Dissertasiya iddiaçı: Lianna Hüsü qızı Əmrahova


Kütləvi informasiya vasitələrinin (KİV) adları



Yüklə 0,99 Mb.
səhifə38/103
tarix06.01.2022
ölçüsü0,99 Mb.
#113097
1   ...   34   35   36   37   38   39   40   41   ...   103
Kütləvi informasiya vasitələrinin (KİV) adları. Ktematonimlərin tərkibinə daxil olan ideonimlər arasında kütləvi informasiya vasitələrinə verilən adlar xüsusi lay təşkil edir. Ölkəmiz müstəqillik qazandıqdan sonra sürətlə bu sahə inkişaf edib və etməkdədir. Belə ki, günbəgün artan informasiya agentlikləri, qəzet və jurnal adları dilimizin onomastik sisteminin zənginləşməsinə xidmət edir. Kütləvi informasiya vasitələrinin adlandırılası zamanı əsasən xalqın təfəkkürü, mədəni səviyyəsi və inkişafı nəzərə alınaraq həyata keçirilir. Daha çox adların mənsub olduğu xalqın dilinin öz vahidləri arasından seçilməsinə diqqət edilir və milllilik, tarixilik, müasirlik prinsipləri əsas götürülür. Q. Məşədiyev onomastik vahidlərin adlandırılmasında mütləq şəkildə millilik prinsipinin qəbul edilməsini vurğulayır. Çünki adlar mənsub olduğu xalqın tarixi keçmişi, bu günü və gələcək arzuları ilə əlaqədardır [86, s.47]. Ad əhatə etdiyi sahə ilə bağlı olur. Məzmunla ad vəhdət təşkil edir. Bəzən bunun əksini də görə bilirik. Ən əsası ad məzmun və forma baxımından cəlbedici olmalıdır və KİV haqda qanunun tələblərinə cavab verməlidir. Bu adları aşağıdakı kimi qruplaşdırmaq olar.

I.Yaranmasına görə:

a) Antroponim əsasında yarana KİV adları: “Aysel” jurnalı, “Bəhlul” jurnalı, “Dədə Qorqud” jurnalı, “Elman” jurnalı, “Molla Nəsrəddin” jurnalı, “Turqut-A” qəzeti və s.

b) Toponimlər əsasında yaranan KİV adları. Məsələn, “Yeni Azərbaycan” qəzeti, “Qobustan” jurnalı, “Ağdam ”qəzeti, “Qobustan” jurnalı, “Şuşa” qəzeti, Qafqazinfo.az–xəbər portalı və s.

c) Fitonim əsasında yaranan KİV adları. Məsələn, “Alma” qəzeti, “İstiot” jurnalı və s.

d) Hidronim əsasında yaranan KİV adları. Məsələn, “Xəzər” TV, “Xəzər” jurnalı, “Araz” radiosu və s.

ç) Zoonim əsasında yaranan KİV adları: “Arı” jurnalı, “Göyərçin” jurnalı, “Əqrəb” qəzeti, “Zəli” qəzeti, “Müasir kirpilər” qəzeti və s.

e) Asteonim əsasında yaranan jurnal adları: “Ulduz” jurnalı, “Günəş” jurnalı.

ə) Oronim əsasında yaranan KİV adları: Kəpəz TV, “Savalan” jurnalı,

f) Tərkibində say olan KİV adları: “525-ci qəzet”, “İki sahil” qəzet, “Üç nöqtə” qəzeti, 7 gün.az–xəbər portalı, “Doqquz iqlim” jurnalı və s.

h) İnhisialla ifadə olunan KİV adları: ELTV–Yevlaxda yayımlanan televiziya, RTV Xaçmazda yayımlanan televiziya, AZTV, ATV, BBC, Azəri–informasiya agentliyi, WWW. BIG. AZ–Böyük Azərbaycan və s.

i) “Uğrunda”sözünün köməkliyi ilə yaranan KİV adları: “Qabaqcıl Texnika Uğrunda”qəzeti.

k) Peşə və sənət əsasında yaranan qəzet və jurnal adları: “İpəkçi”qəzeti, “Aşbaz” qəzeti, “Şəki fəhləsi” qəzeti, “Müfəttiş” qəzeti və s.

l) Neoligizmlər əsasında yaranan KİV adları: “Monitor” jurnalı, “Birja”–elanlar qəzetləri, “Reytinq” qəzeti və s.

m) İdarə və təşkilat adları əsasında yaranan KİV adları: “Milli Məclis” jurnalı, “Rabitə” qəzeti – Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin qəzeti.

n) Təhsillə bağlı adlarla ifadə olunan qəzet və jurnal adları: “Kitablar aləmində” jurnalı, “Kitabşünaslıq və nəşriyyat” jurnal, “Pioner” jurnalı, “Elm və həyat” jurnalı, “Azərbaycan dili və ədəbiyyatı tədrisi” qəzeti, “Ədəbiyyat” jurnalı, “Dünya ədəbiyyatı” jurnalı, “Məktəb” jurnalı və s.

o) Sözlərin həmcinsləşməsi ilə yaranan qəzet və jurnal adları: “Ədəbiyyat və incəsənət” qəzeti, “Ailə və sağlamlıq” jurnalı, “İqtisadiyyat və həyat” jurnalı

p) İdmanla bağlı olan qəzet və jurnal adları: “Çempion”– idman qəzeti, “Komanda”– futbol qəzeti, “Sportmen”– jurnalı, “Futbol+” qəzeti, “Futbol+qol” qəzeti, “Olimpiya dünyası” və s.

q) Uşaqların zövqünü oxşamaq üçün qoyulan uşaq qəzeti və jurnallarının adları: “Bala dili” jurnalı, “Tumurcuq” qəzeti, “Elli” jurnalı, “Pöhrələr qəzeti” və s.

r) Biz əvəzliyinin köməkliyi ilə yaranan qəzet adları: “Bizim əsr” qəzeti, “Bizim yol” qəzeti, “Bizim futbol” qəzeti, “Bizdən demək” qəzeti və s.

s) Yarandığı dövrün hadisələrini özündə cəmləşdirən KİV adları: “20 Yanvar” jurnalı, “Dirçəliş” jurnalı, “Qurtuluş” jurnalı, “Xocalının səsi” jurnalı, “Azadlıq” radiosu, “Müxalifət” qəzeti, “İstiqlal” qəzeti və s.

t) Rəmzi xarakter daşıyan KİV adları: “Lider TV”, “Space 104 FM” və s.

u) Rəsmi dövlət qeydiyyatından keçən və gülüş doğuran qəzet adları: “Paz” qəzeti, “Yeni paz” qəzeti, “Ən yeni paz” qəzeti,” Çikçik” qəzeti, “Prikol” qəzeti, “55-Partapart” qəzeti, “Qulaqburması” qəzeti, “Şapalaq” qəzeti, “Tuktukun rəngləmələri” qəzeti, “Şeytan” qəzeti, “Şeş-beş” qəzeti və s.

v) Dini məzmun daşıyan adlarla ifadə olunan KİV adları: İSLAM.AZERİ.AZ dini xəbər portalı, “Karvan” jurnalı və s.

y) Bakı toponimi və xalq, ədalət, mədəniyyət, müasir, müstəqil, yeni apelyativlərinin köməkliyi ilə yaranan KİV adları: “Toplu Bakı” jurnalı, “Bakı” jurnalı, “Bakı TV”, “Xalq” jurnalı, “Xalq vəkili” qəzeti, “Xalq Cəbhəsi” qəzeti, “Mədəniyyət TV”, “Mədəniyyət” qəzeti, “Müasir kirpilər”, “Müstəqil mühakimə” qəzeti, “Yeni Müsavat” qəzeti, “Yeni Çağ”– analitik informasiya agentliyi və s.

II. Dil mənsubiyyətinə görə KİV adlarının xüsusiyyətləri:

KİV adları yerli və xarici dildə ifadə olunmasına görə iki yerə bölünür. Yuxarıda verilən adların əksəriyyəti milli dilimizin leksikonu əsasında yaranmışdır. Ancaq KİV-lər arasında ən çox informasiya agentlikləri, televiziya və radio adları xarici dilin vahidləri ilə ifadə olunmuşdur. Məsələn, Azerbaydjanskie İzvestiya (rusca), “Bakinskiy Raboçiy” (rusca), “Ekspress” (ingiliscə), “Kaspi” (rusca), “Reytinq” (ingiliscə), “Palitra” (ingiliscə), “Polisemiya” (ingiliscə), “ANS” (Azerbaijan NewsService) (ingiliscə), “ATV İnternational”(ingiliscə), “Novoye vremya” (rusca), “Net” jurnalı (ingiliscə), “Medya Forum” xəbər portalı (ingiliscə), “İnterfaks” – informasiya agentliyi (ingiliscə) və s.

Qəzet və jurnal adlarını təhlil edərkən belə bir halla da rastlaşırıq ki, KİV adları bir-birini təkrarlayır, sanki söz kasadlığıdır. Məsələn, həm Azərbaycan dilində, həm də rus dilində paralel istifadə olunan KİV adları: “Ayna” qəzeti-“Zerkalo” qəzeti, “Səs” qəzeti-“Exo” qəzeti, “Xəzər jurnal”–“Kaspi ” qəzeti və s. Eyni adı daşıyan qəzet adları. Məsələn, “Yeni Müsavat”–“Müasir Müsavat”, “Futbol+qol”–“Futbol+qol”, “Zaman”–“Yeni zaman” və s.

Əlbəttə ki, yuxarıda sadalanan xüsusiyyətlər kütləvi informasiya vasitələrinə verilən adların tam xüsusiyyətlərini əhatə etmir. Tərkibcə zəngin olması ilə bərabər quruluş xüsusiyyəti də spesifik əlamətlərinə görə fərqlənir.

Yeni onomastik vahidlər – domen adlar adlanır. Fikrimizcə, bu onomastik vahidləri ktematonimlərə daxil etmək daha düzgün olardı. Hər bir kompyuter internet mühitində təkrarolunmaz ünvana malikdir və bu, İP ünvan adlanır. İP ünvan 8 rəqəmdən ibrət olur. Lakin rəqəmləri yadda saxlamaq çətinlik törətdiyindən dünya internet cəmiyyəti domen adlar sistemini yaratmışdır. Domenlər 1-ci, 2-ci və 3-cü səviyyəli olur. İnternet şəbəkəsinə üzv olan ölkələrə məxsus 1-ci səviyyəli milli domenlər həmin ölkələri bildirmək üçün istifadə edilən iki simvoldan ibarətdir. Məsələn, “az” bu domen Azərbaycana aid olduğunu bildirir. İkinci səviyyəli domenlərə com, edu, gov, net, info və s. kimi domenlər aiddir ki, bu da hər hansı bir idarə , təşkilat, müəssisə ünvanlarını bildirir. Üçüncü səviyyəli domen adları isə son illərin populyar peşə sahiblərinə çevrilmiş bloggerlərin öz bloqları üçün seçdikləri adlardan ibarətdir [40, s. 238]. Misal üçün www.milli.az, www. google.az,www. google.tr, www. qadin. net, www. qafqazinfo. az, www. edu.gov.az və s.




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin