Dərslik Bakı 014 bbk 60. T 12



Yüklə 2,78 Mb.
səhifə17/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   131
İkinci yanaşma. Bu yanaşmanın tərəfdarları hesab edirlər ki, sərt formalaşdırılmış sorğu metodlarının köməyi ilə sosiallığın dərinliyinə baxmaq olmaz. İndivid təkrar olunmazdır və sosiallığın təzahürü deyildir, özü bir növ sosial hadisədir. Keyfiyyət yanaşmaları adlandırılanlar (keyfiyyət metodları, keyfiyyətli metodologiya) buradan meydana çıxır. Sosioloq bu suallara cavab axtarır: Bu nədir? Bu nə üçündür? Bu haradandır? Bu hansı formalarda mövcuddur? Bunun səbəbi nədir? Anlama və izahetmə funksiyaları birinci plana çıxırlar, amma məcmuların empirik qanunlarına deyil, individual səviyyəyə mənsub hesab olunurlar. Bu yanaşmanın çərçivəsində ən çətin olanı individuallığın dərinliklərindən, hadisənin (keys-stadi) tipik bir hal kimi tədqiqindən ümumi qanunauyğunluqlara keçiddir.

Bu halda informasiya toplamaq üçün metod kimi müxtəlif qeyri-formal intervyu növlərindən, müşahidələrdən istifadə olunur. Siz artıq narrativ (hekayə şəklində) intervyu, leytmotiv və fokuslaşdırılmış (tapşırılmış mövzuya dair) intervyu terminləri ilə tanışsınız [10, 24]. Biliklərin əldə edilməsi prosesi – sosioloqun sənətidir. Əgər birinci yanaşmanın çərçivəsində sosioloqlar modal xarakterli empirik qanunauyğunluqların təsvirinə aludə olurlar, amma ikinci yanaşmanın çərçivəsində antimodal (az yayılmış) xarakterli empirik qanunauyğunluqların təsviri ilə məşğul olurlar.

Yuxarıda qeyd olunmuş yanaşmalardan birincisinə əsaslanan sosioloji tədqiqatların bütün məcmusunu statistik paradiqma çərçivəsində aparılan tədqiqatlar adlandırmaq olar. Buna müvafiq olaraq ikinci yanaşmaya əsaslanan tədqiqatları humanitar paradiqma çərçivəsində tədqiqatlar adlandırmaq olar. Sosiologiyada «poliparadiqmallıq» mövzusu öz-özlüyündə bizim müzakirələrimizin obyekti deyil. Məlum olduğu kimi, paradiqma hamı tərəfindən qəbul olunmuş elmi nailiyyətlərdir, hansılar ki, müəyyən vaxt ərzində problemlərin qoyuluşunu və onların həllini elmi cəmiyyətə verirlər [8].

Aydındır ki, sosiallığın öyrənilməsi üçün yanaşmaların, ənənələrin, paradiqmaların seçilməsi üçün bir neçə əsas da ola bilər. Məsələn, sizə məlum olan N.Smelzerin [16, səh.18] kitabını yada salmaq yerinə düşər. Kitabda sosial faktların öyrənilməsi üçün 5 üsul göstərilmişdir: demoqrafiik, psixoloji kollektivçi, kulturoloji və qarşılıqlı münasibətləri aşkarlamağa əsaslanan üsul. Siz bilirsiniz ki, sosiologiyada həm də müxtəlif nəzəri cərəyanlar da paradiqmalardır.

Sosioloji informasiya ilə işləməyin üsulları, yolları nöqteyi-nəzərindən bizim nəzərdən keçirdiyimiz əsas bütün başqa əsaslardan fərqli olaraq prinsipial xarakter daşıyır. Bu zaman «statistik yanaşma - humanitar yanaşma kimi iki termin elə həmin yanaşmaları göstərmək üçün mövcud olan digər termin cütlərindən daha çox münasibdir. Bu aşağıdakı situasiya ilə bağlıdır.

Bu iki yanaşmanı işarə etmək üçün sosioloqlar adətən «kəmiyyət və keyfiyyət» kimi bir cüt anlayışdan istifadə edirlər. Bu cütlük qarşıdurmanın qəbuledilməz çalarını özündə daşıyır. Heç olmazsa, bir neçə işlə tanış olun [2, 24, 26]. Empirik sosiologiya çərçivəsində kəmiyyət və keyfiyyət yanaşmalarının yaradılması tarixən təşəkkül tapmış bir faktdır və böyük ziyan vurur (xüsusilə tələbəyə). Bu bir növ «empirik sosiologiyanın vicudunda anaxronizmdir». Məlumatların analizi metodologiyasının nöqteyi-nəzərinə görə, keyfiyyətin kəmiyyətə keçməsinin və sonra bu kəmiyyətin «yeni» keyfiyyətə keçməsinin (analogiya üçün kəmiyyətin keyfiyyətə keçməsi haqqında fəlsəfə qanununu yada salaq) əbədi qanunu mövcuddur.

Elementar misalları nəzərdən keçirək. Fərz edək ki, siz Rusiyada fahişəlik kimi sosial problemi öyrənirsiniz. Amma bizim günlərdə deyil, 70-ci illərdə olan vəziyyəti. Aydındır ki, heç bir anketləşdirmə bu fenomenin öyrənilməsində sizə yardım göstərə bilməz. Nəyə görə? Birincisi, həmin illərdə bu mövzu sosioloq üçün yasaq idi. İkincisi, söhbət sosial cəhətdən təqdir olunmayan davranışdan getdiyi üçün, fərz olunan respondent sosioloqun təklif etdiyi anketin suallarına çətin ki, cavab verməyi istəmiş olaydı. Üçüncüsü, siz öz tədqiqatınızı öyrənilən birliyin elementar sosial portretinin olmadığı bir situasiyada, öyrənilən məcmu haqqında apriori birliklərin yoxluğu şəraitində aparmış olardınız.

Buradan belə nəticə çıxır ki, həmin sosial reallıqda fahişəlik hadisəsini ancaq yumşaq, sərt olmayan sırf keyfiyyət yanaşması vasitəsilə öyrənə bilərdi. Tədqiqatçılıq vəzifəsi sosioloqun arzu və istəyindən asılı olmayaraq belə yanaşmanı tələb edərdi. Bu fakt danılmazdır. Əgər bu fenomeni bu gün (90-cı illərdə) götürsək, onda situasiya kəskin şəkildə dəyişir. Bu gün bu fəaliyyət yumşaq desək, tədqir olunur və mövzu tamamilə açıqdır. Bundan başqa, bu sosial fenomenin müəyyən dərəcədə öyrənilməsindən və strukturlaşmasından da danışmaq olar. Onun mövcudluq formaları, «yüngül» əxlaqlı qadınların həyat yolundan nümunələr, «peşənin» seçilməsinə təsir göstərən faktorlar və s. məlumdur. Buna uyğun olaraq fahişəliyin öyrənilməsində sərt, formalizə edilmiş üsulların tətbiqi nəinki mümkündür, həmçinin də lazımdır.

Gördüyümüz kimi, tədqiqat situasiyasının dəyişməsi tədqiqat vəzifələrinin dəyişməsinə səbəb oldu. Başqa cür də demək olar. Problemli situasiyanın dəyişməyi tədqiqatın məqsədlərini də dəyişdi. Belə dəyişmiş situasiyada sosioloq kəmiyyət xarakteristikalarını əldə etmək istəyir və əldə edə bilər, məsələn, Rusiyanın müxtəlif regionlarında ayrı-ayrı fahişəlik tiplərinin yayılması dərəcəsi haqqında. Başqa misalları da nəzərdən keçirmək olar. «Yeni ruslar», «orta sinif» kimi bizim günlərin sosial fenomenlərinin öyrənilməsi yumşaq, əyilgən, xüsusi keyfiyyət yanalmasını tələb edir. «İnsanın həyat strategiyası», «nəsillərin yolu» [19] və s. kimi fenomenlər sosial reallığın konkret götürülmüş fraqmentinin spesifikasından asılı olmayaraq, keyfiyyət və kəmiyyət yanaşmalarının uzlaşması vasitəsilə öyrənilir. İstənilən sosioloji tədqiqatda, harada ki, sosial fenomenlərin dərindən öyrənilməsi və «Bu niyə belədir?» sualına cavab axtarmaq məsələsi qoyulub, orada göstərilmiş hər iki yanaşma eyni zamanda müxtəlif ardıcıllıqla və ya paralel olaraq istifadə olunur. Məsələn, sosial olanı insanların bioqrafiyası vasitəsilə öyrənən zaman məlumatlar analizinin formalizə edilmiş proseduralarından istifadə etmək olar. Düzdür, toplanmış bioqrafiyaların sayı kifayət qədər çox olan halda müvafiq olaraq empirik materialın sistemləşdirilməsi və ümumiləşdirilməsi məsələsi meydana çıxır. Analizin konkret riyazi metodlarının tətbiqinə gəldikdə isə, bu halda sosioloq üçün adət etmədiyi metodlar (qrafa nəzəriyyəsi, riyazi modelləşdirmə) lazım ola bilər. Çox sosioloq riyazi metodlar adı altında statistik analiz deyilən metodları nəzərdə tutur. Əgər statistik analiz metodları istənilən nəticəni vermirsə, onda müvafiq olaraq ümumiyyətlə riyaziyyatı qəbul etməmək situasiyası yaranır.

Statistik və humanitar paradiqmaları işarə etmək üçün sosiologiyada «deduksiya-induksiya», «yüksələn-alçalan» tədqiqat strategiyaları kimi anlayış cütlüklərindən istifadə olunur. Yerli sosiologiyada bu anlayış cütlüklərindən praktiki olaraq istifadə olunmur. Bizdə hələlik qarşıdurmaya və qarşıqoymaya meylli «kəmiyyət-keyfiyyət» cütündən istifadə olunur.

Statistik paradiqma halında isə sosioloji tədqiqatın konseptual sxeminin işlənib hazırlanmasında mülahizələrin deduktiv-induktiv (ümumidən xüsusiyə doğru) xarakteri haqqında danışmaq olar. Humanitar paradiqma halında isə tədqiqatın «vücudunun» quraşdırılmasının induktiv-deduktiv (xüsusidən-ümumiyə doğru) xarakterdə olması haqqında nümunəmiz vardır. Bizim fikrimizə görə tələbənin belə bir analogiyaları araşdırmağıma hələlik heç bir ehtiyac yoxdur.

İki yanaşmanın (iki ənənənin, iki paradiqmanın) nəzərdən keçirilməsindən əldə olunan ən vacib nəticə belədir: yanaşmaların seçilməsi və ya yanaşmaların uzlaşmasının məntiqi tədqiqatın məqsədi, tədqiqatın məsələləri, tədqiqatın situasiyası ilə şərtləndirilib. Məlumatların analizinin metodologiyası çərçivəsində yanaşmaların özlərindən daha çox vacib olan odur ki, yanaşmalar problemi təbii şəkildə müxtəlif informasiya tiplərinin (o cümlədən mətn tipinin), bu tiplərlə işləməyin müxtəlif üsullarının və sosioloji tədqiqatda analizin məntiqinin seçiminin mövcud olduğu müstəviyə keçir. Bu müstəvidə keyfiyyətin kəmiyyətə qarşıdurmasına yer yoxdur.

Müxtəlif tipli informasiyalar ilə aparılan işin kontekstində söhbət tədqiqatda analizin məntiqi sxeminin qurulmasından gedən zaman məlumatların analizinin yüksələn strategiyası (xüsusidən ümumiyə doğru) – məlumatların analizinin alçalan strategiyası (ümumidən xüsusiyə doğru) kimi anlayış cütlüyündən istifadə daha çox məqsədəuyğun kimi görünür. «Yumşaq (əyilgən) – «sərt», «zəif formalaşmış» - «güclü formalaşmış», «zəif strukturlaşdırılmış» - «güclü strukturlaşdırılmış» kimi məlum termin cütlərini isə informasiya yığımı metodları ilə əlaqələndirmək məqsədəuyğundur, belə ki, onlar tarixən elə oradan meydana gəliblər.


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin