Dərslik Bakı 014 bbk 60. T 12



Yüklə 2,78 Mb.
səhifə118/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   114   115   116   117   118   119   120   121   ...   131
Analizin əsas dili.
Analiz dillərinin hətta belə sadələşdirilmiş anlanılmasını əsas götürəndə belə görmək olur ki, onlar ayrıca götürülmüş sosioloji tədqiqatda kəsişirlər, eyni zamanda istifadə olunurlar. Bununla belə onlardan biri bir növ baş rolu – analizin əsas dili rolunu, digərləri isə köməkçi rolları oynayırlar – bunlar tədqiqatın “əsas hipotezi” və “yardımçı hipotezi” anlayışları ilə analojidirlər. Bizim, əyani olsun deyə, şərti olaraq, analiz dilləri adlandırdığımız bu analiz növləri xüsusi növdən olan məlumatlar analizinin tədqiqat strategiyalarıdır. Ümumi strategiya ilə (yüksələn və ya alçalan) qarışıq düşməsin deyə “məlumatların analizinin metodikası” terminindən istifadə etmək lazımdır. Metametodikalar əsasən analizin alçalan strategiyası çərçivəsində böyük rol oynayırlar. Buna görə də bu fəsil müvafiq olaraq adlandırılmışdır. Tipoloji analiz, səbəbiyyət analizi, faktor analizi sosiologiyada məzmunlu məsələlərin sinifi kimi interpretasiya oluna bilərlər – bu sinif məsələlərin həlli elə eyni bir məntiqi sxem üzrə baş verir.

Bu metametodikaların anlanılmasında ən vacib olanı odur ki, onların hər biri öz şəxsi anlayış aparatına, yəni anlayışlar məcmusuna malikdir ki, onlarsız bu və ya başqa strategiyasını tətbiq etmək mümkün deyildir. Həm də belə aparata həm ekzogen, həm də endogen xarakterli anlayışlar daxildirlər. Onlardan birincilər ideal konstruktlar, ideal obrazlardırlar və empirik interpretasiya olunmurlar. Onlar tədqiqatın strukturlaşdırılmasında bir növ yolgöstərən ulduz rolunu oynayırlar. İkincilər isə əksinə olaraq empirik interpretasiyadan, operasionalizasiyadan keçməlidirlər. Onların arasında öz növbəsində elə anlayışlar da var ki, onlar həm də riyazi formalizasiyadan keçməlidirlər. Sosioloq üçün belə biliklər, yəni müxtəlif analiz dillərinin anlayış aparatına aid biliklər məsələnin savadlı qoyuluşu üçün vacibdirlər. Tədqiqatda riyazi metodların analizin məntiqi kontekstindən kənarda tətbiqi pis nəticələrə gətirib çıxarır. Məsələn, sosioloq riyaziyyata nifrət etməyə başlayır, çünki, riyaziyyat ona gözlədiyi yeni bilikləri vermir. Bu birincisidir. İkincisi, belə biliklər sosioloqu sosial reallığın alternativ anlanmasına, interpretasiyasına, izahına aparıb çıxarır. Kitabın sonuncu hissəsində tipoloji analizin aparılmasının məntiqi və anlayış aparatı misal qismində nəzərdən keçiriləcəkdir.

Sizin yadınızdadır, biz nəzəri səviyyədən empirik səviyyəyə keçmək üçün sosial obyektlərin xüsusiyyətlərinin öyrənilməsinin sadə modellərini nəzərdən keçirirdik. Bu zaman empirik səviyyədən nəzəri səviyyəyə geriyə keçid məsələlərinə toxunmurduq, bunun üçün tədqiqatda əsas dil anlayışı həddindən çox vacibdir. Bundan başqa, analizin əsas dilinin göstərilməsi empirik səviyyədən nəzəri səviyyəyə doğru geri qayıtmağa imkan verir.

Beləliklə, yuxarıda qeyd olunmuş analiz dilləri xüsusi növ analizin tədqiqat strategiyalarıdır. Onların hamısı analizin məntiqinin elementləridir. Onları həm də analizin metametodikaları kimi də göstərmək olar, hansılar ki, ayrı – ayrı tədqiqat situasiyalarının analizi üçün, ayrı – ayrı məzmunlu məsələlərin həlli üçün analiz metodikalarını yaratmağa imkan verirlər. Tədqiqatın planlaşdırılması prosesində sosioloq tərəfindən konkret metametodikanın seçilməsi daha sonra empirik məlumatların yığım metodlarının və riyazi analiz metodlarının düzgün seçiminə imkan verir.



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin