Fəsil
Dedi peyğəmbər bu sözü, ey qəni,
Daim olar dövlətin, tutsan onu.
«Bu zəkatdır kim, imanın körpüsü,
Tapdı zəkatdır kim, imanın körpüsü,
Yəni kimdə yox zəkat, yoxdur iman,
Gün hədisdir, tutma bu sözə güman.
Kimdə kim, yoxdur zəkat, yoxdur səlat,
Gəl eşit bu sözləri, ey zülhəyat.
1135 Dərgahi-haqda namaz olmaz qəbul,
Gər ədalanmasa zəkat, ey bilüqul.
Kim, zəkatın mən’ edən kəsi ol an,
Bütpərəstə oxşadıbdır, ey cüvan.
Sələba, gör kim zəkatın vermədi,
Haq rəsul ol dəmdə: kafirdir dedi.
«Məscid kəbutəri» derdi əvvəl,
Mal yığıb, son düşdü bağına bu hal.
Haq yolunda kimsə ehsan etməyin,
Tanrı buyruğun tükəl, düz tutmayın.
1140 Yığsa ol altın-gümüş, rənc eyləsə,
Kim, zəkatın verməyib gənc eyləsə,
Ol qiyamət gün olar, yoxdur güman,
Qızdırarlar gün olar, yoxdur güman,
Dağlayarlar ol kişinin alnını
Kim, «Fəqir gələndə çıtdın» deb, onu.
Arxasını həm onun dağlayarlar,
«Dərvişə arxa çevirdin» deyərlər.
Eyləyər ol qula sansız əzab,
Dil damağa tıxılar, olmaz cavab.
1145 İşbu gənclər olar əjdərha, ilan,
Dolanıb boynuna, soxar bigüman.
«Mən sənin gəncin idim» deyər ona,
Dişləyər ağzın açıb, ondan yana.
Der: «Əzab etməyə əmr etdi oğan,
Yox sana olmaq əzabımdan aman.
Dünya malın gənc edib yığdın öküş –
Der ki, al imdi əzabımdan ülüş».
Olsa, gəncindən zəkat ver, ey qəni,
Yoxsa görərsən əzab məhşər günü.
1150 Nərmi-dil qıl dövlət əhlin, ey xuda,
Gənci-malından zəkat qılsın əda.
Ruzi-məhşərdə azad qıl oları,
Duzəx odundan həmmə möminləri.
***
Öydü Musa haq qatında bir cüvan,
Kim: «Əda eylər namaz ol sidqi-can.
Həm təharət barça ərkanü rüku,
Gətirər barça huşuyü, həm hüzu».
Haq cavab aydı ona kim: «Ya kəlim!
Can bilə eylər namazın ol qulum.
1155 Xidmətin təqdim edər ol qorxulu,
Cənnət əhli dedi onu ol ulu.
Etmədi leykin zəkatın ol əda,
Olmaya onun namazı həm əda.
Bir kişi həcc eyləsə yüz mərtəbə,
Həm namazın qılsa ol bu mərtəbə.
Haqq üçün dürlü ibadət etsə ol,
Gecə-gündüz zikri-taət etsə ol.
Xeyir edib doyursa yüz min ac yenə,
Don verib geydirsə örtüksüz tənə.
1160 Yəni xeyir etmək ola onun işi,
Verməsə leykin zəkatın ol kişi.
Etməyər xeyrin qəbul dərgahında,
Yeri olar bəs veyilin cahında.
Çün haram mal xeyri hiç olmaz imiş,
Kim qılar, Tanrı qəbul qılmaz imiş.
Kim təzək birlə imarət etsə ol,
Can çəkib, tərtib ilə düzəltsə ol,
Fikr edib baxgil, bina tutmaz bu dam,
Buna oxşar xeyr edən malı haram.
1165 Çürüyən dəni əgər əksə bir ər,
Çəksə can göyərməz ol səd həzar.
Mane olma bu zəkata, ey qəni,
Yox isə oldun xudanın rəhzəni.
Vergil hesab özünə, yol urmagil,
Məsrəfə sərf et zəkatı, durmagil.
Razı olsun şübhəsiz ol zülkərəm,
Duzəx oduna tənin olar haram.
Bu nəsihət hərzə sözdür deməgil,
Ruzi-məhşərdə peşmanlıq yeməgil.
1170 Ey xudaya, fəzli köp, kani-kərəm,
Qəhrinə, həm lütfünə qoymuş aləm.
Qəhri, lütfü ol nişandan bəllidir,
Bil səid, hər kimsə açıq qolludur.
Qullara xeyri-səadət ruzi qıl,
Buyruğun tutmağı adət ruzi qıl.
Fəsil
Həzrəti Əliyə verilən sualın cavabının bəyanı
Sual olmuş bu sözlər kim Əlidən,
Xudanın arslanı, şahi-vəlidən.
«Seçib aləmdə sən yaxşı yamandan,
Ağırraq nə olar bu asimandan.
1175 Ta ki genrək bu yerdən nə dürur bu,
Qənirək dəryadan, gəl, sözlə xoşxu.
Xəbər vergil, nədir daşdan qatıraq,
Yenə nədir bu oddan yaxıcıraq.
Nədir ayğıl, soyuqdan da soyuqraq,
Zəhərdən acı nədir, ey şahi-tağ?»
Dedi: «Yaxşıya böhtan eyləmək bu,
Ağırdır asimandan, yari-xoşxu.
Cahandan gen olar yaxşı söz aymaq,
Xuda üçün yaman sözləri qoymaq.
1180 Münafiq könlüdir daşdan qatıraq,
Qənaət əhli dəryadan qənirək.
Ki sultan kim, əgər cəbr edicidir,
Yanar oddan, şəki yox, yaxıcıdır.
Ləim baydan diləmək hacətini,
Soyuqraqdır soyuq buzdan, bil, onu.
Səbr həm acıraq ərmiş zəhərdən,
Əgər cəbrü sitəm yetsə bir ərdən.
Tamam hər işdə səbri pişə qılgil,
Vəli dil, eşqi-haqda rişə qılgil.
1185 Səbr qılmaqda vardır nəfi-bihədd,
Yaman işə səbrdir olğuçu sədd.
***
Xudavəndim, səbrdən ayrı qılma,
Kuyim, fikrim özündən qeyri qılma.
Xuda demiş: nemətimə şükr edin,
Nemətim payanı yoxdur, fikr edin.
Bu cahan başdan-başa nemət ərər,
Kim bəsarət əhlidir, onu görər.
Həm özündə qoydu çəndin neməti,
Fikr edib, illətlidən al ibrəti.
1190 Şükri-nemət nemətin eylər ziyad,
Şükr birlə tapdı tapanlar murad.
Hər dəmə yüz min şükrlər eyləsən,
Min səna, min zikri-əlvan eyləsən.
Nemətin şükrü bica gələn iməs,
Min də bir şükrü tamam olan iməs.
Bəndədən razı olar Tanrı özü,
Yesə, içsə bəs şükür olsa sözü.
Həmd edərəm nemətinə Birivar,
Vafiyi-nemət ola ol səd həzar.
1195 Həm ziyadə lütfünə kafi olar,
İllətü üsyanına şafi olar.
Mümkün ərməs nemətin qılmaq şümar,
Şükr edəlim cəminə, sanma həzar.
Dərdi-dili deb edər şükri-səna,
Nemət öyü şükr ilə tutmuş bina.
Kim dükanı şükr ilə eylər güşad,
Neməti gündən-günə olar ziyad.
Nemətinin şükrü təndir nemətə,
Layiq eylər şakir əhlin cənnətə.
***
1200 Qıl, xudaya, şakir əhlindən bizi,
Şakir etgil cümlə bu əzamızı.
Həm damarlar qan edib aşkarımız,
Göz, qulaq, həm can içində varımız.
İttifaq et zikri-şükründən yana,
Şakir olsun daima munlar sana.
Adəm oğluna nəsihətdir bu söz,
Tutsa hər kim, cana rahətdir bu söz.
Haqqı hazir bil, ibadət eyləgil,
Hər nə ki, versə qənaət eyləgil.
1205 Olmasa kimdə qənaətdən əsər,
İki aləm ol dürur itdən betər.
Olmasa qane sədəf dürr olmaya,
Çıxmasa hirsü tamah nur dolmaya.
Var, çıxar könlündən ol hirsü tamah,
Dinlə yaxşı: «Demə şəbgün min qane».
Doymayır hərgiz hərislərin gözü,
Cümlə aləm mülkün alsa düp-düzi.
Mane ol nəfsinə, var, qane otur,
Var, qənaət içrə haqq əmrin bitir.
1210 Nöqteyi-nur ol qane hərfində, var,
Ol tamah hərfindən etmiş nənü ar.1
Olsa kimdə qeyrəti-din, ey kişi,
Hiç tamah birlə onun yoxdur işi.
Əhli-tamah qeyrət əhli olmaya,
Eşq pərisi ona pərtov salmaya.
Dərviş olan olsa Tanrı dərvişi,
Getsə onun köyündə əqli-huşu,
Olmaya dərvişi-nan, dərvişi-don,
Gər olarsa olar ol gün sərnəgun.
1215 Qane ol haq dərgahında hər səhər,
Ol salar şəksiz sana rəhmət nəzər.
Arizu qılma xəlayiq dərgahın,
İlla ol xəlq görsədərsə din rahın.
Xəlq gədası xaliqin nisyan edər,
Tanrıya ol şübhəsiz üsyan edər.
Hacət üçün gəzsə hər kim aləmi,
Tanrıdan olmaz cüda, yoxdur qəmi.
Lütfi-sudun qullara yar eyləgil,
Oları dərgahına zar eyləgil.
1220 Verməgil şeytan ləindən vəsvəsə,
Qıl nəva ehsan nəvasız kəslərə.
Həzrəti Musa bilə bir mərdi-xudanın bəyanı
Həzrəti Musa xudadan istədi,
«Bir sevər dostunu mən görsəm» dedi.
Haq dedi ona: «Filan yol üzrə var,
Bir sevər dostum gələr, sən onu gör».
Tanrı əmrin rast tutub, vardı yola,
Dostu birlə uğraşıb, qayıdıb gələ.
Gəldi onda bir igid kim, xoş zəban,
Qol tutub dedi: «Bizə ol mehman!».
1225 Həzrəti Musa bilə vardı öyə,
Dostluğu nə ərkənin yəni duya.
Məhazirdən gətirib ol xoş təam,
Yeyin deb durdu ədəb birlə tamam.
Yemədi Musa təamı işbu hal,
Dedi kim: «İllətliyəm, hazir məlal».
Ol dedi: «Dərdinə olarmı dəva,
Səy edib tapsam, xuda versə şəfa».
Dedi Musa kim: «Tapılmaz dərisi,
Kim, məgər kindir, məşəqqətdir bəsi».
1230 Ol igid əl-hal ilə sordu onu,
«Qəni-adəm» deb xəbər verdi onu.
Yəni adəmin tamah qəni ola,
İşbu qəni illətə geri qıla.
Ol igidin bircə oğlu var imiş,
Ol oğulu çox əziz saxlar imiş.
Ol oğulu öldürüb, gətirdi qan,
Aytdı: «Adəm qanıdır bu, ya filan».
Gördü oğlanın anası işbu xun,
Atası öldürənin bildi yəqin.
1235 Sözlədi ol: «Demədin neçin mana,
Öldürəndə yardım edəydim sana.
Qol-ayağın oğlanın qapar idim,
Mən dəxi həm çox səvab tapar idim.
Məhrum etdin bu səvabdan nə səbəb,
Çün səvab qısqanması sizdən əcəb».
Bildi Musa kim, buların sevgisi –
Bu səbəbdir Tanrı qatında bəsi.
Can verərmiş Tanrı mehmanı üçün,
Qulluq eylərmiş oşol subhanı üçün.
1240 Həzrəti Musa dua qıldı haqqa:
«Halıma qılgil nəzər» deb mütləqa.
Müstəcəb etdi duasın ol zaman,
Mürdə yatan oğlana haq verdi can.
Ol zamanda cümləsi şad oldular,
Bir-birinin kİmdiyini bildilər.
Sən dəxi tutgil əziz mehmanını,
Ver ona, istər isə tən-canını.
***
Qullarına yarı qılğıl, ey xuda,
Malı-baş mehmanına qılsın fəda.
1245 Yüz əvəz var birinə hər loxmanın,
Qılma zayiq cümlə ehsanın onun.
Dostların dəftərinə adını sal,
Canın al iman ilə razi-əcəl.
Yaxşı əməllərin şeytanı şikəst
etməsinin bəyanı
Ravidir bu haq rəsulullahdan,
Fəxri-aləm, ol həbibullahdan,
Sordular, aydı: «Təsəddüq əfzəli,
Huşuna peyvəstə olmaqdır, bəli.
Xoş amallar bir-birə fəxr eyləyir,
İşbu sözü bir-birinə söyləyir.
1250 «Yaxşı mən» der bu amal içrə namaz,
Ruzə eylər «Yaxşı mən» deb, haqqa naz.
Der təsəddüq: «Mən amallar əfzəli,
Kim məni istər, haqqın sevər qulu.
Tanrını uluğlamaqdır sizdə kar,
Ondan özgə nə hasilat sizdə var?!
Məndə həm vardır bu təzimi-xuda,
Xəlqə şəfqət eylərəm həm dünyada.
Siz əyəniz yetirərsiz işinə,
Mən əyəmi yetirərəm özünə».
1255 İşbu sözə bavər etdilər həmmə,
Dedilər: «Xeyr etmək əfzəl aləmə».
Fəsil
Ücradı peyğəmbərə şeytan ləin,
Sordu peyğəmbər ona bu söz həmin.
«Ümmətimdən kim cəmaətə gələr,
Səf tutub Tanrıya ol qulluq qılar.
İşbu işdən nə zərər yetər sana,
Ey ləin, vergil cavabımı mana!»
«Dağlayan tək nəfsim odda, dedi ol,
Bəs zərər yetər mana, ey ulu qul «.
1260 «Oxuyub Quran olar qılsa səna,
Nə zərər yetər sənin bu canına?!».
Ol ləin dedi: «Olaram korü kar,
Lal olar dilim həm, budur zərər».
«Fariğ olub, qılsalar olar dua,
Nə qədər nöqsan olar, degil yenə».
«Əl-ayağım bağlanıb ol dəm mənim,
Boynuma kəmənd düşüb, titrər canım».
«Bəs təsəddüq etsələr nədir zərər,
Durma, məlun, tiz mana vergil xəbər».
1265 «Bəs düşər başıma ərrə ol zaman,
Ta iki bular məni edər miyan.
Nisfimi məşriqə dışlar, şəksizin,
Nistfimi məğribə, bilgil, ey gəzin.
Daimil-vəqt bu dürur halət mana,
Həm əzabü şiddətü həsrət mana.
Ümmətin etsə təsəddüq ey nəbi,
Para qılgil ol məni şalğam kibi.
Qatı vəhmim, dedi, ondandır mənin,
Ümmətin xeyrat edər deb kim, sənin.
1270 Mən bu işdən bəlkə betər qorxaram,
Para qılar ol təsəddüq laciram».
***
Bəs təsəddüqlər bəla rəddi dürur,
Həm təsəddüq afiyət səddi dürur.
Həm əyəsi ömrünü qılar diraz,
Həm qəbul eylər nə kim, hacət-niyaz.
Həm dəxi malın ziyadə eyləyər,
Dövlət işığın güşadə eyləyər.
Xəstələrə həm ta ki olar şəfa,
Həm dəxi dərd əhlinə olar dəva.
1275 İldırım tək həm siratdan keçirər,
Hövzi-kövsər şərbətindən içirər.
Cənnətə daxil qılar ol bihesab,
Eyşi-işrət birlə olar, yox əzab.
Qəbrə girsə, ötsə ol qul fanidən,
Duzəx odu gələr ol dörd yanidən,
Bəs namaz girər, birini söndürər,
İkilənc, odu zəkatı öldürər,
Üçülənci, ruzə girər su səpər,
Bəs təsəddüq dördüncü odu qapar.
1280 Rahat-asayiş bilə yatar ol ər,
Ta uluğ məhşər olunca, ey bir ər.
***
Gər təsəddüq etsə bir mömin kişi,
Olsa məqbul haq qatında qılmışı,
Bəs nida eylər cəhənnəm ol zaman:
«Rəhm əyəsi, pür kərəm, qadir, oğan.
Ver izin, bir səcdeyi-şükr eyləyim,
İsti-zatın zar ilə zikr eyləyim.
Tapdı bir qul çün əzabımdan nicat,
Getdi boynumdan mənin iki uyat.
1285 Qul sənindir, həm rəsulun ümməti,
Utanaram kim, əzab etsəm qəti.
Qorxuram səndən əzab etməz isəm,
Lənəti, mən əmrini tutmaz isəm,
Bu səbəbdən qalaram heyrani-zar,
Şükr ona, qurtuldu qul, ya kirdigar».
Bəs cəhənnəmdən azad olar olar,
Haq yolunda kim təsəddüqlər qılar.
Həm təsəddüq sayəsinə, bil munu,
Sayələnər əyəsi məhşər günü.
1290 Çevirərlər gün üzün səndən sarı,
İstidə dərməndə olar xəlq varı.
Mis içində qaynayan tək saf su,
Beyni qaynar kəllə içrə, ey əmu.
Xeyir əyəsi şol günü şadman olar,
Bəs xəsis tapmaz pənah, heyran olar.
***
Qıl səxavəti-səbəb qullarına,
Əhli-mömin bayü yoxsullarına.
Yetməsin olara atəşdən əsər,
Ruzə qılgil şəfqəti-xeyrül-bəşər.
Bir quşun həzrəti Süleymana ərzinin bəyanı
1295 Ravidir, bir quş gəlib bir günü,
Ərz qıldı kim, Süleymana munu:
«Ağac üzrə çağanı kimsə gəlib,
Öldürür, eylər həlak onu alıb.
Çarəsin qıl» deb, ona giryani-zar,
Üz tutub dərgahda oldu intizar.
Ol kişiyə qıldı əmr ol ali cah:
«Almagil quş çağasın, qılma günah.
Yoxsa ibrət eylərəm işin sənin,
Para-para qılaram canü tənin».
1300 Dinləyib dübarə quşun çağasın,
Almaq üçün ol kişi sundu əlin.
«Əhdini sındırdı, deb ərz etdi quş,
Almaq istər çağanı ol kimsə uş».
İki dev yolladı şahi-cahan:
«İki bölün siz onu əndər miyan.
Yarını məğribə, yarın məşriqə,
Dışlayınız eyləb onu təfriqə».
Ol zaman iki fəriştə yetdilər,
Hər birisi bir devi bərk tutdular.
1305 Dışladılar birini məğrib sarı,
Birini göndərdilər məşriq sarı.
Bir saətdən ol Süleymandan yana,
Gəldi devlər, bu xəbər verdi ona.
Bu xəbərdən çox təəccüb qıldılar,
Yəni bu iş haqdan olur, bildilər.
Bəs Süleyman istədi ol kimsəni:
«İşbu gün nə işlədin, ayğıl, hanı».
Ol dedi kim: «Var idi əlimdə nan,
İki bölüb mən onu işbu zaman.
1310 Yarısın sərf eylədim bir sailə,
Yarısın bir itə verdim, bilgilə.
Bu ərərdi işbu gün xeyr edənim,
Xak olsun yoluna canü tənim».
Bu səbəbdən dedi barça amü xas,
Bu bəladan qıldı onu haq xilas.
Bəs təsəddüqdür bəlalar görəni,
Qılsa hər kim qurtarar şəksiz, onu.
***
Axirətə dünyadır məzruq yeri,
Xeyr edib ək dünyada, qalma quru.
1315 İşbu gün əksən əlində barını,
Tanrı versə, tanla biçərsən onu.
Fani içrə əkmədən olsan iraq,
Yox sana bir xoşeyi onda oraq.
Qafil olma, səy edib əkgil əkin,
Xırman əyəsi olarsan ol gün yəqin.
Tut ümid , zinhar, əkinsiz qalmagil,
Ol uluğ gündə peşiman olmagil.
Gər əkər olsan, riyadan ol arı,
Tanrı sevməzdir riya edənləri.
1320 Şikri-məxfidir demişlər bu riya,
İşləyənlər asi olar Tanrıya.
Qılma batil bu riyadan işini,
Var, nəcis qılma içərgə aşını.
Misli-xüzu səndə xeyrat, ey kişi,
Düşsə od ona, niçik olar işi.
Xeyr edib minnət qılan oxşar muna,
Kim riya qılsa, olar yüz vay ona.
Yaxşı riya qılsa, olar yüz vay ona.
Gərçi kim, işləməsə həm ol işi.
1325 Gər niyyətsiz işlər olsa bir əməl,
Bu işindən yox səvab, qılma cədəl.
Ondan ötdü demiş ol əhli-bilik,
Niyyəti-mömin əməldən sevgilik.
Hər nə ehsan eylər olsa mömini,
Niyyəti-xalis qıla, bilgil munu.
Xalisən lillah niyyət gər olmasa,
Bəs əcəb görmə xiridar almasa.
Gər verər olsan bu xalis altını,
Alıcı canı bilə alar onu.
1330 Olsa xilaf işbu altın, ey xoca,
Alıcı ol altını alsın necə.
Bilməyib həm almış olsa rədd qılar,
İşbu sövda axırı bərhəm olar.
Edən ehsanın riyadan arı qıl,
Niyyətini xalisən haq sarı qıl.
Hər ibadət, hər nə qılsan Tanrıya,
Haqq üçün qıl, qılma ondan özgəyə.
Desə: «Xəlq görsün, eşitsin bu işim,
Bu tökənim nemətim, abü aşım».
1335 İşbu işindən səvab bitməz onun,
Edən ehsanı qolun tutmaz onun.
Bəlkə müşriq derlər ol işlən əri,
Uçmaq içrə yox dürur onun yeri.
Bağışlanmaq vədəsi yoxdur ona,
Tanrıdan ayət budur, baxgil muna.
Qovluhu təala: «Lə yağfiru
ən yüşrəkə bihi»1
İşbu işdən kim, məgər tövbə qıla,
Bağışlanmaq vədəsi ona ola.
Bir kim ərsə əkdi əkin, bitdi ol,
Verdi dənə, həm kəmalə yetdi ol.
1340 Gəldi bir yel, hasili çaldı həmmə,
Dənə getdi, samanı qaldı həmmə.
Hasilinə ya ki, od düşdü həman,
Bəs riya ehsan budur, tutma güman.
Yəni ehsanı – əkin, oddur riya,
Xeyir verməz işbu ehsan, ey uya.
Tanrını hazirü nazir bilərsən,
Hər nə qılsan, onun üçün qılarsan.
Fəsil
Fi bəyani-rizayi-valideyn
Gəl ata birlə ananı qıl riza,
Razı olar, şübhəsiz, səndən xuda.
1345 «Haq rizası demiş ol şahi-cahan
Fi rizayil-valideyndir», yox güman.
Bu iki fərzəndindən olsa riza,
Razıdır haqq ol kişidən mütləqa.
Verənindən istəməz Tanrı əvəz,
Məhzi-bəndəlikdən özgə yox qərəz.
Həm ata birlə ana fərzəndindən,
İstəməz müzd eyləyən ehsanından.
Bəs ata birlə anadır nuri-eyn,
Oların haqqı ərər boynunda deyn.
1350 Ata-ana haqqı həm Tanrı haqqı,
Fərz dürur boynunda, bil, ey müttəqi.
Tanrı haqqı olsa, həm fərzdən əda,
Ata-ana haqqı həm qırx, ey dədə.
Qıl əda ata-ananın qırx haqqın,
Haq-təala dərgahına ol yaxın.
Tən bilədir on haqqı, dəxi onu –
Dilə vabəstə olur, bilgil munu.
Onu könül bilədir, onu – mal,
Barçasın xidmətdə qılgil payimal.
1355 Dinlə indi təndəki haqqın onun,
Biri – xidmət, biri – hörmətdir, bilin.
Birisi – fərmanını tutmaqdır ol,
Biri – nəhyindən iraq olmaqdır ol.
