Draft confidential


Borcalanın fəaliyyət göstəriciləri



Yüklə 1,78 Mb.
səhifə89/112
tarix01.01.2022
ölçüsü1,78 Mb.
#102843
1   ...   85   86   87   88   89   90   91   92   ...   112
Borcalanın fəaliyyət göstəriciləri
Rasional makroiqtisadi idarəetmə və YAİİDP-nin həyata keçirilməsinə sadiqlik uğurlu nəticələri şərtləndirən əsas amillər sırasında idi, baxmayaraq ki, bəzi sahələrdə islahatların həyata keçirilməsi sürəti aşağı idi. Hökumət islahatların həyata keçirilməsi, idarəetmənin və hesabatlılığın gücləndirilməsi və Azərbaycanın bazar iqtisadiyyatı üçün açılması sahəsində Bankla işləməyi maliyyələşdirmə ehtiyaclarına görə deyil, Bankın məsləhətlərindən faydalandığına görə seçdi. YAİİDP münasibətdə ciddi mövqe bir sıra sahədə ətraflı islahat gündəliklərinin hazırlanmasına gətirib, və həmin islahatlar tədricən həyata keçirilir. Azərbaycanın CPİA reytinqi CAS dövründə əhəmiyyətli dərəcədə qalxıb. Qaz Bərpası Layihəsi istisna olmaqla, Borcalanın həmin dövr ərzində bağlanmış layihələr ilə bağlı fəaliyyəti ƏQD tərəfindən qənaətbəxş və ya çox qənaətbəxş kimi qiymətləndirilib. Hökumətin maliyyələşdirmə payı ilə nisbətən az problem meydana çıxıb. Bəzi hallarda struktur islahatın surəti gözləniləndən aşağı idi. Qismən bunun səbəbi CAS dövrünün əvvəlində baş vermiş siyasi keçiddən ibarət idi. Nəticədə, Azərbaycan CAS dövründə Yüksək Səviyyəyə keçmək əvəzinə, Baza Səviyyəsində qalıb. Hökumət və Bankın komandası ümid edirdilər ki, kommunal sektorda və ticarət/biznes gündəliyi üzrə struktur islahatlarının sürətinin artırılması YAYK-İ, 2004 maliyyə ilində BYİB Enerji İnfrastrukturu Krediti, və 2005-ci ilinə ikinci YAYK üzrə vəsaiti xərcləməyə imkan yaradacaq. Əksinə, islahatların surəti aşağı idi, və Enerji Krediti və YAYK-İ Direktorlar Şurasına yalnız CAS dövrünün sonunda təqdim olundu.
Layihənin hazırlanması və səmərəliliyini təkmilləşdirmək və vətəndaş cəmiyyətinin iştirakını artırmaq üçün daha çox işlər görülməlidir. Azərbaycan Hökuməti bölünmüş vəziyyətdədir və Hökumət tərəfindən qərarların qəbul edilməsi prosesi mürəkkəbdir. Nəticədə layihənin hazırlanması və danışıqlar ləngiyir, çünki layihənin təsdiq edilməsi və qüvvəyə minməsi arasında uzun vaxt keçir və, bu, layihənin vaxtında icra edilməsinə təhlükə yaradır. Hökumət həmçinin beynəlxalq texniki yardımı məhdud şəkildə qəbul edir, bu da fəaliyyətin monitorinqinə maneə yaradan icranın ləngiməsinə və analitik boşluqlara gətirir. Nəticədə CAS dövründə bağlanmış və ya bağlanması planlaşdırılmış səkkiz layihədən altısına layihənin uzadılması tələb olunub. Əlavə olaraq, bəzi layihələrin icrası satınalmalarla bağlı məsələlərə görə ləngiyib, və bütün layihələrdə Bankın şəffaflıq standartlarının yerinə yetirilməsi üçün ehtiyatlı davam etməyə ehtiyac var. Nəticədə CAS dövründə bağlanmış və ya bağlanması təyin olunmuş səkkiz layihədən altısına vaxtın uzadılması tələb olunub. Bundan əlavə, satınalmalarla bağlı məsələlərə görə bəzi layihələrin icrasında ləngimələr başlayıb və bütün layihələrdə Bankın şəffaflıq standartlarının yerinə yetirilməsini təmin etmək üçün ehtiyatlı davam etmək lazımdır. Vətəndaş cəmiyyətinin inkişafı və iştirakı oxşar iqtisadi inkişaf səviyyəsində olan digər ölkələrə nisbətən aşağıdır və vətəndaş cəmiyyətini islahatların və investisiya layihələrinin hazırlanması və icrası prosesinə cəlb etmək üçün daha çox səy göstərilməlidir.
Kənar amillər
CAS dövründə nəticələrin əldə edilməsinə təsir göstərmiş ciddi kənar şoklar baş verməyib. Ölkə dövrün əksər vaxtında neft qiymətlərinin gözləniləndən yüksək olmasından faydalanıb. 2003-cü ildə prezident Heydər Əliyevin dünyasını dəyişməsi və onun oğlu İlham Əliyevin yeni prezident seçilməsindən ibarət olan siyasi keçid CAS-ə təsir göstərib. Həmin keçid iqtisadi islahatların yerinə yetirilməsində müəyyən ləngimələrlə nəticələnib, lakin prezident Əliyevin 24 noyabr 2003-cü il tarixli fərmanı və ondan irəli gələn tədbirlər islahatlara mühüm təkan verdi. CAS icrası komandaya məlum olan heç bir qərəzsiz mənfi təsirə məruz qalmayıb.



  1. Yüklə 1,78 Mb.

    Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin