Dərslik Bakı 014 bbk 60. T 12



Yüklə 2,78 Mb.
səhifə122/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   118   119   120   121   122   123   124   125   ...   131
Tipologiyanın əsasları.

Tipin anlanması o zaman böyük rol oynayır ki, sosioloq o vaxt tipologiyanın əsaslarını formullaşdırmış olsun. Tipologiyanın əsasları – bu obyektlərin oxşarlığı, yaxınlığı, uyğunluğu, birtipliliyi haqqında mülahizələrin məcmusudur. Məsələ 1 üçün tipologiyanın hansı əsaslarını təklif etmək olar? Məsələn: İki vilayət üçün elektoral davranışın təsir mexanizmi eynidirsə, onda onlar elektoral davranış tipinə görə oxşardırlar, yaxındırlar (əsas 1.1).

Bu mülahizəyə görə müəyyən olunmuş tipin anlanmasına çalışsaq, onda məlum olur ki, vacib olan müxtəlif vilayətlərdə cənab x-ə verilən səslərin faizi deyildir, vacib olan... İki vilayət o zaman eynitipli ola bilər ki, biz bu vilayətlərdə elektoral davranışa təsir mexanizminin eyni olduğunu sübut edə bilək. Amma, biz başqa bir mülahizədən də çıxış edə bilərdik:

Əgər iki vilayətdə cənab x-in xeyrinə səslərin təqribən eyni sayını veriblərsə və onlar üçün elektoral davranışa təsir mexanizmi eynidirsə, onda iki vilayət elektoral davranış tipinə görə yaxındırlar (əsas 1.2).

Onda cənab x-ə eyni miqdarda səs verilmiş iki vilayət heç də həmişə eynitipli olmayacaqlar. Tipologiyanın daha bir əsasını nümunə göstərək:



Əgər iki vilayətdə cənab x-ə təqribən eyni miqdarda səs verilibsə və onlarda həyat səviyyəsi eyni keyfiyyətdədirsə, onda onlar elektoral davranış tipinə görə oxşardırlar, yaxındırlar (əsas 1.3).

Bu əsasdan belə çıxır ki, TA keçirmək üçün sosioloqa həyat səviyyəsi haqqında məlumatlar vacibdir. Sosioloqun onları haradan əldə edəcəyi hələlik mühüm deyildir. Ola bilsin ki, onlar dövlət statistikasında mövcuddurlar, ola bilsin ki, sosioloqun özü məlum sosial göstəricilər üzrə analitik indeksi hesablamalı olsun, həm də ola bilər ki, tədqiqat aparmaq lazım gəlsin.



Məsələ 2-yə gəldikdə isə tipologiyanın əsasları kimi məsələn aşağıdakı mülahizələri təklif etmək olar:

Əgər iki tələbənin vaxtkeçirmə strukturu eynidirsə və onların davranışını izah edən faktorlar da eynidirsə, onda onlar vaxtkeçirmə tipinə görə oxşardırlar, yaxındırlar. (əsas 2.1).

Əgər iki tələbə vaxtkeçirmə tipinə görə oxşar, yaxındırlarsa, onda onların həyata keçirdikləri fəaliyyət növünə görə sərf etdikləri vaxt eynidir. (əsas 2.2).

2.1 əsasından biz nəticə çıxardırıq ki, bizə təkcə vaxt büdcəsi haqqında məlumatlar deyil, həm də qeyd olunmuş “faktorlar” haqqında da məlumatlar lazımdır. Həm də müəyyən etmək lazımdır ki, vaxtkeçirmə strukturu vardır. Tipologiyanın əsası çox mürəkkəb də ola bilər. TA prosesində əsas bir neçə də korrektura olunur. Başlanğıcda sosioloq bir ifrata vararaq keyfiyyət fərqi haqqında çox mürəkkəb əsas formalaşdırır. Sonra isə digər ifrata vararaq həddindən çox sadələşdirməyə yol verir. Məsələn, 2.2 əsası həddindən çox sadələşdirməyə bir misaldır. Bu əsasa ancaq kəmiyyət eynicinsliyi qoyulmuşdur. Əsasın seçilməsində baş meyar odur ki, əsas empirik interpretasiyaya məruz qala bilsin.

Diqqət verin! Tipologiyanın əsası – bu TA-nın ancaq bir anlayışıdır. Amma onun misalında biz gördük ki, “tarlaya” çıxmazdan əvvəl uzun “kabinet işini” aparmaq lazımdır. Analizin məntiqi kağız üzərində qurulmayınca sosioloji tədqiqat “doğulmayacaqdır”. “Mən filanı və filanı əldə etsəm hara və necə “hərəkət edəcəyəm”? sualına dəfələrlə öz – özümüzə cavab verməli oluruq.


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin