DöVLƏTMƏMMƏd azad I seçİLMİŞ ƏSƏRLƏRİ Bakı – 2012



Yüklə 1,69 Mb.
səhifə2/11
tarix24.06.2018
ölçüsü1,69 Mb.
#54712
1   2   3   4   5   6   7   8   9   10   11

Fəsil
145 Padişah kim, niyyətin rast eyləsə,

Haqdan olar, hər nə dərxast eyləsə.


Qılsa xeyir əndişə ol, Tanrı baxar,

Yerlərə yağmur yağar, otlar çıxar.


Düzlənər el, çeşmələr olar rəvan,

Genələr xəlqü, nizam tapar cahan.


Oğru, zalim, yol uran özün bilər,

Çünki şah ədl ilə tənbehin qılar.


Alimü miskin fəqir tapar pənah,

Ali cahına olar qılar dua.


150 İşbu adil haqqında məqbul olar,

Rədd qılar kim, hər bəla haqdan gələr.


Hifz edər Tanrı bəlasından özü,

Ötər ondan xəlq ara hər nə sözü.


Ötən zaman hekayəti:

iki şahın sözləşməsi
Dedilər ötən zaman şah var ərmiş,

Ədl ilə elmü nizam eylər ərmiş.


Alimü salihləri, miskinləri,

Cəm edərmiş hər il içrə oları.


Verirmiş ehsan edib hər birinə,

Xələtü ənam oların varına.


155 Dəxi bir sultan ona dəxl eyləmiş,

«Olmasa tutgil nökər» deb söyləmiş.

«Edən ehsanın nökərə eyləgil,

İlbəil olara donluq paylagil.


Düşmənini yəni dəf etsin bular,

Handa fərman eyləsən, getsin bular».

Dedi bu şah: ol nökərlər, ey kişi,

Dəf edər düşmənlərimi üləşi –

Güc ilə bir qarış yoldan dedi,

Ox bilə üç yüz qarış yoldan dedi.


160 Tərbiyət etdim bu ləşkərə tamam,

Zar ilə eylər dualar sübhü şam.


Ol dua oxlarını olar bular,

Yerdə, göydə düşmənim qırar bular.


Həm dua şəmşirləri tizdir qatı,

Ursa bənd almaz, yeddi qatı.

Ol dua-niyazı ulduza yetər,

Ləşkəri şeytanları dərhəm edər.


Munların kurqanına mən girmişəm,

Xadim olub, munlara dik durmuşam.


165 Mərd gərək kim, munlara ənam edə,

Munların dərkarların əncam edə.


Təki könlü munların dağılmasın,

Oğlan-uşaq qayğısında olmasın.

Hər nə kim, aləmdə var şahü əmir,

Olara eylər pənah miskin, fəqir.

Deməgil kim, şah oları saxlayır,

Hər kim mömindir, bu sözü haqlayır.


Haqlamışdır bu sözü sineyi-şah,

Olmuş ol şah alnında çox üzrxah.

170 Sən dəxi dərvişləri iyrənməgil,

Qıldığım bihudədir deb sanmagil.


Var dürur munlarda kim tiri-dua,

Utanar bəlkə bəla birlə qəza.


Munların sən həm duasın ala ver,

Malü canın birlə xidmət qıla ver.


Gərçi nəbud olsalar, həm görmə xar,

Zərrə olsa haq qatında qədri var.

Olmasa olar, cahan pozğun tapar,

Mömin ellər bir-birin qurd tək qapar.


175 Ağlayar asman, pozular yeddi yer,

Qalmaz hiç bir «Tanrı» deyəndən əsər.



Fəsil
Həzrəti Ömər dünyadan köçəndən sonra

bir kişinin onu düşündə görməyinin bəyanı
Çün rəsulullah hədisin bilsəniz,

Şəfqət edib xəlqə, qadir olsanız.


Padişaha lazım oldu, ey gözüm,

Barçaya müşfiq ola, budur sözüm.


Haq rəsula canişin ərdi Ömər,

Bağı-ədlindən aldı aləm səmər.


Rəhm edərdi barça mövcudat ara,

Şəfəqqət eylərdi məxluqat ara.


180 Ta qarınca kim, ayaq altında var,

Basmadı, bəs mehriban oldu ol ər.


Dünyadan rehlət qılıb, ötən zaman,

Vaqiə oldu birinə bigüman.

«Tanrı nə qıldı» deyib sordu ona,

«Bağışladı» deb cavab verdi ona.

«Nə səbəbdən» deyib sordu ol kişi,

Həm Ömər verdi cavabın üləşi.


«Ayaq altındakı heyvancıqlara,

Mehribanlıq eylədin» deb bizlərə.


185 Mehribanlıq eylədi ol zülcəlal,

Uçmaq içrə verdi təxti-bizəval.

Sən dəxi gəl xoş inanlıq eyləgil,

Xəlq ara xoş, mehriban söz söyləgil.


Acizü miskin fəqirlərə qəti,

Mehriban ol, Tanrıdan tap dövləti.


Naib etmiş, haq səni qılmış pəsənd,

Sən dəxi könlünü gəl qılma bülənd.


Zalimə tutgil təkəbbür yolunu,

Haqq üçün qayğırma olar halını.


190 Olmasın yəni bu hökmün içrə qəsd,

Könlün içrəlik tut özünü pəst.


Bilgil əskik özünü hər zərrə var,

Haq verib olara yer üzrə qərar.

Özünü əskik tutan ərdir bicid,

Sevər onu iki aləmdə məcid.

Haq yolunda hər kim özün pəs tutar,

İki aləmdə muradına yetər.


Pəstlik içrə cay tutar haq rəhməti,

Kim ki pəsdir, haqdan gələr dövləti.


195 Barçalardan pəs tut özün can bilə,

Handa olsan olarsan sübhan bilə.


Qəm buludun könlünə sal hər zaman,

Tanrıdan rəhmət yağar, yoxdur güman.


Rəhmətinə bəs bulud olar səbəb,

İstəyənlər olmaz ərmiş xəşki-ləb.


Dolanıb göz çeşməsi versə səmər,

Könlü tutar elmi-hikmətdən xəbər.


Bitər ondan mərifət bustanları,

Artar ondan ah ilə əfğanları.

200 Cani-canan izlənib, xeyrət tutar,

Sonrasınca bəhri-rəhmətə batar.


Tutgil ümid riştəsin sən həm ta ki,

Misli-mur tək olasan xırman çakı.


Şayəd olsan xırmani-rəhmətə sən,

Sən qaçarsan məkri-iblisdən əsən.



Fəsil

Allah-təalanın şahı bağışlamasının bəyanı
Ol Səbük təkin şahi-dövran idi,

Şahi-mahmində əta olan idi.


Günbəgün ova gedər ərdi bu ər,

Ahu birlə eylər ovqatın güzər.


205 Bir günü bir dəxi bəçcə uçradı,

Qovdu, yetdi, tutdu, möhkəm bağladı.


Ahu gördü kim, bəççəsin tutdu ol,

Qaçıb gedən yolundan qayıtdı ol.


Durdu, fəryadü fəğanlar eylədi,

Hal dililə haqqa razın söylədi.


Padişahın rəhmi gəldi ahuya,

Bəçcəni buraxdı ahu sarıya.

Baxdı göyə ol geyik, qıldı dua,

Hal dil ilə tanrıya qıldı səna.


210 Getdi ahusuz bu şah ol günü,

Gördü düşdə həzrəti peyğəmbəri.

«Bağışladı haqq, dedi ol dəm, olan

Olanın çün bəçcə üzrə mehriban.


Özünə qıldı yaxın qadir, qəni,

Həm qurtardı duzəx odundan səni.


Dedi: xoşnud oldum, ey xas ümmətim,

Ruzi-məhşərdə sanadır şəfqətim.

Padişahlıq dövlətin ol zülminən,

Ruzi qıldı, verdi cənnəti-ədu.


215 Mehribanlıq qıl rəiyyətlər sarı,

Şəfqət etgil xəlqü aləmə varı.


Dövlətin haqq artırar gündən-günə,

Şəfqət etsən işbu aləm xəlqinə.


Şəfqətinə Tanrı tuş edər onu,

Alsa kim mömin-müsəlman könlünü.

İşbu sözdən iki aləm sərvəri,

Bir bəşarət eylədi bizdən sarı.


Salsa şadlıq kimsə mömin könlünə,

İnsi-cinsin taətin tapdı yenə.

220 Qəbrdən çün qopsa bir mömin kişi,

Mömini şad eyləmək olsa işi,


Onun ilə bir kişi qopar rəvan,

Üzü nurlu, ləfzi şirin, ey cüvan.

Qarşısında gəzər onun, hər yana

Getsə-gəlsə, müjdəlik verər ona.

«Tanrı səndən razı oldu» der yenə,

Könlünə xoşbəxtü şadlıq ver yenə.


Qorxulu yerlərdən onu ötürər,

Məqsədü mətlubun desə, bitirər.


225 Muştuluqlar «haq behişt verdi» deyə,

«Dostlar içrə cayını gördü» deyə.

Der ona mömin ki: «Kimsən, qardaşım,

Bu yaman yollarda oldun yoldaşım.


Mehriban oldun anamdan, ey kişi,

Qoymadın könlümdə bir qəm-təşvişi.


Məqsədü mətlub könlümə bu dəm

Yetdim, imdi qalmadı dərdi-ələm».


Der ki: «Bir mömini şad etmiş idin,

Ol yanıq könlün abad etmiş idin.


230 Haq yaratdı yaxşı üzlü ər məni,

Yoldaş olub məqsədə yetdim səni.

Yəni şol şadlıq mənəm demiş ona,

Çox bəşarətlər verən səndən yana.

Qadira, qıl ruzi mömin şadlığın,

Ol yıxıq-viran öyün abadlığın.


Könlün algil mərd isən möminlərin,

Könlü qəmxanə olan qəmginlərin.


Oları hər kimsə bir şad qılar,

Şübhəsiz, birinə min hissə yazılar.


Harun Rəşidə şeyx Şəqiqin nəsihət verməsi

235 Ol ər vaxtında Xorasan təxtinə

Ərdi Harun padişah, dinləsənə.
Bəxti-dövlət bir neçə gün oldu yar,

Padişahlıq mülkündə tutdu qərar.


İstədi bir gün Şəqiqi Bəlxini,

Dedi: «Pənd ver, dinləsin hər kim onu».


Ol duran saət bu pəndi verdi Şəqiq,

Dedi: «Tanrı tövfiq etsin, ey rəfiq.


Duzəx adlı haq tikmişdir saray,

Ol saraya bəkçi qılmışdır xuday.

240 Mən’ et ondan xəlqi üç nəsnə bilə,

Hər biri adı bilən gəlsin dilə.


Biri maldır, biri şəmşir, dinləgil,

Taziyanə birisidir, anlagil.


Malı möhtaclara versinlər olar,

Məhv olub getsin haram, günahlar.


Qət’ edərsən zalimi şəmşir bilə,

Cümlə mömin şərindən aman bula.


Fasiqü-fücurlara vergil ədəb,

Taziyanə birlə daim ruzi-şəb.


245 İşləsən işbu üç işin varını,

Duzəx odundan nicat etdi səni.

Həm qurtuldu cümlə xəlq, oldun səbəb,

Şübhəsiz, haq dostu oldun, yox əcəb.


Yoxsa gedərsən ol öylə iləri,

Gedər izindən rəiyyətlər varı».

Anladı Harun bu sözü dinləyib,

Dəstin öpdü ol Şəqiqin anlayıb.

Nə olar, sən anlasan, ey bağrı daş,

Gözlərindən bir dəm axsa acı yaş.


250 Yaş ilə yusan könül lövhin tamam,

Getsə zəningəri, qarası, vəssalam.

Ruzi qılgil qullarına, ey xuda,

Gözlərindən acı yaş olsun cüda.


Fəsil
Hind hakimindən soruldu işbu söz,

Dinləgil, gər canın içrə olsa göz.


«Yaxşı ahu padişahlara nədir?»

Ol der kim: «Bu rəiyyət könlüdür.


Padişah alsa rəiyyət könlünü,

Dost tutarlar bəs rəiyyətlər onu.


255 Mürği-dil yesə məhəbbət dənəsin,

Çün qəbul eylər onun pərvanəsin.


Bu könül mürğü əgər sevsə kimi,

Handa olsa olar onun həmdəmi.


İşbu quş hər kim bilə olsa ənis,

Handa gedərsə ona olar cəlis.


Bu könülün şişəsin hər kim döyər,

Durmaz, onun üstünə lənət yağar.


Şişəni qırıb bitirmək olmaya,

Hər nə cəhd etsən yerinə gəlməyə.




  1. Bu könül Tanrı düzəldən xanədir.

Kim pozarsa, Tanrıdan biganədir.
Bu könül Tanrı öyüdir, yox güman,

Kim pozar: Tanrı bilən olar yaman.


Bu könülün xanəsin hər kim pozar,

Onun üçün atəşi-duzəx güzar.


Kə’bə viran etməkdən min mərtəbə

Bir könül yıxmaq yamandır, ey dədə.


Könül almaqlıq vəlilər huyidir,

Yıxmaq onu birəhmlər kuyidir.


265 Kim könülləri imarət etdi ol,

Öz günahına kəffarət etdi ol.


Bir müsəlman könlünü hər kim alar,

Eylə bil, səd var təvafi-həc qılar.


Bəs könül almaq səvablar başıdır,

Könül almaq övliyalar işidir.


Yıxmaq onu, bil, günahların başı,

Mömin ərsən qılma zinlar bu işi.

Hər işi kim, əhli-şər’ görsə rəva,

Tut onu ki, bilməgil rənci-ina.



Fəsil
270 Əkin əkmək xəlqə əmr etsə əmir,

Yəni ondan nəf ala bayü fəqir.


Yəni məzruqlar içində qitə yer

Qoymasınlar biziraət, bisəmər.


Əkin əkər çün rəiyyət səd həzar,

Hasil alar bihesabü bişümar.


Bəs xəlayiq toxluğü ərzan ola,

Həm farağatlıqda xoş dövran ola.

Nər kimi olar yamanlarda gözü,

Xəlq arasında gəzər abdal tək özü.


275 Yəni gəzər şəhər, bazar, elləri,

Bəs niçikdir bu xəlayiq halları.


Həzrəti Davud olardı xirqəpuş,

Seyr edərdi xəlq arasında öküş.


Bilmək üçün yaxşı-yaman hali-xülq,

Bu rəviş əyan qılıb əfali-xülq


Tənbeh eylərdi yamanlara olar,

Bəs tapardı çün cahan əhli qərar.

Şah Mühəmməd qazidən həm işbu kar,

Zahir olmuşdur, yəqin bil, bişümar.


280 El-ulusdan sən də qafil olmagil,

Nagəhan təqsiri-haqqa qalmagil.


Ol ki Nuvşirəvani-Adil şah idi,

Adilliyə işbu söz hökm idi.

«Bir vilayətdə əgər bir qitə yer

Qalsa naməzruq, mən tapsam xəbər,

Mən səni rüsva qılıb, dardan asam,

İbrət eylər, xəlq ara başın kəsəm».


Yəni şah hökm eyləyər bəylər sarı,

Qoymayalar zərrə naməzruq yeri.


285 Bəs böyüklər işin ixmal etməyə,

Əkin əkdirə, farağat yatmaya.


Haqqa işin tapşırıb şahi-cahan,

Ədl ilə hökm eyləyə xəlqə rəvan.


Tanrı xofu könlündən hiç çıxmaya,

Zülmü cəbr ilə cahanı yıxmaya.


Ağlamasın cəbrindən miskin bizə,

Həmdəmidir bavər edən bu sözə.


Sayeyi-lütfünü sal həmdəmlərə,

Könlü dolu, qəm gözü pürnəmlərə.


***
290 Bu sözü demiş Ömər həzrətləri,

Cənnəti-bustan ərər onun yeri.


«Hər vilayət ki, hökm olara ötər,

Xeyrü şərindən onun tapsam xəbər,


Sularının körpüsü olsa, belin,

Qoyun, keçib gedin üstündən onun.


Körpünün deşiyinə ayaqları –

Getsə, nöqsan tapsa olar hər biri.


Ol qiyamətin günü bişək olar,

İşbu işlər varı məndən sorular».

295 Yəni hakim ədl edib tutar xəbər,

Barça məzlumdan ki, heyvanü bəşər.


Rəhm edib dərdməndlər halın görə,

Hər kimin haqlı haqqın edə əda.


Haqq üçün hakim ədalət eyləyə,

Barça məxluqa şəfaət eyləyə.

Bir saət ədl ilə olsa dadgər,

Yəni məzlum halından tutsa xəbər,


Dəxi yetmiş il ibadət etsə ol,

Haq yolunda heyi-taət etsə ol,

300 Bəlkə bu saət səvabi-ədli-dad,

Olar yetmiş il səvabından ziyad.


Bu ədalətin səvabın bilsə kəs,

Hiç hesabın bilməyə gər qılsa kəs.


Fəsil
Padişah əmir, vəzir cəm eyləyə,

Hər biri iş tədbiri deb söyləyə.

Oları birlə gənəş qılmaq gərək,

Ondan ol iş tədbirin bilmək gərək.

Bəs gənəş qılmaqda köpdür mənfəət,

Yaxşıları verər ol şah məsləhət.




  1. Məsləhətsiz iş peşimanlıq olar,

Əqli-kül olmaz, kütəhdanlıq olar.
Köp yığılsa hər biri bir söz aydar,

Ağıl əyəsi muxtar edib onu tutar.


Haq demiş peyğəmbərə yarlar bilə,

Qıl gənəş hər işdə dildarlar dilə.


Bu qəribdən istəyir olsan cavab,

Bigənəş işlərdə yox xeyrü səvab.


Xub demişdir yaxşılar tədbiri-kar,

Qaçsa ov bir əlindən özün qurtar.


310 Köp yığılıb araya alsa onu,

Tan iməsdir gər qala salsa onu.


Əlqərəz, köp arasına salsalar,

Hər bir iş olsa, əlacın qılsalar.

Bəs gənəş birlə bitən işlər həman,

Bitməyə ök, nizə birlə bigüman.


Məşvərəti bəs zaman aqilləri,

Kim demişdir müşkil işlər rəhbəri.

Yol azar yol əhli rəhbərsiz ola,

Dağılar ləşkər ki, sərdarsız ola.


315 Gövdə leş olar, əgər baş olmasa,

Bitməz iş haq lütfü yoldaş olmasa.




Fəsil
Ey hakim, gəl mülkə məğrur olmagil,

Əqlü dananı əldən salmagil.


Padişah danaları cəm eylədi,

Dedi «səddəq», hər nə olar söylədi.


Sidqdir haqqa yaxın sultan, bilin,

Sözü xəlqə hüccətü bürhan, bilin.


Sən çalış misil et işlər tədbiri,

Hiç açılmaz tutmasa barmaq varı.


320 Gər biri birlə tutar olsan onu,

Hiç açılmaz ol düyün, bilgil munu.


Bu gənəşdə deməgil kiçik, uluğ,

Barçadan sor məsləhət, ey qorxuluğ.


Qıl mədəd, yari-xudaya oları,

Yaxşı rəyin məsləhət qılanarı.


Sal olar könlünə yaxşı məsləhət,

Alsın ondan mömin ellər mənfəət.


Ruzi qılgil olara əmnü aman,

Abrayi-dünyada, axır dəm iman.


Fəsil

Adilliyin fəzilətinin bəyanı
325 Dedilər ötən zaman bir padişah

Kim, arada eylədi həcc etməyə.


Xəlq həmmə arz etdilər getmə deyü,

Bu rəiyyətləri tərk etmə deyü.

Dışlar ərsən gər buları, ey əmir,

Rəncə düşər barça bu miskin fəqir.


Bu səbəbdən padişah həcc etmədi,

Ol rəiyyətləri dışlab getmədi.

İstədi ol dəm özünə rəhbər,

Həcc səvabından ona versin xəbər.


330 Dedi rəhbəri: «Munda vardır bir vəli,

Həcc təvafın eyləmiş altmış yolu.


Bəs onun bir həcc səvabını bu dəm,

Satın alsan bəsdir, ey ali-kərəm».


Vardı padişah ol dəm vəlinin qatına,

Həcc səvabın istəyib həzrətinə.


Başdan-ayaq dünya mətaını şaha

Bir qədəm həcc yoluna qıldı bəha.


Ol zaman şah «Cümlə əmvalim, dedi,

İşbu həcdən bir qədəmə getmədi».


335 İşbu sözdən düşdü bu şah köp qəmə,

Zarı qıldı bu rəiyyətlər həmə.

Dedi dərviş: «Bu sözüm düzdür sana,

Gər qəbul etsən qulaq tutgil mana.


Gər ədalət eyləsən bir saəti,

Həm səvabın bizə qılsan şəfqəti,

İşbu altmış həcc səvabın mən fəqir,

Bəxş edəyim sizə bu dəm, ey əmir.

Bir saət ədlin səvabın, ey xoca,

Vermək olmaz haq qatında min həccə.


340 Adilin muzdu: səvabına kişi

Yetməyə, budur haqqın bəxşeyişi.


Ruzi-məhşərdə adil sultanları,

Sayeyi-ərşdə qoyarlar oları.


Olar olara rəsulun şəfqəti,

Körpüdən sıçrab ötər hümmət atı.


Bihesab uçmaq içinə girən ol,

Yaxşı qullar birlə işrət sürən ol.


Sərfəraz edər xuda ol bəndəni,

Eyləsə şad acizü dərməndəni.


345 Həm qəbrdə yer ətin yeməyisər,

Həşr olunca bu ət ilə qoyusər.


İşbu peyğəmbər sözüdür dinləsən,

Can qulağı birlə məna anlasan.


Bu sözü məmun xəlifə dinləyib,

Qəbri-Nuvşirəvanı axtardı varıb.


Çün görüb bu sözü təsdiq eyləmiş,

İşbu adilin ətin yer yeməmiş.

Padişah olsan ulus üzrə bu dəm,

Eyləgil hər yaxşı yarana kərəm.

350 Çün kərəm əhlinə adil dost olar,

Düşməni olsa itaətə gələr.


Şöhrəti artar yenə gündən-günə,

Yümni-hümmət dəsti-cudinə qona.


Həm dəxi nüsrət dürur pərvərdigar,

Dövləti baqi tutar onda qərar.


Alimü dərvişlərə ikram edə,

Həm təvazölər qılıb, ənam edə.


Gər buların söhbətin etsə qəbul,

Sevər onu ol xuda birlə rəsul.


355 Bəs təvazö bəylərə dərviş qılıq,

Xoş qılıqdır cümlə qula yaxşılıq.


Adil padişahın bağışlanmasının bəyanı
Bir əziz şahi-Xorasani idi,

Adı İsmaili-Səmani idi.


Gəldi onun yanına bir alimi,

Köp təvazö eylədi ol şah həmi.


Məhazir gətirdi, xoş söz söylədi.

Könlün aldı, yəni ehsan eylədi.


Getdi çün yeddi qədəm yanınca ol,

Hörmət eyləb ol fəqihə, getdi yol.


360 Bəs ki gördü düş ara gecə ol an,

Dedi: «Ey din bəkçisi, şahi-cahan,

Bəs ki alim ümmətim qıldın əziz,

Haq səni iki cahan qıldı əziz.


Uçmaq içrə eylədi köşklər bina,

Duzəx odundan azad qıldı yenə.


Yanı birlə yürüdün yeddi qədəm,

Yeddi pustun qıldı şah, ol zülkərəm.


Fəsil
Adı Abdullahi-Tahir ərdilər,

Şah olub gəldi Xorasana olar.


365 Xəlq onun gəldi tamam xidmətinə,

İki dərviş gəlmədi hiç qatına.


Birisi Əhmədi-Hərb ərdi onun,

Bir Mühəmməd, oğlu Əsləm Tusinin.


Gəlmədi xidmətinə ol iki mah,

Əzmi-pabus eylədi ol padişah.


Gəlmək ilə durmadı ol iki kəs,

Gözləmədilər onun üzünü bəs.


Padişah dolandı olar dışına,

Sürdü xaki-payların göz-qaşına.


370 Bu münacat eylədi ol dəm əmir,

Dedi kim: «Qüdrət əyəsi, ya qədir,


Kim sənin xoşnudluğun çün iki ər,

Baxmadılar mana, düşmən tutdular.


Yaxşı bəndən deb sənin, mən munları,

Dost tutaram xoşluğun çün yağını.


İşbu düşmənlikü dostluq haqqına,

Bağışlagil sən məni, rəbbəna».


Hatifindən yetdi avaz ol zaman:

«Bağışladım» deb, onu tutma güman.


375 Yaxşıların hörmətinə kimsəni,

Bağışlasa bilməgil tan sən onu.


Dost tut haq dostunu canın bilə,

Qoparsan məhşər günü onun bilə.



Bir padişahın bir dərviş

qatına gəlib sözləşməsi
Dedilər bir padişah ötən zaman,

Gəldi dərviş xidmətinə bigüman.


Dərviş ol dəm səcdeyi-şükr eylədi,

Şah «Bu səcdə nə üçün qıldın» dedi.


Dedi kim, «Yüz şükri-minnət Tanrıya,

Sizi gətirdi bu dəm məndən yana.


380 Göndərmədi bizi şahın qatına,

Salmadı bu nəfsi-şum həsrətinə.


Çün böyüklər gəlməsi taət dürur,

Dəxi sansız min səvablar artırır.


Məsiyətdir dərviş ona varmağı,

Padişahları ziyarət qılmağı.

Ondan ötrü səcdeyi-şükr eylədim,

Can içində Tanrını zikr eylədim.


İşbu sözdür ol peyğəmbərdən hədis,

Dinləgil canın bilə, olma xəbis.


385 Padişahların əzizi ol olar,

Elm əyəsinə ziyarətə gələr.

Elm əyəsindən yamanraq ol olar,

Padişahlara ziyarət gətirər.


Fəsil
İşbu söz kim yaxşılar əhvalıdır,

Yaxşılar sözü qərəzdən xalidir.


Padişahlıq mülkü qüvvət tapmaya,

Ta kişi ləşkər başın cəm etməyə.


Mümkün olmaz ləşkəri cəm eyləmək

Kim, məgər ehsan ilə xoş söyləmək.

390 Olmaz ərmiş bu imarətlər abad,

Padişah ta qılmayınca ədlü dad.


Yəni şahlar mülkü qüvvətli ola,

Ləşkər ilə özü heybətli ola.


Razı olar ədlindən xəlqi-cahan,

Titrəyər can xofundan barça yaman.


Mal cəm etmək müyəssər olmadı,

Ta kişi aləmi məmur qılmadı.


Padişahların yamanı ol olar,

Yaxşılar ondan həmmə qorxu qılar.


395 Həm yaman ondan siyasət görməyə,

Rəhm edib, yəni yamanı sürməyə.


Yırtıcı qaplan bil onu, ey fəqir,

Xəlq ara zülm edici şahü əmir.


Hökm əyəsi aqilü dana ola,

Ədl rəyindən cahan ehya ola.


Ömrünü qəflət bilə ötürməyə,

Nəfsi-zalim köyü içrə yürməyə.


Könül verməyə cahani-faniyə,

Zikri-təsbih eyləyə sübhaniyə.


400 Yəni ola ol şəhri-huşyari-sər,

Mərifət ənvarından ala xəbər.


Körpü üstü düşünüb bu mənzilin,

Qımaya mail ona canü dilin.


Ya dəxi karvansaray bilə munu,

Karivan qonar, köçər tüni-günü.


Ya pozulan yay misalıdır cahan,

Gah bu başdır, gah o baş ağar rəvan.

Ya buluda bənzəyar asman ara,

Ya gəmiyə oxşayar ümman ara.


405 Ya əsər yeldir, yanar otdur bu dəm,

Saəti keçsə olar, olar adəm.

Ya dəxi bir loxmadır kim, yer-içər,

Bir zaman əylənməyin ondan keçər.


Su misalı, ya dəxi salxım atar,

Varsa çatıb yanına yoxdur, itər.


Bu cahanı bilsə hər kim, fanidir,

Qoymasa könlün, cahan sultanıdır.


Onun ilə hiç kişinin işi yox,

Zivəri-dünya bilə hiç xoşu yox.

410 Həm fəna bilə cahan əhlin həmə,

Düşər ol haqq eşqindən dərdi-qəmə.


Bu ötən yaxşıları yad eyləyə,

Yaxşı işləri qılıb ad eyləyə.


Həzrəti Süleymanın haqdan

oğul diləməsi belədir
Buxaridən rəvayətdir bu söz,

Büzürg əshabdan hekayətdir bu söz:


«Çün Süleyman ibn Davudun, dedi,

Üç yüz on mənkuhə xatun var idi.


Yenə yeddi yüz cariyəsi dəxi,

Cümləsi min on olar, bil, ey əxi.


415 Çün Süleyman istədi haqdan əyan:

«Bir oğul versən mana, ya müstəan.


Ol varıb qılsa cihad kafirləri,

Olsa olar küfr dinindən bəri».

Bir oğul verdi xuda ol dostuna,

Yarti-dövrə oldu, gəl, dinləsənə.


Bir gözüyü bir qulağı, bir qolu,

Bir ayağı olmadı, bil, ey vəli.


Bəs ziyad oldu Süleymanın qəmi,

Gəldilər qaşına məhrəm həmdəmi.


420 Oturub məclis oşol dəm üç kişi,

Qıldılar bihəddi-payan təşvişi.


Ol Süleyman idi onun birisi,

Biri Asəf, biri fərzənd anası.


Dedilər: «Bir sirr ki haqdan özgənin,

Danişi yoxdur, o sirri açalın.


Haqlığı çün işbu sirrin əz xuda,

İstəyəlim bu bülənd üçün şəfa.


İttifaqən bu sözü yaxşı görüb,

Barısı yalvardı yerə baş urub.


425 Əvvələn aydı Süleyman: «Ya ilah,

Mən bu xidmət əyəsi, mən padişah.


İki kimsə görə gəlsələr məni,

Töhfə gətirsə biri bir almanı,


Birisi dəsti-təhi gəlsə onun,

Töhfəliyə nəzərim düşər mənin.

İşbu söz sadiqliyi çün, ey xuda,

İşbu fərzəndimə sən vergil şəfa».

Həzrəti haq bu sözü edib qəbul,

Bir göz bilə bir qulağı verdi ol.


430 Sonra Asəf həm dedi: «Ey Birivar,

Barça pünhan iş sanadır aşikar.


Çox dedim bəndə Süleymana munu,

Bu vəzarət işindən rəf et məni.


Könlüm ilə bu dilim ərməsdi bir,

Könül içrə haq sirrin açdı vəzir.


İşbu söz sadiqliyi çün, ya cəlal,

Ver şəfa bu dərdliyə qılma məlal».


Qulundan təsdiq edib işbu qövlün,

Razı qıldı Tanrı onun bir qolun.





  1. Sonra anası minacat eylədi,

Qol götürüb: «qaziyül-hacat, dedi,
Bu Süleyman kim, mənin zövcüm dürur,

Mülk əyəsi, sahibi-həşmət dürur,


Yenə həm hər kimi görsəm, kim mana

Kaş ki şövhər ola deyərdim ona.


İşbu söz sadiqliyi çün, ya ilah,

Eybnək fərzəndimə vergil şəfa».


Bu söz içrə bəndəsin sadiqlədi,

Bir ayağın həm ona bəxş eylədi.


440 Çün səlamat etdi haqq əzaların,

Tapdı qullar işbu dəm dilxahların.

Haq-təala verdi əndək fürsəti,

Yetdi tizrək bu ölümün növbəti.

Canın aldı bəçcənin əndər zaman,

Təxt üzə düşdü cəsəd, oldu fəğan.


Ol Süleyman təziyət tutdu qəti,

Bu hərəmdən çıxmadı çox müddəti.


Tanrı göndərdi ona iki mələk,

Bir-birilə eylədi dava, kələk.


445 Ol mələklər misli-adəm surəti,

Dava birlə bir-birin tutdu qəti.


İkisi gəldi Süleyman qaşına,

Yumruq urub bir-birinin başına.


Müddəi dedi: «Əkin əkmiş idim,

Yol üzə əkib, cəfa çəkmiş idim.


Əkinim işbu kişi qıldı xarab,

Mundan ötrü oldu bu bağrım kabab».


Sordular dava qılandan, kişidən:

«Niyə bu iş eylədin, ey əhli-din?»


450 Ol dedi: «Seyrim ara gördüm əkin,

Yol üzə əkmiş dürur onu yəqin.


Çün nəzərlər eylədim mən sağü sol,

Tapmaq üçün məqsədim sarıya yol.


Tapmayıb rahi-zərurətdən bu dəm,

Ol ziraət üstünə qoydum qədəm.

Ol ziraət bu səbəb oldu xarab,

Əmrüküm alə mətaqun fil-cəvab».1


Dedi ol şah ol zira əyəsinə:

«Nə üçün töxm əkdin ol yol üstünə.


455 Hər ziraət kim, yol üzrə əkilər,

Şübhəsi yoxdur onun, viran olar».


Ol fəriştə dedi ona bu məqal:

«Ey cahan peyğəmbəri vəy əhli-qal.


İşbu dünya kim, ölümün yoludur,

Dünyaya gələn əcəl paymalıdır.

Bu ölüm yolunda fərzənd əkməgil,

Qayğıyü qüssə, hünəfa çəkməgil.


Dünya körpü üstüdür, ey əhli-can,

Körpü üstündə muxal tutmaq məkan».


460 Oldu pünhan deb bu sözləri mələk,

Pənd üçünmüş, yox imiş qovğa, kələk.


Dünya sevgisin könülə salmagil,

Yarın ol gün içrə müztər qalmagil.


Dünyanın varı bilə sən olma şad,

Bir günü əgər səni matəm tutar.

İşbu tövrü sınamış haq dostarın,

Oların almış bircə fərzəndlərin.


Qayğıyü həsrət yeridir bu cahan,

Barça canları ölüm qoymaz aman.


465 Bəs qənimətdir dəmi haqdan gələr,

Gül gülüstan içrə bir saət qalar.


Haqdan istəgil imanını aman,

Ol verər, qadir dürur, həm müstəan.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin