Bu təqibin mənası 12 Bu kitabı oxuyan hər kəsə təklif edirəm
ki, bu fəlakətlərdən sarsılmasın, əksinə, bu
cəzaların bizim nəslimizi yox etmək
məqsədi ilə deyil, tərbiyə etmək məqsədi
ilə üzərimizə gəldiyini dərk etsin.
13 Həqiqətən də, dinsiz adamlara
fəaliyyətləri üçün uzun müddət izin
verilməməsi və onların dərhal cəzalarını
çəkməsi böyük bir xeyirxahlığın
əlamətidir.
14 Başqa
xalqlara
münasibətində Allah onları cəzalandırmaq
üçün günahlarının ən yüksək həddə
çatmasına qədər səbirlə gözləyir; amma
bizimlə fərqli davranır, 15 yəni
günahlarımızın çoxalmasını gözləməyərək
bizi cəzalandırır. 16 Beləcə, Allah heç vaxt
mərhəmətini üstümüzdən götürmür. O, bizi
fəlakətlərlə tərbiyə etsə də, Öz xalqını tərk
etmir. 17 Bu dediklərimiz xatırlatma
məqsədi daşıyır, sözün qısası, əhvalatımıza
qayıdaq.