Anı tanımaq düşmən nüfuzunu əngəlləmək yollarındandır
Özümüzü döyüş meydanında hiss etməliyik. Təsəvvür edin ki, meydandayıq, qarşımızda düşmən olduğunu görürük. Sıralarımızı möhkəmləndirmişik, savaşa hazırıq. Topxanalarımız düşmənə tuşlanıb. Bu zaman düşmən hiylə işlədir və mövqeyini dəyişir. Biz nə etməliyik?
Biz deməməliyik ki, bu günə qədər hədəfimiz bu istiqamətdə olub, yenə də həmin istiqamətdə atəş açmalıyıq. Xeyr, baxmalıyıq ki, düşmən haradadır. Yaxşı ordu manevr imkanları böyük olan ordudur. Yaxşı ordu hərəkətdə olan ordudur. Yaxşı ordu düşmənin yerdəyişmələrini vaxtında dəyərləndirir, və lazım olan nöqtəyə atəş açır. Siyasət və ideologiya meydanı da belədir. Baxmalıyıq ki, düşmən nə iş görür. Təbii ki, düşmən öz düşmənçiliyindədir. Müxtəlif şəraitlərdə müxtəlif şəkillərdə mövqe tutur. Düşmənin mövqeyini müəyyənləşdirmək bizim işimizdir. Biz düşmənin hərəkətlərinə uyğun olaraq işimizi qurmalıyıq. Məbada düşünək ki, düşmən qarşısında hərəkətsizlik möhkəm mövqe tutmaqdır. Kimsə düşmənin hərəkətlərinə uyğun olaraq manevr edilməsini, yerdəyişmələri geri çəkilmək kimi dəyərləndirməsin. Bu geri çəkilmək deyil. Biz düşməni öz arxamızca çox çəkmişik. Çox olub ki, öz manevrlərimizlə düşməni gic etmişik. Düşmən bu inqilabi xalqdan, bu inqilabdan çox əziyyət çəkib. Bu baxımdan nigarançılıq yoxdur. Düşmənin hərəkətlərinə uyğun manevrlər də işi kamilləşdirir. Düşmənin hərəkətlərinə diqqət yetirməklə mövqe tutub hücumları dəf etməliyik. Bu gün bütün gücümüzü zərbə gözlənilməyən bir istiqamətə sərf etməməliyik. Səngərlərimizi düşmən mövqelərinə uyğun seçməliyik.
İki müqəddiməni diqqətinizə çatdırdım. İndi görək düşmən nə iş görür? Bunu bilməlisiniz ki, düşmən haradadır, necə zərbə vurmaq istəyir? Hücum istiqamətini müəyyənləşdirməlisiniz. Hazırkı dəqiqədə vəziyyəti müəyyənləşdirmək lazımdır. Düşmənin bu dəqiqəki planı sabah təkrarlanmaya bilər. Düşmənin planını dəqiq müəyyənləşdirmək bu dəqiqə üçün zəruridir. Dəqiqənin problemini tapıb, həmin problemə uyğun hərəkət etməliyik. Yaşamış zamanın anından xəbərsiz qalmamalıyıq. Bu an çox mühümdür. Bu an düşmənin nə plan cızması çox əhəmiyyət kəsb edir.
Hamı bilir ki, düşmənin iqtisadi təxribatları var. Bu onun həmişəki işidir. Düşmən hətta düşmən saymadıqlarını iqtisadi cəhətdən özündən asılı etmək istəyir. Baxın görün Amerikaya nökərçilik edən məntəqə ölkələrinə münasibət necədir? Amerika iqtisadi baxımdan onlarla necə davranır? Onları azad buraxıb, özündən asılı şəkilə salıb? Heç vaxt azad buraxmaz! Onları istismar edir, özündən asılı vəziyyətə salır. Düşmən iqtisadi sahədə dostları ilə də belə rəftar edir.1
İslam və ruhaniyyət düşmən nüfuzuna mane olur
İran xalqının diqqət yetirməli olduğu başqa bir məsələ həqiqi İslam alimlərini, fədakar ruhaniləri dəyərləndirməkdir. Həmd olsun Allaha ki, ötən illərdə xalq bu nöqtəyə diqqətli olub.
Düşmən gözəl bilir ki, bu məmləkətin xilası İslam sayəsində, İslam Respublikası sayəsində mümkündür. Bunu hamı bilməlidir, bu nöqtəyə hamı diqqət yetirməlidir. İnqilab dövrünü görməmiş gənclər bilsinlər ki, əgər İslam İnqilabı və İmam Xomeyni (r) olmasaydı xalq Amerikanın əsarətindən və Pəhləvi diktaturasından xilas ola bilməzdi. Bu ölkədə milli qurtuluş üçün bütün yollar təcrübədən keçirilmişdi. Bütün cəhdlər boşa çıxmışdı. Müxtəlif partiyalar, şərq və qərbə bağlı cərəyanlar tarixin müəyyən dönəmində vəziyyəti dəyişməyə cəhd göstərmişdilər. Amma onların heç biri müvəffəq olmadı. Əksinə ölkədə zorakılıq və ədalətsizlik daha da gücləndi. Hətta İslam İnqilabından öncə gənclər silahlı qiyama əl atanda bu qiyam amansızlıqla yatırıldı. Nəticədə Pəhləvi rejiminin təzyiqləri biraz da gücləndi. Qəlblərdə bir ümidsizlik yarandı. Pəhləvi rejiminin qarşısında duracaq yeganə qüvvə xalq idi. Yəni bütün xalq səhnəyə çıxmalı idi. Zalım rejimi devirməyin başqa yolu yox idi. Bu xalqı səfərbər edib meydana çıxaracaq yeganə qüvvə ruhanilər oldu. Din bayrağı altında, dini şüarlarla xalq səfərbər edildi. Ölkəmizdə belə təcrübələr var, bu təcrübələrə diqqətli olmaq lazımdır.
Məşrutədə din alimləri olmasaydı Məşrutə olmazdı. Məşrutə din alimləri sayəsində qələbə qazandı. Mərutədəki qərbpərəstlər, ingilis nökərləri din alimləri və dini şüarları kənara qoyandan sonra istibdad və xarici əsarət yenidən hakim oldu.1
Xaricilərlə, fransızlarla mübarizə yoluna diqqət yetirin. Bu mübarizənin önündə alimlər gedirdi. Bunun bir nümunəsi Mirzayi Şirazidir. Başqa bir nümunəsi Məşrutədə Nəcəf alimləridir. Həm Asid Məhəmməkazim, həm Axund Molla Kazim Xorasani ölkədə xaricilərin hökmranlığına müxalif idi. Biganələrin təsiri səbəbindən Məşrutədən də ehtiyatlanırdılar. Asit Əbdül-Hüseyn Lari, Asit Abdullah Biladi, Mərhum Xiyabani, o dövrdə meydanda olan bütün ruhanilər azadlıq eşqi ilə yanan insanlar idi. Xaricilərin ölkədə hökmranlığına nifrət bu insanların müştərək istəyi idi. Zahirdə görünən küfrün İslam qarşısında dayanması idi. Çünki xaricilər kafir idilər. Fransızlar kafir idilər, ölkəyə küfr gətirirdilər. Bu qarşıdurma zahirdə dini bir qarşıdurma idi. Amma zahiri kənara qoyub məsələnin mahiyyətini araşdıranda görürsən ki, bu təkcə dini qarşıdurma olmayıb. Mərhum Hacı Ağa Nurullahın məsələsi bir misal ola bilər. Yəni mövzu o deyildi ki, ölkəyə məsihilər hökmran olacaq. O zaman İsfahanda məsihilər yaşayırdı. İsfahanda həmişə məsihilər olub və problemsiz yaşayıb. Demək, savaş din savaşı deyildi, mövzu bu gün istiqlal adlandırdığımız müstəqillik məsələsi idi. Yəni meydana girən insanlar iqtisadiyyat, mədəniyyət, siyasət sahəsində əsarətə qarşı çıxırdılar. Həmin dövr qərbin müxtəlif məntəqələrə rahatlıqla nüfuz etdiyi dövr idi. Mərhum Hacı Ağa Nurullahın “Müsafir və muqim” kitabında bu məsələlər yetərincə əks olunub. Mən o kitabın müəyyən hissələrini nəzərdən keçirmişəm, şübhə qalmır ki, müəllif çox işıqlı bir insan olub. O xarici əsarətin mahiyyətini dərk edib. Əgər İngiltərə ölkəmizə İslam da gətirsəydi yenə də işi istismar idi. Yalnız ad dəyişə bilərdi, işin mahiyyəti dəyişmirdi. İstər məsihi olsun, istər müsəlman, istismarçının işi istismar etməkdir. Yaranmış vəziyyət böyük din alimlərini vadar edirdi ki, müqavimət göstərsinlər.
Rza Şahla da elə buna görə baş-başa gəldilər. Mərhum Hacı Ağa Nurullahın mübarizəsi iki hissəyə bölünür. Biri istibdadla mübarizədir, biri xaricilərlə mübarizə. Mərhumun həyatında hər iki mübarizə hiss olunur və onları bir-birindən ayırmaq mümkündür. Amma Rza Xanla mübarizəsində də belə görünür ki, ona xaricilərin əlaltısı kimi baxır. Bugünkü nəsil üçün bu mövzu aydındır. Amma o zaman belə deyildi. O zaman hətta Rza Şaha qarşı şüarlarla insanları özlərinə cəzb edirdilər. İnsanlar da inanırdı. Amma Rza Şah haqqında çox gözəl təbirləri olan və ad çəkməyənlər vardı. Tam aydın idi ki, Rza Şah nəzərdə tutulub. Bu insanlar Rza Şahın məhv etmək istədiyi insanlar idi. Hiss olunur ki, mərhum Hacı Ağa Nurullah o zaman Rza Şahla mübarizənin təkcə istibdad və ya şapka ilə mübarizədən ibarət olmadığını başa düşüb. Məsələ budur ki, iş başına bir adam gətirilmişdi və bu adam İngiltərənin İrandakı planlarını həyata keçirməli idi.1
Neftin milliləşməsi hərəkatında da vəziyyət belə idi. Bu mübarizənin mərkəzində olan ruhanilərdən biri Ayətullah Kaşani idi. Xalq meydanlara çıxmışdı. Elə ki, rəftarlar dəyişdi, inhisarçılıq ortaya çıxdı, mərhum Kaşani kimi ziyalı və şücaətli ruhani sıradan çıxarıldı, millət də kənara çəkildi. Milli hərəkat dövlətinin başçıları tənha qaldılar. Sonra düşmən gəldi, onların başına istədiyi oyunu açdı.
İranda xalq həmişə dinin çağırışı ilə meydanlara çıxıb. Ədaləti dinin kölgəsində görüb. Ruhanilərə etimadları olduğundan onların ardınca gediblər. İmam Xomeyni (r) böyük din alimi, müctəhid kimi meydana daxil oldu. Bu pak və sınaqdan çıxmış insanın ardınca ruhanilər səhnəyə gəldi. Bütün xalq meydanlara axışdı. Artıq düşmən müqavimət göstərə bilmədi. O zaman meydanlara çıxmış xalq istibdadın kökünü qazmağı bacardı.1
Dostları ilə paylaş: |