ƏBDÜllah məHƏMMƏd vəhhabiLƏRİ belə GÖRDÜM


«Mənim Əhli-beytim Nuhun gəmisi kimidir: Hər kəs o gəmiyə minsə nicat tapar; və hər kəs ona minməkdən boyun qaçırtsa, qərq olacaq və yolunu azacaq»



Yüklə 498,93 Kb.
səhifə38/55
tarix10.01.2022
ölçüsü498,93 Kb.
#108869
1   ...   34   35   36   37   38   39   40   41   ...   55
«Mənim Əhli-beytim Nuhun gəmisi kimidir: Hər kəs o gəmiyə minsə nicat tapar; və hər kəs ona minməkdən boyun qaçırtsa, qərq olacaq və yolunu azacaq».

Bu hədis dəlalət edir ki, hər kəs Əhli-beytin ardınca getsə və din əhkamlarını onlardan öyrənsə, cəhənnəm odundan nicat tapıb canını qurtarar; və hər kəs Əhli-beytdən ayrılsa və din əhkamlarını onlardan öyrənməsə, nicat tapmayacaqdır.

Bu hədis müsəlmanlar arasında ən məşhur hədislərdəndir. Çoxlu hədisçilər məzhəbi ixtilafda olmalarına baxmayaraq, bu hədisi rəvayət etmişlər. Aşağıda bu hədisin qeyd olunduğu sənədləri zikr edirik:

1. Hakim: «Müstədrəküs-Səhiheyn», 2-ci cild, səh.243 və 5-ci cild, səh.150.

2. Müttəqi Hindi: «Kənzül-Ümmal», 6-cı cild, səh.216.

3. Əbu-Nəim: «Hilyətul-övliya», 4-cü cild, səh.306.

4. Xətib Bağdadi: «Tarixül-Bağdad», 12-ci cild, səh.19.

5. İbn-Həcər: «Əs-Səvaiqül-Muhriqə», səh.75 və onlarla başqa kitablar.

Başqa hədislər də məzmunca bu hədisə oxşardır. Onlardan biri Xarəzminin «Əl-mənaqib» kitabında Rəsuli-Əkrəm (s)-dən nəql etdiyi aşağıdakı hədisdir:
من أحب أن يحيا حياتى و يموت مماتى و يدخل الجنة التى وعدنى ربى فليتول على بن لدابى طالب و ذريته و أهل بيته الطاهرين أئمة الهدى و مصابيح الدجى من بعدى فإنهم لن يخرجوكم من باب الهدى إلى باب الضلالة

«Hər kəs həyatının mənim həyatım və ölümünün mənim ölümüm kimi olmasını və Rəbbimin mənə vəd etdiyi cənnətə daxil olmaq istəsə, gərək Əliyyibn Əbi Talibin, onun övladlarının, pak Əhli-beytinin vilayətini qəbul etsin. Onlar məndən sonra qaranlıqlarda hidayət rəhbərləri və nurlu çıraqlardır, heç vaxt sizi hidayət yolundan çıxarıb zəlalət yoluna salmazlar».

Peyğəmbər (s) yenə də buyurur:


إن الله اهد إلىّ فى علىّ عهدا فقال على راية الهدى و منار الإيمان و إمام أوليائى و نور جميع من أطاعنى

«Həqiqətən Allah Əli barəsində mənə çoxlu sifariş və tövsiyə edib sonra buyurdu: «Əli hidayət bayrağı, imanın nur saçan yeri, Mənim dostlarımın imamı və Mənə itaət edən hər bir kəsin nurudur».

Söz bura çatanda o vəhhabi aliminə dedim: - Dediyim bu məsələlər Əhli-beyt məzhəbinin haqq olmasına kifayət deyilmi?

O sükuta daldı və bir şey demədi.

Biz söhbət etdiyimiz müddətdə yanımızda bir kişi oturmuşdu və maraqla söhbətlərimizə qulaq asırdı. Sonra bildim ki, yəmənlidir. O, vəhhabi aliminin sükut etdiyini gördükdə, söhbətə girişib mənə dedi: - Lütfən söhbəti davam etdirin. İndiyə kimi belə sözləri heç kimdən eşitməmişdim...

Vəhhabi kişi yəmənlinin bizim söhbətlərimizə qulaq asmasını bildikdə çox narahat oldu və o tərəf bu tərəfə vurnuxmağa başladı. Elə bil ki, söhbəti kəsməyə bir bəhanə axtarırdı. Mən isə dayanmadan dedim: - Peyğəmbər (s) buyurub:
علىّ مع الحق والحق مع علىّ


Yüklə 498,93 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin