Əczaçılıq (ali) Səhiyyə təşkilinin əsasları. 1) Təsərrüfat uçotunun hansı növləri mövcuddur?


) Hansı qrup xəstələr dərman vasitələrini öz hesabına əldə etməlidir?



Yüklə 1,59 Mb.
səhifə2/16
tarix11.06.2018
ölçüsü1,59 Mb.
#53366
1   2   3   4   5   6   7   8   9   ...   16

52) Hansı qrup xəstələr dərman vasitələrini öz hesabına əldə etməlidir?

A) İstehsalatda çalışanlar

B) Tibb işçiləri

C) Müəllimlər

D) Əməkdar elm xadimləri

E) Bütün qruplar


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. B., 2002
53) Aşağıda göstərilən xəstələrdən hansılar dərman vasitələrini pulsuz ala bilər?

A) İstehsalat zədəsi almış vətəndaşlar

B) Ambulator xəstələr

C) Ağır avtomobil qəzasına düşmüş vətəndaşlar

D) Çernobıl qəzası zamanı şualanaraq əlil olan vətəndaşlar

E) Aparıcı mütəxəssislər


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. B., 2002
54) Hansı qrup xəstələr dərman vasitələrini pulsuz ala bilər?

A) Heç biri

B) Yoluxucu xəstəliklərdən əziyyət çəkənlər

C) Yataq xəstələri

D) Bütün xəstələr

E) Əmək veteranları


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. B., 2002
55) Ticarət əlavəsi məbləğinin tərkibinə hansı göstəricilər daхildir?

A) Heç biri

B) Reseptura

C) Gəlir və tədavül xərcləri

D) Rentabellik

E) Ticarət хərcləri


Ədəbiyyat: Багирова В.Л. Управление и экономика фармации.// под ред. Проф. В.Л.Багировой. М., 2004, с. 390

56) Psixotrop dərman preparatlarına aid yazılmış reseptlər neçə gün müddətinə etibarlıdır?

A) 10 gün

B) 3 ay

C) 1 ay


D) 2 ay

E) 15 gün


Ədəbiyyat: “Narkotik vasitələrin, psixotrop maddələrin saxlanılması, alınması, satılması, əldə edilməsi, bölüşdürülməsi, buraxılması, daşınması, göndərilməsi, onlardan istifadə edilməsi, habelə narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə dair sənədlərin tərtib edilməsi, saxlanılması və onların dövriyyəsi ilə əlaqədar qanunvericilikdə nəzərdə tutlmuş digər əməliyyatların həyata keçirilməsi Qaydası” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 57 №-li qərarı.
57) Tibbi aparatlar nə üçün istifadə olunur?

A) İnsan orqanizminin ayrı-ayrı orqanlarının funksional göstəricilərini təyin etmək üçün

B) İnsan orqanizminin, orqanizmin sistemlərinin və orqanların funksiyasının korreksiyası və yaxud da əvəz etmək üçün

C) Orqanizmdə baş verən fizioloji proseslərə təsir göstərərək onları normallaşdırmaq üçün

D) Arterial təzyiqi, qanda şəkərin və kaliumun səviyyəsini ölçmək üçün

E) Tibb işçisi və xəstə üçün diaqnostik müalicəvi-profilaktik tədbirlərin həyata keçirilməsi üçün lazım olan şəraiti yaratmaq üçün


Ədəbiyyat: С.З.Умаров и др. Медицинское и фармацевтической товароведение м., ГЭОТАР-Мед, 2004, с. 56
58) Retinoskop nə üçün istifadə olunur?

A) Gözdaxili təzyiqi ölçmək üçün

B) Buynuz astiqmatizminin müəyyən etmək üçün

C) Gözün torlu qişasının müayinəsi üçün

D) Gözün buynuz qaşasının tədqiqi üçün

E) Göz dibinin tədqiqi üçün


Ədəbiyyat: С.З.Умаров и др. Медицинское и фармацевтической товароведение м., ГЭОТАР-Мед, 2004,
59) Keratoskop nə üçün istifadə olunur?

A) Buynuz astiqmatizminin ölçülməsi üçün

B) Gözün buynuz qişasını müayinə etmək üçün

C) Gözdaxili təzyiqi ölçmək üçün

D) Gözün torlu qişasının tədqiqi üçün

E) Göz dibinin tədqiqi üçün


Ədəbiyyat: С.З.Умаров и др. Медицинское и фармацевтической товароведение м., ГЭОТАР-Мед, 2004, с. 43
60) Tikiş materialı hansı tələblərə cavab verməməlidir?

A) Tikiş materialı davamlı olmalıdır

B) Tikiş materialı hiqroskopik olmalıdır

C) Tikiş materialının səthi hamar olmalıdır

D) Tikiş materialı orqan və toxumalara qarşı bioinert olmalıdır

E) Tikiş materialı sterilizasiyaya dözümlü olmalıdır


Ədəbiyyat: С.З.Умаров и др. Медицинское и фармацевтической товароведение М., ГЭОТАР-Мед, 2004, с. 15
61) Hansı variant aptekin ticarət - maliyyə fəaliyyətini göstərir?

A) Sadalananların heç biri

B) Mühasibat balansı

C) Sadalananların hamısı

D) Mal dövriyyəsi, ticarət əlavəsi, tədavül xərcləri

E) Tədavül хərcləri


Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti, II hissə B, 2004.
62) Verilmiş variantlardan bazar iqtisadiyyatına хas olan əsas prinsiplər hansılardır?

A) Yalnız özünü tənzimləmə

B) Fəaliyyət növünün seçimində sərbəstlik və özünü tənzimləmə

C) Təklifin öyrənilməsi

D) Sərbəst qiymət yaranma

E) Sorğunun analizi


Ədəbiyyat: Багирова В.Л. Управление и экономика фармации.// под ред. Проф. В.Л.Багировой. М., 2004, с. 390
63) Rezin məmulatlarının sterilizasiyası hansı üsullarla aparılır?

A) Bütün qeyd olunan üsulların hamısı ilə

B) Avtoklavlaşdırma yolu ilə

C) Suda qaynatmaqla

D) Qeyd olunanlardan heç biri

E) Kimyəvi sterilizasiya yolu ilə


Ədəbiyyat: С.З.Умаров и др. Медицинское и фармацевтической товароведение М., ГЭОТАР-Мед, 2004, с. 76
64) Aşağıdakılardan hansı müalicə-profilaktika müəssisələrinin aptek şöbəsində dərman ehtiyatını düzgün xarakterizə edir?

A) Narkotik dərman vasitələrinin ehtiyatı - 3 həftəlik tələbatdan, digər dərmanların ehtiyatı isə - 3 aylıq tələbatdan yuxarı olmamalıdır

B) Narkotik dərman vasitələrinin ehtiyatı – 15 günlük tələbatdan, digər dərmanların ehtiyatı isə - 3 aylıq tələbatdan yuxarı olmamalıdır

C) Narkotik dərman vasitələrinin ehtiyatı – 1aylıq tələbatdan, digər dərmanların ehtiyatı isə - 2 aylıq tələbatdan çox olmamalıdır

D) Narkotik dərman vasitələrinin ehtiyatı – 7 günlük tələbatdan, digər dərmanların ehtiyatı isə - 3 aylıq tələbatdan yuxarı olmamalıdır

E) Narkotik dərman vasitələrinin ehtiyatı - 10 həftəlik tələbadan, digər dərmanların ehtiyatı isə - 3 aylıq tələbatdan yuxarı olmamalıdır


Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, E.A. Quliyeva, Əczaçılığın menecmenti, I hissə B, 2002.
65) Reseptlərin əczaçılıq ekspertizasının mərhələlərindən biri hansıdır?

A) Statistik uçotun aparılması

B) Mühasibat uçotunun aparılması

C) Aptek tərəfindən uçotun həyata keçirilməsi

D) Reseptin uyğun resept nüsxəsində (blankda) yazılmasını, əsas və əlavə rekvizitlərin olmasını və yazılma qaydalarına riayət olunmasını təmin etmək

E) Aptek tərəfindən malların alınmasının təmin olunması


Ədəbiyyat: И.В.Лоскутова, Е.Е.Лоскутова, Е.А.Максимкина. Организация и экономика фармации. Учебник. М., Изд.центр «Академия», 2004
66) Reseptin əczaçılıq ekspertizasında əsas vəzifələrdən biri aşağıdakılardan hansıdır?

A) Mühasibin işinə nəzarət

B) Aptek işçilərinin ixtisasartırılmalarının həyata keçirilməsi

C) Aptekdə hazırlanmış dərmanların analizinin aparılması

D) Dərman preparatlarının uçotunun aparılması

E) Resept yazmaq hüququna malik şəxsin aşkar edilməsi


Ədəbiyyat: И.В.Лоскутова, Е.Е.Лоскутова, Е.А.Максимкина. Организация и экономика фармации. Учебник. М., Изд.центр «Академия», 2004

67) Aşağıdakılardan hansı reseptin düzgün tərifidir?

A) Resept həkimin dərman vasitəsinin hazırlanması və buraxılması barədə əczaçıya yazılı müraciətidir

B) Pasiyentin həkimə dərmanla bağlı yazılı müraciətidir

C) Əczaçının həkimə dərmanla əlaqədər yazılı müraciətidir

D) Dərman vasitələrinin hazırlanması və buraxılması barədə yazılı müqavilədir

E) Dərman vasitələrinin hazırlanması barədə yazılı göstərişdir


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. B., 2002
68) Hansı rekvizitin resept blankında olması vacib deyil?

A) Müalicə həkiminin imzası

B) Müalicə həkiminin inisialı

C) Müalicə həkiminin telefon nömrəsi

D) Tarix (ay, gün, il)

E) Xəstənin inisialı


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. B., 2002
69) Aşağıdakı məlumatlardan hansı aptek müəssisəsinin lövhəsi üzərində yerləşdirilmir?

A) Aptekin adı

B) Aptekin emblemi

C) Aptekin təşkilatı-hüquqi statusu

D) Aptekin iş rejimi

E) Aptekin nömrəsi


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. B., 2002
70) Ambulator pasiyentlərə hansı dərman vasitəsinin verilməsi qadağandır?

A) Trioksazon

B) Bisillin – 5

C) Ampisillin

D) Tetrasiklin-hidroxlorid

E) Narkoz üçün efir


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. B., 2002
71) Aşağıdakı dərman vasitələrindən hansının miqdari hesabatı aparılmalıdır?

A) Baktrim

B) Efedrin-hidroxlorid – tabletlər

C) Fenilsalisilat

D) İzoniazid

E) Emetin-hidroxlorid


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. B., 2002
72) Hansı dərman vasitəsinin mədaxil və məxaricinin hesabatı aparılmalıdır?

A) Doksisiklin-hidroxlorid

B) Fenilsalisilat

C) Sefaleksin

D) Metasiklin-hidroxlorid

E) Atropin-sulfat – toz


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. B., 2002
73) Hansı dərman maddəsinin mədaxil və məxaricinin hesabatı aparılmalıdır?

A) Morfi-hidroxlorid

B) Azafen

C) Kofein-natrium benzoat

D) Bromkamfora

E) Sitramon


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. B., 2002
74) Hansı dərman vasitəsinin mədaxil və məxaricinin hesabatı aparılmalıdır?

A) Besalol

B) Pantoqam

C) Abomin

D) Promedol

E) Qlüferal


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. B., 2002
75) Hansı ağrıkəsici dərman vasitəsinin mədaxil və məxaricinin hesabatı aparılmalı-dır?

A) Bisakodil

B) Ampisillin hidrat

C) Omnopon

D) Biseptol

E) Bromheksin


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. B., 2002
76) Hansı dərman vasitəsinin mədaxil və məxaricinin hesabatının aparılması vacib deyil?

A) Pentalgin

B) Efedrin-hidroxlorid

C) Dionin

D) Omnopon

E) Morfi-hidroxlorid


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. B., 2002
77) Ştrix-kod dərman maddələri haqqında hansı informasiyanı daşımır?

A) İstehsalçı müəssisə

B) Dərman vasitələrinin qiyməti

C) Aptek təşkilatının adı

D) İstehsalçı ölkə

E) Dərman vasitəsinin adı


Ədəbiyyat: С.З.Умаров, И.А.Наркевич и др. Медицинское и фармацевтическое товароведение. М., ГЭОТАР-МЕД, 2004
78) Həkim resepti üzrə aptek müəssisələrində hazırlanan dərman vasitələrinin dövlət qeydiyyatının müddəti nə qədərdir?

A) 7 il


B) 3 il

C) Bu qrup dərman vasitələrinin dövlət qeydiyyatı aparılmır

D) 5 il

E) 2 il
Ədəbiyyat: Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” qanun 06.02.2007


79) Dövlət farmakopeyası nədir?

A) Farmakopeya və müvəqqəti farmakopeya məqalələrinin məcmusu

B) Müvəqqəti farmakopeya məqalələrinin məcmusu

C) Standartlar məcmusu

D) Özündə farmakopeya məqalələrini birləşdirən standartlar sistemi

E) İçərisində yazılı şəkildə hüquqi əhəmiyyətli informasiya olan sənəd


Ədəbiyyat: Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” qanun 06.02.2007
80) Əczaçılıq sahəsindəki hansı məsələlər beynəlxalq GCP standartları ilə tənzimlənir?

A) Əczaçılıq sahəsində marketinq tədqiqatlarının aparılması

B) Dərman vasitələrinin kliniki sınaqdan keçirilməsi

C) Dərman vasitələrinin keyfiyyəti üzrə laborator tədqiqatların aparılması

D) Dərman vasitələrinin istehsalı

E) Əmtəəşünaslıq analizinin aparılması


Ədəbiyyat: В.А.Усенко и др. Лицензирование в Европейском Союзе : фармацевтический сектор. К., МОРИОН Лтд, 1998.
81) Əczaçılıq sahəsindəki hansı məsələlər beynəlxalq GMP standartları ilə tənzimlənir?

A) Dərman vasitələrinin kliniki sınaqdan keçirilməsi

B) Əmtəəşünaslıq analizinin aparılması

C) Əczaçılıq sahəsində marketinq tədqiqatlarının aparılması

D) Dərman vasitələrinin keyfiyyəti üzrə laborator tədqiqatların aparılması

E) Dərman vasitələrinin istehsalı


Ədəbiyyat: В.А.Усенко и др. Лицензирование в Европейском Союзе : фармацевтический сектор. К., МОРИОН Лтд, 1998.
82) Rezin məmulatlar hansı qaydada saxlanılmalıdır?

A) +15 - +25 C temperaturda, havalı, açıq, geniş yerdə saxlanılmalıdır

B) Otaq temperaturunda açıq yerdə saxlanılmalıdır

C) +10 - +20° C temperaturda, quru, havalı, lazımi avadanlıqla təchiz olunan yerdə saxlanılmalıdır

D) 0 - +10° C temperaturda, qaranlıq, kip bağlanan yerdə saxlanılmalıdır

E) 0 - +20° C temperaturda, yarımqaranlıq, quru, kip bağlı, lazımi avadanlıqla təchiz olunan yerdə saxlanılmalıdır


Ədəbiyyat: С.З.Умаров и др. Медицинское и фармацевтической товароведение м., ГЭОТАР-Мед, 2004, с. 10
83) Dərman vasitələrinin Analitik-Ekspertiza Mərkəzinin vəzifə və funksiyalarına nə daxildir?

A) Dərman vasitələrinin idxalına xüsusi razılığın (lisenziyanın) verilməsi

B) Əczaçılıq fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi və ləğv edilməsi

C) Bioloji-aktiv əlavələrin (BAƏ) idxalı və satışı üçün icazənin verilməsi

D) Keyfiyyət, təhlükəsizlik və effektivlik göstəricilərinə əsaslanaraq dərman vasitələrinə sertifikatın (lisenziyanın) verilməsi, dəyişdirilməsi və ləğv edilməsi

E) Dərman vasitələrinin və digər əczaçılıq məhsullarının istehsalı üçün xüsusi razılığın (lisenziyanın) verilməsi və ləğv edilməsi


Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, E.A. Quliyeva, Əczaçılığın menecmenti, ı hissə B, 2002, 67
84) Dərman vasitələrinin xarici görünüşünə görə keyfiyyəti şübhə yaradırsa, onların yoxlanılması üçün hara göndərilir?

A) Xarici analitik laboratoriyaya

B) Əczaçılıq idarasinə

C) Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinə (DVAEM )

D) Aptekin kimyaçı- analitikinə

E) Biokimyəvi laboratoriyaya


Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, E.A. Quliyeva, Əczaçılığın menecmenti, I hissə B, 2002, 67
85) Əhalidən alınan dərman bitki xammalı necə yoxlanılır?

A) Tərkibindəki duza görə

B) İstifadə qaydasına görə

C) Sanitar normaya görə

D) Fizioloji vasitələrə görə

E) Eyniliyə görə


Ədəbiyyat: Фармакогнозия ( Учебное пособие ) / Под редакцией Г.П.Яковлева/. С-П. 2006.
86) Dərman bitki xammalının qeydiyyata alınması hansı təşkilat tərəfindən aparılır?

A) Dərman Vasitələri Analitik Ekspertiza Mərkəzi tərəfindən

B) Dövlət Standartlaşma, Metrologiya və Patent Agentliyi tərəfindən

C) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən

D) İnnovasiya və Təchizat Mərkəzi tərəfindən

E) Sanitariya – Karantin Müfəttişliyi tərəfindən


Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, E.A. Quliyeva, Əczaçılığın menecmenti, I hissə B, 2002, 67
87) Aşağıdakılardan hansı Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin funksiyalarına daxildir?

A) Ölkəyə gətirilən və ölkədə istehsal olunan dərman maddələrinin keyfiyyətinə dövlət nəzarəti

B) Müalicə profilaktika müəssisələrində dərman vasitələrinə nəzarət edilməsi

C) Apteki əczaçılıq malları ilə təmin edilməsi

D) Aptekdə hazırlanan dərman vasitələrinin yoxlanması

E) Apteklərə xüsusi icazənin verilməsi ( lisenziya )


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. B., 2002
88) Hansı məhlul aptekdən buraxılmır?

A) Bor turşusu məhlulu

B) Salisil turşusu məhlulu

C) Furasilin məhlulu

D) Kalsium-xlorid məhlulu

E) Kalium-permanqanat məhlulu


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. B., 2002
89) Zəli harada saxlanmalıdır?

A) Distillə olunmuş suda

B) İşıqlı yerdə

C) Xüsusi seyflərdə

D) İri metallik qablarda

E) Təmiz suda


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. B., 2002
90) Aptek anbarının əsas şöbələri hansıdır?

A) İstehsalat, nəqliyyat, saxlanma, təsərrüfat və ekspedisiya şöbələri

B) Qəbul, istehsalat, iqtisadi və təsərrüfat şöbələri

C) İstehsalat, nəqliyyat, saxlanma, ekspedisiya və iqtisadi şöbələri

D) Qəbul, istehsalat, ekspedisiya, iqtisadi və təsərrüfat şöbələri

E) Qəbul, istehsalat, nəqliyyat, saxlanma və ekspedisiya şöbələri


Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, E.A. Quliyeva, Əczaçılığın menecmenti, İ hissə B, 2002, s. 75
91) Aptek anbarından malların buraxılması hansı sənədlərə əsasən həyata keçirilir?

A) Etibarnaməyə və fakturaya əsasən

B) Tibb müəssisələri və digər alıcılardan alınan tələbnamələrə əsasən

C) Qaimə - fakturaya əsasən

D) Qəbz-tələbnaməyə əsasən

E) Faktura uçotuna və müqaviləyə əsasən


Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, E.A. Quliyeva, Əczaçılığın menecmenti, İ hissə B, 2002, s. 75
92) Anatoksinlər və vaksinlər üçün hansı optimal temperatur rejimi vacibdir?

A) +3 - +10° C

B) 0 - +5° C

C) +10 - +12° C

D) +15 - +25° C

E) -2 - +3° C


Ədəbiyyat: Ş.A.Cabbarova, N.Ə.Əzizzadə Aptek təşkilatlarında aptek çeşidi mallarının saxlanılmasının təşkili, metodiki vəsait, Bakı, 2004
93) Aptek müəssisələrində hansı göstəriciyə instrumental nəzarət mütləq həyata keçirilməlidir?

A) İşığın intensivliyinə

B) Səs tezliyinə

C) Havada olan qazların miqdarına

D) Ventilyasiyaya

E) Havanın temperaturuna


Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, E.A. Quliyeva, Əczaçılığın menecmenti, I hissə B, 2002, 67
94) Rezin məmulatlarının saxlanması zamanı havanın nisbi rütubəti necə olmalıdır?

A) 65% və daha çox

B) 50%

C) 60%


D) 30%-qədər

E) 40%
Ədəbiyyat: Ş.A.Cabbarova, N.Ə.Əzizzadə Aptek təşkilatlarında aptek çeşidi mallarının saxlanılmasının təşkili, metodiki vəsait, Bakı, 2004


95) Saxlanma üsuluna görə brilyant yaşılı hansı əczaçılıq əmtəə qrupuna aiddir?

A) Qoxulu dərman vasitələrinə

B) Boyayıcı dərman vasitələrinə

C) İşıqdan qorunan dərman vasitələrinə

D) Hiqroskopik dərman vasitələrinə

E) Partlayıcı dərman vasitələrinə


Ədəbiyyat: Ş.A.Cabarova, N.Ə.Əzizzadə. Aptek təşkilatlarında aptek çeşidi mallarının saxlanmasının təşkili. B., 2004, s. 45
96) Saxlanma üsuluna görə gümüş-nitrat hansı əczaçılıq əmtəə qrupuna aiddir?

A) Partlayıcı dərman vasitələrinə

B) İşıqdan qorunan dərman vasitələrinə

C) Hiqroskopik dərman vasitələrinə

D) Boyayıcı dərman vasitələrinə

E) Qoxulu dərman vasitələrinə


Ədəbiyyat: Ş.A.Cabarova, N.Ə.Əzizzadə. Aptek təşkilatlarında aptek çeşidi mallarının saxlanmasının təşkili. B., 2004, s. 30
97) Saxlanma üsuluna görə qətran hansı əczaçılıq əmtəə qrupuna aiddir?

A) Partlayıcı dərman vasitələrinə

B) Hiqroskopik dərman vasitələrinə

C) İşıqdan qorunan dərman vasitələrinə

D) Boyayıcı dərman vasitələrinə

E) Qoxulu dərman vasitələrinə


Ədəbiyyat: Ş.A.Cabarova, N.Ə.Əzizzadə. Aptek təşkilatlarında aptek çeşidi mallarının saxlanmasının təşkili. B., 2004, s. 45
98) Saxlanma üsuluna görə xardal yaxması hansı əczaçılıq əmtəə qrupuna aiddir?

A) İşıqdan qorunan dərman vasitələrinə

B) Partlayıcı dərman vasitələrinə

C) Qoxulu dərman vasitələrinə

D) Boyayıcı dərman vasitələrinə

E) Suyu hopduran dərman vasitələrinə


Ədəbiyyat: Ş.A.Cabarova, N.Ə.Əzizzadə. Aptek təşkilatlarında aptek çeşidi mallarının saxlanmasının təşkili. B., 2004, s. 33
99) Aşağıda qeyd olunan dərman vasitələrindən hansılar oda təhlükəli və partlayıcıdır?

A) Gümüş- nitrat

B) Kalium-permanqanat

C) Bittner balzamı

D) Çaytikanı yağı

E) Hidrogen- peroksid


Ədəbiyyat: Ş.A.Cabarova, N.Ə.Əzizzadə. Aptek təşkilatlarında aptek çeşidi mallarının saxlanmasının təşkili. B., 2004, s. 32

100) İstehsalat avadanlığının, istehsal şəraitinin, texnoloji proseslərin və digər hansı proseslərin məcmusu validasiya terminininə daxildir?

A) İlkin xammalın, hazır məhsulun keyfiyyətinin qiymətləndirilməsidir

B) İkin xammalın, hazır məhsulun standartlaşdırılmasıdır

C) İkin xammalın, hazır məhsulun keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərdir

D) İlkin xammalın, hazır məhsulun keyfiyyətinin mövcud reqlamentlərə və ya NTS-ə uyğunluğunun sənədləşdirilmiş təsdiqidir

E) Hazır məhsulun keyfiyyətinin yoxlanılmasıdır


Ədəbiyyat: В.А.Усенко и др. Лицензирование в Европейском Союзе : фармацевтический сектор. К., МОРИОН Лтд, 1998.
101) Dərman vasitələrinin keyfiyyətini, qablaşdırılmasını, saxlanma şəraiti və müddətini, habelə keyfiyyətinə nəzarət üzrə tələblərini müəyyənləşdirən sənəd hansıdır?

A) Təlimat

B) Farmakopeya məqaləsi

C) Pasport

D) Sertifikat

E) Qeydiyyat jurnalı


Ədəbiyyat: Государственная Фармакопея
102) Çeşid genişliyi nədir?

A) Assortiment yarımqruplarında əmtəə vahidlərinin sayı

B) Əmtəə növünün miqdarı

C) Yenilik əmsalı

D) Bir əmtəə adında assortiment pozisiyasının miqdarı

E) Dərman vasitələrinin mədaxil-məxaric


Ədəbiyyat: M.N.Vəliyeva, E.A.Quliyeva və b. Aptek müəssisələrində əmtəə siyasəti. B., 2003, s. 1-25
103) Çeşid dərinliyi dedikdə nə başa düşülür?

A) Assortiment qruplarının ( yarımqrupu, növ ) miqdarı

B) Konkret növ malın vahidlərinin miqdarı

C) Dövlət qeydiyyatı keçmiş malların miqdarı

D) Müxtəlif assortiment qruplarının mallarının yaxınlıq dərəcəsi

E) Assortiment qrupu hüdudları daxilində mal vahidlərinin miqdarı


Ədəbiyyat: M.N.Vəliyeva, E.A.Quliyeva və b. Aptek müəssisələrində əmtəə siyasəti. B., 2003, s. 1-25
104) Dərman vasitələrinin müvafiq keyfiyyət standartlarının tələblərinə uyğunluğunu təsdiq edən sənəd hansıdır?

A) Pasport

B) Standart

C) Keyfiyyət sertifikatı

D) Təlimat

E) Farmakopeya məqaləsi


Ədəbiyyat: Vəliyeva M.N., Cabbarova Ş.A., Quliyeva E.A. Əczaçılığın menecmenti. I hissə, 2002.

105) “Dərman vasitələrinin təhlükəsizliyi” terminini ətraflı izah edən xarakteristika hansıdır?

A) Dərman vasitələrinin xəstəliyin müalicəsinə müsbət təsirinin dərəcəsinin göstəricisi

B) Dərman vasitəsinin yüksək keyfiyyəti

C) Dərman vasitələrinin səmərəliliyinin müqayisəli təhlilinə və sağlamlığa zərər vura bilmə ehtimalının qiymətləndirilməsinə əsaslanan göstəricisi

D) Dərman vasitələrinin beynəlxalq standartların tələblərinə uyğunluğu

E) Dərman vasitələrinin dövlət standartlarının tələblərinə uyğunluğu


Ədəbiyyat: M.N.Vəliyeva, E.A.Quliyeva və b. Aptek müəssisələrində əmtəə siyasəti. B., 2003, s. 1-25
106) “Dərman vasitələrinin səmərəliliyi” terminini ətraflı izah edən xarakteristikası hansıdır?

A) Dərman vasitələrinin xəstəliyin müalicəsinə müsbət təsirinin dərəcəsinin göstəricisi

B) Dərman vasitələrinin dövlət standartlarının tələblərinə uyğunluğu

C) Dərman vasitələrinin keyfiyyətinin müqayisəli təhlilinə və sağlamlığa zərər vura bilmə ehtimalının qiymətləndirilməsinə əsaslanan göstəricisi

D) Dərman vasitələrinin beynəlxalq standartlarının tələblərinə uyğunluğu

E) Dərman vasitələrinin keyfiyyət və kəmiyyət göstəricilərinin yüksək olması


Ədəbiyyat: Vəliyeva M.N., Cabbarova Ş.A., Quliyeva E.A. Əczaçılığın menecmenti. I hissə, 2002.
Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin