Dərslik Bakı 014 bbk 60. T 12


Seminar üçün və ya müstəqil yerinə yetirmək üçün tapşırıq



Yüklə 2,78 Mb.
səhifə91/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   131
Seminar üçün və ya müstəqil yerinə yetirmək üçün tapşırıq.

Hər bir tələbənin model tapşırığı üçün məlumatlar fikirləşib tapması lazımdır. Imkan daxilində real tədqiqatın fraqmentindən istifadə edin. Tapşırığın məqsədi ilkin analiz üsullarını mənimsəmək üçün hazırlıq, yəni ayrıca götürülmüş əlamətlərin, o cümlədən empirik indikatorların “davranışını” öyrənməkdir. Elə bu material üzərində əlamətlər arasındakı qarşılıqlı əlaqənin analizini də mənimsəyəcəyik.

Məsələyə qarşı olan, deməli empirik indikatorlara olan tələblər belədir:

Obyektlərin sayı 45 - 50. Obyekt rolunda çıxış edə bilərlər: respondentlər, ailələr, tələbə qrupları və s. Yəqin ki, onlar respondentlər olacaqlar, çünki 50-yə yaxın obyekt lazımdır. “Çoxbilmişlərə” xəbərdarlıq – bu mərhələdə hər şey kompyutersiz ediləcəkdir. Əvvəlcə, “mühazirələrdə” göstərilmiş bütün tapşırıqları əllə yerinə yetirmək və ancaq sonra kompyuterdən istifadə etmək məsləhətdir.

Əlamətlərin sayı minimal olaraq üçə bərabərdir. Onlardan birincisi dərəcələrinin sayı 6-9-a bərabər olan nominal şkala üzrə ölçülüb. Ikincisi dərəcə sayı 5-7-ə bərabər olan sıra şkalası üzrə ölçülüb. Nəhayət üçüncü əlamət metrik şkala üzrə (rəqəmlər, kəmiyyətlər) ölçülüb. Bu zaman hesablamaları sadələşdirmək üçün əlamətin qiyməti kimi ikirəqəmli tam ədədlərdən istifadə etmək məsləhətdir.

Bu üç əlamət üçün onların arasındakı qarşılıqlı əlaqələrin analizi məzmunlu mənaya malik olmalıdır. Məsələn, “tələbənin sosial mənşəyi”, “onun ali məktəbi bitirdikdən sonra işə düzələ biləcəyinə əminliyi”və “təhsilə münasibəti” kimi əlamətlərin “davranışını” öyrənmək olar. Bu zaman onlardan birincisi ölçmənin nominal səviyyəsinə malikdir və anketdə sosial mənşə haqqında birbaşa verilən sualdan ibarətdir. Ikincisi beşballıq sıra şkalası üzrə məntiqi kvadrat vasitəsilə ölçülə bilər. Üçüncüsü Terstoun şkalası ilə ölçülüb və bununla da ölçmənin metrik səviyyəsinə malikdir.

Seçilmiş əlamətlər üçün, məsələn: “İşə düzəlməyə olan əminlik tələbənin sosial mənşəyindən asılıdırmı?” kim suallar qanunauyğun olmalıdır.

Əgər məsələ model məsələsidirsə, onda əlamətlərin analizi üçün əsasları seçdikdən sonra cavabları hazırlamaq lazımdır. Beləliklə, ilkin materialların “obyekt - əlamət” növlü matrisası alınır ki, onun əsasında bu fəslin bir neçə gələcək bölməsinə aid tapşırıqlar yerinə yetiriləcəkdir.



Hər üç əlamət üzrə mütləq, nisbi (paylarda və faizlərdə) və toplanmış sıxlıqları hesablamaq lazımdır. Nəticələri 3.1.1, 3.1.2, 3.1.3 tipli cədvəllər şəklində tərtib edin.


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin