Dissertasiya iddiaçı: Lianna Hüsü qızı Əmrahova



Yüklə 0,99 Mb.
səhifə93/103
tarix06.01.2022
ölçüsü0,99 Mb.
#113097
1   ...   89   90   91   92   93   94   95   96   ...   103
-ı, -i, -u, -ü şəkilçisi. Bu şəkilçi haqda Q. Kazımov yazır: Eyni funksiyanı feillərdən isim düzəldən (çəki, ölçü, qorxu), sifətdən feil düzəldən (təngitmək, bayıtmaq) və isimdən sifət düzəldən (narıncı, çəhrayı, xurmayı) -ı, -i, -u, -ü şəkilçisindən fərqli bir şəkilçi olan -ı, -i, -u, -ü şəkilçisi haqqında da demək olar. Bu şəkilçi də xüsusi isimlərdən qısaltma yolu ilə xüsusi adlar düzəldir: Gülpəri – Güllü, Məhəmməd – Mehi, İsgəndər – İsi, Hüseyn – Hüsü, Alməmməd – Alı və s. [68, s.61]. Ktematonimlərin yaranmasında ən çox istifadə olunan şəkilçilər sırasına daxildir.

1) Rəqs havaları şəxs, yer və bitki adlarına bu şəkiçinin artırılması ilə düzəlir: Məsələn, “Kənanı”, “Mehmanı”, “Süleymanı”, “Çinarı”, “Kəvəri”, “Qazağı”, “İnnabı”. İnnabı burda həm də rəng adı bildirir. İnnabı rəng qəhvəyi, qırmızıya çalan rəngi bildirir.

2) Saz havaları da rəqs havaları kimi əsasən bu şəkilçinin köməyi ilə yaranır. Məsələn, Dilqəmi, Hüseyni, Bəhməni, Alıxanı, Urfanı, Summanı, Əsədi, Cəlili, Qəribi, Qəhrəmanı, Duraxanı və s.

3) Geyim adları: “Kürdü”, “Katibi”, “Katubu”, “Baharı” və s.

4) Xalça adları: Məsələn, “Fatmayı”, “Kəllayı”, “Kəlağayi” və s.

-iyyat. Ərəb və fars mənşəlli olan bu şəkilçi əsasən fənn adlarını yaranmasında fəal iştirak edir.“Küliyyat”, “Ədəbiyyat”, “Riyaziyyat”, “Təbiyyət” və s.

-lit. Azərbaycan dilinə xas olmayan bu şəkilmi ktematonimlərin yaran­masında qeyri-məhsuldardır. Tarixi dövr və zaman məzmunlu ktematonimlərin yaranmasında iştirak edir. Məsələn: Paleolit, Mezolit, Neolit, Eneolit dövrü.

-izm. Rus və avropa dillərindən alınma şəkilçidir. Ktematonim yaradıcılığında əsasən cərəyan, ideologiya kimi onomastik vahidlərin yaranmasında iştirak edir.“ Sosiologizm”, “Kapitalizm”, “Demokratizm” və s.



-Namə. Müstəqil mənası mənsub olduğu dildə “məktub” deməkdir. Ancaq bədii əsər adlarının yaranmasında şəkilçi kimi yaxından istirak etdiyinin şahidi olduğunu görürük. Məsələn, “Dəhnamə”(Şah İsmayıl Xətai), “Şahnamə” (Firdovsi), “İsgəndərnamə”(Nizami) və s.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin