Əczaçılıq (ali) Səhiyyə təşkilinin əsasları. 1) Təsərrüfat uçotunun hansı növləri mövcuddur?

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 1.59 Mb.
səhifə3/16
tarix11.06.2018
ölçüsü1.59 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   16

107) “Dərman vasitələrinin keyfiyyəti” terminini ətraflı izah edən xarakteristika hansıdır?

A) Dərman vasitələrinin xəstəliyin müalicəsinə müsbət təsirinin dərəcəsinin göstəricisi

B) Dərman vasitələrinin səmərəliliyinin müqayisəli təhlilinə və sağlamlığa zərər vura bilmə ehtimalının qiymətləndirilməsinə əsaslanan göstəricisi

C) Dərman vasitələrinin istehsalında bütün normalara riayət edilməsi

D) Dərman vasitələrinin istehsal prosesinin yüksək səviyyədə həyata keçirilməsinin göstəricisi

E) Dərman vasitələrinin dövlət standartlarının tələblərinə uyğunluğu


Ədəbiyyat: Vəliyeva M.N., Cabbarova Ş.A., Quliyeva E.A. Əczaçılığın menecmenti. I hissə, 2002.
108) Əczaçılıq fəaliyyətinin hansı növü üzrə xüsusi razılıq (lisenziya) verilə bilməz?

A) Dərman vasitələrinin ekspertizası

B) Dərman vasitələrinin topdansatışı

C) Dərman vasitələrinin istehsalı

D) Dərman vasitələrinin pərakəndə satışı

E) Dərman vasitələrinin idxalı


Ədəbiyyat: Vəliyeva M.N., Cabbarova Ş.A., Quliyeva E.A. Əczaçılığın menecmenti. I hissə, 2002.
109) Azərbaycan Respublikasında dövlət qediyyatına alınmış dərman vasitələri hansı rəsmi siyahıya daxil edilir?

A) Pulsuz və güzəştli dərman vasitələrinin siyahısına

B) Həyatı vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısına

C) Həkim resepti olmadan buraxılan dərman vasitələrinin siyahısına

D) Dövlət Farmakopeyasına

E) Dövlət Reyestrinə


Ədəbiyyat: Vəliyeva M.N., Cabbarova Ş.A., Quliyeva E.A. Əczaçılığın menecmenti. I hissə, 2002.
110) Hansı tədqiqatlar nəticəsində dərman vasitəsinin yararlılıq müddəti müəyyən olunur və rəsmi təyin edilir?

A) Dərman vasitəsinin keyfiyyətinin yoxlanılması zamanı

B) Dərman vasitəsinin ixtisaslaşdırılmış ekspertizası zamanı

C) Dərman vasitəsinin əmtəə ekspertizası zamanı

D) Dərman vasitəsinin miqdarının təyinini zamanı

E) Dərman vasitəsinin sabitliyinin yoxlanılması zamanı


Ədəbiyyat: Vəliyeva M.N., Cabbarova Ş.A., Quliyeva E.A. Əczaçılığın menecmenti. I hissə, 2002.
111) Parafarmasevtik məhsullara aid olan hansılardır?

A) Heyvanlar üçün sanitariya vasitələri

B) Bitkilərin mühafizəsi üçün vasitələr

C) Sağlamlığı tənzimləyən vəsaitlər və əşyalar

D) Sadalananların hamısı

E) Optik ləvazimatlar


Ədəbiyyat: M.N.Vəliyeva. Ş.A.Cabbarova, N.Ə.Əzizzadə. Aptek çeşidi malları anlayışı və onların təsnifatı (tədris metodikı vasaiti), 2004, s. 20
112) Əlavə çeşid məhsullarına hansılar aiddir?

A) Kosmetik mallar

B) Mineral sular

C) Pəhriz və uşaq qidaları

D) Sangigiyenik mallar

E) Sadalananların hamısı


Ədəbiyyat: M.N.Vəliyeva. Ş.A.Cabbarova, N.Ə.Əzizzadə. Aptek çeşidi malları anlayışı və onların təsnifatı (tədris metodikı vasaiti), 2004, s. 20
113) Aşağıda sadalanan tədqiqatlardan hansının nəticəsində orijinal və generik dərman vasitələrinin arasında müqayisəli təhlil aparılır və onların farmakoloji eyniliyi təsdiq edilir?

A) Sabitliyinin müəyyən edilməsi

B) Əmtəə ekspertizasının aparılması

C) Bioekvivalentliyin müəyyən edilməsi

D) Texnoloji prosesinin validasiyası

E) Keyfiyyət göstəricilərinin müəyyən edilməsi


Ədəbiyyat: Vəliyeva M.N., Cabbarova Ş.A., Quliyeva E.A. Əczaçılığın menecmenti. I hissə, 2002.
114) Aşağıdakılardan hansı mütləq validasiya olunmalıdır?

A) Proses və metodlar

B) İstehsalat sahələri

C) Ticarət sahələri

D) Təlimatlar

E) Xüsusi avadanlıq


Ədəbiyyat: Vəliyeva M.N., Cabbarova Ş.A., Quliyeva E.A. Əczaçılığın menecmenti. I hissə, 2002.
115) Parafarmasevtik məhsullar adlanan qrupa hansı məhsullar daxildir?

A) Mineral sular

B) Bioloji aktiv qida əlavələri

C) Uşaq qidaları

D) Sadalananların hamısı

E) Müalicəvi kosmetika məhsulları


Ədəbiyyat: M.N.Vəliyeva. Ş.A.Cabbarova, N.Ə.Əzizzadə. Aptek çeşidi malları anlayışı və onların təsnifatı (tədris metodikı vasaiti), 2004, s. 20
116) Gəlirin müəyyən edilməsi üçün aşağıdakı hansı amil lazımdır?

A) Gəlir və xərc məbləği

B) Müəssisədə qalan gəlir

C) Xərclərin məbləği

D) Gəlirin məbləği

E) Ümumi mal dövriyyəsi


Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, A.Ş.Əlisadə , Əczaçılığın menecmenti, II hissə B, 2004
117) Gəlir məbləğinin artımında mədaxil nə cür dəyişir?

A) Azalır

B) Dəyişilmir

C) Proqressiv artır

D) Artır

E) Proqressiv azalır


Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, A.Ş.Əlisadə , Əczaçılığın menecmenti, II hissə B, 2004
118) Mal dövriyyəsinin sürətlənməsinin nəticəsi nədir?

A) Rentabellik azalır və mal dövriyyəsi artır

B) Rentabellik azalır və xərclər artır

C) Rentabellik artır və xərclər azalır

D) Rentabellik artır və xərclər artır

E) Rentabellik və xərclər azalır


Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, A.Ş.Əlisadə , Əczaçılığın menecmenti, II hissə B, 2004
119) Müəssisənin gəliri hansı göstərici ilə əks mütənasibdir?

A) Vergilərlə

B) Maldövriyyəsi ilə

C) Müəssisənin ştat sayı ilə

D) Tədavül xərcləri ilə

E) Gəlirlərlə


Ədəbiyyat: И.В.Лоскутова, Е.Е.Лоскутова, Е.А.Максимкина. Организация и экономика фармации. Учебник. М., Изд.центр «Академия», 2004
120) Hazır məhsul nədir?

A) Qablaşdırma, markirovka, keyfiyyətə nəzarət kimi ardıcıl texnoloji prosesin mərhələlərini keçmiş və realizasiya üçün hazır məhsul

B) Fəaliyyət və ya proseslərin cismi və ya qeyri-maddi nəticəsi

C) Qablaşdırılmış dərman vasitəsi

D) Dərman vasitələrinin biotransformasiyasının məhsulu

E) Dərman vasitəsinin maksimal terapevtik effekti və rahat istifadəsini təmin edən halı


Ədəbiyyat: N.Ə.Əzizzadə, M.Q.Aslanov. Əczaçılıq mallarının qablaşdırılması, markalanması (metodik tövsiyə). 2006, s. 24

Dərman texnologiyası.

121) Homeopatiyanın əsasını qoyan kimdir?

A) İbn-Sina

B) Aristotel

C) Haneman

D) Qalen

E) Hippokrat


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası. Bakı, Maarif, 1989
122) 1:100 nisbətində 10q atropin-sulfat triturasiyası hazırlamaq üçün hansı miqdarda atropin-sulfat götürülməlidir?

A) 0,1


B) 1,0

C) 0,01


D) 0,001

E) 0,0001


Ədəbiyyat: И.А.Муравьев. Технология лекарств. М., Медицина, 1980.
123) Tozun nəmliyi onun hansı xüsusiyyətlərinə təsir edir?

A) Hissəciklərin formasına

B) Islanmaya

C) Xüsusi səthə

D) Səpilmə xassəsinə

E) Fraksiyalı tərkibə


Ədəbiyyat: И.А.Муравьев. Технология лекарств. М., Медицина, 1980.
124) Bunlardan hansılar boyayıcı antiseptiklərə aiddir?

A) Etakridin-laktat, tannin, akrixin

B) Anestezin, kalsium-laktat, asiklovir

C) Brilyant yaşılı, etakridin-laktat, metilen abısı

D) Natrium-xlorid, kalium-yodid, kseroform

E) Streptosid, rutin, furasilin


Ədəbiyyat: И.А.Муравьев. Технология лекарств. М., Медицина, 1980.
125) Triturasiyaların hazırlanması üçün hansı köməkçi maddədən istifadə olunur?

A) Nişastadan

B) Süd şəkərindən

C) Hər hansı bir maddədən

D) Selülozadan

E) Qlükozadan


Ədəbiyyat: И.А.Муравьев. Технология лекарств. М., Медицина, 1980.

126) Orqanizmdə zəhərlənmə törədən doza necə adlanır?

A) Letal doza

B) Toksiki doza

C) Dəstəkləyici doza

D) Minimal müalicəvi doza

E) Maksimal müalicəvi doza


Ədəbiyyat: И.А.Муравьев. Технология лекарств. М., Медицина, 1980.
127) Spirtin konsentrasiyası göstərilmədikdə onun hansı qatılığından istifadə olunmalıdır?

A) 96%


B) 70%

C) 60%


D) 90%

E) 95%
Ədəbiyyat: И.А.Муравьев. Технология лекарств. М., Медицина, 1980.


128) Dərman bitkilərindən dəmləmələr necə hazırlanır?

A) 15 dəq dəmlənir, 15dəq soyudulur

B) 15 dəq dəmlənir, 45 dəq soyudulur

C) 30 dəq dəmlənir, 10 dəq soyudulur

D) 10 dəq dəmlənir, 30 dəq soyudulur

E) 45 dəq dəmlənir, 15 dəq soyudulur


Ədəbiyyat: И.А.Муравьев. Технология лекарств. М., Медицина, 1980.
129) Dərman bitkilərindən bişirmələr necə hazırlanır?

A) 45 dəq dəmlənir, 15 dəq soyudulur

B) 15 dəq dəmlənir, 45 dəq soyudulur

C) 15 dəq dəmlənir, 15 dəq soyudulur

D) 10 dəq dəmlənir, 30 dəq soyudulur

E) 30dəq dəmlənir, 10 dəq soyudulur


Ədəbiyyat: И.А.Муравьев. Технология лекарств. М., Медицина, 1980.
130) Güclü təsirə malik dərman bitkilərindən dəmləmə və bişirmələr standartlaşdırılmış ekstraktlardan hansı nisbətdə hazırlanır?

A) 1:400


B) 1:20

C) 1:30


D) 1:5

E) 1:10
Ədəbiyyat: И.А.Муравьев. Технология лекарств. М., Медицина, 1980.


131) Bunlardan hansı termiki üsulla sterilizasiyaya aiddir?

A) Buxarla sterilizasiya

B) Qaz sterilizasiyası

C) Ultrabənövşəyi şua ilə sterilizasiya

D) Ultrasəs sterilizasiyası

E) Filtirləmə ilə sterilizasiya


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
132) Həlledici qeyd olunmadıqda inyeksiya və infuziyalar üçün məhlulların hazırlanmasında hansından istifadə olunur?

A) Təmizlənmiş su

B) Etil spirti

C) Polietilenoksid 400

D) İnyeksiya üçün su

E) Şaftalı yağı


Ədəbiyyat: И.А.Муравьев. Технология лекарственных форм. 2000.
133) Dərmanların terapevtik effektivliyinə təsir göstərən əczaçılıq amillərinin öyrənilməsi ilə məşğul olan elm hansıdır?

A) Əczaçılıq texnologiyası

B) Biotexnologiya

C) Biofarmasiya

D) Farmakologiya

E) Biokimya


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
134) Bunlardan hansı rəngləyici vasitələrə aiddir?

A) Fenobarbital

B) Kalium yodid

C) Analgin

D) Akrixin

E) Kseroform


Ədəbiyyat: И.А.Муравьев. Технология лекарственных форм. 2000.
135) İmodiumum təyinində neçə yaşa qədər uşaqlara məhdudiyyət qoyulur?

A) 2 yaşa qədər

B) 4 yaşa qədər

C) 3 yaşa qədər

D) 1 yaşa qədər

E) 5 yaşa qədər


Ədəbiyyat: И.А.Муравьев. Технология лекарственных форм. 2000.
136) Voltareni təyin edərkən neçə yaşa qədər uşaqlara məhdudiyyət qoyulur?

A) 12 yaşa qədər

B) 1 yaşa qədər

C) 6 yaşa qədər

D) 5 yaşa qədər

E) 10 yaşa qədər


Ədəbiyyat: И.А.Муравьев. Технология лекарственных форм. 2000.
137) Pirasetamın təyinində neçə yaşa qədər uşaqlara məhdudiyyət qoyulur?

A) 1 yaşa qədər

B) 5 yaşa qədər

C) 4 yaşa qədər

D) 8 yaşa qədər

E) 9 yaşa qədər


Ədəbiyyat: И.А.Муравьев. Технология лекарственных форм. 2000.
138) Qoxulu dərman vasitələrinə hansılar aiddir?

A) Fenol


B) Anestezin

C) Etakridin-laktat

D) Furasilin

E) Natrium-xlorid


Ədəbiyyat: И.А.Муравьев. Технология лекарственных форм. 2000.
139) Formaldehid məhlulu 5 – 10° C –də saxlanılmışdır və nəticədə çöküntü (paraform) əmələ gəlmişdir.Hansı texnoloji əməliyyatlarla paraformu məhlula keçirtmək olar?

A) Məhlul bir neçə gün otaq temperaturunda (18 – 20° C) saxlanılmalıdır

B) 5%-li ammonyak məhlulu əlavə olunub 18 -20° C temperatura qədər qızdırılmalıdır

C) 40 – 60° C temperatura qədər qızdırılmalıdır

D) Məhlul buxarlandırılmalıdır

E) Bir neçə damcı sulfat turşusu əlavə olunub 18 -20° C temperatura qədər qızdırılmalıdır


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası. I hissə, 1989, s. 222
140) Reseptdə formaldehid məhlulunun konsentrasiyası reseptdə göstərilmədikdə aptekdən onun hansı konsentrasiyalı məhlulu buraxılmalıdır?

A) 5%


B) 4%

C) 10%


D) 3%

E) 37%
Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası. I hissə, 1989, s. 222


141) Hansı dərman vasitəsini həll etmək üçün isti sudan istifadə etmək lazımdır?

A) Bor turşusu

B) Kalium-bromid

C) Natrium-hidrokarbonat

D) Novokain-hidroxlorid

E) Natrium-xlorid


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası. I hissə, 1989, s. 222
142) Spirtli məhlullar hansı qabda hazırlanır?

A) Bölücü qıfda

B) Ölçülü silindrdə

C) Buraxılan flakonda

D) Ölçülü kolbada

E) Perkolyatorda


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası. I hissə, 1989, s. 222
143) Furasilin məhlulu hansı konsentrasiyalarda hazırlanır?

A) 1:750


B) 1:1000

C) 1:500


D) 1:5000

E) 1:1500


Ədəbiyyat: В.М.Грецкий, В.С.Хоменок. Руководство к практическим занятиям по технологии лекарств., М., 1984, с. 152
144) Kollarqol hansı həlledicilərdə həll olur?

A) Qliserin

B) Qliserin - etil spirti ( 1: 1)

C) Su


D) Etil spirti – su (1:1)

E) Etil spirti


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989, s. 105
145) Reseptdə ammonyak məhlulunun konsentrasiyası göstərilməyib. Aptekdən ammonyakın hansı konsentrasiyalı məhlulu buraxılmalıdır?

A) 25%


B) 8,3%

C) 30%


D) 5%

E) 10%
Ədəbiyyat: И.А.Муравьев. Технология лекарственных форм. 2000.


146) Bu dərman bitki xammalarının hansılarından dəmləmə hazırlanmır?

A) Adaçayı yarpaqlarından

B) Pişikotu köklərindən

C) Nanə yarpaqlarından

D) Ayıqulağı yarpaqlarından

E) Şirquyruğu otundan


Ədəbiyyat: И.А.Муравьев. Технология лекарственных форм. 2000.
147) Dərman bitkilərindən sulu çıxarışlar hazırladıqda hansı əmsal istifadə olunur?

A) Həcmin artma əmsalı

B) Suudma əmsalı

C) Natrium-xloridə əsasən izotonik ekvivalent

D) Diffuziya əmsalı

E) Heç bir əmsal istifadə olunmur


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası. I hissə, 1989, s. 222
148) Aseptik blokun havası necə dezinfeksiya olunur?

A) Ultrasəslə

B) Menbranlı filtrasiyası ilə

C) Radiasiyalı sterilizasiyanın köməyilə

D) Ultrabənövşəyi şualarla

E) Qaz sterilizasiyası ilə


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
149) Hansı bitkidən 1:400 nisbətində dəmləmə hazırlanır?

A) Üskükotu

B) Gülxətmi kökü

C) Xoruzgülü otu

D) Pişikotunun kökü və kökümsovu

E) Ayıqulağı


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989.
150) Aptekdə inyeksiya uçun alınan suyun saxlanma müddəti nə qədərdir?

A) 10 gün

B) 3 gün

C) 5 gün


D) 48 saat

E) 24saat


Ədəbiyyat: И.А.Муравьев. Технология лекарственных форм. 2000.
151) Gülxətmi kökünün dəmləməsi hansı şəraitdə hazırlanır?

A) 120º C

B) 80º C

C) 60º C


D) 100º C

E) Otaq temperaturunda


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989.
152) İnyeksiya üçün sulu məhlulları necə sterilizə edirlər?

A) Buxarla

B) Soyutmaqla

C) Radiasiya ilə

D) Ultrasəs ilə

E) Filtirləmə ilə


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
153) Xlorofillipt preparatı hansı bitkidən alınır?

A) Zəncirotundan

B) Evkalipt yarpaqlarından

C) Dazıotundan

D) Gülxətmidən

E) Biyan köklərindən


Ədəbiyyat: И.А.Муравьев. Технология лекарственных форм. 2000.
154) Betakaroten (Karotolin) hansı dərman bitkisindən alınır?

A) Bağayarpağından

B) Solmazçiçəyindən

C) Dazıotundan

D) İtburnudan

E) Gülümbahardan (Kalenduladan)


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.

155) Pişikotu tinkturası hansı dərman formalarına aiddir?

A) Yumşaq

B) İnyeksiya

C) Bərk


D) Maye-qaz

E) Maye
Ədəbiyyat: И.А.Дамиров, Л.И.Прилипко, Д.З.Шукуров, Ю.Б.Керимов. Лекарственные растения Азербайджана , 1982, с. 76


156) Aşağıdakılardan hansı Qalen preparatlarına aiddir?

A) Prostaqlandin

B) Rutin

C) Nanə cövhəri

D) Kversetin

E) Silibor


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası. Bakı, Maarif, 1989
157) Silibor və Flamin hansı preparatlara aid edilir ?

A) Vaksin və zərdablar

B) Ferment preparatları

C) Yeni qalen preparatları

D) Qalen preparatları

E) Hormon preparatları


Ədəbiyyat: И.А.Муравьев. Технология лекарств. М., Медицина, 1980.
158) Maye ekstraktların istehsalında hansı ekstragent istifadə olunur?

A) Su


B) Piyli yağlar

C) Spirtli-sulu məhlullar

D) Efir yağları

E) Dietil efiri


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
159) Heksametilentetraaminin 40%-li inyeksiya məhlulu necə sterilizə olunur?

A) Pasterizasiya ilə

B) Fiziki üsulla

C) Tindalizasiya ilə

D) Sterilizə olunmur

E) Kimyəvi üsulla


Ədəbiyyat: Г.П.Грядунова, Л.М.Козлова, Т.П.Литвинова. Руководство к практическим занятиям по заводской технологии лекарственных форм. М.,»Медицина»,1986
160) Yenidoğulmuş uşaqlarda blennoreyanın profilaktikası üçün hansı məhluldan istifadə olunur?

A) 2%-li kollarqol məhlulundan

B) Natrium-xloridin izotonik məhlulundan

C) Qlükozanın hipertonik məhlulundan

D) 2%-li gümüş-nitrat məhlulundan

E) 30%-li sulfasil-natrium məhlulundan


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası. 1989, s. 222
161) Hansı preparat soyuducuda saxlanılmır?

A) Bakterial preparatlar

B) Zərdablar

C) Üzvi preparatlar

D) Peyvəndlər

E) Qalen preparatları


Ədəbiyyat: В.М.Грецкий, В.С.Хоменок. Руководство к практическим занятиям по технологии лекарств., М., 1984, с. 213
162) Biyan kökünün qatı ekstraktı hansı həlledici ilə hazırlanır?

A) Etil spirti ilə

B) Qaynar su ilə

C) Ammonyak məhlulu ilə

D) Təmizlənmiş su ilə

E) Xloroformla


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası. I hissə, 1989, s. 35
163) Xaricə istifadə üçün nəzərdə tutulmuş qliserinli Lyuqol məhlulunda yodun konsentrasiyası nə qədər olmalıdır?

A) 1%


B) 3%

C) 5%


D) 4,1%

E) 2,5%
Ədəbiyyat: В.М.Грецкий, В.С.Хоменок. Руководство к практическим занятиям по технологии лекарств., М., 1984, с. 100


164) Müxtəlif dərman formaları hazırlayarkən hansı maddənin yüksək hiqroskopikliyi nəzərə alınmalıdır?

A) Süd şəkərinin

B) Terpin hidratın

C) Kalium-permanqanatın

D) Kalsium-xloridin

E) Talkın


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası. I hissə, 1989, s. 222
165) Yodun sulu məhlulunu hazırlamaq üçün nə qədər kalium-yodid götürmək lazımdır?

A) Yodun miqdarından iki dəfə artıq

B) Yodun miqdarı qədər

C) Yodun miqdarından üç dəfə az

D) Yodun miqdarından iki dəfə az

E) Yodun miqdarından üç dəfə artıq


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası. I hissə, 1989, s. 222
166) Yodun sulu məhlullarını necə hazırlayırlar?

A) Yodu təmiz isti suda həll etməklə

B) Yodu kalium-yodid məhlulunda həll etməklə

C) Əvvəlcədən 96%-li spirtdə həll etməklə

D) Qələvi mühitdə soyuq suda həll etməklə

E) Təmiz soyuq suda həll etməklə


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası. I hissə, 1989, s. 222
167) Spirti su ilə qarışdırdıqda nə baş verir?

A) Həcm dəyişilmir

B) Güclü buxarlanma baş verir

C) Rəngli məhlul alınır

D) Həcmin azalması baş verir

E) Həcmin artması baş verir


Ədəbiyyat: И.А.Муравьев. Технология лекарственных форм. 2000.
168) Aşağıdakılardan hansı kolloid məhlul əmələ gətirir?

A) İxtiol

B) Kamfora, mentol, timol

C) Nişasta, pepsin, jelatinoza

D) Metilsellüloza, xanımotu ekstraktı, yod

E) Natrium-xlorid, askorbin turşusu, pepsin


Ədəbiyyat: И.А.Муравьев. Технология лекарственных форм. 2000.
169) Bunlardan hansılar hidrofil dərman vasitələrinə aid deyildir?

A) Maqnezium- oksid

B) Sink- oksid

C) Timol


D) Kalium- yodid

E) Natrium- xlorid


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989, s. 92
170) Bunlardan hansılar hidrofob dərman vasitələrinə aid deyildir?

A) Kalium-yodid

B) Kafur (kamfora)

C) Timol


D) Talk

E) Mentol


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989, s. 92
171) Hansı dərman maddələri hidrofob xassəyə malikdir?

A) Sink- oksid

B) Polietilen qlikol

C) Kafur və mentol

D) Metilsellüloza

E) Natrium-salisilat


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989, s. 92
172) İnyeksiya məhlullarını sterilizə etmək üçün aşağıdaki üsullardan hansını istifadə etmək olmaz?

A) Membranlı filtrləmə

B) Ultrafiltrasiya

C) Kimyəvi sterilizasiya

D) Ultrasəslə sterilizasiya

E) Termiki sterilizasiya


Ədəbiyyat: Г.П.Грядунова, Л.М.Козлова, Т.П.Литвинова. Руководство к практическим занятиям по заводской технологии лекарственных форм. М,, Медицина, 1986, с. 56
173) Pastaların tərkibində bərk dərman maddələrinin miqdarı nə qədər olmalıdır?

A) 20%


B) 22%

C) 25%-65%

D) 10%

E) 5%
Ədəbiyyat: Г.П.Грядунова, Л.М.Козлова, Т.П.Литвинова. Руководство к практическим занятиям по заводской технологии лекарственных форм. М.,»Медицина»,1986


174) Lyuqol məhlulunun (qliserinlə) hazırlanması zamanı hansı inqrediyentlərdən istifadə olunur?

A) Yod 1 q, qliserin 90 q, su 9 q

B) Yod 2 q, kalium- yodid 0, 5 q, qliserin 90 q, su 7 ,5 q

C) Yod 1 q, kalium- yodid 2 q, qliserin 94 q, su 3 q

D) Yod 1 q, kalium - yodid 2 q, su 97 q

E) Yod 0, 5 q, qliserin 94 q, təmizlənmiş su 5, 5 q


Ədəbiyyat: В.М.Грецкий, В.С.Хоменок. Руководство к практическим занятиям по технологии лекарств., М., 1984.

175) Pankreatin preparatı hansı mənbədən alınır?

A) Timus vəzindən

B) Böyrəküstü vəzinin qabıq maddəsindən

C) Qara ciyərdən

D) Hipofiz vəzinin ön payından

E) Mədəaltı vəzidən


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989, s. 268
176) Tabletlərin hansı mənfi xüsusiyyətləri var?

A) Təyinatından asılı olaraq (məs., mədə şirəsinin təsirinə davamlı tabletlər) örtüklü tablet şəklində buraxıla bilirlər

B) Bayılmış xəstələrə təyin etmək mümkün deyil

C) Dəqiq dozalana bilirlər

D) Portativ (yığcam) olurlar

E) Lokal təsirə malikdir


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989, s. 187

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə