Dərslik Bakı 014 bbk 60. T 12



Yüklə 2,78 Mb.
səhifə19/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   131
Dördüncü problem

Anlayışların, terminlərin elmi və adi anlamları arasında daimi nisbətin yaradılmasının zərurəti. Hər bir tələbə gündəlik həyatda analiz, interpretasiya, adekvatlıq, ehtimal əlaqə, qarşılıqlı əlaqə, tip, təsadüf, sistemlilik, bircinslilik və s. kimi termilərdən istifadə edir.

Axı nəyə görə insan sosiologiyanı nə qədər az bilirsə, ona elə gəlir ki, o, bu elmi bir o qədər çox başa düşür. Hər bir insan qəlbində sosioloqdur. Başında elmi təsəvvürlərdən daha çox adi təsəvvürlər olan biliksiz insan üçün narahat edən suallara çox vaxt çoxlu hazır cavablar vardır. Başqa sözlə desək, elmi refleksiya (metodologiya) ancaq müəyyən biliklərin olması zamanı mümkündür. Biz sizinlə məhz buna can atırıq.

Buna görə də adi danışıqda işlədilən bir çox anlayışların elmi travtovkasını tətbiq edəcəyik. Amma, bu anlayışların empirik interpretasiyası çoxmənalı xarakter daşıyır ki, tələbə bunun nəticəsində «Həqiqət haradadır?» sualına cavab axtararkən özünü itirir. Həqiqət isə sosial reallığın öyrənilməsi üçün ən yaxşı, optimal («daha çox optimal» sözbirləşməsini istifadə etməməyə çalışın) metodların əbədi axtarışındadır. Bir şey aydındır ki, ən yaxşı metod yoxdur, adekvat metod anlayışı var. Pis metod yoxdur, müəyyən metodun köməyi ilə əldə olunmuş nəticələrin interpretasiya olunmasının sərhədi anlayışı var. Metodu onun verə bilməyəcəyi şeyə görə danlamaq, məncə, məntiqə uymur.

Biz bir daha «empirik interpretasiya» anlayışının adını çəkdik. Bu «Empirik məlumatların yığımı metodları» kursundan sizə məlum olan analizin metodologiyasının ən vacib anlayışlarından biridir. Empirik interpretasiya – bu nəzəri biliklərdən empirik indikatorlara keçid və ya empirik indikatorların məcmusuna qədər çatdırılmış nəyin isə öyrənilməsinin modelinin qurulması prosedurasıdır. Empirik interpretasiya – bu nəzəri konstuksiyalarından (anlayış, hipotez, məsələ) empirik konstuktsiyalara keçiddir. Buraya informasiya yığımı metodunun, yığım texnikalarının seçimi, empirik məlumatların, ölçmə metodlarının, riyazi analiz metodlarının məntiqləri daxildir.

Empirik interpretasiya – bu çoxpilləli proseduradır. Hər bir pillədə çoxlu yeni anlayışlar yaranır. Anlayışların empirik qiymətlərinin axtarışı operasional adlandırılan təriflərə gətirib çıxarır; tərif o zaman operasional hesab olunur ki, bu zaman ona uyğun gələn empirik indikatorların fiksasiya qaydaları göstərilmiş olsun [1, səh.54-62; 15, səh. 118-121; 25, səh.51-56].


Beşinci problem

Empirik sosiologiya çərçivəsində siz saxta adlandırılan problemlərlə də [14, səh.152-155] rastlaşa bilərsiniz. Sosioloqun qarşısına qoya bilmədiyi problemlər belə problemlərə aiddir. Bu problemlər azdırıcıdır və onlara aşağıdakılar aiddir:

 müəyyən sosial fenomeni təsvir və izah etmək üçün yeganə həlledici faktorun axtarışı;

 tamı hissələrin cəmi kimi təsəvvür etmək, yəni sosial olanı hissələr üzrə öyrənmək tam haqqında bilik vermir;

 cəmiyyətin inkişafının qanunauyğunluqlarını deyil, qlobal inkişaf qanunlarını axtarmaq;

 ölkə, dünya hara gedir? kimi suala cavab axtarmaq.

Yuxarıda təsvir olunmuş problemləri nəzərdən keçirən zaman qeyd olunmuş bütün anlayışlar empirik məlumatların analizinin «dilinin» elementləridir. Təbiidir ki, bu məcmu sosioloq üçün zəruridir, amma kifayət deyildir. Analiz dilinin digər elementləri sonrakı şərh prosesində tətbiq olunacaq və həmçinin mətndə göstəriləcəkdir.


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin