Günahkarların taleyi 5 Günahkarların övladları mənfur olur,
Onlar tez-tez dinsizlərin məskəninə baş
çəkirlər.
6 Günahkarların övladlarının mirası puç
olacaq,
Onların nəsilləri daim şərəfsizliyə düçar
olacaq.
7 Övladları dinsiz atanı təqsirləndirəcəklər,
Çünki ondan ötrü məzəmmət olunurlar.
8 Vay halınıza, ey dinsiz adamlar ki,
Uca Allahın Qanununu tərk etmisiniz.
9 Doğulanda lənət üçün doğulursunuz,
Öləndə də lənət payı alacaqsınız.
10 Torpaqdan olan hər şey torpağa qayıdır,
Eləcə də dinsizlər lənətdən həlaka doğru
gedirlər.
11 Adamlar öz ölülərindən ötrü yas
tuturlar,
Günahkarların isə şərəfsiz adları itib-gedir.
12 Öz ad-sanını gözlə,
Çünki bu, sənə min böyük qızıl
xəzinəsindən çox qalacaq.
13 Xoş günlər müvəqqətidir,
Amma ad-san əbədi olaraq qalır.