Yalan tərbiyəsiz adamın dilindən düşməz.
25 Yalan dilindən düşməyən kəsdən oğru
yaxşıdır,
Amma ikisinin də payı fəlakət olacaq.
26 Yalan söyləyən adamın rəftarı
biabırçılıqdır,
Rüsvayçılığı həmişə onu müşayiət edər.
Hikmətli sözlər barədə
27 Müdrik danışan insan irəli gedər,
Dərrakəli adam əyanların rəğbətini
qazanar.
28 Torpağı becərən adamın məhsulu bol
olar,
Əyanların rəğbətini qazanan kəsin
haqsızlığı bağışlanar.
29 Hədiyyə və bəxşişlər müdriklərin
gözünü örtər,
Heyvanın ağzına keçirilən ağızlıq kimi
məzəmmətləri dayandırar.
30 Üzə çıxmayan müdriklik və gizli qalan
xəzinə –
Bunların hər ikisindən nə fayda var?
31 Axmaqlığını gizlədən adam
Müdrikliyini gizlədən kəsdən üstündür.
21
Dostları ilə paylaş: