Dərslik Bakı 014 bbk 60. T 12


TA-nın məqsədi və “tip” anlayışı



Yüklə 2,78 Mb.
səhifə121/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   117   118   119   120   121   122   123   124   ...   131
TA-nın məqsədi və “tip” anlayışı
TA-nın dərketmə aparatını təşkil edən endogen və ekzogen xarakterli müxtəlif anlayışların zəruriliyini iki məsələnin nümunəsi ilə illüstrasiya edəcəyik. Birinci məsələ artıq göstərilmişdir və “cənab x-in seçkilərdə fenomeninin” (məsələ 1) öyrənilməsi ilə bağlı idi. Kitabın bundan əvvəlki fəslində göstərilmişdir ki, bu cür məsələni TA-nın köməyi ilə həll etmək olar. Tip deyəndə biz eyni təsir mexanizminə məruz qalan müəyyən elektoral davranışı nəzərdə tuturduq. Biz belə formuldan istifadə etməsək də, mənası eynidir.

Tip müəyyən sosial idarə obyekti kimi dərk olunurdu. Məhz elə bu TA-nın keçirilməsinin məqsədi idi. Belə məqsədin əlçatmaz olması kifayət qədər ola bilər və bizim hipotez təsdiq olunmaz. Bununla belə məqsədin göstərilməsi məcburidir. TA-nın məqsədi “yolgöstərən ulduz” kimi tiplər haqqında biliklərin axtarışı prosesini strukturlaşdırmağa yardım göstərir, TA-nın keçirilməsinin məntiqini qurmağa imkan verir. Sosioloq çox vaxt əlçatmaz məqsədlərin göstərilməsi üsuluna müraciət edir. Bu sosiloq üçün zəruri olan elmi üsuldur, ideallaşdırmadır, fikrən qurulan konstruksiyadır.



Təsəvvür edək ki, bizim hipotez təsdiq olunmamışdır. Bu əla bir nəticədir. Məsələn, bu onu göstərəcək ki, cənab x öz tərəfdarlarından ibarət sabit qrupa malikdir və onların elektoral davranışına müasir şəraitdə mümkün olan metodlarla təsir göstərmək olmaz. Müşahidə etdiyimiz bu fenomenin faktorları, səbəbləri çox dərindirlər və hələlik sosial analizə tabe olmurlar. Məgər belə deyil?

Kitabın əvvəlki fəsillərində fraqmentlərindən istifadə etdiyimiz daha bir tədqiqat məsələsini nümunə göstərək. Söhbət tələbələrin vaxtkeçirmələrinin tədqiqindən gedir. Məsələ analizin alçalan strategiyası çərçivəsində vaxtkeçirmə tipləri haqqında bilik axtarışından ibarətdir (məsələ 2). Deməli, TA-nın məqsədi göstərilmişdir və sosioloqun müəyyən etdiyi mənada vaxtkeçirmə tiplərinin mövcudluğu haqqında hipotez yoxlanılır. TA-nın məqsədi birinci məsələdə olduğu kimidir, yəni vaxtkeçirmə tiplərinin sosial idarəetmənin obyektləri kimi interpretasiya olunmasının mümkünlüyüdür.

O mənada ki, eyni bir tipə aid olunmuş tələbələr üçün idarəetmə mexanizmi davranışı eynidir. Aydındır ki, belə məqsəd utopiyadır. Amma belə tiplərin mövcudluğunun sosioloji analizi çox vacibdir. Onun əsasında müəyyən idarəçilik qərarlarının qəbulunu tövsiyyə etmək olar. Bu isə artıq utopiya deyil, elmi əsaslandırmadır. Məsələ 1-də olduğu kimi, belə məqsəd elə eyni rolu oynayır – sosioloqa tiplərin analizinin məntiqi sxemini qurmağa yardım göstərir.

Beləliklə, analizin alçalan strategiyasının çərçivəsində TA-nın məqsədi sosial idarəetmə obyektləri kimi interpretasiya olunan tiplərin mövcudluğu haqqında hipotezin yoxlanılmasıdır. Elektoral davranış tiplərini, vaxtkeçirmə tiplərini, istehlakçı davranışı tiplərini, ictimai rəy tiplərini və s. belələrindən hesab etmək olar. Qeyd edək ki, analizin yüksələn strategiyası çərçivəsində isə TA-nın əsas məqsədi tipoloji sindromların axtarışından ibarətdir.

Kitabın kontekstində “tipoloji analiz, tipoloji sindrom” terminlərindən dəfələrlə istifadə olunmuşdur və həm də onlara heç bir tərif verilmədən, Siz söhbətin nədən getdiyini başa düşürdünüz. İndi isə onların elmi mənasını izah etməyə çalışaq. Hər şeydən əvvəl, “tip” anlayışı nəyi bildirir? Gündəlik həyatda hər şey çox sadə qurulmuşdur. Biz “tipik layihə”, “tipik ev”, “tipik davranış”, “bu cavan adam da əcəb tipdir”, “tipik alim obrazı”, “narkoman tipləri”, “dövlət tipləri”, “vaxtkeçirmə tipləri”, “ailə tipləri”, “tələbə tipləri”, “belə davranış cənab x üçün tipikdir”, “elektoral davranış tipləri”, “istehlakçı davranışın tipləri”, “həyat strategiyası tipləri” və s. deyirik. Biz bu təsadüfü və ilk baxışdan qəribə görünən siyahıdan nəyi sezə bilirik? Birincisi, tipin nəyin isə mövcudluq forması və həmişə nə isə sosial əhəmiyyətli bir növ olduğunu. Nə isə həm spesifik olan, həm çox tez – tez rast gəlinən, həm birləşdirici, həm də ayırıcı olan bir şey belə ola bilər. İkincisi, tip anlayışı həm üç mənada işlədilə bilər və ya bir növ üç mənaya malik ola bilər:


  • tipik, yəni spesifik, xarakterik, antimodal, nadir rast gəlinən;

  • tipoloji, yəni xüsusi, ümumi, birləşdirən, əlaqələndirən;

  • tipik, yəni standart, modal, tez – tez rast gəlinən, geniş yayılmış.

Məsələ 1-də olan “tip” anlayışı bu üç mənadan hansında işlədilə bilər? Göründüyü kimi, hər üçündə. Bizim məqsədimizin nöqteyi – nəzərindən TA-də həm “tənha” spesifik vilayətlər, həm çox şeydə oxşar olan vilayət qrupları eyni cür sosial əhəmiyyətlidirlər. Yada salıram ki, söhbət elektoral davranışın idarə olunması nöqteyi – nəzərindən spesifiklikdən və ümumilikdən gedir. Elektoral davranışın özü, daha dəqiq desək onun yeganə xarakteristikası (cənab x-in topladığı səslərin sayı) tipyaradan əlamətlərin ancaq birini təmsil edir. Tədqiqatda həmişə təbiətcə müxtəlif olan tipyaradan əlamətlərin bütöv bir məcmusu mövcud olur. “Tip” anlayışının üç mənasından hansı tələbələrin vaxtkeçirmələrinin öyrənilməsi halında bizi maraqlandırır (məsələ 2)? Daha çox tipik, geniş yayılmış, modal olanı. Bizim empirik material ilə necə işləməyimiz hansı növ tiplərlə maraqlanmağımızdan asılıdır? Axı eyni bir materialla görülən işin məntiqi sxemi müxtəlif cür ola bilər. “Tip” anlayışı bütövlükdə empirik interpretasiya oluna bilməyən müəyyən bir fikri konstruksiyadır. Buna görə də o, TA-nın dərketmə aparatına bir ekzogen anlayış kimi daxildir.


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin