, Əzrayıl qapını kəsdi! Bizim də ömrümüzün hay-ha­yı gedib, vay-vayı qalıb! Bu gün-sabah biz də o səfərə yola dü­şə­­cəyik! Ancaq yenə ürəyimizdəki arzular bitib tükənmək bilmir ki, bilmir! Bircə Nicatın da əlini başına yığsaydım, onu da bir gö­zəl ailə ev-eşik sahibi etsəydim rahatlanardım! Sonra ölsəm be­lə ürəyimdə arzum qalmazdı! Bu mənim valideyinlik bor­cu­m­du, valideyinlik! (Ənvər təsbeyini çəkə-çəkə susur. Na­zi­lə sinidə çay dolu stəkanları gətirib Ənvərin böyrünə qoyur və onunla yan-yana oturur.)

NAZİLƏ: – Dəvəsi ölmüş ərəblər kimi yaman fikirli gör­sə­nirsən ay kişi. Nədir sənin bu halının səbəbi?

ƏNVƏR: – Bilirsən arvad? Deyirəm bu gün sabah biz də kürd Əhməd gedən yolun yolçusuna dönəcəyik!

NAZİLƏ: – Nə olsun ay kişi? Ölüm haqdı. Cəmi insanlar bu yolun yolçusudurlar. Ancaq bir az tezi-geci var. Buna görə üz­­ülməyə dəyməz ki.

ƏNVƏR: – Ay arvad onu mən də bilirəm, üzülməyə dəy­məz. Ancaq məni üzən tamam başqa şeydi ey, tamam başqa şey. Bi­lirsən? Deyirəm ömrümüzün çoxu keçib azı qalıb. Nicatın ba­şı­­nı bələsəydik lap yaxşı olardı.

NAZİLƏ: – Onu düz deyirsən. Evləndirsək yaxşı olar. An­caq asqırıb-öskürmür axı. Neçə dəfə mən də onunla bu barədə söh­bət et­mi­şəm.

ƏNVƏR: – Nə deyib bəs?

NAZİLƏ: – Heç nə. Elə deyir hələ evlənmək istəmirəm. And olsun böyük yaradana tərslikdə sənə oxşayıb. (Ənvər çayını içib qurtarır)

ƏNVƏR: – Daha vaxtdı gedim namazımı qılım. Sən də onu bir dilə tut görək nə olur. (Ənvər gedir. Nazilə stəkanı götürüb ap­ar­maq istəyir ki, Nicat fikirli halda girir)

NİCAT: – Hər vaxtınız xeyir ana.

NAZİLƏ: – Hər vaxtın xeyir oğlum, hər vaxtın xeyir. Ay ba­la gözümə birtəhər görünürsən? Bir yerin ağrıyıb eləmnir ki?

NİCAT: – Yox ay ana. Narahat olma. Dərslərim çox olduğu üç­ün bir balaca yorğunam.

NAZİLƏ: – Ürəyimə gələnlər dağa-daşa ay oğlum. Allah elə­­məsin, qorxdum birdən nasazlayarsan! Artıq künortadı. Gəl ge­­dək bir tikə çörək ye oğlum.

NİCAT: – Aclığım yoxdu.

NAZİLƏ: – Nə deyirəm ay oğul. Aclığın yoxdursa onda mən gedim namazımı qılım. Namazımı qurtarandan sonra sənin­lə şəxsi bir söhbətim var. Bir yerdə oturub vacib bir söhbəti edə­rik.

NİCAT: – Yenə nə məsələdi?

NAZİLƏ: – Söhbət vaxtı bilərsən. (Getmək istəyir. Bir-iki ad­dım atıb dayanır) Hə doğrudan oğlum. Bayaq poçtalyon qə­zet-jurnal gətirmişdi. Qoymuşam pəncərənin qabağına. Qoy on­la­rı da gətirim. (Nazilə gedir və əlində bir dəstə qəzet-jurnal tez­cə qayıdır.) Al oğlum bunlardı.

NİCAT (qəzetləri alır): – Çox sağ ol ana. (Nazilə gedir) Eh, ataların göruna qurban olum belə yerdə deyiblər. “Keçi can ha­ra­­­yında, qəssab piy axtarır”. Yaxşı bilirəm ki, onun şəxsi söh­bə­ti o olacaqdı ki, – Ay bala, niyə evlənmək istəmirsən? Sənin yaşıd­la­­rın oğul-uşaq sahibidirlər. Nə vaxtacan subay qala­caq­san? – Su­­al­larını yağış kimi üstümə yağdıracaq. Anamı da qına­mıram. On­­un yaşıdları gəlin, nəvə sahibidirlər. Ancaq indiki bu pis və­ziy­yətdə bu qurumsaq ermənilərin qudurduqları bu çətin və ağır vaxt­da mən necə evlənim?! Qarabağda oğullarımız şə­hid olsun, tor­pağımızda nahaq qanlar axsın, mən də burda toy çaldırım?! Be­lə bir iş görsəm də bu nə Allaha xoş gedər, nə də bəndəyə! Müt­­ləq düşünən başlarla həmfikir olub bir çıxış yolu tap­ma­lı­yam! Vedi, Göyçə, Dərələyəz, ümumiyyətlə Qərbi Azərbaycan ki­mi bu cənnətəbənzər torpaqlarımız vaxtı ilə işğal olunsa da, da­ha indi bu xına o xınadan olmamalıdı. (Stol götürüb əyləşir və ə­llərini çənəsinə dayayıb dərin fikrə qərq olur. Ayaq səsləri və h­ə­­yət qapısının cırıltısı eşidilir. Günay gəlir. Ni­cat fikirdən ay­rı­lır.)

GÜNAY: – Salam Nicat.

NACAT (ayağa durur):–Salam Günay. Xoş gəlibsən.

GÜNAY : – Xoş gününüz olsun.

NİCAT: – İki-üç gündü görünmürsən. Deyəsən evinizdə yo­­­xuydun?

GÜNAY: – Hə, getmişdim xalam gilə. Gedəndə imkan ol­ma­­dı sənə bildirim. Xəbərsiz getdiyim üçün yəqin çox niga­ra­nıy­dın hə?

NACAT: – Hə Günay. Həm darıxmışam, həm də həddindən ar­tıq nigaran olmuşam. Sözün düzünü desəm ürəyimdən qara qan­lar axır! Ağlıma min cürə fikirlər gəlir. Eh Günay, Günay. Əgər bircə an da olsa mənim ürəyim sənin köksündə olsaydı, sən onda bilərdin ki, mənim ürəyimdən nələr keçir! Sən onda bi­lər­din ki, bu yumruq boyda olan ürəyim sənə necə bağlanıb! Və sə­ni sonsuz bir məhəbbətlə necə sevir!

GÜNAY: – Nicat, əgər bizim ürəklərimiz qırılmaz mə­həb­bət telləri ilə bir-birinə (Yumruğunu göstərir) belə möhkəm bağ­la­­­nıbsa, demək mənim ürəyim səndə, sənin ürəyin məndədi. Bu bağ­lanmış telləri ölümdən başqa heç nə ayıra bilməz!

NİCAT: – Düz deyirsən həyatım mənim, düz deyirsən.

GÜNAY: – Belə olduğu halda sənin ürəyindən nələr keç­di­yi­­ni bilmək mənim üçün heç də çətin deyil. Ancaq onu da sənə bil­dirirəm və yəqin edim ki, Nicatın ürəyindən keçənlər, olduğu ki­mi Günayın da ürəyindən keçir.

NİCAT: – Günayım mənim. Onda səni sonsuz bir mə­həb­bət­­lə necə sevdiyim, hansı arzularla yaşadığım və necə sıxıntı ke­­çirtdiyim demək sənə bəllidir. Bu axırıncı beş-altı gör­üşü­müz­də sənin baxışlarından hiss edirəm ki, o baxışlar mənə – ni­yə el­çi­liyə və toya tələsmirsən – deyir. İstəyirdim bu sorğu ba­rə­də bu gün evdə söhbət açım. Ancaq məktəbdə eşitdiyim bu­gün­kü xə­bər mənim bu arzumu ürəyimdə qoydu! İndi qalmışam iki od ara­sında. Deyim, yoxsa deməyim?!

GÜNAY: Yəqin ki, eşitdiyin xəbər bu şərəfsiz ermə­nilə­rin ye­nə baş qaldırması və “Qarabağ bizimdi” deməsi xəbəridi?

NİCAT: – Hə Günay, həmin xəbərdi. İndi mən bu vəziy­yət­də necə hərəkət edim ki, etdiyim hərəkət həm Allaha, həm də bən­dəyə xoş gəlsin?!

GÜNAY: – Nə demək istədiyin aydındı. Əlbəttə Nicat, hər şey­dən əvvəl Vətəni, torpağı, xalqı düşünmək lazımdı! Şir ki­mi oğul­larımızın nahaq yerə cənnət Qarabağda qanlarının ax­dı­ğı bir vaxt­da biz toy etsək, əlbəttə bu hərəkətimiz yersiz olar! İndi toy ba­rəsində deyil, Vətənin, xalqın çəkdiyi bu bəladan qur­tar­maq üç­ün fikirləşib bir çıxış yolu tapmalıyıq! Vətən gülərsə, xalqımız dinc, firəvan ömür sürərsə onda haqqımız olar ki, toy ba­rəsində də fikirləşək!

NİCAT (fərəhli halda): Sənin necə də bulaq suyu kimi tə­miz və qəribə ürəyin varmış Günay! Sən həqiqətən də Tomris, Ni­­gar, Həcər nəslinə layiq olan bir el qızısan! Sənin belə söz­lə­ri­ni eşidəndə, and olsun səni və məni yaradan qadir Allaha mənim sə­nə qarşı olan sonsuz məhəbbətim birə min qat artıb coşqun bir selə dö­nür!

GÜNAY: – Mən də həmçinin.

NİCAT: – Vallah səni sonsuz bir məhəbbətlə sevən (Əlini kö­ksünə qoyur) bu ürəyimdən o qədər razıyam ki!

GÜNAY: – Məni sevdiyin üçünmü?

NİCAT: – Bəli Günay! Həm onun üçün, həm də məni başa düş­düyün üçün. Biz həqiqətən də xoşbəxtik Günay! Mən ina­nı­ram ki, bizim sevgimiz coşqun bir bulaq kimi qaynadıqca qay­na­yacaq! Bircə anlıq da olsun qurumaq nədir bilməyəcək!

GÜNAY: – Hə, Nicat düz deyirsən. Bizim sevgimiz əbədi­lik­di! (Hər ikisi sakitcə göz-gözə baxırlar) Başımız söhbətə elə qa­rışdı ki, nə üçün gəldiyimi də az qala unutmuşdum. Ənvər əmi ev­­də­di?

NİCAT: – Namaz vaxtıdı. Yəqin ki, evdə olar. Niyə soru­şursan?

GÜNAY: – Heç, dədəm dedi soruşum görüm Kürd Əh­mə­din yasına gedəcəksə, gedəndə məni də çağırsın.

NİCAT: – Yəqin ki, gedər. Get evdən soruş.

GÜNAY: – Yaxşı Nicat, hələlik. Bayaqkı söhbətimiz barə­sin­də də heç narahat olma. Toydan əvvəl xalqımızın bu ba­rədə çı­xış yolunu fikirləşib tapmaq lazımdır. (Günay evə tərəf gedir. Ni­cat onun arxasınca baxır.)

NİCAT: – Eh Günay, Günay. (Dərindən köksünü ötürür) Nə isə! Görüm qəzetlər bu məsələ haqqında nə yazır. (Qəzetləri və jurnalları götürüb təzədən stolda əyləşir və qəzet-jurnalları oxu­­mağa başlayır. Nazilə Günayı yola salıb Nicatın yanına ge­dir) Də­dəm namaz qılır?

NAZİLƏ: – Yox oğlum, dədən də, mən də namazı bayaq­dan qurtarmışıq.

NİCAT: – Bəs onda kişi hardadı?

NAZİLƏ: – Elə indicə bağcanın ayağıyla getdi. Azər gilə. Rəh­mətlik kürd Əhmədin yasına gedəcəydilər. Elə indicə Gü­na­y­ı da dədəsi göndərmişdi Ənvərin dalınca.

NİCAT: – Bilirəm. (Qəzetləri kənara qoyur)

NAZİLƏ: – Hə oğlum, indi səninlə söhbət edə bilərəm. Olar?

NİCAT: – Olar ana.

NAZİLƏ: – Sağ ol mənim ağıllı oğlum. Deyirəm ay bala, sən gəl bu daşı ətəyindən tök. Razılıq ver qoy səni evləndirək. Dün­­ya ölüm-itim dünyasıdı ay oğlum. Mənim də, dədənin də ya­şımızın çoxu gedib, azı qalıb. Necə deyərlər bir ayağımız bur­da­­dı, o biri ayağımız gorda. Gəl sən razı olma mən və ya də­dən bu dünyadan naintizar köçək! Axı daha sən də uşaq de­yil­sən ay oğ­ul! Sənin yaşıdların indi artıq atadırlar, ey ata! Axı sən on­ların han­sından əksiksən? Hə mənim ağıllı oğlum, indi de görüm ev­lən­məyə razısan yoxsa yox? (Nicat susur və dərindən köksünü ötü­rür.) Köksün dağa-daşa ay bala. De görüm sənə nə olubdur ki, belə köksünü ötürürsən?

NİCAT: – Heç nə olmayıb ana. Elə-belə.

NAZİLƏ: – Ay oğul, bəlkə bir ürəyinə yatan və yaxud istə­di­­yin yoxdu? Əgər yanılmıramsa onda icazə ver mən sənə bir qız deyim. Əgər mən sənin yerinə olsaydım bayaq bizdən gedən qon­­­şumuzun qızı Günayı heç əlimdən buraxmazdım. Sözün dü­zü­nü desəm, o qız öz ağlıyla, kamalıyla çoxdan mənim ürəyimə ya­tıb. (Nicat gözlərini anasının gözlərinə zilləyir və təzədən ba­şı­nı aşağı salır.) Niyə dinmirsən ay oğul? Bayaqdan bəri elə mən danışıram sən də susursan. Bir danışıb dinsənə?

NİCAT: – Bilirsən ana? Qoy səninlə daha mən açıq danı­şım.

NAZİLƏ: – Danış gözümün işığı, danış.

NİCAT: – Bilirsən ana? Könlümdəki qız elə qonşumuz Gü­nay­dı.

NAZİLƏ (sevincək qollarını göyə qaldırır): – Sənə çox şükür İlahi. Deyəsən arzuma çatacam. (Qucaqlayıb Nicatı öpür) Hə oğlum, sən söhbətini davam elə.

NİCAT: – Neçə vaxtdı ki, biz bir-birimizə könül verib, kö­nül almışıq.

NAZİLƏ: – Demək qız da səni sevir?! Ay oğul, bəs daha nə istəyirsən?! Şükür Allaha dədən də sənin toyun üçün hər nə la­zımdırsa hamısının tədarükünü görüb! Sənin toyun üçün hələ qo­şa-qoşa mal-heyvan da bəsləyib! Sən gəl razılıq ver elə günü bu gün gedək elçiliyə. Qızın başına yaylığımızı atıb, barmağına üzü­yümüzü keçirdək. Elə bu ayın içindəcə toyumuzu çaldırıb gə­linimizi gətirək. Mən də, dədən də bəxtəvər dədə-analar kimi qol qaldırıb oğul toyunda durna kimi süzək. Hə oğul, de görüm son sözün nədir?

NİCAT: – Bilirsən ana? Mən də istəyirəm o günü görək. An­caq mənim də, Günayın da bir fikri, bir problemi var. Həmin prob­lem də təkcə mənlə Günayın deyil, bütün Azərbaycan xal­qı­nın problemidi! O problem öz həllini tapmayınca nə mən, nə də Gü­nay toy barəsində bir söz deyə bilmərik ana!

NAZİLƏ: – O, necə problemdi ki, heç mənim ondan xəbə­rim yoxdu ay oğul?

NİCAT (dərindən nəfəsini dərir): – Bilirsən ana düzünü de­səm onu deməyə də qorxuram. Bilirəm ki, sən də, dədəm də bu xə­bəri eşitsəniz mütləq narahat olub haldan hala düşəcəksiniz! Çün­ki o bəla ilə siz əvvəllər də üzləşibsiniz!

NAZİLƏ (narahat halda): – Vallah heç nə başa düşə bil­mi­rəm ay bala! Bir məni başa sal görüm o, nə bəladi?!

NİCAT: – Ermənilər yenə baş qaldırıbdılar! (Nazilənin rən­gi qaçır və əllərini dizlərinə çırpır) İndi də deyirlər “Qarabağ bi­zim­di”!

NAZİLƏ: – Sən nə danışırsan ay oğul?! Deyirlər “Qarabağ bi­zimdi?!” yox, ola bilməz! Sən xəstələnib eləməyibsən ki, ay ba­la?! Bu dediklərin həqiqətdi yoxsa...?! (Ağlayır)

NİCAT: – Bəli həqiqətdi! Bu bəla ilə biz əvvəllər də də­fə­lər­­­lə üzləşmişik! Bu bəlanın nə qədər ağır və nə qədər acı dadda ol­­­du­ğu­nu mən hiss edirəm! Yurdun, elin bu ağır günündə mən ev­­­lən­mək həvəsinə düşsəm onda mütləq el-oba məni və sizi qı­na­­yar ana! Biz əgər elə etsək qınamağa haqları da var ana!

NAZİLƏ: – Sənin ağıllı qadanı alım ay bala. Mənim südüm də, dədənin çörəyi də halalın olsun! Günah bizim özümüzdədi! Ay oğul, niyə bu qurumsaq erməni köpəkuşağına sağ gözü­mü­zün üstündə yer verdik ki, indi də bu harınlamış alçaqlar desinlər sol gözünüz də bizimdi? Bu şərəfsizlərin özləri kor olduqları hal­da, sol gö­zümüzün də üstə oturub bizi tamam kor etmək istə­yir­lər! Yox, daha bu xına əvvəlki xınadan olmamalıdı! Yaxşı ay ba­la, indi bir mə­ni başa sal görüm biz neynəməliyik? Bəs bizim so­numuz necə ol­acaqdı?! Bu yazıq, zavallı xalqımız yenədəmi əv­vəllərdə ol­du­ğu kimi öz isti ocaqlarını tərk edib pərən-pərən dü­­şə­cək­di?! Ye­nədəmi ürəklərimiz Vətən, torpaq, el həsrətiylə ya­şayıb və didər­ginlik ağrısı çəkəcəklər?!

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin