Deuterokanonik kitabları Yoxlama versiyası


Müdriklik axtarmaq barədə



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə286/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   282   283   284   285   286   287   288   289   ...   304
Barux

Müdriklik axtarmaq barədə
13 Hələ cavan ikən səyahətə çıxmamışdan
qabaq
Dualarımda aydın şəkildə hikmət istədim.
14 Məbədin önündə ondan ötrü yalvardım,
Axıracan da onu axtaracağam.
15 Üzümün çiçəklənməsindən yetişməsinə
qədər
Ürəyim onunla sevindi.
Düz yolla addımladım,
Cavanlığımdan bəri onu izlədim.
16 Hətta   bir   az   qulaq   verməklə   onu
qavrayaraq
Onda özüm üçün çoxlu bilik tapdım.
17 Onun sayəsində irəli getdim,
Mənə müdriklik verənə alqış olsun!
18 Belə   ki,   mən   hikməti   tətbiq   etməyi
qərara aldım,
Düzgünlüyün təəssübünü çəkdim,
Əsla xəcalətə düşməyəcəyəm.
19 Canım ondan ötrü əlləşdi,
Qanuna riayət etməkdə tələbkar oldum.
Əllərimi yüksəkliyə uzatdım,
Cahilliyimə görə qəmə batdım.
20 Qəlbimi hikmətə tərəf yönəltdim,
Təmizlənməklə onu tapdım.
Əzəldən   onunla   birlikdə   dərrakə   əldə
etdim,
Bu səbəbdən o əsla məni tərk etməyəcək.
21 Daxilim   onu   axtarmaq   üçün   təlatümə
gəldi,
Buna görə də yaxşı qazanc əldə etdim.
22 Rəbb mənə sözü mükafat olaraq verdi,
Söz vasitəsilə də Ona şükür edəcəyəm.
23 Ey   təlim   öyrənməyənlər,   mənə   yaxın
gəlin,
Mənim məktəbimdə yer tutun.
24 Bunlara   ehtiyacınız   olduğunu
söylədiyiniz halda
Nə üçün ürəyiniz çox həvəsli deyil?
25 Mən ağzımı açıb söylədim ki,
Gəl hikməti özün üçün havayı əldə et.
26 Özünü təlimin boyunduruğuna sal,
Ürəyin onu qəbul etsin,
O, yaxındadır, onu tap.
27 Öz gözlərinlə gör ki, mən bir az zəhmət
çəkdim
Və özüm üçün böyük rahatlıq tapdım.
28 Təlimə   çox   sayda   gümüş  müqabilində
belə, sahib ol,
Onun vasitəsilə çoxlu qızıl əldə edərsən.
29 Qoy   qəlbin   Rəbbin   mərhəməti   ilə
sevinsin,
Ona şükür etməkdən əsla utanmayasan.
30 Öz işini vaxtında başa çatdır,
Rəbb də Öz vaxtında sənə əvəz verər
.
201


YEREMYANIN MƏKTUBU
GİRİŞ
«Yeremyanın   Məktubu»   Peyğəmbər   Yeremyanın   sürgünə   aparılan   Yəhudilərə
ünvanlanmış   müraciətidir.   Yeremya   öz   məktubunda   bütpərəstliyi   pisləyir   və   öz
soydaşlarına bütlərdən uzaq durmaq barədə xəbərdarlıq edir.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   282   283   284   285   286   287   288   289   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin