üzüb gəldiyini, 2 ölkəni işğal etdiyini,
Antioxu və onun qəyyumu Lisiyanı
öldürdüyünü eşitdilər. 3 Əvvəllər baş kahin
olan, amma iğtişaşlar dövründə könüllü
surətdə murdarlanan Alkim adında bir
adam heç bir halda qurtula bilməyəcəyini
və bundan sonra müqəddəs qurbangaha
yolunun bağlı olacağını anlayaraq,
4 təqribən yüz əlli birinci ildə
g
padşah
Dimitrinin yanına gəldi. Ona qızıl bir tac
və xurma ağacı budağı təqdim etdi, üstəlik,
məbədə məxsus olan ənənəvi zeytun
budağını da verdi. Həmin gün Alkim sakit
qaldı. 5 Amma sonra ağılsız niyyətinə
uyğun fürsət tapdı. Dimitri onu Şuranın
iclasına çağıranda və Yəhudilərin hansı
mövqedə, hansı niyyətdə olması barədə
ondan soruşanda belə cavab verdi:
6 «Başçıları Yəhuda Makkabi olan
Hasideylər adlanan Yəhudilər müharibə
tərəfdarıdırlar və üsyana çağırırlar; onlar
padşahlıqda sabitlık əldə olunmasına
imkan verməyəcəklər. 7 Buna görə də
əcdadlarımdan mənə qalan şərəfli vəzifəm,
yəni baş kahinlik əlimdən alındıqda indi
bura gəldim. 8 İlk növbədə, səmimi olaraq
padşahın mənfəətini güddüyüm üçün,
ikincisi də, öz həmvətənlərimin xeyrini
düşündüyüm üçün bunu etdim. Çünki
barəsində danışdığım adamların ağılsızlığı
ucbatından bütün tayfamız böyük
bədbəxtliyə düçardır. 9 Sən isə, ey padşah,
bunları ətraflı bilərək ölkəmizin və təzyiq
altında olan tayfamızın qayğısına qal.
Hamıya
iltifatla
göstərdiyin
insanpərvərliyə görə bunu et. 10 Nə qədər
ki Yəhuda sağdır, idarəçilikdə sülh əldə
etmək mümkün olmayacaq».
11 Bunlar deyilən kimi Yəhudaya bədxah
münasibət bəsləyən padşahın digər dostları
Dimitrini daha da qızışdırdılar. 12 Padşah
dərhal fillərə baxan Nikanoru seçib
Yəhudeyaya hərbi vali təyin etdi, onu
göndərdi 13 və əmr etdi ki, Yəhuda
öldürülsün, tərəfdarları pərən-pərən
salınsın, Alkim ən böyük məbədə baş
kahin təyin olunsun. 14 Onda Yəhudanın
əlindən Yəhudeyadan qaçan bütpərəstlər
dəstə-dəstə gəlib Nikanora qoşuldular.
Onlar Yəhudilərin başına gələcək
bədbəxtlik
və
bəlalardan
faydalanacaqlarına ümid edirdilər.
Dostları ilə paylaş: