Deuterokanonik kitabları Yoxlama versiyası


Haman Esterin ziyafətində



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə44/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   40   41   42   43   44   45   46   47   ...   304
Barux

Haman Esterin ziyafətində
1 Padşah və Haman mələkə ilə şərab içmək
üçün içəri daxil oldular. 2 İkinci gün olan
şərab   məclisində   də   padşah   Esterdən
soruşdu:   «İstəyin   nədir,   mələkə   Ester?»
Sənin   xahişin   və   təmənnan   nədir?
Padşahlığımın yarısı belə, istəsən, səninki
olar.
3 O   cavab   verib   dedi:   «Əgər   padşahın
gözündə   lütf   tapmışamsa,   xahişim   öz
həyatımın,   təmənnam   da   xalqımın
həyatının bağışlanması olsun. 4 Çünki mən
və   mənim   xalqım   məhv   edilməyə,
ovlanmağa, özümüz də, uşaqlarımız da qul
və   kəniz   kimi   köləliyə   verilməyə   təslim
edilmişik,   bununla   belə,   mən   sakit
qalmışdım.   Belə   ki,   böhtançı   padşah
sarayına   layiq   deyil».   5 Onda   padşah
soruşdu:   «Bu   işi   görməyə   cəsarət   edən
adam   kimdir?»   6 Ester   dedi:   «O   adam
düşməndir!   Bu   şər   olan   kəs   Hamandır!»
Onda   Haman   padşahın   və   mələkənin
əlindən   vahiməyə   düşdü.   7 Padşah
məclisdən   qalxıb   bağçaya   daxil   oldu.
Haman   isə   mələkəyə   yalvarırdı,   çünki
özünün pis vəziyyətdə olduğunu görürdü.
8 Sonra   padşah   bağçadan   qayıtdı.   Bu
zaman   Haman   mələkəyə   yalvararaq
mələkənin   uzandığı   kürsünün   üzərinə
yıxılmışdı.   Padşah   dedi:   «Beləcə,   sən
mənim   evimdə   arvadımı   hətta   zorlamaq
istəyirsən».   Haman   bunu   eşidəndə   üzünü
örtdü.   9 Sonra   padşahı   müşayiət   edən
xacələrdən biri olan Xarvona dedi: «Budur,
Haman   hətta   padşahın   xeyrinə   danışan
Mordokay   üçün   bir   dirək   də   hazırlayıb.
Əlli   qulac   hündürlüyündə   olan   dirək
Hamanın   evində   dikəldilmışdir».   Padşah
dedi:   «Qoy   onun   üzərində   çarmıxa
çəkilsin».
10 Beləcə,   Haman   Mordokay   üçün
hazırladığı dirəkdən asıldı, onda padşahın
qəzəbi soyudu.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin