Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə288/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   284   285   286   287   288   289   290   291   ...   304
Barux

Bütlərin faydasızlığı
8 Bu   allahların   dilləri   usta   tərəfindən
yonulub,   özləri   isə   qızıl   və   gümüşlə
örtülüb; onlar saxtadır və danışa bilmirlər.
9 Bu   adamlar   bəzənməyi   sevən   qız   kimi
qızılı   götürüb   öz   allahlarının   başına
çələnglər düzəldirlər. 10 Bəzən də elə olur
ki,   kahinlər   qızıl   və   gümüşü   öz
allahlarından   oğurlayır   və   özlərinə   sərf
edirlər, həmçinin bundan onlarla bir yerdə
qalan   məbəd   fahişələrinə   də   verirlər.
11 Qızıldan,   gümüşdən   və   ağacdan   olan
allahları   adamlar   kimi   geyimlərlə
bəzəyirlər,   amma   bu   geyimlər   onları
pasdan və güvədən xilas etmir. 12 Onların
əynindəki   tünd-qırmızı   paltarların   üzü
ibadətgahlarını   basmış  tozdan   xarab   olur.
13 Ölkənin   hakimi   olan   adam   kimi   bu
allahın   əlində   əsa   var,   lakin   özünə   qarşı
günah   edəni  öldürə   bilmir.  14 Sağ  əlində
qılıncı   və   baltası   var,   amma   öz-özünü
qoşundan   və   quldurlardan   müdafiə   edə
bilmir. 15 Bundan bilinir ki, onlar heç də
allahlar   deyil.   Beləliklə,   onlardan
qorxmayın.
16 Sınmış   qab   insan   üçün   necə   faydasız
olursa,   onların   ibadətgahlarında   olan
allahları   da   elədir.   17 İçəri   girənlərin
ayaqlarının tozundan onların gözləri tozla
dolur. 18 Padşahı təhqir edən şəxs ölümə
məhkum   olanda   mənzilinin   girişi   necə
bağlanırsa,   onların   ibadətgahlarını   da
kahinlər   qapılarla,   qıfıllarla   və   sürgülərlə
qoruyurlar   ki,   quldurlar   tərəfindən   qarət
olunmasın.  19 Onlar  özlərindən  daha  çox
bu allahlar üçün çıraq yandırırlar, amma bu
allahlar heç kəsi görə bilmir. 20 Bu allahlar
evin   şalbanı   kimidir;   deyirlər   ki,   onların
202


ürəklərini   yer   qurdları   dəlir,   özlərini   və
paltarlarını   yeyir,   onlarsa   hiss   etmir.
21 İbadətgahdakı   tüstüdən   onların   üzləri
qaralıb.   22 Onların   bədənlərinin   və
başlarının üstünə yarasalar, qaranquşlar və
digər quşlar uçub gəlir, eləcə də, pişiklər
onların   üstünə   çıxır.   23 Bundan
biləcəksiniz   ki,   onlar   allahlar   deyil.
Beləliklə, onlardan qorxmayın.
24 Əgər   kimsə   onları   gözəllik   üçün
örtüldükləri qızılın pasından təmizləməsə,
onda   onlar   parıldamayacaq;   axı   onlar
qəlibə   tökülüb   düzəldiləndə   heç   nə   hiss
etməyiblər. 25 Onlar baha qiymətə alınıb,
amma   onlarda   ruh   yoxdur.   26 Ayaqları
olmadığı üçün onları çiyinlərdə daşıyırlar.
Beləcə,   acizliklərini   insanlara   göstərirlər.
Yerə   yıxıldıqları   zaman   onlara   xidmət
edənlər   də   biabır   olurlar;   27 çünki   özləri
qalxa   bilmirlər,   kimsə   onları   yerdən
qaldırsa belə, özləri hərəkət edə bilmirlər.
Ölülər   kimi   onların   qabağına   hədiyyələr
qoyurlar.   28 Onların   qurbanlarını   isə
kahinlər satır və israf edirlər, qadınları da
bunların   bir   hissəsini   duzlayır,   amma   nə
kasıba, nə də zəifə pay ayırmırlar. Onların
qurbanlarına   hər   gün   zahı   qadınlar
toxunurlar.   29 Beləliklə,   onların   allahlar
olmadığını   bundan   bilərək   onlardan
qorxmayın.
30 Onları necə allahlar adlandırmaq olar?
Çünki bu gümüşdən, qızıldan və ağacdan
olan   allahlara   qadınlar   təqdim   gətirirlər.
31 Onların   ibadətgahlarında   kahinlər
cırılmış   köynəklərdə,   başı   və   saqqalı
qırxılmış   vəziyyətdə,   başıaçıq   otururlar.
32 Kahinlər   öz   allahları   qarşısında   şivən
çəkib   bağırırlar,   necə   ki,   bəziləri   bunu
ölənlərin   yasında   edirlər.   33 Onların
paltarlarının bir hissəsini kahinlər özlərinə
götürür   və   arvad-uşaqlarını   geyindirirlər.
34 Bu allahlar kimdənsə pis, yaxud yaxşı
əməl görəndə ona əvəzini ödəyə bilmirlər;
onlar   padşahı   taxta   çıxarıb,   onu   taxtdan
sala bilmirlər. 35 Eləcə də onlar nə sərvət,
nə   də   kiçik   bir   mis   sikkə   verə   bilmirlər.
Əgər   kimsə   onlara   and   vəd   edib   bunu
yerinə   yetirmirsə,   əvəz   çıxa   bilmirlər.
36 İnsanı ölümdən xilas edə bilmirlər, zəifi
güclünün   əlindən   ala   bilmirlər.   37 Kor
adamın   gözlərinə   şəfa   verə   bilmirlər,
sıxıntı   içində   olan   insana   kömək   edə
bilmirlər. 38 Dul qadının halına yanmırlar,
yetimə yaxşılıq etmirlər. 39 Ağacdan olan,
qızıl   və   gümüşlə   örtülmüş   bu   allahlar
dağlardakı daşlara bənzəyir; onlara xidmət
edənlər biabır olacaqlar. 40 Beləliklə, necə
düşünmək   və   hesab   etmək   olar   ki,   onlar
allahlar ola bilər?
41 Xaldeylilərin   özləri   də   bu   allahlara
hörmətsizlik   göstərirlər:   onlar   danışa
bilməyən lal bir adam görəndə onu Baalın
yanına  gətirirlər  və  tələb  edirlər  ki,   Baal
sanki   hiss   edə   bilirmiş   kimi   ucadan
qışqırsın.   42 Onların   bunu   bacarmadığını
bilsələr   də,   əl   çəkmirlər,   çünki   bunun
mənası   yoxdur.   43 Həmçinin   qadınlar
bellərinə ip bağlayıb ot tüstüsü çəkərək yol
üstündə   otururlar.   44 Onlardan   hər   hansı
biri   yoldan   keçənə   nəzər   yetirib,   onunla
yaxınlıq   edəndə   öz   rəfiqəsini   məzəmmət
edir ki, o, bu şərəfə nail olmayıb və onun
ipi qırılmayıb. 45 Onlarla baş verən bütün
işlər saxtadır və beləliklə, necə düşünmək
və hesab etmək olar ki, onlar allahlar ola
bilər?
46 Onlar sənətkarlar və qızıl işləri görənlər
tərəfindən   düzəldilib   və   sənətkarların
onlarla   etmək   istədiyindən   başqa   bir   şey
ola   bilməzlər.   47 Onları   düzəldənlərin
özləri   uzunömürlü   deyil;   bəs   onların
düzəltdiyi   şeylər   necə   allahlar   ola   bilər?
48 Onlar   nəsillərə   yalan   və   biabırçılığı
miras qoyublar. 49 Üstlərinə müharibə və
fəlakət   gələndə   kahinlər   öz   aralarında
məşvərət keçirirlər ki, bu allahlarla birgə
203


harada gizlənsinlər. 50 Əgər onlar özlərini
müharibədən   və   fəlakətdən   qurtara
bilmirlərsə,   deməli,   allahlar   deyillər.
51 Axı onlar ağacdandır, qızıl və gümüşlə
örtülmüşlər. Bundan bilmək olar ki, onlar
saxtadır; qoy bütün xalqlara və padşahlara
aşkar olsun ki, onlar allahlar deyil, insan
əlinin işidir və onlarda heç bir İlahi əməl
yoxdur. 52 Beləliklə, hər kəsə aydındır ki,
onlar allahlar deyil.
53 Onlar   ölkələrə   padşah   təyin   etmir,
insanlar   üçün   yağış   göndərmir,
54 məhkəmədə   hökm   çıxarmır,   əzilən
insanı müdafiə etmirlər; göylə yer arasında
çırpınan   qarğalar   kimi   gücsüzdürlər.
55 Çünki bu ağacdan olan, yaxud qızıl və
gümüşlə
 
örtülmüş
 
allahların
ibadətgahlarına   od   düşəndə   onların
kahinləri   qaçıb   canlarını   qurtaracaq,
onlarsa   şalban   kimi   içəridə   yanacaqlar.
56 Onlar nə padşaha, nə də düşmənə qarşı
dayana biləcəklər. 57 Beləliklə, necə qəbul
etmək   və   düşünmək   olar   ki,   onlar
allahlardır?
58 Ağacdan   olan,   qızıl   və   gümüşlə
örtülmüş bu allahlar nə oğrulardan, nə də
quldurlardan   özlərini   qoruya   bilir:
qarətçilər   bu   allahlardan   güclü   çıxıb
üstlərindəki   qızılı,   gümüşü   və   paltarları
çıxarır,   qənimətlə   gedirlər,   bu   allahlarsa
öz-özlərinə kömək edə bilmirlər. 59 Buna
görə də şücaət göstərən bir padşah, yaxud
sahibinin   evdə   işlətdiyi   faydalı   ev   əşyası
yalançı allahlardan daha yaxşıdır; yaxud da
içərisindəki əmlakı qoruyan evin qapısı və
padşah sarayındakı ağacdan olan sütunlar
yalançı   allahlardan   daha   yaxşıdır.   60 İşıq
vermək   üçün   yaradılan   günəş,   ay   və
ulduzlar   itaətlə   bu   işi   yerinə   yetirirlər;
61 eləcə də ildırım təzahür edir və külək
ölkənin   hər   yerində   əsir;   62 buludlar   da
Allahın   onlara   bütün   yer   üzündən
keçməsini əmr edəndə tez yerinə yetirirlər,
dağları   və   meşələri   məhv   etmək   üçün
göydən göndərilən od da ona təyin olunan
işi   edir.   63 Bu   allahlar   isə   nə
görünüşlərinə, nə də güclərinə görə onlara
tay   ola   bilməz.   64 Necə   düşünmək   və
hesab   etmək   olar   ki,   onlar   allahlar   ola
bilər? Bir halda ki, onlar nə məhkəmədə
hökm çıxarmağa, nə də insanlara yaxşılıq
etməyə   qadirdir.   65 Beləliklə,   onların
allahlar   olmadığını   bilərək,   onlardan
qorxmayın.
66 Onlar   padşahları   nə   lənətləyir,   nə   də
onlara   xeyir-dua   verirlər.   67 Millətlərə
səmada   əlamət   ola   bilməzlər,   çünki   nə
günəş   kimi   şəfəq,   nə   də   ay   kimi   işıq
saçırlar.   68 Heyvanlar   onlardan   yaxşıdır:
bunlar öz sığınacaqlarına qaçaraq özlərinə
kömək   edə   bilirlər.   69 Beləliklə,   onların
allahlar olmasını biz heç nədə görmürük;
buna görə də onlardan qorxmayın.
70 Bostandakı   müqəvva   heç   nəyi
qorumadığı   kimi,   onların   ağacdan   olan,
qızıl   və   gümüşlə   örtülmüş   allahları   da
belədir. 71 Eyni cür onların ağacdan olan,
qızıl və gümüşlə örtülmüş allahları üstündə
hər cür quş oturan bağdakı tikanlı alağa,
həmçinin qaranlığa atılmış meyitə oxşayır.
72 Onlardakı   çürüyən   tünd-qırmızı   nəfis
kətandan bilərsiniz ki, onlar allahlar deyil;
sonra isə qurdlar onların özlərini yeyəcək
və   ölkədə   biabır   olacaqlar.   73 Beləliklə,
bütləri   olmayan   saleh   insan   üstündür,
çünki biabırçılıqdanuzaqdır.
204


BARUXUN
KİTABI
GİRİŞ
«Baruxun Kitabı» Peyğəmbər Yeremyanın katibi Barux tərəfindən yazılmışdır. Kitabın
əvvəlində   sürgünə   aparılan  Yəhudilərin   öz   günahları   üçün   dua   etdikləri   və  Allahdan
bağışlanmaqlarını   dilədikləri   təsvir   olunur.   Barux   öz   kitabında   xalqı   müdrikliyə
səsləyərək yenidən Allahın yoluna dəvət edir və Allaha üz tutduqları təqdirdə təsəlli
tapacaqlarını vəd edir.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   284   285   286   287   288   289   290   291   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin