FATMEYİ-ZƏHRA ŞƏHİD OLUBDURMU?
«Bəqi» qəbiristanlığına daxil oludum, Fatimeyi Zəhra (s.ə)-ın qəbri olmasına ehtimal verdiyim bir qəbrin yanında durub, səmimi qəlb və ürək yanğısı ilə məsum imamlardan gəlib çatan ziyarətnamələrdən birini oxumağa başladım. Deyilməlidir ki, Fatimə (s.ə)-ın qəbri bu günə kimi naməlum qalıb və onun barəsində bir neçə ehtimal vardır:
1-Ola bilsin ki, «Bəqi»dədir;
2-Ola bilsin ki, Peyğəmbərin qəbri ilə minbəri arasındadır;
3-Ola bilsin ki, «Beytül-Əhzan»dadır.
4-Mümkündür ki, başqa yerdə olsun.
Bilmək lazımdır ki, Həzrət Zəhra (s.ə)-ın qəbrinin yerinin dəqiq surətdə məlum olmamasının səbəbləri barəsində çoxlu sual meydana çıxır. O cümlədən, görəsən bu məsələ təsadüfi bir məsələdir, yoxsa bir hədəfi və hikməti vardır?
Şübhəsiz, o xanımın qəbrinin yerinin naməlum qalması heç cür təsadüfi ola bilməz; əksinə, müəyyən bir hədəf üçün gizli qalmışdır. Səbəbi də budur: Həzrət Fatimə (s.ə) Peyğəmbər (s)-in vəfatından sonra (hakimiyyət məsələsində) yaranmış vəziyyətdən narahat olmuşdu. O, Peyğəmbərdən nəql olunan onlarla rəvayət əsasında xilafətin Əli (ə)-a məxsus olduğunu bilirdi. Buna görə də atasının vəfatından sonra onun başına çox müsibətlər gətirdilər. Buna görə də o xanım vəsiyyət etdi ki, onu gecə dəfn etsinlər və dəfn mərasimində iştirak etmək üçün müxaliflərə xəbər verməsinlər, qəbrin yerini də məxfi saxlasınlar.
Həqiqətdə Həzrət Fatimə istəmirdi ki, müxaliflər dəfn mərasimindən sui-istifadə edib, öz hakimiyyətlərinə bir bəhanə gətirsinlər. Başqa sözlə, Fatimeyi-Zəhra (s.ə) həyatı boyu mübarizə və qiyam mənşəyi olduğu kimi, istəyirdi ki, ölümü də hakimlərə qarşı bir növ etiraz əlaməti kimi cilvələnsin. Elə həmin səbəbə görə Əli (ə)-a vəsiyyət etmişdi ki, onu gecə dəfn etsin və başqalarını dəfn mərasiminə dəvət etməsin. İmam da onun vəsiyyətinə əməl edib, qəbrini gizli saxladı. Buna görə də bu qəbrin yeri indiyə kimi naməlum qalmışdır. Əlbəttə, vəhhabilər iddia edirlər ki, o Həzrətin qəbri «Bəqi»dədir. Bu barədə əlavə məlumat almaq üçün Fatimə (s.ə)-ın həyatı ilə əlaqədar kitablara, o cümlədən İbahim Əmininin «Fatmeyi-Zəhra» kitabına müraciət edə bilərsiniz.
Nə isə, Fatimə (s.ə)-ın qəbrini ziyarət etməklə məşğul idim ki, üzündə əzəmət və vüqar əlaməti olan yaşlı bir kişi (sonradan məlum oldu ki, Sudan alimlərindəndir və vəhhabilərin zəhərli təbliğatları ona təsir etmişdir) mənə yaxınlaşıb kobud səslə dedi: Fatimeyi-Zəhra haradadır? Daha bu xurafat nəyə lazımdır?! O, min ildən çoxdur ki, ölmüşdür, sən isə indi onu çağırırsan?! Dəli olmusanmı?!
Belə bir kobud rəftardan çox narahat oldum, amma bilirdim ki, o şeyxin günahı yoxdur, həqiqətdə vəhhabilərin zəhərli təbliğatları onu da aldatmışdır.
Cavabında ona salam verib, Allahın buyurduğu
وَهُدُوا إِلَى الطَّيِّبِ مِنَ الْقَوْلِ
Dostları ilə paylaş: |