Dərslik Bakı 014 bbk 60. T 12


MÜQƏDDİMƏ tələbələr üçün



Yüklə 2,78 Mb.
səhifə8/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   131





MÜQƏDDİMƏ
tələbələr üçün

Əgər siz «Sosiologiya» adlı son dərəcə gözəl bir elmə aludə olmusunuzsa, onda bu kitab sizin üçündür. «Sosiologiyaya giriş», «Sosiologiyanın tarixi», «Sosiologiyada informasiya toplanmasının metodları» kimi kursları dinləndikdən sonra siz sosial reallığın öyrənilməsinin mürəkkəb və çoxsaylı üsulları haqqında təsəvvürə maliksiniz və dərk edirsiniz ki, professional sosioloq olmaq üçün sosioloji tədqiqatların çoxsaylı müxtəlif üsul, vasitə, metodlarını mənimsəmək zəruridir. Bu işdə mənim «Mühazirələrim» (kitabı belə adlandırmağı mümkün hesab etmişəm, belə ki, o, mühazirələr kursunun oxuması və tələbələrlə aparılan çoxillik iş prosesində yaranmışdır) sizə müəyyən dərəcədə yardım göstərə bilər.

Siz sosioloqun işlədiyi informasiya dünyası haqqında təsəvvür əldə edəcəksiniz, öyrənəcəksiniz ki, informasiya haradan əldə olunur və hansı formalarda mövcuddur, necə ölçülür və necə analiz olunur. Materialın mənimsənilməsi üçün riyaziyyatdan heç bir xüsusi hazırlığa ehtiyac yoxdur, amma ümidvarıq ki, bu kitabdan sonra siz riyaziyyata müraciət etmək istəyəcəksiniz.

Bəs bu kitabın mənimsənilməsi prosesində siz nəyi öyrənəcəksiniz? Əlbəttə ki, çox az şey, axı bu problematikaya ancaq girişdir. Bunu necə etməkdən çox bunu necə etməməyi öyrənəcəksiniz. Bir çox sualara dəqiq birmənalı cavablar sosiologiyada mövcud deyildir. Bu eyni zamanda həm yaxşı və həm də pisdir, həm asan və həm də çətindir. Müəyyən sosioloji «məsələnin» həlli üçün müəyyən üsulun, metodun olması təbiidir ki, çox yaxşı olardı (çünki məktəbdə belə öyrədirlər). O zaman bütün mümkün olan məsələlərin qoyuluşunu dərk etdikdən, onların həlli metodlarını mənimsədikdən sonra özümüzü professional hesab edə bilərik.

Sosiologiyada məktəbdə anlaşıldığı kimi məsələlər yoxdur, ancaq problemlər və hipotezlər mövcuddur. Bununla bərabər problemlərin həlli, hipotezlərin yoxlanması üçün böyük miqdarda metodlar, üsullar və vasitələr mövcuddur. Təbiidir ki, onları mənimsəmək heç də asan deyildir. Buna görə də biz bu vasitələrin ancaq bəzilərini nəzərdən keçirəcəyik (hansılar ki, bizim peşəkarlığımızın artmasının növbəti sıçrayışı nöqteyi-nəzərindən ən əsas olanlarıdır).

Kitabın oxunması prosesində siz aşağıdakı suallara cavab tapacaqsınız:



  • Sosial obyektin xüsusiyyətləri nədən ibarətdir? Onun öyrənilməsinin modelini necə qurmaq lazımdır?

  • Sosiologiyada empirik məlumatların müxtəlif tipləri nə ilə fərqlənirlər?

  • Sosiologiyada nə cür problem və üsullar mövcuddur?

  • Riyaziyyat sosioloqun nəyinə lazımdır?

  • Ayrıca götürülmüş empirik indikatorun «davranışının» və empirik indikatorların «birgə» davranışının öyrənilməsi nə deməkdir?

  • «Əlaqə» və «qarşılıqlı əlaqə» nə deməkdir? Nəyə görə əlaqə müxtəlif cür başa düşülür?

  • Məlumatların analizinin yüksələn və alçalan strategiyası nə deməkdir?

  • Tipoloji faktorlu, səbəbiyyət analizləri nə deməkdir?


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin