Nəzəriyyə, cərəyan, məktəb adları. Nəzəriyyələr elmi, siyasi, fəlsəfi olmaqla qruplara bölünürlər. Elmi nəzəriyyələrin özləri də aid olduqları elm sahələrinə görə qruplaşdırılırlar. Məsələn, fiziki nəzəriyyələr, riyazi nəzəriyyələr, dilçilik nəzəriyyələri və s. Hər bir sahənin özünəməxsus nəzəriyyəsi olur. Məsələn, “Fonem” nəzəriyyəsi (dilçilik), “Hüceyrə” nəzəriyyəsi (biologiya), “Freydizm” nəzəriyyəsi, “Psixoanaliz” nəzəriyyəsi (psixologiya) və s. Nəzəriyyə adları ya onu yaradan şəxsin adı ilə, ya da həsr olunan məsələnin adı ilə adlandırılır. Cərəyan adları da demək olar ki, nəzəriyyə adlarının yaranması ilə eyni mövqedən çıxış edir. Məsələn, “Naturalizm” cərəyanı, “Etnopsixoloji” cərəyan, “İdeoloji” cərəyan və s. cərəyan adlarının əksəriyyəti “izm” şəkilçisinin köməyi ilə yaranır. Məsələn, “Liberalizm”, “Türkizm” və s. Məktəb adları əsasən onun yaradanın, banisinin, yarandığın yerin şərəfinə adlandırılır. Məsələn, “Füzuli” məktəbi, “Gənc qramatiklər məktəbi” , “Sabir” məktəbi, “Qarabağ xalçaçılıq məktəbi”, “Quba xalçaçılıq məktəbi” və s.