726) Linimentlər necə istifadə olunur?
A) Dəri altına yeridilir
B) Vena daxilinə yeridilir
C) Xaricə istifadə olunur
D) Daxilə istifadə olunur
E) Bədən boşluqlarına yeridilir
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
727) Pastalar tibbi təcrübədə hansı məqsəd üçün istifadə olunur?
A) Qinqivitin müalicəsi üçün
B) Dərinin allergik xəstəliklərinin müalicəsi üçün
C) Su verən yaraların müalicəsində quruducu kimi
D) Stomatitin müalicəsi üçün
E) Qlossitin müalicəsi üçün
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
728) Latın feli “recipe”-nin mənası nədir?
A) Götür
B) İzah et
C) Qarışdır
D) Hazırla
E) Ver
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
729) Pastalar məlhəmlərdən nə ilə fərqlənir?
A) Pastaların tərkibində bərk dərman maddələrinin miqdarı daha çoxdur (25-65%)
B) Rastalar xaricə istifadə olunur
C) Pastaların tərkibində bərk dərman maddələrinin miqdarı daha azdır (25%-ə qədər)
D) Pastalar duru məlhəmlərdir
E) Pastalar yumşaq dərman formalarıdır
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
730) Tərkibində iki və daha çox dərman maddəsi və ya məlhəm əsası olan məlhəmlərə resept hansı şəkildə yazılır?
A) Bölmə üsulu ilə
B) Tam şəkildə
C) Həm tam, həm də ixtisar şəklində
D) İxtisar şəklində
E) Vurma üsulu ilə
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
731) Məlhəmin dərinin dərin qatlarına sorulması lazım gələrsə məlhəm əsası kimi nədən istifadə olunur?
A) Vazelindən
B) Günəbaxan yağından
C) Kakao yağından
D) Şaftalı yağından
E) Lanolindən
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
732) Linimentlərin hazırlanmasında hansı yağlardan istifadə olunur?
A) Donuz piyindən
B) Göstərilən yağların hamısından
C) Qətrandan
D) Bitki yağlarından
E) Kakao yağından
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
733) Bədən temperaturunda yumşalan, lakin əriməyən yumşaq dərman forması hansıdır?
A) Göstərilən bütün dərman formaları
B) Linimentlər
C) Suppozitoriyalar
D) Pastalar
E) Məlhəmlər
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
734) Hansı dərman formaları damcı ilə dozalanır?
A) Göstərilən bütün dərman formaları
B) Yumşaq dərman formaları
C) Bərk dərman formaları
D) Qazabənzər dərman formaları
E) Maye dərman formaları
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
735) Hansı məlhəmlərə resept yazarkən onların qatılığını göstərməmək olar?
A) Tərkibcə bir dərman maddəsindən və məlhəm əsasından ibarət olan məlhəmlərə tam şəkildə resept yazarkən
B) Bir qatılıqda buraxılan ofisinal məlhəmlərə ixtisar olunmuş şəkildə resept yazakən
C) Bir dərman maddəsindən və iki və daha çox məlhəm əsasından ibarət məlhəmlərə resept yazarkən
D) Bir qatılıqda buraxılan ofisinal məlhəmlərə tam şəkildə resept yazarkən
E) İki və daha çox dərman maddəsindən və bir məlhəm əsasından ibarət məlhəmlərə resept yazarkən
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
736) Aşağıdakı preparatlardan hansılar Qalen preparatlarına aiddir?
A) Məhlullar, miksturalar
B) Suspenziyalar, emulsiyalar
C) İnyeksiya dərman formaları
D) Dəmləmə və bişirmələr
E) Tinkturalar, ekstraktlar
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
737) Allergik mənşəli əlavə təsir nədən asılıdır?
A) Göstərilənlərin hamısından
B) Dərman maddəsinin dozasından
C) Orqanizmin fərdi xüsusiyyətlərindən
D) Dərman maddəsinin farmakoloji xassələrindən
E) Dərman maddəsinin kimyəvi quruluşundan
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
738) Müəyyən ferment sisteminin irsi çatışmazlığı ilə bağlı olaraq orqanizmin hər hansı dərman maddəsinə qarşı yüksək həssaslıq göstərməsi necə adlanır?
A) Dərmandan asılılıq
B) Vərdişolma
C) Allergiya
D) İdiosinkraziya
E) Sinergizm
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
739) Orqanizmin immun mexanizmlə bağlı olaraq hər hansı dərman maddəsinə qarşı yüksək həssaslıq göstərməsi necə adlanır?
A) Sinergizm
B) Vərdişolma
C) Allergiya
D) İdiosinkraziya
E) Dərmandan asılılıq
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
740) Hansı dərman maddələri orqanizmə rezorbtiv təsir göstərmir?
A) İmmunodepressantlar
B) Hipolipidemik dərman maddələri
C) Suda və yağda həll olmayan dərman maddələri
D) Antikoaqulyantlar
E) Yerli anestetiklər
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
741) Hansı dərman formaları konsistensiyalarına görə duru, qatı və quru olurlar?
A) Ekstraktlar
B) Suspenziyalar
C) Suppozitoriyalar
D) Miksturalar
E) Tinkturalar
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
742) Aşağıdakı preparatlardan hansı yeni Qalen preparatıdır?
A) Platifillin
B) Qalantamin
C) Oksibral
D) Adonizid
E) Erqotal
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
743) Dərman maddəsinin hansı təsiri rezorbtiv və ya ümumi təsir adlanır?
A) Dərman maddəsinin qana sorulduqdan sonra göstərdiyi təsir
B) Dərman maddəsinin arzuolunmaz təsiri
C) Dərman maddəsinin xəstəliyin simptomlarına qarşı yönəlmiş təsiri
D) Dərman maddəsinin toxunduğu və ya yeridildiyi nahiyəyə göstərdiyi təsir
E) Dərman maddəsinin xəstəliyin səbəbinə qarşı yönəlmiş təsiri
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
744) Dərman maddəsinin hansı təsiri etiotrop təsir adlanır?
A) Dərman maddəsinin toxunduğu nahiyəyə göstərdiyi təsir
B) Xəstəliyin simptomlarına qarşı yönəlmiş təsir
C) Xəstəliyin səbəbinə qarşı yönəlmiş təsir
D) Dərman maddəsinin yeridildiyi nahiyəyə göstərdiyi təsir
E) Dərman maddəsinin qana sorulduqdan sonra göstərdiyi təsir
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
745) Hansı poroşoklar (tozlar) mürəkkəb poroşoklar adlanır?
A) Tərkibcə bitki mənşəli dərman maddəsindən ibarət olan poroşoklar
B) Tərkibində bir dərman maddəsi olan poroşoklar
C) Tərkibi narkotik dərman maddəsindən ibarət olan poroşoklar
D) Tərkibində iki və daha çox dərman maddəsi olan poroşoklar
E) Tərkibcə sintetik dərman maddəsindən ibarət olan poroşoklar
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
746) Kimyəvi təbiətinə görə mürəkkəb efirlərə və amidlərə aid olan yerli anestetiklər bir birindən nə ilə fərqlənir?
A) Tərkibində amid rabitəsi olan yerli anestetiklərin təsiri zəif və qısamüddətli olur
B) Tərkibində amid rabitəsi olan yerli anestetiklər yalnız keçirici anesteziya üçün istifadə olunur
C) Tərkibində amid rabitəsi olan yerli anestetiklərin təsiri daha güclü və uzunmüddəti olur
D) Tərkibində amid rabitəsi olan yerli anestetiklərin təsiri gec başlayır və zəif olur
E) Tərkibində mürəkkəb efir rabitəsi olan yerli anestetiklərin təsiri tez başlayır və daha güclü olur
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “ELm və təhsil”-2014
747) Aşağıdakı xüsusiyyətlərdən hansı benzokainə (anestezin) aid deyildir?
A) Suda pis həll olur
B) Periferik qanın mənzərəsini dəyişir
C) İnyeksiya dərman forması yoxdur
D) Yalnız səthi anesteziya üçün istifadə olunur
E) Cərrahiyyə təcrübəsində istifadə olunmur
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
748) Aşağıdakılardan hansılar birbaşa təsirli m-, n-xolinomimetik dərman maddələridir?
A) Piridostiqmin-bromid (kalimin), distiqmin-bromid (ubretid)
B) Qalantamin-hidroxlorid, distiqmin-bromid (ubretid)
C) Asetilxolin, karboxolin
D) Ambenonium-xlorid (oksazil), qalantamin-hidroxlorid
E) Neostiqmin-metilsulfat (prozerin), qalantamin-hidroxlorid
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
749) Birbaşa təsirli m-, n-xolinomimetik dərman maddələrinin təsir mexanizmi necədir?
A) Onlar bilavasitə m- və n-xolinoreseptorları blokadaya alır
B) Onlar bilavasitə m- və n-xolinoreseptorlara qıcıqlandırıcı təsir göstərir
C) Onlar xolinergik sinapslarda xolinesterazanı aktivləşdirir
D) Onlar xolinergik sinapslarda xolinesterazanı inaktivləşdirir
E) Onlar bilavasitə adrenoreseptorlara qıcıqlandırıcı təsir göstərir
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
750) Dolayı təsirli m-, n-xolinomimetik dərman maddələri nə üçün antixolinesteraz maddələr adlandırılır?
A) Xolinergik sinapslarda xolinesterazanın katalitik fəaliyyətini azaltdıqları üçün
B) Bilavasitə adrenoreseptorlara qıcıqlandırıcı təsir göstərdikləri üçün
C) Xolinergik sinapslarda xolinesterazanı aktivləşdirdikləri üçün
D) M- və n-xolinoreseptorlara birbaşa qıcıqlandırıcı təsir göstərdikləri üçün
E) M- və n-xolinoreseptorları blokadaya aldıqları üçün
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
751) Yerli anesteziyaedici maddələrin təsir müddətini uzatmaq üçün onların məhlullarına hansı maddə əlavə edilir?
A) Efedrin-hidroxlorid
B) Etil spirti
C) Epinefrin (Adrenalin-hidroxlorid)
D) Diazepam
E) Benzilpenisillin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
752) Hansı yerli anesteziyaedici maddə parçalandıqda para-aminobenzoy turşusu əmələ gəlir?
A) Lidokain
B) Benzokain (anestezin)
C) Trimekain-hidroxlorid
D) Prokain-hidroxlorid (novokain)
E) Kokain
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
753) Benzokain (anestezin) cərrahi təcrübədə nə üçün istifadə olunmur?
A) Suda pis həll olduğuna görə
B) Anesteziyaedici təsiri zəif olduğuna görə
C) Anesteziyaedici təsiri qısamüddətli olduğuna görə
D) Anesteziyaedici təsiri çox güclü olduğuna görə
E) Anesteziyaedici təsiri uzunmüddətli olduğuna görə
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
754) Əsasi bismut-nitrat hansı tabletin tərkibinə daxildir?
A) Papazol
B) Vikalin
C) Validol
D) Aeron
E) Aspirin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
755) “Vikalin” və “Vikair” tabletlərinin tərkibinə daxil olan büzüşdürücü maddə hansıdır?
A) Alüminium-hidroksid
B) Maqnezium-hidroksid
C) Əsasi bismut-nitrat
D) Kalium-alüminium zəyi
E) Qurğuşun-asetat
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
756) Bismut-3-Kalium-disitrat (De-Nol və ya Biskolsitrat) tibbi təcrübədə nə zaman istifadə olunur?
A) Mədə bağırsaq sisteminin hərəki fəaliyyəti zəiflədiyi hallarda
B) Qəbizlikdə
C) Mədə və 12-barmaq bağırsağın hərəki fəaliyyəti gücləndiyi hallarda
D) Diareya (ishal) zamanı
E) Mədə və 12-barmaq bağırsağın xora xəstəliklərində
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
757) Aşağıdakı metal oksidlərindən hansı kseroformun tərkibininə daxildir?
A) Titan 4-oksik
B) Mis 2-oksid
C) Bismut 3-oksid
D) Dəmir 3-oksid
E) Dəmir 2-oksid
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
758) Aşağıdakı göstərilənlərdən hansılar qeyri-üzvi büzüşdürücü maddələrə aiddir?
A) Əsasi bismut-nitrat, kalium-alüminium zəyi, qurğuşun-asetat
B) Alüminium-hidroksid, maqnezium-hidroksid, tannin
C) Romazulan, dermatol, kseroform
D) Kalium-alüminium zəyi, tannin, qurğuşun-asetat
E) Qurğuşun-asetat, adaçayı yarpaqlarının dəmləməsi, palıd qabığının bişirməsi
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
759) Aşağıda sadalanan xüsusiyyətlərdən hansı büzüşdürücü maddələrə aid deyildir?
A) Büzüşdürücü maddələr selikli qişada zülalı pıxtalaşdırır
B) Büzüşdürücü maddələrin zülalı pıxtalaşdırmaqla əmələ gətirdiyi təbəqə hissi sinir uclarını qıcıqlandırıcıların təsirindən qoruyur.
C) Büzüşdürücü maddələr zəif antimikrob təsirə malikdir
D) Büzüşdürücü maddələr yara səthində olan zülalı pıxtalaşdırmaqla büzüşdürücü təsir göstərir
E) Büzüşdürücü maddələr güclü antimikrob təsirə malikdir
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
760) “Vikalin” və “Vikair” tabletləri hansı hallarda istifadə olunur?
A) Qəbizlikdə
B) Mədə və 12-barmaq bağırsağın xora xəstəliklərində
C) Vəba xəstəliyində
D) Daxili orqanların spazmında
E) Qanlı ishalda
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
761) Aşağıdakılardan hansılar yerli qıcıqlandırıcılara aiddir?
A) Nişasta seliyi, zəyərək yağı, naşatır spirti
B) Salisil turşusu, asetilsalisil turşusu, skipidar
C) Validol, mentol, aspirin
D) Naşatır spirit (ammonyak məhlulu), mentol, xardal yaxması
E) Natrium-salisilat, indometasin, ibuprofen
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
762) Xolinergik sinapsların mediatoru aşağıdakılardan hansıdır ?
A) Asetilxolin
B) Efedrin
C) Adrenalin
D) Noradrenalin
E) Serotonin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
763) Adrenergik sinapsların mediatoru aşağıdakı maddələrdən hansıdır?
A) Asetilxolin
B) Serotonin
C) Dofamin
D) Noradrenalin
E) Adrenalin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
764) M-xolinoreseptorların blokadası nəyə səbəb olur ?
A) Daxili üzvlərin saya əzələlərinin spazmı baş verir
B) Bradikardiya baş verir
C) Saya əzələlərin tonusu yüksəlir, tər ifrazı artır
D) Göz bəbəyi genişlənir, gözdaxili təzyiq yüksəlir, saya əzələlərin tonusu aşağı düşür, ağızda quruluq əmələ gəlir
E) Göz bəbəyi daralır, gözdaxili təzyiq aşağı düşür, ağızsuyu ifrazı artır
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
765) Preparatın daxilə qəbulu zamanı doza həddinin aşılması nəticəsində ağızda quruluq, taxikardiya, göz bəbəklərinin genişlənməsi, sidik ifrazının azalması, fotofobiya, qəbizlik, görmənin pisləşməsi ilə müşayiət olunan zəhərlənmə baş vermişdir. Bu simptomlar hansı preparatdan şübhələnməyə əsas verir?
A) Atropin-sulfatdan
B) Pilokarpin-hidroxloriddən
C) Sizapriddən
D) Neostiqmin-metilsulfatdan (prozerin)
E) Aseklidindən
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm vəv təhsil”-2014
766) Atropinlə zəhərlənmə zamanı onun hansı funksional antaqonistləri təyin edilir?
A) Antiseptiklər
B) M-xolinomimetik maddələr
C) Antasid maddələr
D) M-xolinoblokatorlar
E) Antixolinesteraz maddələr
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
767) Bu preparatlardan hansı n-xolinomimetikdir?
A) Atropin-sulfat
B) Aseklidin
C) Pilokarpin-hidroxlorid
D) Sititon
E) Sizaprid
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
768) Bu təsirlərdən hansı Sititona aid deyil?
A) Sinokarotid zonada n-reseptorları oyadır
B) Venadaxili istifadə olunur
C) Sitizin alkaloidinin 0,15%-li məhlulundan ibarətdit
D) Tənəffüs mərkəzini birbaşa oyadır
E) Tənəffüs mərkəzini reflektor yolla oyadır
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
769) M-xolinoreseptorların qıcıqlanması zamanı bunlardan hansı baş vermir?
A) Saya əzələlərin tonusu yüksəlir
B) Bronxlarda və həzm sistemində şirə ifrazı artır
C) Göz bəbəkləri genişlənir, gözdaxili təzyiq yüksəlir
D) Bradikardiya baş verir, arterial təzyiq aşağı düşür
E) Göz bəbəkləri daralırr, gözdaxili təzyiq aşağı düşür
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
770) Fosfor-üzvi birləşmələrlə zəhərlənmələr zamanı asetilxolinin hansı antaqonistlərindən istifadə edilir?
A) Xolinomimetiklərdən
B) Antixolinesteraz maddələrdən
C) Atropin-sulfatdan və xolinesterazanın reaktivatorlarından
D) Aseklidindən
E) Sititondan
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
771) Hansı halda atropin-sulfatın istifadəsi əks göstərişdir?
A) Qlaukoma
B) Daxili orqanların spazmı nəticəsində baş verən ağrılarda
C) Bradikardiya
D) M-xolinomimetiklərlə zəhərlənmə zamanı
E) Hiperasid qastritlərdə antasid maddələrlə birlikdə
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
772) Xolinomimetiklərlə və xolinesteraz maddələrlə, o cümlədən fosfor-üzvi birləşmələrlə səhərlənmə zamanı hansı maddə təsirli antidotdur?
A) Sititon
B) Atropin-sulfat
C) Bemeqrid
D) Pilokarpin
E) Prozerin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
773) Aşağıdakı maddələrdən hansı xolinesteraza fermentinin reaktivatorudur?
A) Karbofos
B) Tiofos
C) Pirilen
D) Trimedoksim-bromid (dipiroksim)
E) Meloksikam
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
774) Fosfor-üzvi birləşmələrə aid olan hansı maddə qlaukoma zamanı göz damcısı şəklində istifadə olunur?
A) Karbofos
B) Göstərilənlərin hamısı
C) Xlorofos
D) Armin
E) Tiofos
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
775) Mentol hansı tabletin tərkibinə daxildir?
A) Vikair
B) De-nol
C) Vikalin
D) Validol
E) Metamizol
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
776) Yerli anesteziyanın bütün növlərində istifadə olunan anestetik hansıdır?
A) Benzofurokain
B) Trimekain-hidroxlorid (trimekain)
C) Prokain-hidroxlorid (novokain)
D) Benzokain (anestezin)
E) Lidokain
Ədəbiyyat: Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Elm və təhsil”-2014
777) Aşağıdakı maddələrdən hansı qanqlioblokatorlara aiddir?
A) Anatruksonium
B) Heksametonium-benzosulfonat (benzoheksonium)
C) Pipekuronium-bromid (arduan)
D) Suksametonium-yodid (ditilin)
E) Tubokurarin-xlorid
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
778) Mədənin şirə ifrazını zəiflətmək üçün atropin hansı maddələrlə birlikdə təyin edilir?
A) Ödqovucu maddələrlə
B) Bürüyücü maddələrlə
C) Yerli anestetiklərlə
D) Büzüşdürücü maddələrlə
E) Antasid maddələrlə
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
779) Büzüşdürücü maddələrin təsir mexanizmi necədir?
A) Zülalları pıxtalaşdırır
B) Zülalları hidroliz edir
C) Zülalları dehidratasiyaya uğradır
D) Qanı laxtalandırır
E) Qan damarlarını genişləndirir
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
780) Arduanın beynəlxalq patentləşdirilməmiş adı nədir?
A) Dioksonium
B) Suksametonium-yodid
C) Pipekuronium-bromid
D) Tubokurarin-xlorid
E) Pankuronium-bromid
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
781) Ditilinin beynəlxalq patentləşdirilməmiş adı nədir?
A) Suksametonium-yodid
B) Pankuronium-bromid
C) Dioksonium
D) Pipekuronium-bromid
E) Tubokurarin-xlorid
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
782) Norepinefrin hansı preparatın beynəlxalq patentləşdirilməmiş adıdır?
A) Mezatonun
B) Adrenalinin
C) Halazolinin
D) Noradrenalinin
E) Dioksoniumun
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil"-2014
783) Fenilefrin hansı preparatın beynəlxalq patentləşdirilməmiş adıdır?
A) Noradrenalinin
B) Dioksoniumun
C) Mezatonun
D) Halazolinin
E) Adrenalinin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
784) Epinefrin hansı preparatın beynəlxalq patentləşdirilməmiş adıdır?
A) Mezatonun
B) Dioksoniumun
C) Halazolinin
D) Noradrenalinin
E) Adrenalinin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
785) Dolayı təsirli adrenomimetik maddə hansıdır?
A) Epinefrin
B) Ksolometazolin (halazolin)
C) Efedrin-hidroxlorid
D) Norepinefrin
E) Fenilefrin-hidroxlorid
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
786) Qan damarlarının spazmını törədən maddə hansıdır?
A) Norepinefrin-hidrotartrat
B) Papaverin
C) Drotaverin (NO-Şpa)
D) Tropafen
E) Anaprilin
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
787) Depolyarizəedici mierolaksant preparat hansıdır?
A) Tubokurarin-xlorid
B) Atrakurium (trakrium)
C) Pipekuronium-bromid (arduan)
D) Suksametonium-yodid (ditilin)
E) Pankuronium-bromid (pavulon)
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
788) Antidepolyarizəedici miorelaksant hansıdır?
A) Dioksonium
B) Suksametonium-yodid (ditilin)
C) Paxikarpin-hidroyodid
D) Pipekuronium-bromid (arduan)
E) Pankurmen
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
Dostları ilə paylaş: |