Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə40/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   36   37   38   39   40   41   42   43   ...   304
Barux

Esterin duası
29 [12]   Ölüm   iztirabına   düçar   olmuş,
amansız təhlükə ilə üzləşən Mələkə Ester
də   Rəbbinə   sığındı.   30 [13]   Təntənəli
libasını   çıxarıb   yas   geyimlərini   geyindi.
Bahalı ətirlər əvəzinə başına kül və peyin
tökdü.   Bədənini   çox   üzdü,   şənliyində
bəzəndiyi hər bir hissəsini dağılmış saçları
ilə örtdü 31 [14] və İsrailin Allahı Rəbbə
yalvararaq belə dedi:
«Rəbbim   mənim!   Padşahımız   yalnız
Sənsən;
Mənə kömək et, tənhayam,
Səndən başqa köməyim yoxdur;
Çünki bəla məni haqlayıb.
32 [15] Həyatım təhlükədədir.
33 [16]   Uşaqlıqdan   bəri   ailəmlə   birlikdə
olarkən
Onların mənə öyrətdiklərinə görə, Rəbbim,
Sən bütün xalqlar arasından İsraili seçdin,
Qədim dövrlərdə yaşamış
Bütün   ulu   babalar   arasında   atalarımızı
seçdin,
Biz əbədi olaraq Sənin mirasın olacağıq.
Onlara söz verdiyin kimi davrandın.
 
34 [17] Amma biz Sənə qarşı günah etdik,
Sən bizi düşmənlərimizə təslim etdin.
35 [18] Çünki biz onların allahlarına ibadət
etdik.
Rəbbim, Sən adilsən.
36 [19] Amma köləliyimizin acısı
Hələ onlara kifayət etmədi!
Öz əllərini bütlərinin əlinə verdilər ki,
37 [20] Sənin ağzından çıxan əmrlərini
Yerə salsınlar,
Sənin mirasını dağıtsınlar,
Səni mədh edən ağızları susdursunlar,
Sənin   məbədinin   izzətini   və   Sənin
qurbangahını söndürsünlər.
38 [21]   Bunun   əvəzində   bütpərəstlərin
ağzını açsınlar,
Dəyərsiz bütləri mədh edib
Ətdən və sümükdən olan bir padşahı
Əbədi olaraq ucaltsınlar.
 
39 [22] Rəbbim, Öz hökmdarlıq əsanı
Mövcud olmayanlara təslim etmə,
Qoy   bizim   məğlub   olmağımıza
sevinməsinlər,
Amma niyyətlərini
Onların özlərinə qarşı çevir,
Bizə qarşı olan böhtançını isə
Xalqın qarşısında ibrət dərsinə çevir.
 
40 [23] Bizi yada sal, Rəbbim;
Təhlükəli günlər yaşadığımız zaman
Verdiyin ilhamla Özünü bizə göstər.
Mənə cəsarət ver.
Sən   allahların   Padşahısan   və   bütün
başçıların Ağasısan.
42


41 [24] Bu aslanla qarşılaşdığım zaman
Dilimə xoş sözlər qoy;
Onun ürəyini bizi təqib edənə qarşı
Nifrətlə doldur ki,
Düşmənimizin   və   onunla   əlbir   olanların
sonu gəlsin.
42 [25] Bizi isə qüdrətinlə qurtar,
Mənə kömək et, çünki tənhayam,
Səndən başqa kimsəm yoxdur, Rəbbim.
 
43 [26] Ya Rəbb, Sən hər şeyi bilirsən,
Qanunsuzların şöhrətinə nifrət etdiyimi,
Sünnətsizlərin və hər hansı bir yadellinin
Yatağından iyrəndiyimi bilirsən.
44 [27] Sıxıntı içində olduğumu bilirsən,
Yüksək   vəzifəmin   rəmzindən   iyrəndiyimi
bilirsən.
Padşahın sarayına girdiyim zaman
Başımda olan bu rəmz alnımı qurşayır.
Aybaşı qanı ilə murdarlanmış cındır kimi
ondan iyrənirəm,
Boş vaxtlarımda onu başıma qoymuram.
45 [28] Sənin qulun Hamanın süfrəsindən
dadmayıb,
Padşah ziyafətinə ehtiram göstərməmişəm,
Bütə təqdim olunan şərabdan içməmişəm;
46 [29] Mələkə olduğum gündən bu günə
kimi,
Ya Rəbb, İbrahimin Allahı,
Sənin   qulun   Səndən   başqa   heç   kimlə
şənlənməyib.
 
 
47 [30] Hər şey üzərində gücə malik olan
Allah!
Ümidsizlərin səsini eşit,
Bizi pis niyyətdə olanların əlindən xilas et,
Məni öz qorxumdan qurtar».
 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin