Deuterokanonik kitabları Yoxlama versiyası


E Ədaləti bərpa edən məktub



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə46/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   42   43   44   45   46   47   48   49   ...   304
Barux

E
Ədaləti bərpa edən məktub
13 [1]   Məktubun   mətni   belədir:   «Böyük
padşah   Axaşveroşdan   Hindistandan
Həbəşistana   qədər   yüz   iyirmi   yeddi
vilayətin başçılarına və bütün padşahlıqda
olan hər bir sadiq adama salamlar.
14 [2]  Yaxşılıq   edən   adamların   səxavətlə
verdiyi   hədiyyələrlə   bir   necə   dəfə
mükafatlandırılan   bəzi   adamlar   son
nəticədə   özlərini   hər   kəsdən   üstün   hesab
edirlər. 15 [3] Hakimiyyətimiz altında olan
adamlara ziyan vurmaqla kifayətlənməyib,
yeyib-içməkdə   ifratçılıqlarına   baxmadan
onlara yaxşılıq edən adamlara qarşı intriqa
qurmağa   başlayırlar.   16 [4]   İnsanların
qəlbində   şükran   hissini   yox   etməklə
kifayətlənməyib,   yaxşılıqdan   bixəbər
adamların   alqışları   ilə   qürur   duyurlar.
Amma Allah hər şeyi görür və onlar günah
edənlərə   qarşı   olan   Allahın   ədalətindən
əsla qurtula bilməyəcəklər.
17 [5]   Beləcə,   dəfələrlə   səlahiyyətli
adamlar   öz   dostlarına   inanıb   işlərin
rəhbərliyini onlara həvalə edir və onların
təsiri   altında   qalırlar.   Nəticədə   onlarla
birlikdə   günahsızların   tökülən   qanlarına
cavabdeh   olur   və   bərpası   mümkün
olmayan   əzablara   qarışmış  olurlar.   18 [6]
Pis niyyətli adamların uydurma dəlilləri ilə
rəhbərlərin   düzgün   niyyətləri   səhv
istiqamətə yönəldilir.
19 [7]   Dediyimiz   kimi,   bunu   təkcə   tarixi
əhvalatlardan   görmürük.   Gözümüzün
qarşısında   olanlara   baxın,   başımıza   bəla
olan ləyaqətsiz vəzifə sahiblərinin etdikləri
cinayətlərə baxın.
20 [8]   Gələcəkdə   padşahlığımızda   hər
kəsin   sülh   və   əmin-amanlığını   görmək
üçün   çalışacağıq.   21 [9]  Yeni   bir   siyasət
46


yolunu tutacağıq və qərarımıza daxil olan
mövzularda   qərəzsiz   fəaliyyət   tərzimiz
olacaq.
22 [10]   Beləcə   Hammedata   oğlu   Haman
qonaqpərvərliyimizdən   faydalandı.   O,
Makedoniyalıdır. Onda bir damla da olsun
Fars qanı yoxdur və bizim şəfqətimizdən
çox   uzaqdır.   23 [11]   Bütün   millətlərə
göstərdiyimiz   kimi,   ona   da   yüksək
dərəcədə   yaxşılıq   göstərdik;   o,   padşahlıq
taxtında   ikinci   sima   kimi   bəyan   edilərək
bizim atamız və hörmətli şəxs kimi təqdim
olunmuşdu.
24 [12]   Amma   o,   öz   qüruruna   hədd
qoymayaraq   padşahlığımızı   əlimizdən
almaq   və   həyatımıza   son   qoymaq   üçün
fitnələr  qurmağa  başladı.  25 [13]  Bundan
savayı,   məkrlə   və   bizi   inandırmaq   üçün
irəli   sürdüyü   dəlillərlə,   xilaskarımız   olan
və   bizə   daima   yaxşılıq   edən   Mordokayı,
padşahlığımızın bir hissəsi olan Esteri və
onların   bütün   xalqını   yox   etməyimizə
səbəb   olacaqdı.   26 [14]  Bu   planlarla   bizi
köməksiz   qoymaq   istədi   və   beləcə   onun
niyyəti
 
Fars
 
İmperatorluğunun
Makedoniyalılar tərəfindən devrilməsi idi.
27 [15]  Amma   biz   görürük   ki,   alçaqların
alçağı olan bir adamın yox etmək istədiyi
Yəhudilər təqsirkar deyillər, onlar əslində
ən   düzgün   qanunlarla   idarə   olunurlar.
28 [16] Onlar o uca Varlığın, yaşayan uca
Allahın övladlarıdır. Padşahlığımızın daimi
xoşbəxtliyi   üçün   biz   və   atalarımız   Ona
borcluyuq.
29 [17]   Bu   səbəbdən   Hammedata   oğlu
Hamanın   göndərdiyi   məktublara   məhəl
qoymamağınız məsləhətdir. 30 [18] Çünki
o məktubları yazan adam bütün ev əhli ilə
birlikdə   Şuşan   qalasında   çarmıxa
çəkilmişdir. Hər şeyi idarə edən Allah isə
layiq olduğu cəzanı ona bir göz qırpımında
verdi.
31 [19] Bu məktubun surətini hər bir yerdə
nümayiş etdirin, ənənələrinə əməl etmələri
üçün   Yəhudilərin   azadlığını   tanıyın.
32 [20] Onlara iztirab vermək üçün təyin
olunmuş   gündə,   yəni   on   ikinci   ay   olan
Adar   ayının   on   üçüncü   günündə
Yəhudilərə   kim   hücum   edərsə,   onlara
yardım edin. 33 [21] Çünki Hər Şeyə Qadir
Olan   Allah   seçdiyi   xalqı   üçün   o   günü
qırğın   günü   yox,   bir   sevinc   günü
yaratmışdır.
34 [22] Ey Yəhudilər, sizə gəlincə, bütün
dini   bayramlarınız   arasında   bu   bayramı
xüsusi bir gün olaraq müxtəlif ziyafətlərlə
keçirin. 35 [23] Beləcə indi və gələcəkdə
istər   sizin   üçün,   istərsə   də   yaxşı   niyyətli
Farslar   üçün   o   gün   xilasınızı   anma
şadyanalığı   keçiriləcək.   Düşmənlərinizə
gəlincə,   onlar   da   viranəliklərini   yada
salacaqlar.
36 [24]   Bu   əmrə   əməl   etməyən   bütün
şəhərlər   və   ölkələr   qəddarcasına   alov   və
mizraqlara   təslim   ediləcək,   insanlar   üçün
xarabalıq, heyvanlar və quşlar üçün o yer
əbədi olaraq düşmən kimi olacaq.
8
37 [13]   İndi   isə   bu   məktubun   surətləri
nəzərə   çarpacaq   tərzdə   padşahlığın   hər
yerində bəyan edilsin ki, bütün Yəhudilər
bu gündə əleyhdarları ilə mübarizə etməyə
hazır olsunlar. 
a
38 [14] Beləcə, süvarilər tələsik çıxdılar ki,
padşahın əmr etdiklərini yerinə yetirsinlər.
Əmr Şuşanda da bəyan olundu.
39 [15]   Mordokay   isə   padşah   xalatını
geyinmiş halda, başında qızıl çələng və al-
qırmızı   kətandan   düzəldilmiş   tacşəkilli
bəzəklə   bayıra   çıxdı.   Şuşandakı   adamlar
onu görəndə şad oldular. 40 [16] Yəhudilər
üçün işıq və fərəh hissi gəlmişdi. 41 [17]
Əmrin   bəyan   edildiyi,   fərmanın   elan
olunduğu hər şəhər və vilayətdə Yəhudilər
arasında   sevinc   və   fərəh   hissi   var   idi,
47


şadlıq məclisi qurulurdu. Başqa millətlərin
arasından bir çox adam Yəhudilərin saldığı
qorxu   səbəbindən   sünnət   olunub
Yəhudiliyi qəbul etdilər.
9

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin