DöVLƏTMƏMMƏd azad I seçİLMİŞ ƏSƏRLƏRİ Bakı – 2012



Yüklə 1.69 Mb.
səhifə1/11
tarix24.06.2018
ölçüsü1.69 Mb.
  1   2   3   4   5   6   7   8   9   10   11


DÖVLƏTMƏMMƏD
A Z A D İ

SEÇİLMİŞ

ƏSƏRLƏRİ

Bakı – 2012

ULUSLARARASI TÜRK KÜLTÜRÜ TEŞKİLATI

İNTERNATİONAL ORGANİZATİON OF TURKİC CULTURE
TürkSOY kitabxanası seriyası: 23
AMEA Folklor İnstitutu

Elmi Şurasının qərarı ilə çap olunur


«Cavad Xan» Tarix və Mədəniyyət Fondunun

maliyyə dəstəyi ilə nəşr edilmişdir
Тərtib edən,

türkməncədən uyğunlaşdıran

və ön sözün müəllifi:

Prof. Dr. Ramiz ƏSKƏR
Redaktor:

AMEA-nın müxbir üzvü,

Prof. Dr. Tofiq HACIYEV
Məsləhətçi:

Prof. Dr. Annaqurban AŞIROV
Dövlətməmməd Azadi. Seçilmiş əsərləri.

Bakı, BXQR, 2012, 264 s.
Kitabda zəngin türkmən ədəbiyyatının ən məşhur nümayəndə­lə­rin­dən biri olan Dövlətməmməd Aza­­dinin seçilmiş əsər­ləri toplan­mış­dır. Dahi şair Məx­­dim­qu­lu Fəraqinin atası olan Azadi özündən sonra gə­lən bütün türk­mən şairlərinin müəllimi, türkmən ədəbiyyatında fəl­səfi-didaktik şeirin ba­nisidir. Kitab 14-16 sentyabr 2011-ci ildə Yalo­va­­­ şəhərində TÜRKSOY tərə­findən təşkil olu­nan «Türk Ləh­cələri Ara­sında Uyğunlaş­dırma Çalış­ma­la­rı­nın Bugünkü Du­ru­mu və Qarşı­la­şı­lan Problemlər» möv­zu­sunda bey­n­əlxalq sim­po­ziu­mun tövsiyə­lərinə və ye­kun bəyannaməsinə uyğun olaraq nəşr edilir.
İSBN: 978-9952-29-041-7

Ó Ramiz Əskər



MÜTƏFƏKKİR ŞAİR

DÖVLƏTMƏMMƏD AZADİ

(1700 - 1760)
Böyük şair-mütəfəkkir Dövlətməmməd Azadi türkmən ədə­biyyatı tarixində müstəsna bir yer tutur. O, didaktik-fəlsəfi şa­ir ki­mi məşhurdur. Qələmini və ömrünü gənc nəslin təlim-tərbi­yə­sinə həsr et­miş, öz tədris üsu­lunu və pedaqoji mə­k­təbini ya­ratmış, bunu dəstəkləyən əsər­lər yazmışdır. Bu məna­da onu «türkmən Sədisi» adlan­dır­maq olar.

Göklən bo­yu­­nun gərkəz tay­fasına mən­sub olan Dövlət­məm­məd Azadi 1700-cü ildə Türkmənis­ta­nın Ətrək vi­la­yə­tində öz döv­rünün qabaqcıl ziyalısı sayılan Məxdumqulu Yonaçının ai­lə­sində dünyaya gəlmişdir. Azadinin atası da şair ol­muş, bir sı­­ra maraqlı şeir­lər yazmışdır. Onun «Gürgənin» adlı şeiri in­di də məşhurdur. Azadi sonralar böyük şair olan oğlu Məxdumqu­lu Fəraqiyə öz ata­sı­nın adını qoymuşdur.

Azadi ilk təhsilini yerli mollaxanada aldıqdan sonra Xivə­yə gedərək oradakı məd­­rə­sə­lərdən bi­rində oxumuş, ərəb, fars və ça­ğa­tay dillə­ri­ni, baş­da Quran olmaqla ilahiy­yatı, hən­də­sə, he­­sab, nü­­cum, tarix, coğrafiya və digər fənləri dərindən öy­rən­miş, öz dövrü­nün bütün elm­lərini mənimsəmiş, bilgili alim­lər­dən bi­ri kimi ye­tişmişdir. Azadi eyni zamanda Şərq ədə­biy­ya­tı­nın gör­­kəmli nüma­yəndələrinin əsərlərini ciddi şəkildə mütaliə et­miş, Xoca Əhməd Yəsəvi, Fü­zuli, Nəvai, Nəsimi, Hacı Bək­taş Vəli, Yunus İm­rə, Ni­zami, Hafiz, Xəyyam, Cami, Dəhlə­vi ki­mi şair­lərin yaradı­cı­lığına vaqif olmuşdur. Bü­tün bun­lar onun şair və mütə­fəkkir kimi ye­tiş­mə­sində mü­hüm rol oynamış­dır.

Azadi təh­si­ni başa vurduqdan sonra öz doğma obasına qa­­­yı­daraq burada müəllim kimi fəaliy­yət gös­tər­miş, el ağsaq­qa­lı, ta­­nınmış alim, pedaqoq və ictimai xadim kimi böyük şöhrət qa­zan­mışdır. Lakin şairin şəxsi həyatı faciələrlə keçmişdir. Oğ­lu Abdul­la hansı səbəbdənsə ata yurdunu tərk edərək qürbətə get­mişdir. Övladının doğma el-obanı tərk etməsi, ondan heç bir xə­bər alınma­ması Azadiyə böyük əzab vermişdir. Məx­dumqulu «Qardaş Ab­dul­­la» şei­rin­də atasının bu ha­disədən son dərəcə müztərib olduğu­nu gös­­tərmişdir:

Sən gedəndən doqquz ildir ötəni,

Harda vətən tutdun, qardaş Abdulla?

Heç gəlməzmi bir insanın gedəni,

Harda vətən tutdun, qardaş Abdulla?


Üstümüzə hicran odu səpildi,

Evimizə kədər-qüssə təpildi,

Qan ağlar, atamın beli büküldü,

Harda vətən tutdun, qardaş Abdulla?

1754-cü ildə Azadinin ailəsində böyük faciə baş ver­miş, oğlu Canəsən, qızı Xanmənli və gəlini Bay­­ram ey­ni gün­də dün­yadan köç­müşdür. Bu fəlakət Azadinin onsuz da pis olan səh­­hə­­tini tama­milə pozmuşdur. Oğlu Məx­dum­qu­lunun ailəsin­də­ki sınıqlıq (şairin iki uşağının kiçik yaşda ölməsi, başqa övla­dının olmaması) Aza­dini dərin mə­­­nəvi əzablara qərq etmişdir. Dövlət­məmməd Aza­di 1760-cı il­də altmış yaşında bu fa­ni dünyadan əbə­diyyətə köç­müş­dür.

Məxdumqulu bir sıra şeirlərində atasının ölümündən duy­du­ğu dərin kədəri dilə gətirmişdir. «Azadım hanı?» qoşmasında onu «şəhrimin sultanı», «minbərin əzanı», «bağımın reyhanı» ad­lan­dır­mışdır. «Atamın» rədifli şeirində isə Azadinin müsbət in­­­­­sani mə­ziy­yətlərindən, təvazökar həyat tərzindən, dün­ya­nı, dünyanın sər­vətini, işrətini de­yil, daim axi­rəti və ölümü düşünməsindən söz aç­mış­dır:

Altmış beşdə, novruz günü, lu ili,

Bu əcəl yolunu pusdu atamın,

Bu dünyanın işi belədir, bəli,

Ömür kəndirini kəsdi atamın.


Bu cahanın işrətini sevmədi,

Sərvətini, dövlətini sevmədi,

Köhnə şaldan artıq paltar geymədi,

Axirətdi ancaq qəsdi atamın.


Derdi: «Dünya fani, ömrə bəha yox»,

Gündüz rövzə, gecə uyğu, röya yox.

Münkir bilməz, müxislərdə dua çox,

Peyğəmbər dəstidir dəsti atamın.


Bilirəm, söylərəm işin içindən,

Kam alar, kim möhkəm yapışsa dindən,

Yarısı mələkdən, yarısı cindən,

Mücavirsiz olmaz üstü atamın.


Nüqabədə üç yüz ərən uğraşdı,

Çiltəndə atama nəzərim düşdü,

Nücabədə həftənlərə qarışdı,

Abdulladır çün peyvəsti atamın.


Məxdumqulu, gizli sirr var bu işdə,

Kamil ərə gərək deyil fəriştə,

Məhşər günü birbaş girər behiştə, –

Hər kim candan olsa dostu atamın.

Elm aləminə Azadinin bədii irsinin az bir hisssəsi məlum­dur, onun bir sıra əsərləri itib-batmışdır. Üstəlik, ateist sovet re­­ji­mi şai­rin dini-didaktik mahiyyətli yaradıcılı­ğına biganə müna­si­bət bəslə­mişdir. İdeoloji sə­bəblərə görə şairin əsərləri aktual ol­mamış, çox az tədqiq və nəşr edilmişdir. Hətta ötən əsrin 20-ci il­lə­rin­də klassik türkmən şairlərindən Dövlət­məmməd Balqızılın kitabı Azadinin kitabıymış ki­­mi çap olun­muşdur. Azadinin ilk kitabı yalnız 1962-ci ildə işıq üzü gör­müş­dür. Kitabı çapa hazırlayanlar hər ehtimala qar­şı özləri­ni sı­ğor­ta­laya­raq ön­sözdə Azadinin dini görüşlərini üs­tüörtülü şəkildə tənqid etməyi də unut­ma­­mışlar.

Azadinin üç iri qovluqdan ibarət olan əsər­lə­ri­nin əl­yazmaları ha­zırda Türkmənistan Elmlər Akademiyasının Mi­l­li Əl­yaz­malar İns­ti­tutunun fondlarında saxlanır. Birinci qovluq 1837-ci il, ikin­ci qov­­luq 1861/62-ci il, üçüncü qovluq 1918/19-cu il tarixini da­şıyır. Bu qovluqlarda şairin «Vəzi-Azad», «He­kayəti-Cabir Ən­­sar», «Mü­­na­cat», «Behiştnamə», «Beş namaz» adlı məs­nə­­­vi­lə­ri, bəzi qə­zəlləri və rü­ba­i­ləri yer alır.

Azadinin ən məşhur əsəri «Vəzi-Azad» ad­lanan di­dak­tik-fəl­səfi mənzuməsidir. Şair əsərin axırında onun adını və yazılış tarixi­ni belə açıqlamışdır:

İşbu nəzm içrə əgər sorsan, sənə

Min yüz altmış yeddi ərdi, bilsənə.

Bu kitab ismi nədir deb sorsan, ad

Qoydular adın munun «Vəzi-Azad».

Bu, miladi tarixlə 1753/54-cü ilə uyğun gəlir. Deməli, şair bu əsəri 53-54 yaşlarında, yəni ömrünün ən kamil, ən müdrik çağında qələmə almışdır.

Əruz vəzninin failatun-faulatun-failat bəh­rində yazıl­mış əsə­rin həcmi təqribən 3 min beytdir. Burada şa­irin fəl­səfi, əx­la­qi və sosial görüşləri öz əksini tapır. Azadi hələ o dövrdə əda­lət­li cə­miy­yət, şüurlu və­təndaş və dövlət ideyalarını irəli sür­müş, bir növ, mən­­zum konstitusiya yazmışdır.

Əsər dörd babdan ibarətdir. 90 beytlik müna­cat­dan sonra gə­lən birinci babda Azadi bəşəriyyə­tin ən il­kin arzu­larından biri olan əda­lət problemini, Nizamı dövründən bəri Şərq ədəbiyyatında apa­rıcı mövzulardan biri olan adil şah problemini qoymuşdur. Ədalət an­layı­şı­nın tə­­rifini verən, onun həm bu dün­yada, həm də axirət­də fayda­sın­dan söz açan şair bəzi tarixi və əfsanəvi şəxs­lərin (Sü­ley­­man, Davud, Ömər, Keyqubad, Bəhram, Ənuşirəvan, Ha­run ər-Rə­şid, Sə­bük tə­kin, İsmayıl Samani, Abdulla Tahir və sa­­ir) hə­­ya­tın­dan, peyğəm­bər əfəndimiz həz­rəti Mə­həmmədin (s.ə.s) hədis və tövsi­yələrin­dən ibrətamiz mi­sallar gətirmiş, bunları «He­ka­yət», «Nə­si­hət», «Fəsil» baş­lıqları altında verərək müəyyən nəticələr çı­xarmış, oxucu­la­ra öz dəyərli məs­lə­hət­lərini ve­r­mişdir. Əsər bu mə­nada şə­kil etibarilə «Gülüstan»a, «Bustan»a və «Qabusnamə»yə bənzəyir.

Şahları, naibləri, vəzir-vəkilləri, dövləti idarə edənləri, qazı­la­rı ədalətə dəvət edən Azadi göstərir ki, bir saatlıq ədalət altmış il ibadət etməkdən daha böyük səvabdır. Məzlumlara, miskinlərə, sa­də xalqa adil və müşfiq yanaşmaq, onların qəlbini almaq lazımdır. Şair yazır:

Kəbə viran etməkdən min mərtəbə

Bir könül yıxmaq yamandır, ey dədə.

Əsərin ikinci fəslində Azadi humanizm, xeyriyyəçilik, co­mərd­lik kimi mövzuları işləmişdir. Çünki cəmiyyətin, dövlətin ya­şa­ması üçün abadlıq iş­ləri çox önəmlidir. Şair xeyriyyəçiliyin aşa­ğıdakı sahələrdə daha böyük fayda verəcəyini vurğulayır: məscid, məd­rəsə, rabat, xanəgah, körpü işa etdirmək, hovuz düzəltdirmək, çeşmə çəkdir­mək, quyu qazdır­maq və sair. Bunların arasında qu­raq və susuz yer olan Türkmənistanı da nəzərdə tutaraq suyun önə­minə xüsusi diqqət yetirir. Onun peyğəmbərimizə istinadən yazdı­ğına görə, bir kafirə su vermək bir il oruc tutmağa, bir münafiqə su ver­mək 60 il savaba, bir müsəlmana su vermək isə 70 qulu azad et­mə­yə bərabərdir. Ağac və bitki suvaran adamın üzünə cəhənnəmin yeddi qapısı bağlanır.

Azadi bu babda xeyriyyəçiliyin digər yönlərini sadalayır, ac­la­rı doyurmağın, çılpaqları geyindirməyin, kasıblara, kimsəsizlərə, miskinlərə, əlillərə sədəqə ver­mə­yin böyük savab olduğunu ya­zır. Mütəfəkkir şair səxavət, xəsis­lik, xeyirxahlıq, tamahkarlıq kimi in­san xislətinə xas olan məziy­yət­­­ləri təhlil edir, onların yaxşı və pis cə­hətlərini özünəməxsus şə­kildə açıb göstərir.

Dövlətməmməd Azadi bu babın «Fi bəyani-rizayi-valideyn» adlandırdığı fəslində övladın ata-ana qarşısındakı qırx borcunu bir-bir sadalayır. Bunlardan onunun bədənə, onunun qəlbə, onunun di­lə, onunun da mala aid olduğunu bildirir. Şair eyni zamanda ustad, qardaş-­bacı, dost-yoldaş qarşısındakı maddi-mənəvi borcları da sa­yır. Möminin mö­minə, insa­nın insana mehriban münasibət bəslə­məsinin vacib olduğunu göstərir.

Üçüncü fəsildə elm və alim problemi qoyulmuşdur. Şair bu­ra­­da daha ziyadə mənəvi məsələləri dilə gətirmiş, elmin və alimin cəmiyyət və dövlət üzərində­ki müsbət təsirini açıqla­mış­dır. Azadi əsil alimdə dörd keyfiyyət olmasının vacibliyini vurğulayır. Alim pəhrizkar və təvazökar, zahid, yəni dünya malında gö­zü olmayan və cahid, yəni daim cəhd edən, öyrənən olmalıdır. Şair alimsiz bir cəmiyyəti başsız bədən adlandırır. Azadi sözü ilə əməli tərs-mütə­nasib olan «alimi-biəməllər» haqqında da söz açır, onları şiddətlə tənqid edir.

«Vəzi-Azad»ın son babında dərvişlərin cəmiyyət həyatın­dakı rolu və vəzifələri barədə məlumat verilir.

Bu əsərində bir sıra orijinal fikirlər irəli sürən, eyni za­man­da XVIII əsr türk­mən cəmiyyətinin mənzərəsini verən Aza­­dinin ədəbi və elmi dünyagö­rü­şünün formalaşmasında Ni­za­mi Gəncəvinin, Sə­di Şirazinin, Xoca Əhməd Yəsəvinin, Əb­dürrəhman Caminin və Əlişir Nəvainin təsiri aydın sezilir, la­­­kin şair türkmən reallığına söy­­kəndiyi üçün bir çox məsə­lələrdə özünəməx­susluğunu qoruyub saxlaya bilmişdir. «Vəzi-Azad» bu gün də öz aktuallığını itir­mə­mişdir, milli dəyərlərə böyük əhəmiyyət verən müstəqil Türkmə­nis­tan dövlətində gənc nəslin mənəvi tərbiyəsində mü­hüm rol oy­nayır.

Yuxarıda da qeyd etdiyimiz kimi, Dövlətməmməd Azadinin zən­gin bədii irisindən çox az qismi qorunub saxlanmışdır. Üstəlik, əldə olan əsərləri tam şəkildə saf-çürük edilməmiş, onların elmi-tənqidi mətni hələ də hazır­lan­­ma­mışdır. Aldığımız məlumata görə, Türkmənistan Elmlər Akademiyasının Milli Əlyazmalar İnstitutu­nun əməkdaşları şairin «He­kayəti-Cabir Ən­­sar», «Mü­­na­cat», «Be­hişt­na­mə» adlı məs­nə­­­vi­lə­ri, qə­zəlləri və rü­­ba­i­ləri üzərində ciddi təd­qi­qat işləri aparırlar.

Biz bu kitaba Azadinin «Beş namaz» məsnəvisindən bir par­ça və iyir­mi­dən artıq rübaisini daxil etmişik. Bütün əsərləri ki­mi şa­irin bu məsnəvisi və rüba­i­ləri də fəlsəfi-didaktik xarakter daşıyır. Onlarda gü­nahların bağış­lan­ması üçün haqqa, ulu yara­da­na yal­varış, ölüm və axirət haqqın­da dü­şün­cələr üstün yer tutur. Huma­nist şair yalnız özünü düşün­mür, yal­nız özü üçün deyil, bü­tün mö­min­lər, bütün suçlular, bütün in­sanlar üçün şəfaət istəyir:

Qəflət ilə zikr edənlər könlün aç,

Dərdlidirlər, sən həkimsən, qıl əlac,

Qulların tutmuş ümid səndən yana,

Rəhm edib, gəl, rəhmətin dərgahın aç.
Fəzl edib bax bu qərib qullarına,

Asi, cafi bayü yoxsullarına,

Lütfünə layiq iməs gərçi bular,

Feyzi-rəhmət tök həzin dillərinə.


Cümlə möminlər pənahısan, xuda,

Əfv elə cürmü-günahı sən xuda,

Zari-heyran azaşan qullarına,

İmdi görkəz doğru rahı, sən xuda.

Səlsəbilü zəncəfil şərbətləri,

Dürlü nemət, dürlü don qisvətləri,

Qullarından, ey xuda, qılma dariğ,

Cümlə dostuna olan şəfqətləri.

Bu Azadi bir qulundur xarü xas,

Fani içrə ömrün ötürdü əbəs,

Lütf eyləgil, uzatmış ümid əlin,

Hər dü aləm sən mana fəryadrəs.

Dövlətməmməd Azadi öz şəxsiyyəti və poeziyası ilə baş­da oğlu Məx­dumqulu Fəraqi və nəvəsi Qurbandurdu Zəlili ol­maqla türkmən ədəbiyyatı­nın özündən sonra gələn bütün nəsillərini tər­biyə et­mişdir. Seydulla Sey­di, Seyidnəzər Seydi, Şey­dayi, Məğ­ru­bi, Qa­yı­bı, Talibi, Kəmi­nə, Molla Nəfəs və başqaları onun müs­bət təsiri ilə yetişmişlər. Bu təsir çağdaş türkmən şairlərindən də yan keçməmişdir.

Heç şübhəsiz ki, Dövlətməmməd Azadinin türkmən xal­qına və ümumtürk ədəbiyyatına, dünya söz sənətinə əta etdiyi ən böyük əsəri onun oğlu, dahi şair və mütəfəkkir, ata­sının bədii və fəlsəfi fi­kirləri­ni inkişaf etdirərək ən yüksək bə­dii səviy­yəyə çatdıran, türk­mənlərin mənəvi birliyinin banisi olan Məxdumqulu Fəraqidir.

***

Biz öz ənənəmizə sadiq qalaraq, bu kitabı da TÜRKSOY ki­tab­xa­nası silsi­ləsin­dən nəşr edirik. Bununla da türk dün­ya­sı­nın UNESCO-su sayılan TÜRKSOY-un türk xalqla­rı­nın bir-bi­­ri­nə ya­xınlaşması, ümu­mi in­kişafı və qar­şı­lıqlı zən­gin­ləş­mə­si uğ­runda apardığı coşğun və nəcib fəaliy­yətə kiçik bir töhfə verdiyi­mizə ina­nırıq.



Burada bir cəhəti növbəti dəfə xüsusi olaraq vurğulamaq is­tə­yi­rik: TÜRKSOY kitab­xa­nası seriyası bü­­­tün­lüklə kö­nül­lü­lük əsa­sın­da həyata ke­çi­ril­ir. La­yihə­də iştirak edən hər kəs, o cüm­lə­dən bu ki­ta­bı tər­tib edən­, oriji­naldan ana di­­limizə uy­ğun­laşdıran və ön sö­zün mü­əl­lifi bən­dəniz Ra­miz Əs­kər, re­dak­toru hör­mət­li Prof. Dr. Tofiq Ha­cı­yev, görkəmli türkmən ədəbiyyatşünası, Milli Əlyazma­lar İnstitutunun direktoru, Türk­mənistan Elmlər Akade­mi­yasının müxbir üzvü, Prof. Dr. Annaqurban Aşırov bu işi türk­­­lüyə bir xid­­mət ol­sun deyə heç bir təşkilat və qurumdan, o cümlədən TÜRKSOY-dan heç bir mə­­va­cib və ho­norar al­madan tə­mən­nasız ye­ri­nə ye­tir­mişlər.

Əməyi keçən hər kəsə sonsuz sevgilərimlə,


Ramiz ƏSKƏR.



Bakı, 10 fevral 2012-ci il.

VƏZİ-AZAD

Bismillahir-rəhmanir-rəhim

Rəbbi yəssir və lə təqəssür və təmmin bil-xeyr
Həmdi-bihədd ol xudayi-əkbərə,

Dürlü-dürlü nemətin yaydı yerə.


İşbu aləmi bizə bir xan edib,

Sərdi bu nemətlərin əlvan edib,


Çün misali-bağı-gülzar eylədi,

Sayradıb bülbüllərin zar eylədi.


Rəngbərəng oldu güli-bağı həmmə,

Qönçələndi şərhi-yarpağı həmmə,


5 Kim bəsarət əhlinə gözlətdi ol,

Cani-dil ilə hər birin sözlətdi ol.


İşbu nemətlər edər zikri-səna,

Çağırar zar ilə daim «Rəbbəna».


Qafil olma zikrilüllahdan,

Çıxmayın hərgiz həqiqət rahdan.


Qorxu birlə Tanrıdan bu dağü daş,

Gözlərindən axıdarlar acı yaş.


«Hu» bilə sular avazı çıxdı gör,

Olmaz aram, gecə-gündüz axdı gör.


10 Yer üzündə hər şey kim, canı var,

Hər birisi eyləyir bir dürlü zar.


Heyi-hu ilə əsər yellər tamam,

Dostlarına Tanrıdan verər pəyam.

Hiç məxluqu farağat görmədim,

Nədir əsrarı bu xəlqin sormadım.


Leyk bildim məqsədi Allah ərər,

Hal dilində zikrilüllah ərər.


Adəm oğlu, al bulardan ibrəti,

Eylə peyda öz-özündən qeyrəti.


15 Zikrin ayğıl Tanrının şamü səhər,

Cümlə zikrlər üzə rəhmət yağar.


Kəsmə ümid rəhməti-Allahdan,

Olma qafil zikrilüllahdan.


Qobluhu təala: «Vizkirüllaha,

Kəsirən, laəllaküm tuflihun».1


Əhli-huş ol, zikri-haqsız urma dəm,

Zar eylə, çək eşqində dərdü ələm.


Yumşadıb könlünü hikmət-söz ilə,

Dərd ilə haq fəzlindən rəhmət dilə.

20 Ağlagil şamü səhərlər o ki var,

Ağlasa qul, rəhmətin bəhri coşar.


Qafil olma ağlamaqdan zar ilə,

Həmnişinlik eyləmə əğyar ilə.


Var, riyazət düzünə nəfsini sal,

Əyrisini göndəri ver bu mahal.


Biriyazət göndərilməz, ey əxi,

Olsa hərçənd kimsə alim rasixi.


Bəs közərməz bir ağac od görməsə

Kim, dükkan içrə onu qızdırmasa.


25 Nəfsi-zalimə riyazət – od, bilin,

Olsa ol əyri, riyazətə salın.


Kim közərsə, tapdı ol mənzil, məqam,

Əyri yetməz mənzilə, hasil-kəlam.


Yükləsə hər kimsə kim, bitay yükü,

Mənzilə yetməz oşal yük, bişəki.


Qəlbini ücbü riyadan qıl arı,

Haqq üçün qılğıl özündən işləri.


Həm həsəddən, həm təkəbbürdən yenə,

Hübbi-dünya, kimsə tutmaq kin yenə.


30 Qeylü qaldan, həm riyazət söymədən,

Suyi-zəndən, dəxi özün öymədən,


Bədgülükdən kimsəni incitmədən,

Nəhyi-münkər yollarına getmədən,


Həm dəxi qəhrü qəzəb eyləmədən,

Əhli-dillərə yaman söyləmədən,


Barça bu bəd huyları salsa gərək,

Özünü manəndi-yer qılsa gərək.


Sonra dermiş kim, düzəldi bu kişi,

Olmasa haq zikrindən özgə işi.

35 Adəm əyrisi bu şum huylar dürur,

Mərd olan öz aybını özü görür.


Cani-dil ilə Tanrıya şükrün yetir,

Nəhyindən qaç, barça dərmanın bitir.


Təbiət birlə salavat söyləyək,

Sevgidən bihəddü qayət söyləyək.


Aləm içrə ənbiyayü övliya,

Həm məlaik, əsfiyayü ətqiya.


Yer üzündə mömininü möminat,

Var dürurlar hər nə kim mövtü həyat.


40 Mən fəqir şikəstədən bihədd dua,

Həm dürudü, həm məhəbbət, həm səna.

Ol uluğ məhşər günündə, ey xuda,

İşbu zatdan qılmaqil bizi cüda.


Çünki bir uluğ günahlı bəndəyəm

Kim, sevərəm munları hər handayam.



Dürud demək bəyanı
Köp dürudlar bu cahanın tacına,

Canda vergil ərş ilə meracına.


On səkkiz min aləmə rəhmətdir ol,

Ümmətinə dövlətü nüsrətdir ol.


45 Həm tüfeyldir barça asmanü zəmin,

Vəsfidir çün rəhmətən lil aləmin.

Yüz şükür kim ümmət olduq ol ərə,

Gərçi üsyan içrə olsaq üz qara.


Həm onun övladü əzvac varına,

Barça əshab, əfzəli dörd yarına.


Dər bəyani-dua
Bağışlagil, ey xudavəndə, bizi,

Çün açıqdır bəhri-üfranın gözü.


Həm ata birlən anamızı dəxi,

Dəxi ustad – bizdə çah olar haqqı.


50 Bağışlagil həm məşayixlər ki var,

Cümlə dostu kim, könül içrə sevər.


Bağışlagil barça mömin qulları,

Əhli-iman, əhli-islam elləri.


Qulluğa layiq yerim hiç yox dürur,

Həddi-payəndən günahım çox dürur.


Bəs yaman huylu qulunam, Birivar,

İncidib, mən dünya içrə bişümar.


Göz bilə könlüm yaman işdən iraq –

Tutmadım, oldum bəsi səndən iraq.


55 Daima fisq işlərə qıldım rücu,

Bir dəm olmaz nəfsi-dünyadan füruğ.


Nəfsi-şeytan aldılar yolum həman,

Saldılar könlümə bu feli-yaman.

Bilməyib bihədd günahlar eylədim,

Yer üzündə çox təbahlar eylədim.


Dünyanın ardı bilə qoydum qədəm,

İstədim saətbə-saət, dəmbə-dəm.


Can bilə çəkdim cəfasın va-diriğ,

İstəyib zövqi-səfasın vah diriğ.




  1. Fani ərmiş görmədim mundan vəfa,

Çox cəfalı bivəfamış, bivəfa.
Döyünüb, yeldim, yüyürdim hər yana,

Vermədim bir dəm könül haqdan yana.


Dünyanın səriştəsin yaxşı tutub,

Axirət səriştəsini unudub.


Fərzü vacib, sünnət, ədəb gözləməz,

Əmri-məruf, nəhyi-münkər sözləməz.


Dünyada fisqü fücur edənləri

Yaxşı bilib, dost edindim oları.


65 Yaxşıların xidmətində durmadım,

Xaki-payların üzümə sürmədim.


Cani-dildən haqqa qulluq etmədim,

Yaxşılar olan məqama yetmədim.


Ötdü ömrüm yemək-içmək eyşində,

Olmadım bir dəm iman təşvişində.


Ötdü ömrüm, va-diriğ, ey vay ilə,

Sud görməz sərfəsiz sevda ilə.

Qılmadım bir zərrə layiq bəndəlik

Kim, çəkərəm indi çox şərməndəlik.


70 Yandımü döndüm sana, ya zülcəlal,

Ey xəlayiq sahibi, mülkü bizəval.


Tutmuşam ümidi-fəzlindən həmin,

Asilərə çün budur «həblül-mətin».


Axıdıb gəldim gözümdən yaş bu dəm,

Tövbeyi-tövfiq ver, ya zülkərəm.


Bəhri-rəhmətdən ümid etdim yenə,

Lütfi-damənini bərk tutdum yenə.


Səndən özgə getməyə yoxdur yerim,

Qoymuşam yolunda bu canü sərim.


75 Kəsmə ümidim, ümidli bəndəyəm,

Yoldan azdım, bir səgi-dərməndəyəm.

Ayəti-la təknətuni gördüm, ah,

Eşiyinə qara üz gətirdim, ah.


Bağışla imdi cahan avarəsin,

Həmdəmi barça ciyərlər parəsin.


Hely qılma elmi-təqvadan yenə,

Həşr alınca munları, ya rəbbənə.


Dərgahına doğru qılgil yolların,

Zirk ilə amuhta qılgil dillərin.


80 Rişteyi-ömrümüzü üzən mahal,

Yoldaş et imanımız biqilü qal.

Əfv edib təqsirin, çəkgil yanına,

Qıl tərəhhüm bu qərib mehmanına.


Ol yaxın qullar ara tutgil məni,

Oların birlə qopar məhşər günü.


Barçadan azad degil sən, Azad,

Hər dü aləmsən mana məqsəd-murad.


Ol rəsulullah civarını qıl nəsib,

Əhli-dillərə yetir, qılma qərib.


85 Ruzi qıl didarın ol dünya cəlil,

Nemətini didarsız neylər Xəlil.


Ya rəbb, didarını versən mana,

Lameyi-üzün rəva görsən mana,


Canımı min can edib, qurban olam,

Çevriləm pərvanə tək, oda salam.


Can içində bəlkə qurbanın sənin,

Barça əza bəndə-fərmanın sənin.


***
Dinlə bir dəm dərdmənd olsan munu,

Aşiqə didar görən gündüz günü.


90 Barçaya razı qıla didarını,

Tövbeyi-tövfiq səhər bidarını.



Əvvəlki bab
Babi-əvvəl padişahlar vəsfini,

Yarı versə vəsf edər rəbbi qəni.

Sərvəri-aləm Mühəmməd Mustafa,

Din üçün canına verdi çox cəfa.

Ədl idi, sevdi adilliyi özü,

«Ədl edin» deb barçaya bəri sözü.


Haq-təaladan ədalət, rəhmət ol,

Fəthi-babü dövlətü həm nüsrət ol.


95 Ol rəsuldan son yenə bir neçə yar,

Ədl ilə aləmdə oldu bərqərar.


Tanrı ayətində «Ədl eylə» dedi,

Haq sevər, hər kim ədalət eylədi.


Xəlq üzə çün hakim olarsa bir ər,

Ədl ilə hökm eyləyə leylü nəhar.

Hakim olanlar cahanda ədl ola,

Bəzəyə yer üzünü ədli bilə.


Hakimi-adil xuda peyğəmbəri

Canişinim deb, öyübdür oları.


100 Padişah kim, olsa gər ədli onun,

Yer üzündə sayəsidir Tanrının.

Ədlindən olsa xəlayiq cümlə şad,

Dərgahında tapsa məzlumlar murad.


Haq-təalanın sevər bəndəsi bil,

Ol rəsul ümmətlərinin xası bil,


Mehri onun haq-təala mehridir,

Qəhri onun haq-təala qəhridir.


Görmə hökmün Tanrı hökmündən iraq,

Qılmasan bavər gəlib adına bax.


105 Çün qədəm gətirsə adil bir yerə,

Xəlqi-aləmə xuda rəhmət verə.


Din öyünün keşikçisi padişah,

Ol səbəb «əmrin tutun» demiş ilah.


Əhli-dini kim, onun sultanı yox,

Surəti-mənzər içində canı yox.


Qövluhu Təala: «Atəullaha və

atəur-rəsula və ulil-əmi minkum»1


Yer üzünün zinətidir padişah,

Xəlqü dövlət nüsrətidir padişah.


Padişahı olmasa bir ülkənin,

Olmaz imiş xeyrü ehsanı onun.


110 Zülmü cəbr birlə olar xəlq peşəsi,

Axirətdən olmaya əndişəsi.


Bir-birə cəbr eyləyən tək qurd-quş,

Xalq edərlər bir-biri birlə uruş.


Həqqü nahaq bilməyən barça avam,

Qəsd edərlər bir-birə əmri-haram.


Etsə tənbeh munlara gər padişah,

Olsa şah üstündə olar üzrxah,


Bu xəlayiqdən günahlar tökülər,

Bir-birisinə olar şəfqət qılar.


115 Gələr ondan bu şəriət yoluna,

Gəzər ol miskin fəqir öz halına.


Tanrı əmrilə halal olar bular,

Şah qəbul eylər, nə kim naib qılar.

İmdi xeyr edənləri məqbul olar,

Hökmü bu naiblərin məmul olar.

Padişaha əhli-şər’ hökm eyləyə,

Özgə xəlqə padişahlar söyləyə.


Padişahlar padişahı şər’ ərər,

Əsl şər’dir, padişah bir fərq ərər.


120 Din yolu ondan rəvan olar,

Baş götürməz barça bu zalim avam.


Padişahsız hiç xəlayiq qalmaya,

Müfsiddir ol, kimsə tabe olmaya.


Olmaz ki, tacirlərin yolu aman,

Qılmasa tənbehini şahı həman.


Yol uranlar birlə oğrusunu şah,

Kəsməsə, öldürməsə hər salü mah,

Olmaya miskin fəqirlərin günü,

Hər bir öydə gəzməyə ağa, ini.


125 Yəni zalim qanadın yolğu gərək,

Tən cəfalarda arıq qılğu gərək.

Qanadı sağ, həm səmiz olsa təni,

Dinc yatırmaz hiç müsəlman bəndəni.

Padişahdır din təbibi, padişah,

Həm olar miskin fəqirlərə pənah.


Bəs xəlayiq dərdidir zalim əvan,

İşbu dərdə şah ərər dərman qılan.


İşbu dərd dərmanını desəm sana,

Gər əmirsən, zəhri-qatil ver mana.


130 Rahat olsun acizü məzlum həmmə,

Axırını düşünüb, düşmə qəmə.

Haqdan olar padişahlar görgüsü,

Xeyir etməz eli-xəlqdən görgüsü.


Mömin ellər kim, onun sultanı yox,

Eylə düşün kim, qoyun – çobanı yox.


Zalimi-dərrəndələr bil, ey kişi,

Olmasa çoban çətin olar işi.


Ya əkin düşün bu məzlum qulları,

Tanrı əmrin can bilə tutanları.


135 Gözətçi say olara hakimləri,

Müfsid anla dəxi ol zalimləri.

Bir əkin kim, gözətçi gözləməsə,

Ya xəbərdar, gözlə deb sözləməsə,

Ol əkin olar xarab dər saəti,

Gözətçi olanın olarmı rahəti.

Əlqərəz, dərrəndə yolun bəkləgil,

Bu qoyunları bulardan saxlagil.


Olma qafil, daima tutgil xəbər,

Çün ərər vacib bəlalardan hədər.


140 Həm şəriətə boyun qoymaq gərək,

Xəlq ara haqq əmrini yaymaq gərək.


Əhli-şər’ ilə gənəşsin qoy əmir,

Məsləhət versin vəkil birlə vəzir.


Dost bilsin dərvişü alimləri,

Düşmən bilsin çün dili-zalimləri.


Məzlumu zalim əlindən qutara,

Çün rəiyyət halını daim görə.


Barça xəsmin bir-bir ilə düzləyə,

Əmri-məruf, nəhyi-münkər sözləyə.



Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə