Dissertasiya iddiaçı: Lianna Hüsü qızı Əmrahova



Yüklə 0,99 Mb.
səhifə76/103
tarix06.01.2022
ölçüsü0,99 Mb.
#113097
1   ...   72   73   74   75   76   77   78   79   ...   103
TARAQA. Tanrıverdi Ə. yazır: “Dialektoloji araşdırmalar təsdiqləyir ki, “Kitabi-Dədə Qorqud”da işlənmiş “fişəng” anlamlı “taraqa” (...taraqa çatladın, oğlanı qorqudın) daha çox Şuşa şivəsində mühavizə olunmuşdur (Bayramda taraqqa atardıx`)” [19, 84]. “Taraqqa” sözünü Qarakilsə şivəsində biz irəliləyiş, yüksəliş anlamında işləndiyini rastlayırıq [37, s. 360]. Fikrimizcə, müasir ədəbi dilimizdə işlənən “tərəqqi etmək“taraqa” sözünün kökünü təşkil edir. Sözlərin etimologiyasında sıçrama, göylərə ucalma, irəliləmə, yüksəlmə mənasının dayanır.

SADAQ. Ox qabı . “Sadaqından toqsan oxu yerə dökdi” [72, s. 130]. “Sadaqda oxum kişin dələr, yanında yiğitlərim savaş dilər”. (Bəkil oğlu İmranın boyunu bəyan edər qolu). Sadaq qədim türk mənbələrin də o cümlədən, “Kitabi-Dədə Qorqud” dastanında da “ox qabı” ifadə edir. Hazırda dilimizin leksik tərkibindən arxaikləşib çıxsa da, bu vahid özünü Sadaqlı oykonimində mühavizə etməkdədir. Sadaqlı oykonimi Borçalı bölgəsinin qədim və böyük yaşayış məntəqələrindən birinin adıdır. Çobanov Mədəd yazır: “Tiflis quberniyasının Borçalı qəzasında (indiki Marneuli rayonu) kəndin adıdır. Qədim bulqarların Sadaq və Satak türk tayfalarının adını xatırladan Sadaqlı oykonimi hələ qədim zamanlardan sənət, peşə mənsubiyyəti mənasında ifadə edən -li leksik şəkilçi ilə birləşməsindən əmələ gəlmişdir. Dilimizdə Sadaqlı oykonimi “ox”, “ox qabı ”istehsal edən tayfa adı mənasını ifadə edir” [43, s. 222]. Dədə Qorqud toponimlərinin əksəriyyəti məhz bu əraziləri əhatə edir, Borçalı toponimləri ilə səsləşir. Onda bu oykonimin məhs sadaq ktematonimindən yaranmasına heç bir şübhə qalmır. Bayatılarımızın içində sadaqla bağlı bayatı bu gün folklorumuzda yaşayır.

Sadağı tər, oxu tər,

Sadaq saxlar oxu tər.

Kirpiklərin tərpətmə

Qəm tünlükdü ox itər.

KİŞ. Dəridən hazırlanan ox qabı. “Sadaqdan oxun kişin dələr” [72, s. 155]. Hal-hazırda bu əşya işlədilimir. Bu apelyativ bir söz kimi arxaikləşib, ilkin mənası işləkliyini itirib. Ancaq toponim kimi bir çox rayonlarımızda kənd adı kimi məşhurdur. Buna misal olaraq Şəkinin dünyaca məşhur Kiş kəndini göstərə bilərik. Bu toponim haqda müxtəlif fikirlər mövcuddur. Onların arasında iki fikir əsasdır: 1. “ Avesta”dakı Kaoş “dini mərasimdə heyvan kəsmək”lə (yəni müqəddəs yer, tituala görə heyvan kəsilən yerlər), 2. “Keş” sözü ilə əlaqələndirilir. Yəni iki dağın arasından axan su ilə əlaqələndirilir. A. M. Şerbak isə kiş + i “samur” sözünə aid edir [85, s. 37]. Fikrimizcə, bu kimi qədim toponimlərimiz haqda dəqiq fikir söyləməkdə çətinlik çəkirik. Bu onunla əlaqədardır ki, tarix nə qədər qədimə gedib çıxırsa izi tapmaq da bir o qədər müşkül olur.

Ümumiyyətlə, Kitabi-Dədə Qorqud dastanında silah adları na çox rast gəlirik. Bu da onunla əlaqədardır ki, oğuzların həyatı at belində qəhrəmanlıq meydanlarında keçib. Bu haqda ətraflı yazan Y. Məmmədli dastanda işlənən silah adları haqda ətraflı məlumat verir.

Altmış tutan sür cida”– altmış əl tutacağı ölçüdə uzunluğu olan çoxillik qamışın (sür) yoğun gövdəsindən hazırlanmış nizə.

Altı pərlü çomaq”– altıkünclü böyük və ağır çomaq /toppuz;

Altmış tutan göndər”– altmış əl tutacağı uzunluqda nizə;

Altmış batman gürz– ağırlığı altmış batman gələn gürz;

Ağ tozlıca qatı yay”– dəstəyinə ağcaqayın qabığı sarınmış bərk, tarım çəkilmiş yay;

Ala uran sür cida”uzağa çatan, uzaq vuran sür/ çoxillik qamış/nizə və s [80, s. 44].

Bu siyahını artırmaq olar. Göründüyü kimi, silah adlarında mübaliğə, şişirtmə ön plandadı. Şişirtmə daha çox altmış rəqəmi vasitəsilə verilmişdir. Yuxarıda sadalanan silah adlarının tərkib hissələrindən olan “çomaq”, “yay”, “cida” müasir dilimizdə işlənməkdədir. Qısa olaraq sonda onu qeyd etməliyik ki, Kitabi-Dədə Qorqud dastanında yetərincə onomastik vahidlər işlənmişdir, o cümlədən də ktematonimlər. Onların əksəriyyəti bu gün ölkəmizin qərb dialekt və şivələrində yaşamaqdadır. Dastanda işlənən çoxçeşitli əşya adları oğuzların necə zəngin və mübarizələrlə dolu həyat sürdüklərinə bariz nümunədir.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin