İlin aylarının adları
Dilimizdə on iki ayın adı bu cür ifadə olunur: Yanvar, Fevral, Mart, Aprel, May, İyun, İyul, Avqust, Sentyabr, Oktyabr, Noyabr, Dekabr. Bəs bu adlar necə yaranmış? Mənşəyi haradandır? Və sair suallara cavab vermək üçün tarixnə nəzər salmaq lazımdır. Öncə onu qeyd edək ki, əvvələr islam dövləti olduğumuza görə hicri-qəməri təqvim (Hicri təqvim Məhəmməd Peyğəmbərin və onun tərəfdarlarının 622-ci ilin sentyabrından Məkkədən Mədinə şəhərinə köçməsi ilə başlanan müsəlman təqvimidir) işlədilirdi və ay adları Məhərrəm, Səfər, Rəbiyyəl, Rəbiyəl axır, Cəmadiəl əvvəl, Cəmadiəl axır, Rəcəb, Şaban, Ramazan, Şəvval, Zülqədər, Zülhəccə adlanırdı. Bu ay adlarından xalq arasında “Ramazan” , “Məhərrəm” və “Səfər” ayı işlədilir. Dinimiz islam dini olduğundan “on bir ayın sultanı” Ramazan ayına xüsusi önəm verilir. Ramazan ayında oruc tutulur və dövlət səviyyəsində Ramazan bayramı qeyd edilir. Məhərrəmlikdə isə xalq yas tutur, bu ayda toy, düyün edilimir. Çünki Məhərrəmlik ayında imamlarımız qətlə yetirilmişdir. Bu aylar hicri-qəməri təqvimlə olduğu üçün miladi təqvimdə konkret hansı aylarla üst-üstə düşməyini deyə bilmərik. Hal-hazırda ilin aylarının adları tamam başqa adlarla ifadə olunur ancaq bir çox antroponimlərimizin etimologiyasın da bu ay adları özünü qorumaqdadır. Məsələn, Ramazan, Rəcəb, Şaban, Səfər. Sovet hakimiyyətinin tərkibinə qatıldıqdan sonra hicri təqvimdən miladi təqvimə keçdik. Bu təqvim də İsa Peyğəmbərin mövludundan hesablanır. Bu sistem beynəlxalq praktikada, həmçinin tarix elmində “bizim era”, “yeni era”, “miladi tarix” kimi qəbul edilmişdir. Bu era 532-ci ildən alim – rahib Dionisey tərəfindən təklif edilmişdir. O, heç bir əsaslı səbəb olmadan elan etmişdir ki, İsa Peyğəmbər 532-ci ildə yanvarın 1-də anadan olmuşdur [19, s.512]. Bu təqvimdə ay adlarının yaranması ilə bağlı maraqlı faktlar var. Belə ki, bu təqvim romalıların adı ilə bağlıdır. Onlar miladan 758 il əvvəl on aylıq təqvimdən istifadə edirdilər. Sonradan Sezar iki ayı təqvimə əlavə etdi. Ehtimalla siyasi səbəbdən o on bir ayı 30 və 31 gün, ilin son ayını isə 29 gün verdi. Yuli Sezarın qəfil ölümündən sonra taxta Augustus çıxdı. Xalq Sezarı sevirdi. Ona görə də “iyul” ayını onun şərəfinə adlandırdılar. Taxta çıxan Augustus da ondan sonrakı ayı öz şərəfinə adlandırdı. Amma ortaya başqa bir problem çıxdı. Sezarın ayı 31 gün Augustun ayı isə 30 gün çəkirdi. Problemi yenə özü həll etdi. Fevraldan bir gün götürüb avqustun üstünə əlavə etdi. Romalılar da ilk ay mart hesab olunurdu və bu ayın adı martius–yenilik müharibəsi, “Mars”ın şərəfinə adlandırılıb. “Aprel”– yunan gözəllik ilahəsi Afroditanın , “May”- fransızların yaz ilahəsi olan Maia, “İyun”– Romanın panteon ilahəsi Junosun adıyla adlandırılıb. “Yanvar”– Romanın başlanğıc, zaman tanrısı Yanusdan, “Fevral” isə – Roma yaxınlığında yerləşən Sabina mədəniyyətindən (febriarius) adını götürür. Sentyabr (7), Oktyabr (8), Noyabr (9), Dekabr (10)– bu ayların adları isə sıra sayı ilə bağlıdır [141].
Xalq arasında xalq təqvimi hələ də özünü qoruyub saxlaya bilmişdi. Tarixi qədim keçmişə dayanan, xalqımızın dünyagörüşünü, həyat tərzini, təcrübəsini və bir çox görüşlərini özündə əks etdirən xalq təqvimi əsasən iqlim, əkinçilik və maldarlıqla bağlı yaranmışdır. Xalq ilin fəsillərinə onun əlamətlərinə görə adlar vermiş və müəyyən təsnifatlar aparmışlar. Belə ki, hər bir fəsil də özlüyündə qruplar şəklində qruplaşdırılır.
Dostları ilə paylaş: |