Dövlət və bələdiyyə idarəetməsinin müasir problemləri


Bələdiyyələrin dövlət qarşısında məsuliyyəti



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə111/152
tarix01.01.2022
ölçüsü1,61 Mb.
#106685
1   ...   107   108   109   110   111   112   113   114   ...   152
YourFileName

Bələdiyyələrin dövlət qarşısında məsuliyyəti 
Bələdiyyələrin dövlət qarşısındakı məsuliyyəti onların fəaliyyətinə inzibati 
nəzarətin  nəticəsi  olaraq  yaranır.  Bələdiyyələrin  fəaliyyətinə  inzibati  nəzarət 
bələdiyyə  orqanları  və  onların  vəzifəli  şəxsləri  tərəfindən  Azərbaycan 
Respublikasının  Konstitutsiyasına  və  qanunlarına,  Azərbaycan  Respublikası 
Prezidentinin  fərmanlarına  və  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinin 
qərarlarına 
riayət  edilməsinin  təmin  olunması,  bələdiyyələr  tərəfindən 
qanunvericiliyin pozulması hallarının aradan qaldırılması məqsədi ilə tətbiq edilir. 
    Yerli  səviyyədə  hüquq  normalarının  həyata  keçirilməsinə  dövlət 
nəzarətinin  effektivliyindən  bələdiyyə  demokratik  institutlarının  işləkliyi,  insan 
hüquq və azadlıqlarının reallığı asılıdır. 
    Bələdiyyə  qanunvericiliyində  bələdiyyələrin  öz  səlahiyyətləri  ilə  yanaşı 
ayrı  –  ayrı  dövlət  səlahiyyətlərinin  onlara  verilməsi  və  bu  səlahiyyətlərin  həyata 
keçirilməsinə görə onların məsuliyyəti müəyyən edilmişdir. Lakin bu məsuliyyətin 
həcmi  bələdiyyə  orqanlarının  dövlət  tərəfindən  onlara  həvalə  edilmiş  ayrı-ayrı 
səlahiyyətlər  üçün  verilmiş  maddi-iqtisadi  resursların  həcmindən  asılıdır.  Bu 
məsuliyyətin yaranmasının əsasını bələdiyyə orqanları və vəzifəli şəxslər tərəfindən 
konstitusiya  və  qanunların  pozulması  deyil,  onlara  həvalə  edilmiş  səlahiyyətlərin 
lazımi  səviyyədə  icra  edilməməsi  təşkil  edir.  Bələdiyyələrin  dövlət  qarşısında 
məsuliyyəti 18 mart 2009 cu ildə keçirilmiş referendumda ölkə Konstitutsiyasının 
146 – cı maddəsinə edilmiş II; III; və IV əlavələrdə bir daha artırıldı. 


128 
 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin