«Ey iman gətirənlər, Allaha, Onun Rəsuluna və (onların tərəfindən olan) hakimlərə itaət edin».1 Bu ayədə «ulul-əmr» (hakimlər) sözündən məqsəd Əhli-beyt (ə)-dır. Çünki, Peyğəmbər (s)-dən nəql olunan müxtəlif hədislər bu məsələni sübut edir. Buna görə də belə adlardan istifadə etməyin nə əql, nə də şəriət nöqteyi-nəzərindən eybi yoxdur.
Dedi: - Hansı dəlilə görə?
Dedim: - Quranın dəlilinə görə.
- Quranın dəlilinə görə?-deyə təəccüblə soruşdu.
Dedim: - Bəli, Allah-Təala buyurur:
وَأَنْكِحُوا الْأَيَامَىٰ مِنْكُمْ وَالصَّالِحِينَ مِنْ عِبَادِكُمْ وَإِمَائِكُمْ
«Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh qul və kənizlərinizi evləndirin».1
Bu ayədəki «ibadikum» kəlməsi «öz bəndələriniz» mənasında işlənmişdir və dəqiq surətdə «filankəsin bəndəsi» demək kimidir. Bu dəlil, İslama etiqadı olan hər bir kəsə kifayətdir.
İkincisi, əgər belə kəlmələri işlətmək haram olsaydı, şəriət sahibi Həzrət Peyğəmbər (s) tərəfindən nəhy olunardı. İfadələrin işlədilməsinin nəyh olunmaması onların caiz olmasına dəlildir.
Buna görə də hər kəs «əbd» kəlməsinin Allahdan başqası üçün işlədilməsini haram bilsə, aşağıdakı ayə onun halına şamil olacaqdır:
وَمَنْ لَمْ يَحْكُمْ بِمَا أَنْزَلَ اللَّهُ فَأُولَٰئِكَ هُمُ الْكَافِرُونَ
Dostları ilə paylaş: |