Biri – razı olmasa, qılma səfər,
Hər tərəfdən gəlsə, biri – qarşı var.
Ol şərik – yeddinci – gər getsə yola,
Çağırarsa – səkkizinci – tiz gələ.
Doqquzuncu, onuncu mühimmatın onun,
Qılmayın təxiri-təqsir, bitirin.
***
1360 Dinlə imdi dilə vabəstə haqqı,
Olsa gər atan, anan, ey müttəqi.
Biri – avazından öz avazını,
Var bülənd qılma, götürgil nazını.
Birisi – nalayiq söz deməgil,
Birisi – adın tutub çağırmagil.
Söz deməyi ona qət eyləməyər,
Üzünə baxıb, qəzaz sözləməyər.
Xoşluğu yumşaqlıq ilə söz deyər,
Et deyib, etmə deyib söz deməyər.
1365 Künyəsi, adı bilə ad tutmagil,
Dəxi ona qatı sözlər ayıtmagil,
Üzünə qarşı onun tüpürməyə,
Gülmək ilə yanında fınxırmaya.
***
Könlünə vabəstə haqlar bu dürur,
Biri onun – könlündən mehri ərər.
İkilənci – dost tutmaqdır onu,
Bilər onu bu könülün sultanı.
Şadimanlıq qılsa şad olar olar,
Qayğılı olsa tükət olar bular.
1370 Köp sözü birlə onun dar olmaya,
Həm cəfalar etsə qəhri gəlməyə.
Dərdi birlə həm onun dərdli ola,
İncidər deb, ini qorxulu ola.
Qövlünə, həm felinə onun ta ki,
Hiç xilafət niyyət etmə, ey əxi.
Acizü pir olsa hərçənd ol ata,
Var, uzun yaşın diləgil, ey fəta.
***
Mala həm vabəstə olan haqları,
Söyləyim, gəl, imdi sən dinlə barı.
1375 Biri budur – ol atanın örtüsün,
Yaxşı edər özünün örtüsündən.
Həm təamını təamından yenə,
Yaxşıraq edər, munu dinləsənə.
Məhazirdə hər təamı yaxşıraq,
Gəl, təvazö birlə alnında burax.
Arizusu nə olar ərsə onun,
Bəs diriğ etmə sərəncam eyləyin.
Həm məişətində nə olsa gərək,
Səy edib, ol nəsnəni tapsa gərək.
1380 Dünyası varı onun sarı saçıq,
Qollarını həm onun sarı açıq.
Bəs razı olsun deyib ata-ana,
Həm təsəddüq eyləyə gəh-gəh.
Həm qardaşlarıyü həm dostları,
Mehmanlıq eyləyələr oları.
Xəstə olsa, istəgil səhhətliyin,
Həm dua birlə təsəddüq qıl, yəqin,
İşbu qırxdan birisi gəlməsə ca,
Haqq əda almaz oları müddəa.
1385 Kim, məgər Tanrı üçün ötər olar,
Oğula-qıza ya xəsis edər olar.
Ötsə olar hiç kişinin işi yox,
Ol nəkəs fərzəndlərin təşvişi yox.
Həm dəxi qayınatanın hörməti,
İzzət edər kürəkən olar qəti.
Həm qatında biədəblik qılmasın,
Biədəb söz sözləyibən gülməsin.
Əlqərəz, həm fərz dürur onun haqqı,
Könlün alsın, olsa hər kim müttəqi.
1390 Yəni onu kürəkən incitməsin,
Olara kinü küdurət tutmasın.
Ol ikisin bildin, ustadına gəl,
Malü canın həm munun yolunda sal.
Malü canın xidmətində qıl nisar,
Döşəgil özün yolunda, ol qubar.
Əlin öpgil, sal ürəyinə onu,
Qıl payəndaz yolunda canü təni.
Ol ikəvdən iləri tut xidmətin,
Xidmət et, al rəyin haq cənnətin.
1395 Dəxi ustadına dik-dik gözləmə,
Biədəb sözlər olara sözləmə.
Həm ədəbsiz oturub, həm durmagil,
Həm yanında kimsəni çağırmagil.
Tən ara can tək əziz tut, ey kişi,
Qul kimi xidmətdə dur yazü qışı.
Ol xocandır, istəsə satsın səni,
Haqq üçün yaxud azad etsin səni.
Əlqərəz, fərzdir sana onun haqqı,
Ödəgil tən-can bilə, ey müttəqi.
Qarındaşların haqqının bəyanı
1400 İmdi gəl dinlə qarındaş halını,
Olara rəhm eyləmək əhvalını.
Qardaşa rəhm eyləmək vacib ərər,
Ömri birlə rizqini həm artırar.
Qonşuyü qardaşlara rəhim eyləgil,
Mərhəmət qıl, lütf ilə xoş söyləgil.
Gər bulardan bir kişi üz döndərər,
Fəzl ilə rəhmət üzün haq döndərər.
Hər kişi rəhm etməyi qət eyləyə,
Tanrı ondan rəhməti qət eyləyə.
1405 Bigüman nöqsan tapar malı onun,
Həm pərişan olar əhvalı onun.
Bəs hədisi-qüdsidə bu söz demiş,
Haq-təala «Mən ki rəhmanam demiş,
Rəhim ismimdən dürur, bilgil munu,
Rəhmətə vasil qılar mən qılanı».
Fəsil
Həzrəti Musa haq vəhy eylədi:
«Yaxşılıq qıl barça huşuna» dedi.
Sordu Musa kim: «Bəyan etgil mana,
Bəs rizan nədir, əyan etgil mana».
1410 Dedi haq Musaya kim: «Ey həmsüxən
Ey fəda qılan yolumda canü tən.
İstədin kim, razı qılasan məni,
Seyr ara bişübhə biləsən məni,
Var, ula qardaşlarına özünü,
Hər birindən ayama xoş sözünü.
Qaib olsa, olara qılgil dua,
Fəqir isə, hazırlarına qıl əta.
Gər təvanər olsa, gen olar tamam,
Vergil olara səna birlə salam.
1415 Xəstə olsa sorayıb durmaq gərək,
Həm olar əhvalını sormaq gərək.
Ölsə oların namazın qılalar,
Təziyət yetirib, könlün alalar.
Çağırarsa gər olar, varmaq gərək ,
Dostü yarın barçasın görmək gərək.
Həm ziyarət eyləyib görüşələr,
Bir-birinin halını soruşalar.
Barça möminlər duandır bir-birə,
Lazım oldur bu hədis, halın sora.
Qövluhu təala: «İnnəməl
möminə ixvatun»1, əl-ayat.
Qalən-nəbi əleyhissəlam: «Əl-möminu
əxi-əl-mömin»2, Səddəqa rəsulallah.
1420 Ayət içrə: «Bir duan» demiş əhəd,
Qılmayalar bir-biri birlə həsəd.
Olmayalar bir-birinin düşməni,
Həm başqa bilməyələr canü təni.
Bir-biri ilə eyləyin varış-gəliş,
Haqq üçün ol bir-birə aşna-biliş.
Üz soyutmayın bir-birindən həman,
Olmayın bir-birinə həm bədgüman.
Bir-birinizə dəxi etmin sitəm,
Gəlsə əldən bir-birinə edin kərəm.
1425 Tutmaya siz bir-biriniz masqara,
Həm utandırıb üzün vermin yerə.
Eyləmin cəbr bir-birinizi ta ki,
Desə olar imdi siz müttəqi.
İşbu sözlərdən təcavuz etməsin,
Mömin olan əyri yola getməsin.
Özünə düşündüyün bir kimsəyə
Gər düşünməz ərsə, mömin olmaya.
Möminin möminədir malı haram,
Bəs mübah olmaqlığında yox kəlam.
1430 Qeyri-haq mömini ağritmaq yaman,
Kim ağrıtsa, deməyin əhli-iman.
Salim olar möminin dili, qolu,
Etsə budur əhli-imanın yolu.
Bil bu sözləri həmmə ayət, hədis,
Demə özündən çıxarmış bir xəbis.
Mömin olan mömini incitməsin,
Yoxsa kimsə mömin adın tutmasın.
Dostları ilə paylaş: |