Dissertasiya iddiaçı: Lianna Hüsü qızı Əmrahova



Yüklə 0,99 Mb.
səhifə4/103
tarix06.01.2022
ölçüsü0,99 Mb.
#113097
1   2   3   4   5   6   7   8   9   ...   103
Tədqiqatın metodları. Dissertasiya yazılarkən dil haqqında olan ən doğru təlim və tədqiqatlar əsas götürülmüş, tarixi-müqayisəli, təsviri və statistik metodlardan istifadə olunmuşdur. Dissertasiyada şərhi verilən bütün məsələlərə diaxronik və sinxronik aspektdən yanaşılmışdır. Tarixi-diaxronik və təsviri-sinxronik aspektdə axtarışlar ktematonimlərin öyrənilməsi üçün əsas metodlar kimi seçilmişdir.

Müdafiəyə çıxarılan əsas müddəlar:

– Ktematonimlər onomastik vahidlərin digər qrupları ilə müqayisədə tərkibcə geniş və çoxşaxəlidir. Ancaq buna baxmayaraq ən az tədqiq olunan dilçilik sahəsidir.

– Xrematonimlər mövcud təsnifata nəzərən daha geniş sərhəddə malikdir, adətən simvolik funksiya daşıyır. Verilən ad dinləyicilərdə obyektə qarşı müəyyən hisslər formalaşdırır. Xrematonimlər diğər ktematonimlərlə müqayisədə daha çox etimologiyaya əsaslanır.

– Qədim dastanlarımızda işlənən xrematonimlər və eləcə də “Kitabi-Dədə Qorqud” dastanında rast gəlinən xrematonimlər müasir Azərbaycan ədəbi dilində və dialektlərində həm olduğu kimi, həm də fonetik dəyişikliyə uğramış şəkildə işlənməkdədir.

– Xrononimlər xalqın yaxın və uzaq keçmişini əks etdirən onomastik vahidlərdir. Onomavahidlər içərisində tarixlə sıx bağlı olan, özündə ətraflı məlumat daşıyan məhz xrononimlərdir. Xrononimlər əsasən konkret zaman çərçivəsini göstərir.

– İdionimlər mənəvi mədəniyyətlə bağlı olan onomastik vahidləri öyrənir. Bu başlığa məktəbdə tədris olunan fənn adlarını, fəlsəfi cərəyan, ideologiya, nəzəriyyə adlarını, eyni zamanda domen ünvan adlarını da əlavə etmək olar.



Erqonimlər idarə, təşkilat – bir sözlə, ictimai obyektlərin adını öyrənir. Ktematonimlər içərisində erqonimlərdə baş verən dəyişiklik digər onomavahidlərlə müqayisədə daha çox nəzərə çarpır. Bu xüsusiyyətinə görə xrematonimlərlə əks qütbdə dayanır.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin