«Yaxşı sözlərə üz gətirin»1 kəlamını zikr elədim. O kişi sakitləşdi, xəcalətli halda salamın cavabını alıb dedi: - Bağışlayın, mənim bəyan tərzim səhv oldu. Mən gördüm ki, elə bir şey deyirsiniz ki, caiz deyil, buna görə də kobud cavab verdim.
Dedim: - Mühüm deyil... İndiyə kimi Peyğəmbər (s)-in həyat tarixini oxumusanmı?
Dedi: - Bəli, belə bir iftixara nail olmuşam.
Dedim: - Afərin! Bilirsənmi ki, Peyğəmbər (s) «Bədr» döyüşündə öldürülən kafirlərin cəsədlərini bir quyuya tökməyi əmr etmişdi?
Dedi: - Bəli, məlum olur ki, siz təhsilli və fazil bir şəxssiniz.
Dedim: - Bilirsənmi ki, Həzrət o quyunun kənarında durub ölülərə xitabən nə demişdi?
Şeyx əlini ağarmış saqqalına çəkib fikrə daldı. Elə bil ki, zehnində olanları yadına salmaq istəyirdi. Bir qədər sükutdan sonra dedi: - Bəli, həzrət bu barədə bir şey deyib, amma nə dediyi dəqiq yadımda deyil.
Dedim:-Mən bilirəm... Peyğəmbər (s) kafirlərin cəsədləri quyuya atıldıqdan sonra onlara xitabən dedi:
لقد كنتم جيران سوء لرسول الله أخرجتموه من منزله و طرتموه ثم اجتمعتم عليه فحاربتموه فقد وجدت ما وعدنى ربي حقا فقال عمر يا رسول الله ما خطابك لهم قد صديت؟ قال(ص) يابن الخطاب والله ما أنت بأسمع منهم
«Rəsulullah üçün necə də pis qonşular idiniz! Onu öz ev-eşiyindən didərgin salıb, əleyhinə qalxdınız, onunla döyüşə çıxdınız, həqiqətən Rəbbimin mənə verdiyi vədənin haqq olduğuna yəqin etdim». Ömər dedi: «Bir söz eşitməyən cəsədlərlə necə danışırsan?» Peyğəmbər buyurdu: «Ey Xəttabın oğlu, Allaha and olsun, sən heç də onlardan yaxşı eştmirsən!» Ey şeyx, diqqət elədinmi?
Dedi: - Bəli. Sizin gözəl hafizəniz var. Çünki Peyğəmbərin sözlərini eynilə, olduğu kimi nəql edirsiniz.
Dedim: - Bu, ölülərin bizim sözlərimizi eşitmələrinə bir dəlil deyilmi?
Dedi: - Bəli.
Dedim: - Kafir ölüləri belə olanda, onda Peyğəmbərin gözünün işığı olan Fatimeyi-Zəhra barəsində nə deyirsən? Mümkün deyilmi ki, ona salam verən, yaxud ziyarət edən bir şəxsin səsini eşitsin?
Dedi: - İnan ki, indiyə qədər belə sözlər eşitməmişdim.
Sonra məni bağrına basıb üzümdən öpdü və dedi: - Qardaşım, bilmədiyim bir məsələni çox asanlıqla mənə başa saldın.
Dedim: - Həzrət Fatimə (s.ə)-ın qəbrini ziyarət etməyin düzgün bir məsələ olmasına başqa bir dəlil də vardır.
Həyəcanla soruşdu: - Hansı dəlil?
Dedim: - Allah-Təala buyurur:
وَلَا تَقُولُوا لِمَنْ يُقْتَلُ فِي سَبِيلِ اللَّهِ أَمْوَاتٌ ۚ بَلْ أَحْيَاءٌ وَلَٰكِنْ لَا تَشْعُرُونَ
Dostları ilə paylaş: |