Elmi əsər adları. Elmi əsər adları digər əsər adları kimi son dərəcə zəngin, geniş əhatə dairəsinə malik və elmi cəhətdən fərqli olurlar. Bədii və publisitik əsər adlarından fərqli olaraq elmi əsər adları emosionallıqdan, obrazlılıqdan uzaq olur, poetik sözlər iştirak etmir. Adlandırmada teminlərinlərdən çox istifadə olunur. Məsələn, “Kimya texnologiyası proseslərinin dinamikası”, “Türk dillərinin müqayisəli qramatikası” (Fərhad Zeynalov) və s.
Elmi əsər adları hansı sahəyə aiddirsə həmin sahənin terminləri ilə də ifadə olunur. Məsələn, “Tarix və etnoqrafiya, III cilddə”, “Ümumi xəstəliklər” , “Orxan -Yenisey abidələrində toponim və etnonimlər ” (Əbülfəz Quliyev) və s. ilk baxışdan əsərlərin hansı sahəyə aid olduğu anlaşılır, əsərin semantik yükünü özündə daşıyır.
Çox vaxt elmi əsərin adında mötərizələrdən istifadə edilir. Burada elmi əsər haqqında əlavə məlumat verilir və yaxud elmi əsər adını aydınlaşdırmaq funksiyasını daşıyır. Məsələn, “Müasir Azərbaycan dili (morfologiya)”, “Azərbaycan tarixi (Cümhuriyyət)” və s.
A.R.Quliyeva “Müasir Azərbaycan ədəbi dilində elmi əsər adlarının özünəməxsus xüsusiyyətləri və onların bədii əsər adları ilə bəzi fərqli cəhətləri” adlı məqaləsində bu məsələyə toxunur və onları bir neçə xüsusiyyətini qeyd edir [77, s. 211].
Ümumiləşdirmə apararaq belə bir nəticə çıxartmaq olar ki, elmi əsər adlarında konkretlilik, yığcamlılıq, dəqiqlilik prinsipi əsas götürülür. Məsələn, “Coğrafi adların mənşəyi”(N.Nəbiyev), “Azərbaycanın makrotoponimləri” (N.Əsgərov), “Azərbaycan dilinin tarixi qrammatikası” (Əzizxan Tanrıverdi), “Azərbaycan dili tarixi (oçerklər və materiallar)” (T.İ. Hacıyev, K.N.Vəliyev), “Azərbaycan arxeologiyası” (Vəli Baxşəliyev), “Azərbaycan Ensiklopediyası” və s.
Dostları ilə paylaş: |