Draft confidential


Cədvəl A3.4 Sahələr üzrə ÜDM-nin artım dərəcəsi, 2002-05



Yüklə 1,78 Mb.
səhifə80/112
tarix01.01.2022
ölçüsü1,78 Mb.
#102843
1   ...   76   77   78   79   80   81   82   83   ...   112
Cədvəl A3.4 Sahələr üzrə ÜDM-nin artım dərəcəsi, 2002-05

(faiz)





Faktiki

Hesablanmış

Proqnozlaşdırılmış

Sahə

2002

2003

2004

2005

ÜDM

10

11

10

26

Qeyri-neft ÜDM-

12

16

13

8
















Sənaye

4

6

4

57

Kənd təsərrüfatı

6

6

5

8

Tikinti

82

48

41

2

Ticarət

6

9

9

10

Nəqliyyat







4.5

11.5

Rabitə

10

11

36

36

Digər xidmətlər

8

12

11

11

Mənbə: 2005-ci ilin Dövlət Büdcəsi Zərfi Sənədi və Bankın İşçi Heyətinin hesablamaları.
Müəyyən tərəqqiyə baxmayaraq biznes mühitini yaxşılaşdırmaq üçün davamlı tədbirlərə ehtiyac var. Azərbaycan Avropa və Mərkəzi Asiya ölkələri arasında 2005-ci ilin MFMHS-də Biznes Üçün Problemlər orta göstəricilərinin 21-dən 15 üzrə daha yaxşı nailiyyətlər əldə etmişdir. O, korrupsiya, biznesin lisensiyalaşdırması, gömrük və ticarətin tənzimlənməsi, vergi idarəetməsi, vergi dərəcələri, və elektrik enerjisi göstəriciləri üzər orta səviyyədən aşağı bal yığmışdır. Respondentlərin ən azı 25 faizi bu sahələri problem kimi qeyd etmişlər (digər problemli sahələrə maliyyənin dəyəri və ona çıxış olmuşdur). 2002-ci ilin müayinəsindən etibarən, elektrik enerjisi istisna edilməklə, bu sahələrin hər birinə münasibət daha da pisləşmişdir. Bu pisləşmə 2003-2004-cü illərdə prezident səlahiyyətlərinin ötürülməsi ilə bağlı ola və bununla da keçid xarakterini daşıya bilər.Dünya Bankı Institutunun İdarəetmə Göstəriciləri CAS dövründə Hökumətin Səmərəliliyi və Tənzimləyici Keyfiyyəti üzrə sabit tərəqqi göstərib, həmi sahələrdə Bankın təsiri var, Bankın daha az təsiri olan sahələrdə isə tərəqqi qarışıq xarakter daşıyıb.

İşgüzar Mühitə Dair Araşdırma (İMDA) əsasən 2005-ci ilin əvvəlində Azərbaycanda işə başlamaq üçün 115 gün tələb edilirdi — bu da Avropa və Mərkəzi Asiya Regionundakı orta dövlətdə olduğundan üç dəfə çoxdur. Bu rəqəm 2005-ci ilin may ayında hüquqi şəxslərin qeydiyyatına dair qaydalar sadələşdirildikdən sonra 56-ya enmişdir. Lisenziya almaq üçün tələb olunan xərc adambaşına düşən gəlirin 1,326 faizi həcmindən 2005-ci ildə 977%-ə düşsə də, orta regional göstəricidən ikiqat yuxarıdır.
Bankın məsləhət formasında göstərdiyi yardımdan faydalanaraq Hökümət bu məsələləri nəzərdən keçirməyə başlamışdır.27 Müəssisələrin mənfəət vergisi 2002-ci ildəki 27 faizdən 2004-cü ildəki 24 faizə endirilmiş, vergiyə cəlb olunmayan gəlir 50 faizədək artırılmış, və üç səviyyəli vergi sistemi iki səviyəli vergi sisteminə konsolidasiya olunmuşdur. Azərbaycan Gömrük Prosedurlarının Sadələşdirilməsi və Harmonizasiyasına dair Kyoto Konvensiyasına qoşulmuş, və ölkənin gömrük məcəlləsinin buna uyğunlaşdırılması sahəsində hazırlıq işlərinə başlanılmışdır. Korrupsiyaya qarşı mübarizə haqqında yeni qanun qüvvəyə minib, və Prezident Korrpusiyaya qarşı Mübarizə üzrə Dövlət Proqramının hazırlanması üzrə fərman imzalayıb. Lakin, tərəqqi aşağı idi. 2006 maliyə ili üzrə məhkəmə islahatı məhkəmə sistemində idarəçiliyi gücləndirməyə və vətəndaşların çıxışını artırmağa kömək edir.

Maliyyə sektoruna prudensial normalar və artan rəqabət tətbiq edilmişdir. Bank Hökümətə maliyyə sektorunda konsolidasiyaya və rəqabətə təkan verməyə yardım etmək üçün BVF-lə birgə sıx əlaqədə işləmişdir. Müəyyən təkmilləşmənin müşahidə edildiyinə baxmayaraq, bank sektoru kiçik olaraq qalır və onun əhəmiyyətli struktur problemləri vardır. Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi məsələsi həll edilməmiş olaraq qalır, baxmayaraq ki daha artıq rəqabətin mövcud olduğundan sonra cəmi bank aktivlərində onun payı son beş il ərzində azalmışdır. CAS dövrü ərzindəki irəliləyişə yeni bank qanunvericiliyi, BİS-ə uyğun prudensial qaydalar, mərkəzi bankın prudensial nəzarət və yerlərdə nəzarətin aparılması üçün potensialının quruculuğu daxildir. Bank sektoru beynəlxalq mühasibat uçotu və maliyyə hesabatı standartlarını qəbul etmiş və idarəetmə təkmilləşdirilmişdir. Minimum kapitala tələblər artırılmış və bankların sayı azaldırılmışdır. Hal-hazırda yeni banklar nisbətən sabit maliyyə şəraitindədir, və depozitlərin sayının artması ilə bank sektoruna inamın artmaqda olduğu sübut olunur. Bank sektorunun qeyri-neft sektorunu səmərəli dəstəkləyə bilməsini təmin etmək üçün bank sektorunda davamlı tərəqqiyə ehtiyac var. Bankın yeni maliyyələşdirdiyi Maliyyə Xidmətlərinin İnkişafı Layihəsi çərçivəsində Bakı xaricində maliyyə xidmətlərinə çıxışın genişləndirilməsi tədbirləri artmaqdadır.
Kiçik və orta həcmli müəssisələr sektoruna vəsaitlərin yönəldilməsinə istiqamətləndirilmiş dörd maliyyə sektoru layihəsi BMK tərəfindən dəstəklənmişdir. BMK-nın dəstəyinə kiçik bizneslərə yardım etmək iqtidarında olan və BMK-nın köməyi ilə rəqabətə davamlı maliyyə qurumlarına çevrilmiş iki yerli banka kredit xəttinin davam etdirilməsi daxil olmuşdur. Eyni zamanda, kredit təhlilçilərinə, kredit ayrılması üzrə mütəxəssislərə, sahə rəhbərlərinə təlim keçməklə, kreditləri nəzərdən keçirməklə və portfolionun idarə edilməsinin izlənməsi sistemini tətbiq etməklə BMK kiçik bizneslərə kredit verilməsi ilə əlaqədar olan riski azaltmaq üçün banklara yardım göstərmək istimaqətində də öz dəstəyini təmin edir.
BMK ölkədə ilk və yeganə kommersiya mikromaliyyələşdirmə bankı olan Azərbaycan Mikromaliyyələşdirmə Bankının təsis edilməsində böyük rolu olmuşdur. BMK-nın iştirak payına ilk 1.75 milyon ABŞ dolları məbləğində olan investisiyası və sonrakı əlavə 3 milyon ABŞ dolları məbləğində olan banka ayırdığı kredit bank sektoruna olan inamı yaratmış və Azərbaycanda kommersiya yönümlü mikormaliyyələşdirmə texnologiyasını tətbiq etmişdir. Hal-hazırda ölkədə ümumi kredit portfeli 52 milyon ABŞ dolları, 39 faizini işgüzar qadınlar təşkil edən 64,000-dən çox fəal müştərisi olan on doqquz mikromaliyyələşdirmə qurmu fəaliyyə göstərir. 100 ABŞ dollarından 125,000 ABŞ dolları arasında olan mikromaliyyələşdirmə kreditlərinin ümumi həcmi 2005-ci ilin sonuna 200 milyon ABŞ dollarına çatacağı gözlənilir
Fermer təsərrüfatlarının özəlləşdirilməsi tamamlanmış və kənd yerlərinin krediti sistemi işlənib hazırlanmaqdadır. 2003-cü ildə bitmiş Fermer Təsərrüfatlarının Özəlləşdirilməsi Layihəsinə müvafiq olaraq, torpaq aktının verilməsi və qeydiyyat modelləri pilotlandırılmış və sonra mərhələlər üzrə ölkə boyu tətbiq edilmişdir. 1990-cı illərin sonundakı fermer təsərrüfatlarının özəlləşdirilməsi MDB ölkələri arasındakı ən uğurlu özəlləşdirmələrdən hesab edilir. Kənd Təsərrüfatının İnkişafı və Kredit Layihəsi (KTİKL) çərçivəsində torpaq əqdləri xidmətlərinin mərkəzsizləşdirlməsi ilə, qeydə alınmış torpaq əqdlərinin sayı CAS-ın hər il üzrə 3,000-nlik hədəfini artıqlamasını ilə aşaraq 2004-cü ildə 10,000-ə çatmışdır. KTİKL eyni zamanda 20,000 kəndli borc alanlar üçün də kreditə çıxışı dəstəkləmiş, və bu rəqəm CAS-ın məqsəd kimi müəyyən etdiyi 7,000-dən kifayət qədər artıqdır. Baxmayaraq ki, kredit ittifaqları hələ də cavandır, onların bir çoxunun fəaliyyət qabiliyyətində olmaqları haqqında əlamətlər özünü birüzə verməkdədir. KTİKL-2 üzrə davamçı layihə 2006-cı ilin iyun ayında təsdiq edilib, və daşınmaz əmlakın qeydiyyatının bütün ölkə miqyasında tətbiq edilməsi, həcminə görə 2007 maliyyə ili üçün ayrıca layihə statusunu alıb.
Bankın iki layihəsi çərçivəsində irriqasiya və drenaj inftastrukturunun bərpası və inşası hədəf seçilmiş ərazilərdə məhsul yığımının əhəmiyyətli dərəcədə artması ilə nəticələnmişdir. Kəndli icmalar, bələdiyyələr və su istifadəçiləri assosiasiyaları tərəfindən infrastrukturun icmaya-əsaslanan idarəetməsinə yönəlik Kənd Yerlərinə İnvestisiya UKP (Uyğunlaşdırılmış Kredit Proqramı)da CAS dövrü ərzində başlamışdır
Azərbaycan üçün bunlar asta inkişaf edən yeni konsepsiyalardır; CAS dövründə kənd sektorunda yerli ictimai təşkilatların vacib rollarının tanınmasının və qəbul edilməsinin dərinləşməsi və genişləndirilməsi sahəsindəki uğur nəzərə çarpan olmuşdur. Bu prosesi sürətləndirmək üçün, Hökümət QHT-lərdə daxil olmaqla hüquqi şəxslərin qeydiyyatını sadələşdirən yeni qanunvericiliyi qəbul etmiş və hüquqi şəxslərin reyestrini yaratmışdır. Bu vacib nailiyyətlərə baxmayaraq, kreditə, bazara və infrastruktura çıxışı təkmilləşdirməklə bağlı olan iş də daxil edilməklə kəndlə bağlı olan gündəlik geniş olaraq qalır.
Kəndlə bağlı olan Bank-ın AMF-sinə marketinq və aqro-emal, habelə komunal xidmətləri qiymətlərinin dəyişməsinin kəndə təsiri məsələlərinin öyrənilməsi daxil edilmişdir.
Çirklənmənin azaldılamsı və təbii sərvətlərin idarəedilməsinin gücləndirilməsi sahəsində bir sıra təşəbbüslər olmuşdur. Azərbaycanın milli ətraf mühit prioritetləri, həm ictimaiyyətin həm də Hökümətin artan diqqətini həmin vaxtdan cəlb etmiş, 1998-ci il tarixli Ətraf Mühitə dair Milli Tədbirlər Planında müəyyən edilmişdir. Bank Ekologiya və Təbii Sərvətlər Nazirliyində potensialın artırılmasına diqqəti cəlb etmişdir. Baxmayaraq ki, davam etməkdə olan institusional zəiflik mövcuddur, nazirlik tədricən ölkədə siyasətin formalaşdırılmasında aparıcı rol oynayır
Regional Xəzər Dənizi Ətraf Mühiti Proqramı çərçivəsində donorların güclü dəstəyini qazanmış Xəzər Dənizinə dair Milli Tədbirlər Planı tərtib edilmişdir. Ətraf Mühitə Təcili İnvestisiyalara dair Layihə Xəzər Dənizində nərə balığı ehtiyatlarını bərpa etməyə yardım etmək üçün nərə balığının artırılması üzrə inkubatorları yaratmağa yardım etmişdir. Hədəf hər il 15 milyon olmaqla, onun ilk fəaliyyət ili ərzində altı milyon xırda nərə balığı istehsal edilmişdir. Layihə, eyni zamanda quruda neft yataqlarının təmizlənməsi üzrə və daha çox çirklənmiş ərazilərin təmizlənməsi ilə civənin təmizlənməsi üzrə bir sıra metodologiyaları nümayiş etdirmişdir.
Neft istehsalının ətraf mühitə təsirini azaltmaq üçün Nazirlər Kabineti 2004-cü ildə Zərərli Tullantıların İdarəedilməsi Strategiyasını təsdiq etmişdir. Zərərli emissiyaları izləmək üçün Milli Monitorinq İdarəsi yaradılmış və tullantıların idarəedilməsini əlaqələndirmək üçün Toksik Tullantıların İdarəedilməsi üzrə Agentlik yaradılmışdır.
Bankın sonrakı dəstəyi CAS dövrünün sonunda qəbul olunmuş Kənd Yerlərinin Ətraf Mühiti Layihəsi çərçivəsində təqdim edilməkdədir, hansı ki, meşə və otlaqların idarə edilməsi və biomüxtəlifliyin qorunmasının inkişafı üzərində qurulmuşdur. Həmçinin çirklənmənin nəticələrini aradan qaldırmağa yönəldilmiş mexanizmin yaradılması və növbəti ÖTS dövrü üçün təklif olunmuş Abşeron Yarımadasının Ətraf Mühitinin Təmizlənməsi Layihəsinin hazırlanması üzərində işə başlanılmışdır.

Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin