Həyatda sınaqlar 4 Ələyi yelləyəndə zir-zibil qalar,
Eləcə də insan danışarkən qüsurları bəlli
olar.
5 Soba dulusçunun qabını sınaqdan
keçirər,
Eləcə də insan öz söhbətindən sınanar.
6 Ağaca necə qulluq edildiyi onun
bəhərindən məlum olar,
Eləcə də insanın ağlının düşüncələrini
sözləri üzə çıxarar.
7 Bir adamın danışmağından qabaq onu
tərifləmə,
Çünki sözləri vasitəsilə sınaqdan
keçiriləcək.
Fəzilət barədə 8 Əgər sən ədalətin dalınca getsən, onu
əldə edəcəksən,
İzzət libası kimi onu geyinəcəksən.
9 Quşlar öz növündən olanlarla birgə olar,
Düzlük onu tətbiq edənlərə tərəf gələr.
10 Aslan qənimət üçün pusqu qurar,
Eləcə də günah haqsızlıq edənləri gözləyər.
11 Möminin söhbəti həmişə müdrikdir,
Amma ağılsız adam ay kimi dəyişər.
12 Düşüncəsiz adamların arasına düşsən,
çox qalma,
Dərrakəli adamların arasında olsan, oradan
ayrılma.
13 Axmaqların söhbəti iyrəncdir,
Onların gülüşü mütləq günahlı olur.
14 Söyüş söyən adamların danışığından
tüklər biz-biz durar,
Onların münaqişəsindən qulaqlar tıxanar.
15 Qürurlu adamların münaqişəsi qan
tökməklə nəticələnir,
Onların söyüşməsinə qulaq asmaq çox
ağırdır.