853) Xinidin-sulfat antiaritmik maddələrin hansı qrupuna aiddir?
A) Natrium kanallarının blokatorları
B) Kalsium kanallarının blokatorları
C) Kardioselektiv adrenoblokatorlar
D) Kalium kanallarının blokatorları
E) Qeyri-selektiv beta-adrenoblokatorlar
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
854) Verapamil antiaritmik maddələrin hansı qrupuna aiddir?
A) Kalsium kanallarının blokatorları
B) Kalium kanallarının blokatorları
C) Kardioselektiv adrenoblokatorlar
D) Qeyri-selektiv beta-adrenoblokatorlar
E) Natrium kanallarının blokatorları
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
855) Atrioventrikulyar blokadanı aradan qaldırmaq üçün hansı qrup maddələrdən istifadə olunur?
A) M-xolinoblokatorlardan (Atropin-sulfat), adrenomimetik maddələrdən (Efedrin, İzoprenalin)
B) Kalsiumkanallarının blokatorlarından
C) Antiaritmik maddələrdən
D) Natrium kanallarının blokatorlarından
E) Ürək qlikozidlərindən
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Nurlan”.2005
856) Bendazol hansı preparatın beynəlxalq patentləşdirilməmiş adıdır?
A) Perindoprilin
B) Papaverinin
C) Sizapridin
D) Tinidazolun
E) Dibazolun
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
857) Kontrikalın beynəlxalq patentləşdirilməmiş adı nədir?
A) Pantripin
B) Aprotinin
C) Trasilol
D) Qordoks
E) Kreon
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
858) Espumizanın beynəlxalq patentləşdirilməmiş adı nədir?
A) Simetikon
B) Loperamid
C) Vazolvan
D) Asetilsistein
E) Dimetikon
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
859) Hansı maddə qazqoyucu maddələr qrupuna aiddir?
A) Salbutamol
B) Simetikon (espumizan)
C) Senadeksin
D) Fenolftalein
E) Troksevazin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
860) İshal (diareya) zamanı istifadə olunan maddə hansıdır?
A) Loperamid (İmodium)
B) Maqnezium-sulfat
C) Senade
D) Furosemid
E) Urosulfan
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
861) Doğuşdan sonrakı uşaqlıq qanaxmalarını dayandırmaq üçün hansı preparatlardan istifadə olunur?
A) Dəmir preparatları (ferkoven, ferrum-lek və s.)
B) Antiaqreqantlar (klopidoqrel və s.)
C) Fibrinolitiklər (streptokinaza və s.)
D) Antikoaqulyantlar (heparin və s.)
E) Çovdar mahmızının preparatları (erqotal, erqometrin-maleat və s.)
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
862) Hipofizin arxa payının hormon preparatları hansılardır?
A) İntermedin, sermorelin
B) Tireoidin, tiamazol
C) Kortikotropin, somatropin
D) Tiroksin, triyodtironin
E) Oksitosin, vazopressin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
863) İnsulin preparatları hansı aktivlikdə buraxılır?
A) 40 TV/ml və 60 TV/ml
B) 60 TV/ml və 100 TV/ml
C) 40 TV/ml və 100 TV/ml
D) 20 TV/ml və 40 TV/ml
E) 20 TV/ml, 40 TV/ml və 100 TV/ml
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
864) Sintetik hipoqlikemik preparatlar hansı dərman formaları şəklində buraxılır?
A) Ancaq venadaxili inyeksiya dərman forması şəklində
B) Tablet və venadaxili inyeksiya dərman formaları şəklində
C) Tablet və əzələdaxili inyeksiya dərman formaları şəklində
D) Ancaq tablet şəklində
E) Əzələdaxili və venadaxili inyeksiya dərman formaları şəklində
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
865) Sulfanilkarbamid törəmələrinin hipoqlikemik təsir mexanizmi nəyə əsaslanır?
A) Qlükozanı kimyəvi cəhətdən neytrallaşdırırlar
B) Qlükaqon ifraz edən alfa-hüceyrələri stimullaşdırırlar
C) İnsulin ifraz edən beta-hüceyrələrin fəaliyyətini tormozlayırlar
D) Qlükaqon ifraz edən alfa-hüceyrələri blokadaya alırlar.
E) İnsulin ifraz edən beta-hüceyrələri stimullaşdırırlar
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil"-2014
866) Addison xəstəliyinin (tunc xəstəliyi) müalicəsi üçün hansı preparatlardan istifadə olunur?
A) Dezoksikorton (dezoksikortikosteron), fludrokortizon-asetat
B) Metilprednizolon, deksametazon
C) Triamsinolon, metilprednizolon
D) Betametazon, prednizolon
E) Hidrokortizon, prednizolon
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
867) Dezoksikortikosteron hansı qrup dərman preparatlarına aiddir?
A) Qeyri-narkotik analgetiklərə
B) Qeyri-steroid quruluşlu iltihab əleyhinə preparatlara
C) Mineralokortikosteroidlərə
D) Şiş əleyhinə preparatlara
E) Qlükokortikosteroidlərə
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
868) Neyroleptiklər üçün xarakterik olan əlavə təsir hansıdır?
A) Dərman parkinsonizmi törədə bilərlər
B) Sayıqlamaya səbəb olurlar
C) Onlardan istifadə zamanı hallusinasiyalar baş verir
D) Onlar qorxu və həyacan törədir
E) Hərəki oyanıqlıq törədirlər
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
869) Aşağıdakı xüsusiyyətlərdən hansı qlükokortikosteroidlərə aid deyildir.?
A) Onlardan iltihab və allergiya əleyhinə preparat kimi istifadə olunur
B) Anafilaktik şok zamanı istifadə olunurlar
C) Güclü iltihab- və allergiyaəleyhinə təsirlərə malikdirlər.
D) Hipoqlikemiya törədirlər
E) Hamiləlik dövründə onların istifadəsi əks göstərişdir
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
870) Aşağıdakı əlavə təsirlərdən hansı qlükokortikosteroidlərə aid deyildir?
A) Arterial təzyiqin yüksəlməsi baş verə bilər
B) Onların uzunmüddətli istifadəsi zamanı mədə və 12-barmaq bağırsağın xora xəstəlikləri inkişaf edə bilər
C) Onlardan uzunmüddətli istifadə zamanı psixi pozğunluqlar inkişaf edə bilər
D) Şəkərli diabet törədə bilərlər
E) Onlardan istifadə zamanı hipoqlikemiya baş verə bilər
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
871) Prednizolonun inyeksiya dərman forması hansıdır?
A) Prednizoloh-hidroxlorid
B) Prednizolon-xlorid
C) Prednizolon-hemisuksinat
D) Prednizolon-asetat
E) Prednizolon-hidrotartrat
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
872) İrinli infeksiya ilə müşayiət olunan dəri xəstəliklərində istifadə olunan “Ftorokort”, “Kenakort”, “Polkortolon” məlhəmlərinin tərkibində hansı qlükokortikoid maddə vardır?
A) Hidrokortizon-asetat
B) Prednizolon
C) Triamsinolon
D) Deksametazon
E) Metilprednizolon
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
873) Retabolilin beynəlxalq patentləşdirilməmiş adı nədir?
A) Finasterid
B) Nandrolon
C) Rigevidon
D) Siproteron
E) Postinor
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
874) Nandrolon (retabolil) hansı qrup preparatlara aiddir?
A) Kontraseptiv preparatlara
B) Antitireoid preparatlara
C) Kişi cinsiyyət hormonlarının preparatlarına
D) Qadın cinsiyyət hormonlarının preparatlarına
E) Anabolik steroidlərə
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
875) Aşağıdakı xüsusiyyətlərdən hansı anabolik steroidlərə aid deyildir?
A) Osteoporoz zamanı istifadə olunurlar
B) Onlardan zülal sintezinin sürətlənməsini tələb edən xəstəliklər zamanı istifadə olunur
C) Prostat vəzinin xərçəngində, hamiləlik və laktasiya dövründə onların istifadəsi əks göstərişdir
D) Orqanizmdə zülal sintezinə stimullaşdırıcı təsir göstərirlər
E) Orqanizmdə zülal sintezinə tormozlayıcı təsir göstərirlər
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
876) İmmunostimulyatorlara aid preparatlar hansılardır?
A) Siklosporin, daklizumab, azatioprin
B) Tripsin, taktivin, takrolimus
C) Timalin, taktivin, immunofan
D) İnterferon, siklosporin, tiamazol
E) Tiroksin, tripsin, taktivin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
877) H1-histamin reseptorlarını blokadaya almaqla təsir göstərən allergiyaəleyhinə preparatlar hansılardır?
A) Aminofillin, epinefrin
B) Kromolin-natrium, ketotifen
C) Platifillin, atropin
D) Difenhidramin-hidroxlorid (dimedrol), xloropiramin (suprastin)
E) Simetidin, ranitidin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
878) Mebhidrolin hansı allergiyaəleyhinə preparatın beynəlxalq patentləşdirilməmiş adıdır?
A) Dimedrolun
B) Tavegilin
C) Diazolinin
D) Suprastinin
E) Fenkarolun
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
879) Fenkarolun beynəlxalq patentləşdirilməmiş adı nədir?
A) Kvifenadin
B) Difenhidramin-hidroxlorid
C) Mebhidrolin
D) Klemastin
E) Xloropiramin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
880) Aşağıdakı maddələrdən hansılar dolayı təsirli antihistamin maddələrə aiddir?
A) Kromolin-natrium (intal) ketotifen (zaditen)
B) Loratadin (klaritin), Setirizin (zirtek)
C) Kvifenadin (fenkarol), xloropiramin (suprastin)
D) Mebhidrolin (diazolin), klemastin (tavegil)
E) Dimenhidrinat (dedalon), prometazin-hidroxlorid (pipolfen)
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
881) Dolayı təsirli antihistamin preparatlar (kromolin-natrium, ketotifen) tibbi təcrübədə nə üçün istifadə olunur?
A) Baş vermiş bronxial astma tutmalarını aradan qaldırmaq üçün
B) H1-histamin reseptorlarını histaminin qıcıqlandırıcı təsirindən qorumaq üçün
C) Astma tutmalarının müalicəsi və profilaktikası üçün
D) Bronxial astma tutmalarının qarşısını almaq üçün
E) Sərbəst histaminin təsirini aradan qaldırmaq üçün
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
882) Aşağıdakılardan hansılar aromatik quruluşlu antiseptik maddələrə aiddir?
A) Furasilin, rivanol
B) Formalin, bor turşusu
C) Etil spirti, etakridin-laktat
D) Metilen abısı, gümüş-nitrat
E) Təmiz fenol, ixtammol (ixtiol)
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
883) Aşağıdakı antibiotiklərdən hansılar IV nəsil sefalosporinlərə aiddir?
A) Sefazolin, sefaleksin
B) Sefotaksim, sefomandol
C) Sefapirin, sefalotin
D) Sefepim, sefpirom
E) Seftriakson, sefoperazon
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
884) Streptosidin beynəlxalq patentləşdirilməmiş adı nədir?
A) Sulfanilamid
B) Sulfakarbamid
C) Sulfatiazol
D) Sulfadimidin
E) Etazol
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
885) Mədə-bağırsaq sistemindən pis sorulan sulfanilamid preparatları hansılardır?
A) Loperamid (imodium), tetrasiklin, xlortetrasiklin
B) Rondomisin, eritromisin, tetrasiklin
C) Sulfanilamid (streptosid), sulfasetamid (sulfasil), sulfadimetoksin
D) Sulfaquanid, xloramfenikol, eritromisin
E) Ftalilsulfatiazol (ftalazol), sulfaquanidin (sulgin), ftalilsulfapiridazin (ftazin)
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
886) Mədə-bağırsaq sisteminin infeksion xəstəliklərində istifadə olunan sulfanilamid preparatı hansıdır?
A) Tetrasiklin
B) Sulfakarbamid (urosulfan)
C) Xloramfenikol
D) Sulfanilamid (streptosid)
E) Ftalilsulfatiazol (ftalazol)
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
887) Hansı preparatlar heyvan mənşəli polivitaminlərə aiddir?
A) Balıq yağı, essensiale
B) Yunikap, sentrum
C) İtburnu yağı, çaytikanı yağı
D) Pentovit, undevit
E) Multivitamin, oliqovit
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
888) Aevitin tərkibində hansı vitaminlər vardır?
A) D və E vitaminləri
B) A, D və K vitaminləri
C) A və E vitaminləri
D) A, E və D vitaminləri
E) S və P vitaminləri
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
889) Askorutinin tərkibində hansı vitaminlər vardır?
A) C və PP vitaminləri
B) B qrupu vitaminləri
C) C və P vitaminləri
D) C və B1 vitaminləri
E) Sianokobalamin (vit. B12) və fol turşusu (vit. Bc)
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Nurlan”.2005
890) Orqanizmdə hansı vitamin çatışmazlığı beri-beri xəstəliyinin inkişafına səbəb olur?
A) B2
B) B1
C) E
D) B12
E) A
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
891) Hansı avitaminoz zamanı pellaqra xəstəliyi inkişaf edir?
A) B12 avitaminozu
B) B6 avitaminozu
C) PP avitaminozu
D) C avitaminozu
E) P avitaminozu
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
892) Sinqa xəstəliyi hansı vitaminin çatışmazlığı zamanı inkişaf edir?
A) P vitamininin
B) D vitamininin
C) K vitamininin
D) C vitamininin
E) E vitamininin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
893) Orqanizmdə hansı vitaminin çatışmazlığı hemarolopiyanın (“toyuq korluğu”nun) inkişafına səbəb olur?
A) A vitamininin
B) U vitamininin
C) D vitamininin
D) K vitamininin
E) C vitamininin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
894) Vaxtındanəvvəl doğuşun qarşısını almaq üçün hansı vitaminin preparatından istifadə olunur?
A) B12 vitaminindən (sianokobalamin)
B) B6 vitamininin (piridoksin-hidroxlorid)
C) C vitamininin (askorbin turşusu)
D) E vitamininin (alfa-tokoferol-asetat)
E) A vitamininin (retinol-asetat)
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
895) Dərin (sistem) mikozların müalicəsi üçün istifadə olunan antifunqal preparat hansıdır?
A) Klotrimazol
B) Nistatin
C) Levorin
D) Amfoterisin B
E) Tinidazol
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
896) Antimetabolitlər qrupundan olan şişəleyhinə preparat hansıdır?
A) Vinblastin
B) Kolxamin
C) Metotreksat
D) Vinkristin
E) Sisplatin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
897) Plazmaəvəzedici və dezintoksikasion vasitə kimi istifadə edilən elektrolit məhlulları hansılardır?
A) Qlükoza məhlulları (5%, 20%, 40%), hemodez, poliqlukin, və s.
B) Natrium-xlorid məhlulları (0,9%, 3%, 5%, 10%), Ringer məhlulu, Ringer-laktat məhlulu, disol, trisol və s.
C) Polifer, reoqluman, rigedrol və s.
D) Reopoliqlukin, hidrolizin, alvezin və s.
E) Makrodeks, reomakrodeks, entrodez və s.
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
898) Neodikumarinin beynəlxalq patentləşdirilməmiş adı nədir?
A) Etil biskumasetat
B) Fepromaron
C) Fenindion
D) Asenokumarol
E) Nadroparin-kalsium
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
899) Spazmolitinin beynəlxalq patentləşdirilməmiş adı nədir?
A) Baralgin
B) Fenindion
C) Fepromaron
D) Adifenin
E) Nadroparin-kalsium
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
900) Aşağıdakılardan hansı spazmolitinə aid deyildir?
A) Nevralgiyalarda, nevritlərdə, böyrək sancılarında istifadə olunur
B) Daxilə qəbul olunur
C) Öddaşı xəstəliklərində, 12-barmaq bağırsağın xora xəstəliklərində istifadə olunur
D) İnyeksiya dərman forması şəklində buraxılır
E) Beynəlxalq patentləşdirilməmiş adı adifenindir
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
Qarışıq suallar
901) Aşağıdakı təşkilatlardan hansı üçün mühasibat uçotunun aparılması məcburidir?
A) Yalnız özəl apteklər üçün
B) Mülkiyyət formasından asılı olmayaraq respublikada yerləşən bütün hüquqi şəхslər tərəfindən mühasibat uçotunun aparılması vacibdir.
C) Yalnız aptek bazaları üçün
D) Yalnız məhdud məsuliyyətli cəmiyyətlərin tabeliyində olan apteklər üçün.
E) Yalnız dövlət aptekləri üçün
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti II hissə. B., 2004, s. 7
902) Aşağıdakı fikirlərdən hansı düzgündür?
A) Sənədi imzalayanlar məlumatın doğruluğuna məsuliyyət daşıyırlar
B) Sənədlərin rəsmiləşdirilməsi, tərtibi dövlət standartının tələblərinə cavab verməlidir.
C) Sənədlər səliqəli yazılmalı, düzəlişə yol verilməməlidir.
D) Hamısı düzgündür
E) Sənədlərdə tələb olunan rekvizitlər olmalıdır.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti II hissə. B., 2004, s. 7
903) Dərman vasitəsinin qablaşdırması üzərində hansı rekvizitin olması vacibdir?
A) Dərman vasitəsini standartlaşdıran müəssisənin adı
B) Dərman vasitəsinin seriya nömrəsi
C) Köməkçi maddələri istehsal edən müəssisənin adı
D) Dərman vasitəsinin ATC kodu
E) Dərman vasitəsinin mənşəyi
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. 2002, s. 80
904) Aptekdən yalnız həkim resepti əsasında buraxılmalı olan dərman vasitələri hansıdır?
A) Yumşaq dərman formaları
B) Bütün antiseptik və dezinfeksiyaedici vasitələr
C) Qeyri-steroid iltihabəleyhinə dərman vasitələri
D) Tablet dərman formalarının hamısı
E) Bütün neyroleptik dərman vasitələri
Ədəbiyyat: Т.И.Тольцман, С.Г.Сбоева, Н.А.Голосова и др. Организация и экономика фармация, 2002, с. 60
905) Bunlardan hansı dərman vasitələrinin ilkin qablaşdırmasına aid deyildir?
A) Tub
B) Qutu
C) Ampul
D) Blister
E) Flakon
Ədəbiyyat: N.Ə.Əzizzadə, M.Q.Aslanov Əczaçılıq mallarının qablaşdırılması və markalanması, metodik tövsiyyə, Bakı, 2006
906) Tibbi cihazlar nə üçün istifadə olunur?
A) Orqanizmin vəziyyəti haqqında lazımi məlumatları əldə etmək, müəyyən pozuntuları müəyyən etmək və diaqnoz qoymaq üçün
B) Bütün sadalananları həyata keçirmək üçün
C) Orqanizmin orqan və sistemlərinin pozulmuş funksiyalarını bərpa etmək üçün
D) Orqanizmin orqan və sistemlərinin funksiyalarını korreksiya etmək üçün
E) Cərrahi əməliyyatları həyata keçirmək üçün
Ədəbiyyat: M.N.Vəliyeva, E.A.Quliyeva və b. Aptek müəssisələrində əmtəə siyasəti. B., 2003, s. 1-25
907) Aşağıdakılardan hansı bərk dərman formasına aid deyildir?
A) Qranullar
B) Tabletlər
C) Məhlullar
D) Kapsullar
E) Tozlar
Ədəbiyyat: И.А.Муравьев. Технология лекарств. М., Медицина, 1980.
908) 1:5000 nisbətində hazırlanmış furasilin məhlulu neçə faizli olur?
A) 2 %
B) 0,1%
C) 0,5 %
D) 1%
E) 0,02 %
Ədəbiyyat: В.М.Грецкий, В.С.Хоменок. Руководство к практическим занятиям по технологии лекарств., М., 1984, с. 152
909) 1:5000 nisbətində 1 litr furasilin məhlulu hazırlamaq üçün nə qədər furasilin lazımdır?
A) 1q
B) 2q
C) 0,2 q
D) 0,1q
E) 0,5 q
Ədəbiyyat: В.М.Грецкий, В.С.Хоменок. Руководство к практическим занятиям по технологии лекарств., М., 1984, с. 152
910) Zülallardan təmizlənmiş buzov qanının ekstraktından alınan preparat hansıdır?
A) Kontrikal
B) İnsulin
C) Pantokrin
D) Pankreatin
E) Aktovegin
Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
911) İribuynuzlu heyvanların toxumluqlarından alınan preparat hansıdır?
A) Festal
B) Abomin
C) Lidaza
D) Pankreatin
E) Kontrikal
Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
912) Donuzların mədəsinin selikli qişasından alınan preparat hansıdır?
A) Abomin
B) Festal
C) Solkoseril
D) Panzinorm
E) Aktovegin
Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
913) Tireotropin nədən alınır?
A) Hipofiz vəzinin arxa payından
B) Toxumluqlardan
C) Hipofiz vəzinin ön payından
D) Mədəaltı vəzidən
E) Mədənin selikli qişasından
Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
914) Hansı məhlullar İzotonik məhlullar adlanır?
A) Osmotik təzyiqi qan plazmasının osmotik təzyiqindən yüksək olan məhlullar
B) Özlülüyü qanın özlülüyünə bərabər olan məhlullar
C) Osmotik təzyiqi qan plazmasının osmotik təzyiqinə bərabər olan məhlullar
D) Osmotik təzyiqi qan plazmasının osmotik təzyiqindən aşağı olan məhlullar
E) İon tərkibi qan plazmasının ion tərkibinə bərabər olan məhlullar
Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
915) Likviriton preparatı hansı bitki xammalından alınır?
A) Biyan kökündən
B) At şapalıdından
C) Çobanyastığı çiçəklərindən
D) Ayıqulağı yarpaqlarından
E) Gülxətmi otundan
Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
Dostları ilə paylaş: |