Deuterokanonik kitabları Yoxlama versiyası


Nikanorun məğlubiyyəti və ölümü



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə160/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   156   157   158   159   160   161   162   163   ...   304
Barux

Nikanorun məğlubiyyəti və ölümü
25 Nikanor   və   onun   əsgərləri   şeypurların
səsi   və   döyüş   himnləri   ilə   irəlilədilər.
26 Yəhuda   və   onun   adamları   isə   Allahı
çağırma   və   dua   ilə   döyüşə   girdilər.
27 Əlləri   ilə   döyüşdükləri   halda
ürəklərində   Allaha   dua   edərək   otuz   beş
minə   qədər   adam   qırdılar   və   bu   işdə
Allahın   təzahürü   onlara   böyük   sevinc
verdi. 28 Hadisə bitəndə və onlar sevinclə
geri   dönəndə   döyüş   libasi   və   silahları
üstündə   olduğu   halda   yıxılıb   ölmüş
Nikanoru görüb tanıdılar.
29 Onda onlar səs-küy və nida ilə öz ana
dillərində Hökmdara alqış etdilər. 30 Bütün
cismi   və   canı   ilə   vətəndaşlarının   əsas
müdafiəçisi   olan,   öz   gəncliyini   iltifatla
soydaşlarının   qorunmasına   sərf   edən
Yəhuda Nikanorun başını və əlini çiyni ilə
birlikdə kəsməyi və Yerusəlimə aparmağı
əmr   etdi.   31 Oraya   gələndə   bütün
soydaşlarını   bir   yerə   çağırdı   və   kahinləri
qurbangahın   önünə   qoydu,   içqaladakı
adamların   da   dalınca   xəbər   göndərdi.
32 Murdar   Nikanorun   başını   və   bu   küfr
edən   adamın   öyünərək   Külli-İxtiyarın
müqəddəs evinə qarşı uzatdığı əlini onlara
göstərdi.   33 Ardından   dinsiz   Nikanorun
dilini   kəsərək   parça-parça   edib   quşlara
yem   verməyi   və   axmaqlığının   mükafatı
olaraq   müqəddəs   məskənin   qarşısında
asmağı   buyurdu.   34 Onda   hamı   göyə
baxaraq Özünü zahir edən Rəbbə alqış edib
dedi:   «Öz   məkanını   murdarlanmamış
Saxlayana alqış olsun!»
35 Yəhuda   Nikanorun   başını   içqalanın
divarına   asdı.   Bu,   hər   kəs   üçün   Rəbbin
köməyinin aydın və əyan olan əlaməti idi.
36 Hamı ümumi bir təkliflə qərara aldı ki,
həmin gün qeyd olunan gün kimi heç vaxt
yaddan   çıxmasın   və   bu,   Arami   dilində
Adar   adlanan   on   ikinci   ayın   on   üçüncü
günü,   yəni   Mordokay   gününün   ərəfəsi
qeyd olunsun.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin