DöVLƏTMƏMMƏd azad I seçİLMİŞ ƏSƏRLƏRİ Bakı – 2012


Fəsil Fi bəyanı-nameyi-məzlum



Yüklə 1,69 Mb.
səhifə6/11
tarix24.06.2018
ölçüsü1,69 Mb.
#54712
1   2   3   4   5   6   7   8   9   10   11

Fəsil

Fi bəyanı-nameyi-məzlum

Bir kişi bir kimsəyə qılsa sitəm,

Zor ilə alsa əlindən bir dirhəm.
1435 Ya oğurluq birlə alsa dirhəmi,

Ursa, salsa könlünə yenə qəmi.

Ol qiyamət kim – olar şəksiz bilin,

Dildə iqrar, qəlb ilə bavər qılın,

Bu xəlayiq cümlə onda dirilər,

Xeyr ilə şər həm oşol gün sorular.

Qüdrət ilə dad verər qadir özü,

Olmaya kimsəyə kimsənin sözü.


Ta ki şahlı qoy əgər şahsız qoyun –

Ursa, ur deb, ol günü sınar boyun.


1440 Bəs xəlayiq bir-birindən dad alar,

Zalim işi vay ilə fəryad olar.


Sınanar ol gündə fil birlə pəşə,

Munda üstün onda düşər təsvişə.


Daralar ol gündə zalimlər yeri,

Rusyiahdır, utanıb axar təri.

Gələr ol dirhəm əyəsi dad ilə,

Zalimi cəbr etdi deb, fəryad ilə.


«Ver dirhəm» deb Tanrı hökm edər ona,

Ağlayar dirhəm deyib, ol hər yana.


1445 Yerdə, göydə ol günü olmaz dirhəm,

Qılmaya kişi kişiyə pul kərəm.


Duzəxin dibində dirhəm nəqşini,

Nəqş edib nəqqaş – ol qadir qəni.


İşbu nəqşi görüb, zalim əvan,

Girməyə meyl etsə od mundan həman.

Müşkil iş düşmüş əvanar başına,

Dad əyəsi qoymaya öz xoşuna.

Ver ona hər nə səvab amalını,

Razı olmaz yenə, tutarlar onu.


1450 Həm günahın alar oların yenə,

Yükləyərlər, bərkləyərlər üstünə.


Duzəxə atarlar onu bəd əz an,

Gər müsəlmansan, muna tutma güman.


Uçmaq əhli olar ol məzlum kişi,

Olsa kim zalim, onun budur işi.


Zalimin işi budur ol gündə vay,

Leyk yetməz kimsədən ona haray.


***
Ey sitəmkar, iltimasım dinləgil,

İşbu pəndim mənasın xoş anlagil.


1455 Kimsəyə zərrə xəyanət baxmagil,

Gəl, əziz canını oda yaxmagil.


Düşmən üçün sevməgil düşmənini,

Vermə əldən göhəri-imanını.


Düşmənin iblis dürur, uyma ona,

Əyri baxma hiç müsəlmandan yana.


Haqq üçün dinlə bu pəndim, ol səlim,

Yaxşı düşməz bu sözü desə dilim.


Zülmü cəbri pişə qılma özünə,

Ruzi-məhşər çirk gətirmə üzünə,


1460 Tövbəyə gəl, etdiyindən tövbəya,

Tövbə qılsan tanrıdan rəhmət yağa.


Bax, mətaği-dünyadan yoxdur vəfa,

Bivəfalara nəfəs çəkmək cəfa.

Hər kişidə olsa imandan əsər,

Mömin ağrıtmaz olar, ey bixəbər.


Gər əlindən gəlsə qılğıl eygilik,

Olarsan sən haq qatında sevgilik.

Yarı vergil, yarı algil olara,

Yarıdır haqq ona yar olanlara.


1465 Oların hər kimsə kim, aybın yapar,

Tanrıdan ol hər nə istəyin tapar.

Oların asan qılar hər kim işin,

Müşkildən haq qurtarar onun başın.


Oların hər kimsə kim, yesə qəmin,

Haq verər dərdinə dəri-mərhəmin.


Oların bir hacətin kim bitirər,

Yetmiş iki hacətin haq bitirər.


Yarı vermək, əlqərəz, fərzdir ona,

Yarı vergil, tutma kin ondan yana.


1470 Qılmayan yarı günahkardır əzim,

Od ara yanar cəbr birlə əkim.

Haqq üçün, hiç mömin incitməgil,

Haqq adı mömindədir, xar tutmagil.


Haqq ağırlab qoşmuş adın olara,

Xar olar verən cəfa möminlərə.


***
Ol imam kim, ismi ərdi Bəxili,

Bir xəbərdə söyləmiş bir söz, bəli.


Qoysalar qəbrə birini fövt olub,

Bir fəriştə gürz ilə urar gəlib.

1475 Baqi qalmaz üzvündən zərrə əsər,

Qəbri onun misli-od yalı yanar.


Sonrasınca der fəriştə: «Ey kişi,

Dur xuda izni ilə, gör bu işi».


Durur ol kəs eşidib işbu sözün,

Leyk tutar naləsi bu yerin üzün.


Cümlə canlar eşidər ol naləni,

İnsi-cindən özgəsi, bilgil munu.


Der meyid: «Niyə əzab etdin mana,

Munca bu dürlü itab etdin mana.


1480 Mən zəkat verdim, ta ki qıldım namaz,

Ruzə tutdum, eylədim xeyri-niyaz.


Əhli-naseh sözün rədd qılmadım,

Bəs nədən təqsir qaldım, bilmədim?»


Ol fəriştə dedi kim: «Ey əhli-din,

Acizü məzlumu sən gördün yəqin.


Çağırardı ol səni fəryad edib,

Həsrət ilə dad ilə adın tutub.


Zalim əlindən onu qurtarmadın,

Qadir əkən ol fəqirə varmadın.


1485 Həm namazın eylədin bir gün həman,

Qılmağın onu hövldən bigüman.


Bu səbəb işbu əzabı qılmışam,

Ol qəbr içrə itabı qılmışam».

Tanrı fərz etmiş sana, ey mərdi-xas,

Məzlumu zalim əlindən et xilas.

Dəxi istibrada özün eylə pak,

Qılmasın haq bu əzab içrə həlak.


Həm demişdir iki aləm sərvəri,

Yəni ol axırzaman peyğəmbəri:


1490 «Bir kişi məzlumlara rəhm etməsə,

Qadir əkən, qılsa fəryad, getməsə.


Qəbri içrə bil, onu yüz mərtəbə,

Atəşin qamçı urarlar ol qula.


Yəni yüz batmandan ağır olar ol,

Yeddi qat yer içrə onu salar ol.

Haqq üçün məzlumlara fəryada var,

Bu əzabı-səxtdən özünü qurtar.



Fəsil
Adəm oğluna gələr olsa əcəl,

Dörd fəriştə gələr onda ol məhəl.


1495 Əvvəla, verər salam biri ona,

Der: «Vəkil mən hər nə olan rizqinə.


İstədim məşriq sarı, məğrib sarı,

Tapmadım bir zərrə rizq gətirəli.


Zərrə rizqin aləm içrə qalmamış.

Mundan artıq haq sana rizq verməmiş».

İkiləncisi onun girər yenə,

Haq salamın yetirib ol möminə.


Der: «Şərabına vəkil ərdim, vəkil,

Gətirər ərdim sana ömrən-təvil.


1500 İşbu saət istədim cümlə cahan,

Tapmadım hiç bir içim su, ey filan».


Sonra üçüncü fəriştə söyləyir,

Haq salamın ol qula zikr eyləyir


Der: «Vəkil ərdim nəfəsinə sənin,

Düşdü seyrim bu cahan içrə mənin.


Aləm içrə tapmadım zərrə nəfəs,

İmdi rənc çəkmək sana olar əbəs».


Dördülənci gəlib, verər salam:

«Ömrünə ərdim vəkil, derlər kəlam,


1505 İstədim bu ömür aləm üzün,

Tapmadım bir ömri-saət şəksizin.


Çünki yox ömrün tənabından əsər,

Tut yarağ azıq, məşəqqətdir səfər».


Girər ondan son kəramül-katibeyn,

Haq salamın yetirib ol nuri-eyn.


«Bu tənin üzrə vəkilik» der olar,

Bəs çıxarıb bir qara xətt ver olar.


Derlər: «Amalındır ol, qılgil nəzər,

Bu xətt içrə yazmış olar xeyrü şər».


1510 Gözləyib, ol kimsənin axar təri,

Qarşı gəldi kim, yaman qılmışları.


Bəs yaman işinə hərgah ol baxar,

Kim utancından təri su tək axar.


Bəd əz an ölüm fəriştəsi gələr,

Ləşkəri onun sagü solun alar.


Ol mələklər bəzisi canın çəkər,

Bəzisi heybət bilə ona baxar.


Bəzisi qatı çəkərlər canını,

Zarb edib həm qurudarlar qanını.


1515 Ol fəriştə bəzisi yumşaq çəkər,

Pamıq arasından eylə qıl çıxar.


İşbu hində haqdır alan canını,

Yoldaş edər lütf edib imanını.

Çün boğaza yetişən halda can,

Qəbz edib ölüm fəriştəsi həman.

***
Gər səadət əhli olsa ol kişi,

Olsa ol fərmanı tutmaqlıq işi.


Tanrı imanın ona qılar rəfiq,

Olar ol kəs rəhməti-haqqa qəriq.


1520 Ona asmandan məlayik ol zaman,

Üzləri gün tək oların, ey cüvan.


Rəf edib ol ruhu asmandan yana –

Götürər, əmr etdi haqq ondan yana.

Yəni yolda bir mələk kim, uğraşar:

«Götürdüyümüz nə» deb ol soraşar.


Derlər ki: «Bu bir pak can ərər,

Bəxş edibdir haqq ona iman ərər.


Dünyada haqq ismini yad etmiş ol,

Din öyün qulluqda abad etmiş ol».


1525 Çün yetişən halda asmandan yana,

Yeddi asman açılar ondan yana.


Bəs məlayik barçası təhsin edər,

Tabe olub, oların birlə gedər.


Yeddilənci asmana varanda olar,

Babını haqdan verə fəryad qılar.


Görkəzər cənnətdə onun cayını,

Gövdəsinə sonra bir salar onu.

Yəni qəbrə bu cəsəd girən mahal,

Can gəzər bu mərtəbə bax qılü qal.

1530 Gər şəkavət əhli olsa ol kişi,

Dünyada fisqü fücur olsa işi,


Ol ipəkdən çıxaran tək bir tikan,

Canı təndən ayrılar şundağ yaman.


Yer bilə göy arasında külli şey,

Lənət eylər ol kişiyə külli heyy.


Ol mələklər qəbz edərlər canını,

Qarət edər həm ləin imanını.


Malına düşmənləri olar əyə,

Hər nə halət varını onda duya.




  1. Bağlanar asman qapısı olara,

Tanrıdan yetər nida ol canlara.
Rədd qılar ruhun onun yer altına,

Açar duzəxini olar qəsdinə.


Duzəx içrə görkəzərlər cayını,

Cümlə canlar eşidərlər vayını.


Yüz nədamət, yüz peşiman etsələr,

Gözlərin zar ilə giryan etsələr.


Sayxa urub, hər tərəf çağırsalar,

Yaxa yırtıb, ah ilə çığırsalar,

1540 Xeyri olmaz kimə fəryad etməsə,

Rəhm edib olar qolun hiç tutmasa.


Qab içində tən bilə tapar əzab,

Baqisi vallahü əlam bis-səvab.

***
Gətirib ölünü qəbrə qoysalar,

Dəfn edib, ol öyə sarı yansalar.


Heybət ilə sorar ol iki mələk,

Zərbindən titrər onun yeddi fələk.


Gurlayan göy tək olar avazları,

İldırım tək çaxar onun gözləri.

1545 Yeri yırtar dişləri birlə həman,

Gər eşitsə ayrylar huşdan cahan.


Əvvəla derlər: «Xudayın kim dürur,

Həm dəxi peyğəmbərin, dinin nə dürur».


Yaxşılıqdan onda gər olsa əsər,

Der: «Xudayımdır mənim pərvərdigər.


Həm dəxi peyğəmbərimdir haq rəsul,

Etmişəm mən dini-islamı qəbul».


Verər onda ol mələklər xoş cavab,

Xoş yatar, olmaz ona zərrə əzab.


1550 Cənnət iyindən verərlər bəs yenə,

İslanar həm eyşlənər qana-qana.


Qəbri ondağ genələr, bilgil munu,

Rəhmət içrə saxlayar qadir, qəni.


Həşrdə gər olmaya təşviş ona,

Huri-qulman birlə olar aşı ona.

Olsa gər bir asi qullardan ölər,

Ayda bilməz ol cavab, hər yan dönər.


Urar olar ol dəmirdən gürz ilə,

Zərbindən ol kimsə yüz para ola.

1555 Ol xəlayiq insü cinü barçası,

İşbu gürzü götürə bilməz, bəsi.

Sonrasınca qəbri onun daralar,

Bu qabırğa ol qabırğaya girər.


Bu əzabı-şiddətə qalar o kəs,

Zari-əfğan etsələr, yox fəryad rəs.


Gələn ondan bir yaman üzlü kişi,

Olmaya ol hiç kişinin görmüşü.


Bəs olar isi yaman ol kimsənin,

Der: «Yaman verər cəzanı haq sənin».


1560 Der meyid: «Sən kim dürursan, ey əvan,

Gördüyüm yox dünyada səndən yaman».


Der: «Yaman əməlinəm, qıldın məni,

İmdi qurtulmaya mən qoymam səni».


Hər yana dönərsə önündə dürur,

«Niyə qıldın sən məni» deb, zərb urar.

Duzəx işığın açarlar bəd əz an,

Yerinə qılar nəzər, yoxdur güman.


Neyləsin biçarə qalmış ol qərib,

Qılsa peşman, xeyri yox bağrın dəlib.


Fəsil
1565 Ol səhabə, adı Abdulla Səlam,

Haq rəsuldan sordu yəni bu kəlam:


«Ol mələk kim, qəbr ara əvvəl girər,

Heybətü şövkət bilə soraq sorar.

Ol sual Münkər, Nəkirdən önmüdür,

Ya rəsul, de bir cavab, ya sonmudur?»


Dedi: «Ol Minkər, Nəkirdən ön olar».

Əhli-iman bu sözə bavər qılar.


Ol mələyin adına derlər Duman,

Sözləşər meyid bilə, tutma güman.


1570 Misli-gündür ol fəriştənin üzü,

Şöləsindən rövşən olar yer üzü.


Qəbr ara girib deyər: «Ey adəmi,

Xeyirü şər əməlini yazgil həmi».


Der meyid kim: «Nə bilə məktub qılam,

Yox dürur məndə dəvət birlə gələm».


Der mələk kim: «Qələmin barmaq dürur,

Ağzın içrə bəs siyah tükrük dürur».


Bəs kəsib verər kəfənindən ona,

«Kağızın bu dürur» deyər ona.


1575 «İmdi yaz dünyada edən işini,

Xeyrü şərdən hər nə kim qılmışını».


Bəs yazar ol dəmdə xeyir etdiyini,

Yaxşı işdə hər nə səy etdiyini.


Çün yaman iş yazmağa olsa əli,

Söyləməyə, yazmaya varmaz əli.


«Niyə yazmarsan» deyib sorar mələk,

Ol kişi der: «Utanıram, ey mələk».


Der mələk: «Haqdan necə utanmadın,

Bu günahlıq işləri sən işlədin.

1580 Hazir ərdi, nazir ərdi ol xuda,

Bu günahlar işlədin ol dünyada.


İmdi məndən niyə utandın olar»,

Götürüb üzünə oddan gürz urar.


Yalvarıban der meyid: «Məndən götür –

Ol yaman əməllərin» ağlab yatar.


Der mələk: «Bükgil, möhür qılgil muna»,

Bəs bükər, der kim: «Möhür yoxdur ona».


«Dırnağın birlə möhürlə, der mələk,

Tutgil əmrim, qılma özünü həlak».


1585 Barmağı birlə möhürləb, ey qulam,

Boynuna asar onu yövmil-qiyam.

Sonrasınca iki fəriştə girər,

Tanrının izni bilə onu sorar.


Birisi Münkərdir, ol biri Nəkir,

Olma münkir, sorar onu, ey kəbir.


Bəs görər asi kitabın ol zaman,

Gərdənindən asılıb durmuş həman.


Oxumaq əmr eyləyər ol bəndəyə,

Nameyi-əməlin ol şərməndəyə.


1590 Der xuda: «Niyə oxumazsan bu hal»?

Bəndə der kim: «Utanaram, zülcəlal».

Der ki: «Dünyada niyə utanmadın,

Tövbə eyləb həzrətimə dönmədin?


İmdi yox utanmağın nəfi sana,

Çox əzab var, yox dürur dəfi sana».


Eyləyər ol qul peşiman, sanı yox,

Misli dersən: dərdi köp, dərmanı yox.

Bəs xuda əmr edər ol dəm ol qula, –

Kim: «Tutun, kündə salın zəncir bilə.


1595 Sonrasınca, ol cəhim içrə asın,

Para eyləb ətlərin onun kəsin.


Kim, verərlər ol qula dürlü əzab,

Ol əzab kim, olmaya onda hesab.


***
Ol məcazi padişahın bir qulu,

Tutmasa fərmanın onun bir yolu.


Yağılıq eyləb, bir özgə iş tuta,

Şübhəsiz, ol şah onu çaya ata.


Yenə nə dürlü əzablar eyləyir,

«Kündeyü zəncir salın» deb söyləyir.


1600 Həm qulaq kəsmək, burun kəsmək yenə,

Ağac urmaq, fələkə asmaq yenə.


Bəs bəlayi-şiddət eylər ol qulu,

Dadü fəryad etməyə qalmaz dili.


Kim xilaf etsə əgər fərmani-haq,

Ol şəriət sahibin həm tutsa daq.


Çox əzablara giriftar eyləsə,

Tan iməs müzdün onun nə eyləsə.


Qıl həzər, əlbət, əzabdan, ey kişi,

Qılmaya özün şəyatin yoldaşı.


Fəsil
1605 Ol cənnət üzrə çəkmişlər sirat,

Qoymuş onun üzrə yeddi qandarat.

Hər birisi onun on min yol olar,

Min çıxış, mini düz, min eniş olar.


Titrəyir qəhərdən ol körpü həman,

Üstü sürüşkən dürur, tutma güman.

Qıldan incədir, qılıncdan itirək,

Həm qaranğı gecədən tərikirək.


Barça məhşər xəlqi üstündən keçər,

Duzəx odu olara yalın saçar.


1610 Körpü üzrə xəlqi imandan sora,

Ər gərək onda cavabını verə.


Tanrını birləb, rəsulu haq bilən,

Əmri-haqqa can bilən təsdiq qılan.


Özünü küfrü riyadan saxlayan,

Tanrının fərmanın eşdib bəkləyən


Ol qəzəb körpüsündən asan ötər.

Yoxsa bil onu cəhənnəmə gidər.


İkilənc – sorar namazdan, ey fəta,

Üçüləncisi – zəkat, qılma xəta.


1615 Dördülənci – ruzədən sorar səni,

Beşilənc – həcc, ümrə sorar, ey qəni.


Altılancısı – cənabət qüslündən,

Sorar oları təharət işindən.


Yeddilənc – ata-ana ehsanından,

Qardaşa rəhm eyləməklik şanından.


Mömin azarından ol sorar səni,

Der: «Bu işləri sən etdinmi hanı».


Yəni bəndə haqqından sorar bu hal,

Der sanki: «Yedin-içdinmi halal».

1620 Mərd gərək ol dəm cavabın verməyə,

Ol qəzəb körpüsü üzrə yürməyə.


Qurtular gər versə bulara cavab,

Yoxsa dışlar özünü əndər əzab.


Ümmətim deb, işbu gündə haq rəsul,

Tanrıdan istər nicat, ey bül-füzul.

Der: «Mənim ümmətlərım, ya rəbbəna,

Körpüdən asan ötür, ya rəbbəna.


Körpü üzrə bir-birinə xəlq minər,

Yəni bu sürüşkən oları qınar.


1625 Körpü titrər ol xəlayiq zərbinə,

Gəmi titrən tək qatı yel zərbinə.


Zar-zar ağlarlar uluğ məhşər günü,

Tanımaz ol halda kimsə kimsəni.


Dostlar düşmən olar, bil şəksizin,

Qayğırar ol gündə hər kimsə özün.


Ata oğlun dışlar, ana qızını,

Gözləməzlər bir-birinin üzünü.


Həm qarındaş tərk edər qardaşını,

Ancaq ol qurtara bilsə öz başını.


1630 Tərk edər ol gündə yoldaş yoldaşın,

Bərk tutar hər kimsə öz edən işin.


Yəni ol gün hər kim əməlin tutar,

Yaxşı olsa gər əməl, ondan ötər.

Olsa gər kirdarı bəd, işi yaman,

Duzəx içrə dışlar özün bigüman.


Dərd ilə həsrət bilə veylası çox,

Yüz peşiman eyləsə faydası yox.

Mömin ərsən tut bu gün fərmani-haqq,

Dinlə, məhşər gündə ol mehmani-haqq.


1635 Barça düşvardan iraq etsin səni,

Cənnətə salsın, əziz tutsun səni.


Qoşma özünü sitəmkar əhlinə,

Yoxsa haq dışlar cəhənnəm yoluna.



Üçüncü bab
Babi-sevvom içrə vəsfil-aliman,

Zikr edəyim onları bəlli-bəyan.


Oları söyənlərin halı nədir,

Söyəyəlim bəs ki əhvalı nədir.


Alim oldur elmindan agah ola,

Can öyi də zikrilüllah ola.


1640 Tutar onun barça əzası xəbər,

Hər nə əşya kim, ona salsa nəzər.


Yəni görsə şeyi kim, elmi bilə,

Ol elmdən salar özün haq yola.


Elmi-dindən pür olar könlü həman,

Elmindən nəf alar ol xəlqi-cahan.


Həm oların könlü olar deb ədəb,

Olar ol haq yolunda əhli-ədəb.


Külli şeydən elmi onun açıla,

Qəlbi-qeyrətinə toxum saçıla.


1645 Bitər ondan rəngbərəng alay elm,

Bir dür olar dürri-gövhərhay elm.


Əhli-elmə dadlılıq versə onu,

Ləzzət alar, şübhəsiz, canü təni.

Ad verərlər elmi-rəbbani ona,

Can bilə ol bəndə fərmanı ona.


Bəs onu tapmaq gərək fikr eyləyib,

Tapdın ərsə, xidmət et şükrün bilib.


Eylə sanıl, tapdın ol qütbi-cahan,

Ya ki tapdın, qıl misli Xıdrı-zaman.


1650 Ya peyğəmbər yarını tapdın bu dəm,

Əhli-əshab varını tapdın bu dəm.

Haq rəsulun yerində görgil onu,

Qıl dürüst ixlasını, olgil köni.


Xaki-payin sürt gözünə, bəndə ol,

Sayə yalı yolunda əfkəndə ol.


Yedir-içir xeyirü ehsan eyləgil,

Canını eşqində qurban eyləgil.


Əmrini vacib bilib, etgil qəbul,

Canibi-haqdan onu bilgil rəsul.

1655 Elmindən öyrən, ona olgil pişvaz,

Haqdan istə olara ömri-diraz.


***
İşbu elm əhlində olar dörd nişan,

İşbu dəm vəsfin onun etgil bəyan.


Biri – pəhrizkar olar, qorxulu,

Tanrı xofundan içi olar dolu.


İkilənc – olar təvazö ol kişi,

Haqq üçün durur, oturur üləşi.


Yəni olarda təkəbbür olmaya.

Kibri-neybət sinəsində qalmaya.

1660 Ənbiyalar varisidir özləri,

Xəlq ara vəzi-nəsihət sözləri.


Zahid olar üçülənc onun huyu,

Elm ilə bal yığmaq olmaya küyi.


Yəni könli varından təcrid ola,

Var isə həm istəmək təfrid ola.


Dördülənci – cahid olar ol vəli,

Yəni cəhd eylər, yüyürər haq yolu.


Əhli-həqiqət yolna qoyar qədəm,

Cəhd edib saətbasaət, dəmbədəm.


1665 Haq-təalaya ibadət eyləyər,

Əmri-məruf, nəhyi-minkər söyləyər.


Onda gər cəm olsa bu dört vəsfi-hal,

Pişvayi-şəridən bil, qılma qal.


Pişva bil, pişva bil, pişva,

Mühtəda bil, mühtəda bil, mühtəda.


Oların elmi dürur elmi-digər,

Fikr ilə tapmaqdır olar, ya nəzər.


Tanrının dərgahında almış səfaq,

Görməyib təlimü yazğu, nə varaq.


1670 Kəşf açıbdır Tanrı özü bulara,

Bəs lədin elmin veribdir onlara.

Oxunar dilsiz, qulaqsız dinlənər,

Cuş tapıb qaynar, könüldə anlanar.


Bəs əməlsiz alim oxşar cahilə,

Nəfi yetməz elmindən hərgiz elə.


Elmi-dindən hər kişi tapsa xəbər,

Gər əməl qılmasa, bil, günah edər.


Yəni bil heyvanı ondan yaxşıraq,

Olsa ağlın, daim ol ondan iraq.


1675 Çünki bildin məqsədi dünya imiş,

Elmi-dinə kim ki, bipərva imiş.


Misli-bünyad etmiş ol, gülzari-xoş,

Meyvəsinə eyləmiş çox pərvəriş.


İndi özü yemədi ol meyvəni,

Yeməyə həm xəlqə vermədi onu.


Batdı yerə, çürüdü ol meyvəsi,

Almadı nəf yəni ondan kimsəsi.


Elm oxusa, tanrı əmrin tutmasa,

Bu şəriət yoluna rast getməsə,


1680 Əmri-məruf, nəhyi-münkər tutmayan,

Haq kəlamın dəxi təzim etməyən,


Surətin alimlərə təşbih qılıb,

İşdə özü xəlq ara fisq işləyib,


Elm ona məhşər günü düşmən olar,

Çox əzabi-kin ona şəksiz olar.

Dünya içrə tən olar eyşi ona,

Bəs məşəqqət olar ol işi ona.


Kor olar iki gözü məhşər günü,

Kim əzab içrə olar canü təni.


1685 Der: xudaya, dünyada vardı gözüm,

Bəs nədən kor eylədin sən, ya özüm.


Haq təala der: bilib çün tutmadın,

Kim mənim buyruqlarım etmədin.


Bildinü oldun vəli, bilmən kimi,

Bəs kəlamıma nəzər salman kimi,


Ol səbəbdən əzabi-bihesab

Eylədim, indi inan, budur kitab.


Budur işin, gər əməl etməz isən,

Tanrı buyruğun bilib tutmaz isən.


1690 Az bilib, kim elminə qılsa əməl,

Bütün aləm alimidir, yox cədəl.


Haq qaşında sevgilidir ol kişi,

Çünki var könlündə ol din təşvişi,


Elmi çox kim bilsə, əməl etməsə,

Haq təala buyruğun rast tutmasa,


Bilgil onu cümlə cahildən betər,

Eyləməz xəlqə əmri-vəzi əsər.


Misli-xərdir ona yüklənmiş kitab,

İstəsən budur sana dedim cavab.

1695 Ol rəsul kim, istəmiş haqdan pənah,

Ol elm kim, nəfi yok bir kimsənə.


Alim kim, əməlindən yoxdur nişan,

Gövdədir kim, yox dürur içində can.


Alimi-bikar hasil almayacaq,

Hiylə-təzvir ona sud qılmayacaq.


Hiç nə tikməz riştəsiz iynə həman,

Girsə-çıxsa səd həzaran, yox güman.


Üzməsi mümkün deyil qolsuzların,

Deməsi mümkün deyil dilsizlərin.


1700 Usta kari kim, ona yoxdur duraq,

İşləməkdən ol kişi olar iraq.


Bir oraqçı kim, oraq yox əlində,

Biçməsi mümkün deyildir, ey dədə.


Katibin kim, əlində yoxdur qara,

Yazmaq oynamaqda nə fayda görə?


Sayıçı kim, çubuğu əlində yox,

Bəs ki sayılmaz əl ilə vursa çox.


1705 Yonğuçu kim, yox əlində kərkisi,

Yox əlac yonmaq əlin vursa bəsi.


Söyləsəm də mərifət payanı yox,

Hamısın desəm sənə, imkanı yox.


Elmdən məqsəd əməl etmək dürur,

Ol elm birlə haqqa yetmək dürur.

Ol elmdən məqsəd almasa əməl,

Yüzlənər kibr, təkəbbür, yüz cədəl.


Gər elmdən məqsədin həqq olmasa,

Dosti-həqq, ya nuri-mütləq olmasa,


1710 Bil, zəlalət bəhrinə qərq oldu ol,

Həm riya birlə işi zərq aldı ol.


Var, riyadan can ilə qılgil həzər,

Haqqı istər sidq ilə, əlbət, tapar.


Var, əməli sidq ilə qıl biriya,

Felin düz olsa yetərsən tanrıya.


Bir hədis içində bu söz söyləndi,

Elm tərifindən bir gap eyləndi.


Elm ki ,ondan kişi nəf almadı,

Misli boş lafdır ki, xeyri olmadı.


1715 Elminin nəfi budur, ey əhli-din,

Özünü etməkdir ibadətə qərin.


Qulluğa xəlqi həris qılmaqdır ol,

Yəni xəlqi haq yola salmaqdır ol.


Elm oxub artırmasa zühdü həman,

Tanrısına misli edəndir üsyan.


Tanrıdan yetər ona sonsuz qəzəb,

Olmaz asayiş ona, illa kərəb.


Nəfi yetməz elmdən ol haq rəsul,

Tanrıya etdi pənah, ey bil-füzul.

1720 «Elm iki dürlü olur» dedi yenə,

Ona rağibsən, gəlib dinləsənə.


Birinə bu elmi-qəlbi dedilər,

Birinə həm elmi-rəbbi dedilər.


«Elmi-qəlbi elmi-nəfidir» dedi,

«Xəlqə onun nəfi çox» söylədi.


Hər zaman könlünə enər xofi-haqq,

Görülən əşyadan ol alar sapaq.


Ol sapaqdan özünü tutar aşağ,

Hübbi-dünya könlündən olar iraq.


1725 Can içində oxunar həqq ayəti,

Xəlqi-aləm birlə bilməz ülfəti.


Eşq odu hər dəm onun könlün yaxar,

Durmadan iki gözündən yaş axar.


Bağrı susayar yəni ol didar üçün,

Eyləyər qurban canın yar üçün.


Olmaz onda zərrə bəhs ilə cədəl,

Tanrı əmrin qılmağa hərgiz bədəl.


Doludur haq zikrindən canü dili,

Mərifət bağından ol açmış gülü.


1730 Söyləyər hər dəmdə dürlü mərifət,

Ağzından söz çıxmaya ol bicəhət.


Əhli-dillər mərifət bostanından,

Meyvələr yeb eyşlənirlər şəksizin.

Zahirində haqqa xidmət eyləyər,

Batinində mərifətlər söyləyər.


Haq sarı hər yanından yol açılar,

Hər saətdə dürlü rəhmət saçılar.


Bəhri-rəhmətini üzər, qəvvas olub,

Dürri-gövhərlər taparlar xas olub.


1735 Haq rəsulillahı tapar şəksizin,

Görər ol könül gözüylə dost üzün.


Dostu haqdır, dostu haqdır, dostu haq,

Elmi-nəfı istəsən, budur sapaq.


Haq-təalanın əziz bəndəsidir,

Ol rəsul ümmətlərinin xasıdır.


Bəs lisani-elmi söylədim sana,

Gəl qulaq tut bir zaman məndən yana.


Elmi-zahir elmi-şər’i dedilər,

Zahirin eylər düzgün hər kim istər.


1740 Tanrı demiş kim düzətsə zahirin,

Düzəldərəm fəzlim ilə batinin.


Elmi-zahir xəlq ara rəhmətdir ol,

Eşidib tutanlara rəhmətdir ol.


Bəs dəlildir onlara bu söz həman,

Eşidər, anar, tutar der bigüman.


Tanrı tövfiqi bilə hər kim tutar,

İşbu sözdən özünə hüccət edər.

Eşidib bu sözləri kim tutmasa,

Can ilə haq buyruğunca getməsə.


1745 Bəs əzab tapsa budur hüccət ona,

Bir əzab kim olmaya rahət ona.


Şər’idə gər olsa bir iş narəva,

İraq dur, ol işdə var sonsuz bəla.


Şəriətsiz olmaz təriqət yolları,

Bitəriqət mərifətin gülləri.


Gəzməyəni mərifət bostanını,

Ol haçan bular həqiqət xanını.


Şər’ ağacdır, bəs təriqət budağı,

Mərifətdir ol ağacın yarpağı.





  1. Bəs həqiqət ol ağacın meyvəsi,

Haqq ərəndir işbu xanın əyəsi.
İmdi bilgil, şər’isiz iş bitməyə,

Haqq ərənlər şər’isiz yol geyməyə.


Bəs ağacsız bitməyə budaa həmin,

Yarpaq olmaz budaq olmasa yəqin.


Meyvə bitməz yarpağı gər olmasa,

Tapmaya yol şər’i kim, yüz qılmasa.


Olmasa tövfiqi-taət qula yar,

Qul haçan şər’ işin edər ixtiyar.


1755 Leyk fərman etdi qullara çələb,

Əmri-haqqa vacib olmuşdur tələb.

Alimi kim biəməldir, qıl həzər,

Nəfi yetməz kimsəyə, illa zərər.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin