Draft confidential


Cədvəl A3.3: Əsas Göstəricilərin Xülasəsi



Yüklə 1,78 Mb.
səhifə78/112
tarix01.01.2022
ölçüsü1,78 Mb.
#102843
1   ...   74   75   76   77   78   79   80   81   ...   112
Cədvəl A3.3: Əsas Göstəricilərin Xülasəsi

(başqa cür göstərilməmişdirsə ÜDM-nin faizi olaraq)

Maddə

2001

2002

2003

2004

2005*

ÜDM-nin real artımı (faiz)

9.6

9.7

11.2

10.2

26.2

Qeyri-neft sektoru ÜDM-sinin real artımı (faiz)

10.4

12.3

15.5

13.4

8.4

İnfilyasiya (İstehlakçı Qiymətlərinin İndeksi,dövr üzrə orta göstərici, faiz)

1.5

2.8

2.2

6.7

9.9

Adambaşına ÜMM (ABŞ dolları Atlas)

660

720

820

950

1240

Cari hesabın balansı

-0.9

-12.3

-27.7

-29.8

-5.2

Xalis Birbaşa Xarici İnvestisiyalar (ABŞ dolları mln)

299

1,048

2,353

2,351

-728

Real effektiv mübadilə kursu (faiz, - amortizasiya)

-6.1

-7.1

-10.8

-3.5

6.6

İcmal fiskal balans

-1.7

-0.4

-1.3

1.0

2.7

İcmal fiskal balans, Neft Fondu xaric

-2.7

-4.2

-4.7

-2.5

-2.3

İcmal büdcənin gəlirləri

18.7

27.3

26.6

26.8

26.8

Ümumi investisiyalar

22.9

34.1

52.9

53.2

36.0

Ödəniləcək xarici borc

22.8

24.0

24.0

22.8

15.0

Xarici borca xidmətin ixraca nisbəti (faiz)

5.3

5.9

6.6

5.4

3.0

Mənbə:Dövlət Statistika Komitəsi, Bank və Fondun İşçi Heyəti hesablamaları. *2005-ci il üzrə məlumatlar hesablamalardır
Neft bumunu idarəetmək üçün Bank institusional çərçivənin qurulması işində effektiv tövhələr vermişdir. Bankın yardımı ilə Hökümət Azərbaycanın öz neft daxilolmalarını idarəetmək üçün potensialını genişləndirən çərçivəni tətbiq etmişdir. Neft daxilolmalarını səmərəli və şəffaf idarəetmək üçün, DNF, Hesabalama Palatası, İqtisadi İnkişaf Nazirliyinin Dövlət İnvestisiyalarının Qiymətləndirilməsi Şöbəsi, və büdcənin hazırlanması və icarsı üçün Orta Müddətli Xərclər Planı (OMXP) ilkin mərhələləri kimi bir sıra vacib qurumlar təsis edilmiş, əməliyyata başlamış, və gücləndirilmişdir. Büdcədən kənar resurslar dövlət büdcəsinə inteqrasiya edilmişdir, hansı ki yeni büdcə qanununa müvafiq olaraq 2003-cü ildən etibarən dərc edilir. Hökümətin Maliyə Statistikası Təlimatı (HMST) klassifikasiyası təsdiq edilmişdir. Əməliyyat xərcləri istisna edilməklə DNF-in bütün xərcləri illik konsolidasiya edilmiş dövlət büdcəsinin bir hissəsi kimi daxil edilir və Parlamentin təsdiqinə təqdim edilir. Maliyyə Nazirliyi Neft Fondundan istifadəni də əks etdirən büdcənin icrası hesabatlarını dərc etdirir. DNF-da rüblük maliyyə hesabatlarını və beynəlxalq audit standartlarına uyğun olaraq audit olunmuş illik hesabatlarını dərc etdirir. Bank məsləhət vermişdir ki, audit və mühasibat uçotu islahatı, dövlət satınalmalarının islahatı vasitəsi ilə dövlət və özəl müəssisələrdə idarəetmə üçün fudisiar çərçivə gücləndirilsin.24 Satınalmalara dair yeni qanun qəbul edilmiş və həm özəl həm də dövlət sektoru üçün Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (BMHS) əsaslanan yeni mühasibat uçotu qanunvericiliyi qəbul edilmişdir.
Yaxşı tərəqqi əldə olunsa da əsas qurumların gücləndirilməsinə dair irəlidə əsaslı gündəlik vardır. Hökümətin audit aparma sahəsindəki potensialının yaradılması sahəsindəki tərəqqi gözləniləndən zəif olmuşdur. Hesabalama Palatası yaradılmış və işçilərlə təmin edilmişdir, lakin onun potensialı və məlumata çıxışı məhduddur, və bu da onların tədbirlərinin həcmini məhdudlaşdırmış olur. Satınalma praktikalarındakı şəffaflıq da hələ geniş yayılmamışdır. Sahə nazirlikləri OMXP prosesində lazım olan qədər iştirak etmir və Dövlət İnvestisiyalarının Qiymətləndirilməsi Şöbəsinin daha da genişləndirilmısinə ehtiyac var. Bir sıra donorlar tərəfindən bu sahədə texniki yardımın göstərilməsi davam etməkdədir. Bu qurumların real testi iri həcmli daxilolmaların axınının başlaması vaxtı, yəni növbəti ÖTS dövründə aparılacaqdır. Təcrübə islahat məsələlərinə dair geniş konsensusun əldə olunması ilə bərabər tədricən və ardıcıl icraya ehtiyacın olduğunu göstərir, hansıların ki, çoxu cari praktikalardan keçidləri ehtiva edir. Azərbaycanda hökümətinin quruluşunun çoxşaxəli və çox hissəli olduğunu, və media və mülki cəmiyyətin müqayisəli zəif olduğunu nəzərə alaraq uzunmüddətli vaxt verilməsi vacibdir. Ölkədəki bütün qaz və neftlə bağlı olan birgə müəssisələrdə iştirak payı olan, öz istehsal və emal əməliyyatlarını aparan və yerli qaz və neft bazarında aparıcı rol oynayan ARDNŞ-ın restrukturizasiyası məsələsi də ciddi olaraq qalır. ARDNŞ-ın tənzimləyici və kommersiya funksiyalarının ayrılmasına, onun əməliyyat tədbirlərinin və maliyyə hesabatının şəffaflığının artırılmasına da ehtiyac var. YAYK dəstəyi ilə 2004-cü ildə qüvvəyə minmiş Mühasibat Uçotu haqqında Qanun, 2008-ci il üçün ARDNŞ və bütün digər dövlət müəssisələrindən maliyyə hesabatlarının BMHS-ə uyğun olaraq tərtib olunmasını və açıqlanmasını tələb edir. Bununla bağlı çətinlikləri nəzərə alaraq, qoyulmuş müddət optimistik olsa da, əhəmiyyətli irəliləyiş əldə edilib. CAS üçün ARDNŞ-ın maliyyə və korporativ restrukturizasiyası üzrə tədbirlər proqramının icrasına başlaması mühüm şərt idi, lakin bazanın qənaətbəxş icrası üçün şərt deyildi. Buna baxmayaraq, YAYK tərəfindən dəstəklənmiş, razılaşdırılmış tədbirlər planı üzrə iş başlanıb.25


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin