DüŞMƏn nüfuzu



Yüklə 0.61 Mb.
səhifə25/30
tarix29.06.2018
ölçüsü0.61 Mb.
1   ...   22   23   24   25   26   27   28   29   30

İmanı gücləndirmək, agahlıq, düşmənin tərpənişinə iti baxış düşmən nüfuzu ilə mübarizə yoludur


Əziz gənclər və tələbələr! Sizi və təlaş gücünü imandan alıb gənclik enerjisini məmləkətin inkişafına sərf edən bütün gəncləri salamlayıram. Sizin üçün Allah-Taaladan daimi yardım istəyirəm. Bu gün siz gənclərin vəzifəsi ağır və təhlükəlidir. Bu yolda mübarizə dəqiq və zərifdir. İmperialist düşmənlər İslam Respublikasını mühasirəyə almağı planlaşdırır. Onların inqilabdan sonrakı dövrdə İran xalqını dizə çökürmək təlaşları xalqın iman və bəsirəti ilə boşa çıxıb. Artıq öz məqsədlərini açıq nümayiş etdirmək zorundadırlar. Təkəbbürlü düşmən mədəniyyət, siyasət, iqtisadiyyat sahəsində bütün nüfuz yollarını tələsik nəzərdən keçirir. Ümid edir ki, bu yolla İran xalqını, İslam Respublikasını mühasirəyə ala biləcək. İnqilabdan əvvəl caynaqları bu məmləkətin üzərində necə dayanmışdısa, ümid edir ki, bir də həmin günlərə qayıtsın. Hamıya, xüsusi ilə gənclərə zəruridir ki, böyük iradə və ayıqlıqla düşmənin planlarını ifşa etsinlər. Güclü iman, agahlıq və iti baxış müvəffəqiyyətin əsas şərtidir. Universitetlərdə imanlı və qeyrətli gənclərin əl-ələ verməsi qaçılmaz bir ehtiyacdır. Allahdan hamınız üçün yardım diləyirəm.2

İslam şəriətinə bağlılıq düşmən nüfuzuna mane olur


Səkkiz il uzanan müqəddəs müdafiə illərində yeniyetmə və gənclərimiz təpədən-dırnağa silahlanmış İraq ordusuna sarsıdıcı zərbə endirdi. İraq ordusunu Amerika, Sovetlər Birliyi, Avropa ölkələri, məntəqə ölkələri himayə edirdi. Həm hərbi təchizat, həm informasiya dəstəyi vardı. Bizim 25 yaşlı gənc komandirlərimiz İraq ordusunun təcrübəli generallarını diz çökürdü. Mənim prezidentliyimin ilk illərində gənclərimiz Xürrəmşəhri geri aldı. O zaman İrana bir beynəlxalq heyət gəldi. Bu heyətin rəisi mənə dedi ki, sizin indiki vəziyyətiniz bir ilki vəziyyətinizlə çox fərqlənir. O doğru deyirdi. Dünya inana bilmirdi ki, bizim gənclərimiz, bəsic - könüllülər, gənc inqilab keşikçiləri, ordu Xürrəmşəhri geri ala bilər. Düşmən və onun himayədarlarının istehkamları darmadağın edildi. Gənclərimiz Xürrəmşəhri, sərhədlərimizi geri aldılar. Müştərək su xətti də nəzarətə götürüldü. Bizim qüvvələrin FAV-a çatması düşmən üçün çox təhqiramiz idi. Biz FAV-ı əlimizdə saxlamaq istəmirdik. Bu sadəcə Səddam rejiminin təhqiri idi. FAV-ın alınması BƏƏS ordusunun alçaldılması idi. Bizim gənclərimiz bu işi gördülər. Nə hərbi təchizatları qənaətbəxş idi, nə də informasiya dəstəyi. Yalnız iman və düşüncə gücü ilə bu işi gördülər. Komadanlarımızın 25 yaşı olardı. Bu yaşda çox böyük qəhrəmanlıqlara imza atdılar.

Bu gənclər Əfləq BƏƏS ordusunu məğlub etdilər. Əfləq İraqın BƏƏS partiyasının mənəvi rəhbəri sayılan Mişel adlı suriyalının familiyasıdır. Səddam İraqda hakimiyyətə gələndə bu şəxs onun haqqında mədhiyyələr söylədi, Səddamı ərşin ərəb ümmətinə hədiyyəsi adlandırdı. Olsun ki, elə bu təriflərinə görə İraqda yüksək məqam qazandı. Bu Əfləq BƏƏS ordusu bizim gənclərimiz qarşısında diz çökdü.

Bu böyük istedad, zəngin torpaq, misilsiz coğrafi mövqe, iftixarlı tarix, bizə qürur gətirir. Ən dəyərlisi isə gənclərimizin qəlbindəki imandır. Bu iman dünyanın diqqətini cəlb edib. Çalışmalısınız ki, gələcəyi ən gözəl şəkildə qurasınız. Buna ümid verən gəncliyimiz var. İnqilabdan əvvəl də zəngin tariximiz, qiymətli coğrafi mövqeyimiz, dəyərli gənclərimiz var idi. Amma bu inkişaf yox idi. Nə üçün? Çünki o zaman bu məmləkətin hakimiyyəti ilk öncə imandan məhrum idi. Daxilində heç bir müqəddəs hiss olmayan fərdlər məmləkətə başçılıq edirdi. İkincisi, etiqadları olmadığından düşməndən asılı vəziyyətdə idilər. Əziz İran quldurların qarət etdiyi behişt idi. Nə üçün qarət edə bilirdilər? Çünki kəndxudanı görüb, razı salıb kəndə girmişdilər. Hakimiyyətdəki məsulları da öz quldurluqlarına şərik etmişdilər. Xalqı çapıb talayırdılar. İnqilab gəldi, düşmən nüfuzu qarşısında böyük maneə yaratdı. Bu maneə nə idi? Şəksiz, İslam idi! Nə qədər ki İslam səhnədədir imperializmin təbliğatçıları qorxu içində olacaq. Təbii ki, İslam ictimai-siyasi həyata qarışmayıb, məscidlərdə məhdudlaşsaydı ondan qorxmazdılar. Əgər iman əhli sakit bir guşəyə çəkilib ibadətlə məşğul olsaydı cəmiyyətin idarəçiliyinə əl aparmasaydı düşmən İslamla müxalif olmazdı. Belə bir İslama əhəmiyyət verməzdilər. Amma İslam Allahın istədiyi, Quranda göstərildiyi kimi səhnəyə gəldi. Belə bir İslamdan qorxmaqlarının yeri vardı. Belə bir İslamda onlar üçün təhlükəli tələblər var. Bunun biri insan şəxsiyyətinə verilən dəyərdir. İkincisi, qarətçilərin qarşısını almaqdır. Tövhid kəlməsində bunlar əks olunub. La ilahə illəllah! La ilahə illəllahın tələbi budur ki, zalımlarla, istismarçılarla, dünyanı çapıb talayanlarla, millətlərin başına min oyun açanlarla saziş olmaz. Tövhid icazə vermir ki, müsəlman azğın güclə sazişə getsin. Görün Fələstində, İraqda, Əfqanıstanda nə faciələr yaradırlar. Əvvəllər Bosniyada, Livanda, başqa İslam ölkələrində cinayətlər törədiblər. Bəzi millətlərin zəiflik göstərib zalım güclər qarşısında boyun əyməsi o gücləri bugünkü iqtidara çatdırıb. Əgər xalqlar öz haqlarını tanıyıb tələb etsələr, dünya zorlularına baş əyməsələr, onların saxta şüarlarına aldanmasalar zalımlar bu qədər güclənə bilməz.

İslam icazə vermir ki, müsəlman xalqlar imperializmin hakimiyyəti altında olsun.

Müsəlman insanın şəxsiyyəti bütün şəraitlərdə qorunmalıdır. Bu İslamın batinində olan bir tələbdir. İslam bir həyat proqramı kimi təqdim olunanda bu nöqtələr də əsas yer almışdı.1

İslam şəriətinə riayət etmək İslam nizamının mahiyyətini təşkil edir. Buna diqqətli olaq. Əgər İslam şəriət qanunlarına cəmiyyətdə tam əməl olunsa həm fərdi, həm də ictimai azadlıqlar təmin edilmiş olar. Bunun adı istiqlaldır. İstiqlal bir millət miqyasında azadlıq deməkdir. İslamda bir müsəlman fərdin və bir müsəlman cəmiyyətin bir başqası qarşısında asılılığı yol verilməzdir. Azad xalq o xalqdır ki, başqa birinin hakimiyyəti altında olmasın. İslam cəmiyyətdə həm ədalət, həm mənəviyyatın təmin olunması ardıncadır. Azadlıq, istiqlal, ədalət, mənəviyyat, İslam cümhuriyyətində dörd əsas elementdir. Əgər cəmiyyətə İslam şəriəti hakim olsa bu elementlər də özünü göstərər. İmam Xomeyni (r) cəmiyyətin ruhu olan İslam şəriətinə istinad edirdi. Dini demokratiya da İslam şəriətindən götürülüb. İmam Xomeynini (r) in məktəbində zora söykənən heç bir iqtidar məqbul deyil. İslamda zorakılıq yol verilməzdir. Zor üzərində iqtidar mənasızdır. Amma xalqın seçimi ilə, iradəsi ilə səhnəyə gəlmiş iqtidar İslamda məna kəsb edir. Xalqın seçimi ilə səhnəyə gələn iqtidar möhtərəmdir. Belə bir iqtidarın qarşısında kimsə sədd çəkməməlidir. Belə bir iqtidara zor göstərilməməlidir. Əgər kimsə belə bir addım atsa onun addımı fitnədir. İmam bu modeli dünyaya təqdim etdi. Dünyanın siyasi ədəbiyyatında yeni bir fəsil açıldı. Bu yeni nüsxədə əsas elementlərdən biri məzlumun köməyinə getməkdir. Məzlumun köməyinə gedən zalımla baş-başa gəlir. Bizim dövrümüzdə zülmə düçar olmağın ən bariz nümunəsi Fələstin xalqının simasında özünü göstərir. İmam ömrünün sonuna qədər Fələstin problemindən danışdı. Fələstinə dəstək verdi. Hətta dünyasını dəyişəndə vəsiyyət etdi ki, dövlət məsulları Fələstini yaddan çıxarmasın. Məzluma kömək, zalımın qarşısında dayanmaq, zalımın müdaxilələrini əngəlləmək, zalımdan qorxunu boğmaq imamın ortaya qoyduğu nüsxənin müddəalarıdır. İmamın yaratdığı siyasi nizamın qısa təsviri budur. Xalq bunu qəbul etdi, həyata keçirdi. İmamın siyasi modeli bir çox layihələr kimi kitablarda qalmadı. İmamın nüsxəsi gerçəkləşdi. İran xalqı bu yolda sədaqət göstərdi, fədakarlıq etdi, uğur qazandı və öz uğurunu qorudu. İslam Respublikası hər gün güclənərək bugünkü səviyyəsinə çatdı.1




Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə