Susmaq və danışmaq barədə 1 Elə məzəmmət var ki, vaxtında edilmir,
Elə susan adam var ki, dərrakəlidir.
2 Məzəmmət
etmək
içində
qəzəblənməkdən yaxşıdır.
3 Kim öz səhvini etiraf edir, alçalmaqdan
qorunacaq.
4 Məhkəməni udmaq üçün zor işlədən
adam
Bir qızın bakirəliyini pozmaq istəyən
xədimə bənzəyər.
5 Elə adam var ki, sakit qalır və müdrik
sayılır,
Eləsi də var, çox danışdığı üçün nifrət
qazanır.
6 Eləsi var, nə cavab verəcəyini
bilmədiyindən susur,
Eləsi də var, danışmağın vaxtını
bildiyindən sakit qalır.
7 Müdrik insan münasib vaxta qədər səssiz
qalar,
Təkəbbürlü və səfeh isə münasib vaxtı
əldən buraxar.
8 Çox danışan adamdan ikrah edilər,
Danışmaq səlahiyyəti istəyən kəsdən
hamının zəhləsi gedər.
9 Pis bir hadisədə insan uğur qazana bilər,
İtkidə uğur ola bilər.
10 Elə bəxşiş var ki, sənə fayda gətirməz,
Elə bəxşiş də var ki, ikiqat mükafat gətirər.
11 Elə izzət var ki, alçalmaya gətirib
çıxarır,
Elə alçalma da var ki, izzətə qaldırır.
12 Az pulla çox şey alan adam da var,
Amma sonra buna yeddi qat xərc çəkir.
13 Müdrik insan sözləri ilə hamının
rəğbətini qazanar,
Səfehin lütfü isə boşa çıxar.
14 Səfeh adamın bəxşişi sənə xeyir
gətirməz,
Çünki bir şeyin müqabilində çox şeydə
gözü qalar.
15 O, az verər və çox minnət qoyar,
Carçı kimi ağzını açar.
Bu gün sələm verib sabah geri istəyər,
Beləsi Rəbdə və insanlarda ikrah oyadar.
16 Axmaq adam deyər: «Mənim dostum
yoxdur,
Xeyirxahlıqlarımın
müqabilində
minnətdarlıq edilmir.
17 Çörəyimi yeyənlər dalımca danışırlar».
Beləsinə həmişə hər kəs gülər!