Əczaçılıq (ali) Səhiyyə təşkilinin əsasları. 1) Təsərrüfat uçotunun hansı növləri mövcuddur?


) Qarışıq təsirli miorelaksant hansıdır?



Yüklə 1,59 Mb.
səhifə13/16
tarix11.06.2018
ölçüsü1,59 Mb.
#53366
1   ...   8   9   10   11   12   13   14   15   16

789) Qarışıq təsirli miorelaksant hansıdır?
A) Suksametonium-yodid (ditilin)

B) Pipekuronium-bromid (arduan)

C) Dioksonium

D) Pankuronium-bromid (pavulon)

E) Tubokurarin-xlorid
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
790) α-adrenomimetik maddə hansıdır?
A) Salbutamol

B) Fenilefrin

C) İzadrin

D) Dobutamin

E) Nafazolin
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
791) Damar-hərəkət mərkəzinin tonusunu aşağı salmaqla hipotenziv təsir göstərən maddə hansıdır?
A) İzadrin

B) Halazolin

C) Klonidin (klofelin)

D) Rezerpin

E) Fenoterol
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
792) Qeyri-inhalyasion ümumi anesteziyaedici maddələrin nümayəndəsi hansıdır?
A) İzofluran

B) Halotan

C) Narkoz üçün efir

D) Ketamin (kalipsol)

E) Ftorotan
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
793) Böyük qıcolma tutmaları zamanı hansı dərman maddəsindən istifadə olunur?
A) Fenitoin (difenin)

B) Trimetin

C) Klonazepam

D) Xlorakon

E) Etosuksimid
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
794) Kiçik qıcolma tutmaları zamanı istifadə olunan epilepsiyaəleyhinə dərman maddəsi hansıdır?
A) Etosuksimid

B) Benzobarbital (benzonal)

C) Karbamazepin (finlepsin)

D) Fenitoin (difenin

E) Diazepam
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
795) Həm kiçik, həm də böyük qıcolma tutmaları zamanı istifadə olunan epilepsiyaəleyhinə dərman maddəsi hansıdır?
A) Natrium-bromid, fenazepam

B) Valproy turşusu, lamotricin

C) Amitriptilin, amizil

D) Fenitoin, kontrikal

E) Benzobarbital (benzonal), antabus
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
796) Finlepsinin beynəlxalq patentləşdirilməmiş adı nədir?
A) Lamotricin

B) Nitrazepam

C) Karbamazepin

D) Benzobarbital

E) Antelepsin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
797) Klonazepam hansı preparatın beynəlxalq patentləşdirilməmiş adıdır?
A) Antelepsin

B) Karbamazepin

C) Benzobarbital

D) Diazepam

E) Fenitoin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
798) Benzonalın beynəlxalq patentləşdirilməmiş adı nədir?
A) Valproy turşusu

B) Benzobarbital

C) Karbamazepin

D) Klonazepam

E) Fenitoin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
799) Bunlardan hansı böyük qıcolma tutmalarını ifadə edir?
A) Petit mal

B) Pro mi

C) Grand mal

D) İn vitro

E) İn vivo
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
800) Bunlardan hansı kiçik qıcolma tutmalarını ifadə edir?
A) İn vivo

B) Petit mal

C) Grand mal

D) İn vitro

E) Pro mi
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
801) QAYT-reseptorlarını stimullaşdırmaqla təsir göstərən epilepsiyaəleyhinə dərman maddələri hansılardır?
A) Lamotricin, natrium-bromid

B) Kalium-bromid, ammonium-bromid

C) Valproy turşusu, natrium-valproat

D) Fenitoin, karbamazepin

E) Fenobarbital, benzobarbital
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
802) Sinir hüceyrələrində ion kanallarını (natrium, kalium) blokadaya almaqla təsir göstərən epilepsiyaəleyhinə dərman maddələri hansılardır?
A) Fenobarbital, nitrazepam

B) Kalium-bromid, ammonium-bromid

C) Fenitoin, karbamazepin

D) Lamotricin, natrium-bromid

E) Valproy turşusu, natrium-valproat
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
803) Hazırda mövcud olan epilepsiyaəleyhinə dərman maddələri hansı müalicə məqsədilə istifadə olunur?
A) Əvəzedici

B) Patogenetik

C) Simptomatik

D) Etiotrop

E) Kombinəolunmuş
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
804) Xəstə bir qıcolma tutmasından özünə gəlməmiş növbəti qıcolma tutmasının baş verməsi halı necə adlanır?
A) Epileptik status

B) Böyük qıcolma tutmaları

C) Psixomotor ekvivalentlik

D) Kiçik qıcolma tutmaları

E) Mioklonus-epilepsiya
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
805) Müxtəlif farmakoloji qruplara aid olan epilepsiyaəleyhinə dərman maddələrinin təsir xüsusiyyətlərinin ümumi cəhəti nədəni barətdir?
A) Onlar mərkəsi sinir sistemində oyanma proseslərini zəiflədir və ya tormozlanma proseslərini gücləndirir

B) Onlar mərkəsi sinir sistemində oyanma proseslərini gücləndirir

C) Onlar mərkəsi sinir sistemində sinir impulslarının ötürülməsini gücləndirirlər

D) Onlar mərkəsi sinir sistemində tormozlanma proseslərini zəiflədir

E) Onlar mərkəsi sinir sistemində oyanma proseslərini gücləndirir və ya tormozlanma proseslərini zəiflədir
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
806) Hansı hallarda fenobarbitalın istifadəsi əks göstərişdir?
A) Şəkərli diabet zamanı

B) Mədə və 12-barmaq bağırsağın xəstəlikləri zamanı

C) Qaraciyərin və böyrəklərin funksional pozğunluğu zamanı

D) Yuxusuzluqdan əziyyət çəkən pasiyentlərdə

E) Sidik ifrazının ləngidiyi hallarda
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
807) Fenobarbital hansı preparatın beynəlxalq patentləşdirilməmiş adıdır?
A) Benzonalın

B) Xloralhidratın

C) Luminalın

D) Dimedrolun

E) Fenkarolun
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
808) Hansı hallarda karbamazepinin istifadəsi əks göstərişdir?
A) Böyük qıcolma tutmaları

B) Qaraciyər və böyrək xəstəlikləri, ürək fəaliyyətinin çatışmazlığı

C) Üçlü sinirin nevralgiyası zamanı

D) Sidik-cinsiyyət üzvlərinin xəstəlikləri

E) Epilepsiya
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
809) Triheksifenidildən nə zaman istifadə olunur?
A) Depressiyalarda

B) Şizofreniya zamanı

C) Parkinsonizm zamanı

D) Nevrozlarda

E) Epileptik tutmalar zamanı
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
810) Tərkibində levodopa və karbidopa olan epilepsiyaəleyhinə preparatlar hansılardır?
A) Madopar, Levodopa

B) No-Şpa, Biskolsitrat

C) Nakom, sinemet

D) Papazol, Aeron

E) Antelepsin, Rivotril
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
811) Hazırda parkinsonizm əleyhinə istifadə olunan preparatlar hansı məqsədlə istifadə olunurlar?
A) Patogenetik müalicə məqsədilə

B) Əvəzedici müalicə məqsədilə

C) Kombinəolunmuş müalicə məqsədilə

D) Simptomatik müalicə məqsədilə

E) Etiotrop müalicə məqsədilə
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
812) Nakomun (levodopa + karbidopa) tərkibində olan karbidopanın rolu nədən ibarətdir?
A) Levodopanın orqanizmdən xaric olmasını ləngidir

B) Toxumalarda levodopanın dekarboksilləşməsinin qarşısını alır

C) Levodopanın qana sorulmasını tezləşdirir

D) Levodopanın təsir müddətini artırır

E) Toxumalarda levodopanı dekarboksilləşməyə uğradır
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
813) Nakomun (levodopa + karbidopa) tərkibində olan karbidopa toxumalarda levodopanın dekarboksilləşməsinin qarşısını almaqla nəyə səbəb olur?
A) Levodopanın ana südünə keçməsinin qarşısını alır

B) Levodopanın toksiki təsirini zəiflədir

C) Levodopanın hematoensefalik səddi (baryeri) keçməsinə kömək edir

D) Levodopanın hematoensefalik səddi (baryeri) keçməsinə mane olur

E) Levodopanın plasentar baryerdən keçməsinin qarşısını alır
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
814) Barbituratların yuxu dərmanı kimi istifadəsini məhdudlaşdıran cəhətlər hansıdır?
A) Onlardan istifadə zamanı vərdişolma və dərmandan asılılıq vəziyyəti yaranır, fizioloji yuxunun normal gedişi pozulur

B) Onlardan istifadə zamanı yuxunun “yavaş yuxu” mərhələsi baş vermir

C) Aparılan son tədqiqatlarda onların bir sıra ciddi əlavə təsirlərə malik olduğu aydınlaşdırıldığına görə

D) Onlardan istifadə zamanı yuxunun “sürətli yuxu” mərhələsi baş vermir

E) Onlardan istifadə zamanı diareya və ya qəbizlik baş verir
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
815) Mezokarb (sidnokarb) hansı qrup dərman maddələrinə aiddir?
A) Antidepressantlar

B) Neyroleptiklər

C) Trankvilizatorlar

D) Sedativ maddələr

E) Psixostimulyatorlar
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
816) Aşağıdakılardan hansılar sintetik narkotik analgetikdir?
A) Trimeperidin (promedol), fentanil, metadon

B) Fentanil, metadon, morfin-hidroxlorid

C) Omnopon, kodein, fentanil

D) Metadon, kodein, trimeperidin

E) Morfin-hidroxlorid, kodein, omnopon
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
817) Təkrar yeridilmə zamanı narkotik analgetiklərə qarşı vərdişolmanın yaranması nə ilə xarakterizə olunur?
A) Narkotik analgetikin analgeziyaedici və eyforiyatörədici təsirlərinin zəifləməsi ilə

B) Narkotik analgetikdə yerli əlavə təsirlərin meydana çıxması ilə

C) Narkotik analgetikə qarşı allergiyanın yaranması ilə

D) Narkotik analgetikin eyforiyatörədici təsirinin güclənməsi ilə

E) Narkotik analgetikin analgeziyaedici təsirinin güclənməsi ilə
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
818) Aşağıdakılardan hansılar təbii narkotik analgetikdir?
A) Fentanil, metadon, morfin-hidroxlorid

B) Trimeperidin (promedol), fentanil, metadon

C) Morfin-hidroxlorid, kodein, omnopon

D) Omnopon, kodein, fentanil

E) Metadon, kodein, trimeperidin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
819) Daxili üzvlərin spazmı nəticəsində baş verən ağrıları aradan qaldırmaq üçün morfin hansı maddələrlə kombinəedilmiş şəkildə istifadə olunur?
A) Qeyri-steroid quruluşlu iltihabəleyhinə maddələrlə (asetilsalisil turşusu və s.)

B) M-xolinomimetiklərlə (pilokarpin və s.)

C) Antiaqreqantlarla (klopidoqrel və s.)

D) Qeyri-narkotik analgetiklərlə (metamizol-natrium və s.)

E) M-xolinoblokatorlarla (atropin və s.)
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
820) Neyroleptanalgeziyada istifadə olunan narkotik analgetik hansıdır
A) Metadon

B) Omnopon

C) Morfin-hidroxlorid

D) Fentanil

E) Kodein
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
821) Ağrıkəsici təsirinə görə hansı preparat daha güclüdür?
A) Kodein

B) Omnopon

C) Morfin-hidroxlorid

D) Fentanil

E) Metadon
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
822) Neyroleptanalgeziya məqsədi ilə droperidolla birlikdə istifadə olunan narkotik analgetik hansıdır?
A) Morfin-hidroxlorid

B) Fentanil

C) Metadon

D) Omnopon

E) Talamonol
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
823) Neyroleptanalgeziya məqsədi ilə fentanillə birlikdə istifadə olunan neyroleptik maddə hansıdır?
A) Haloperidol

B) Xlorprotiksen

C) Triftazin

D) Droperidol

E) Xlorpromazin (aminazin)
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
824) Aşağıdakı preparatlardan hansı doğuşu ağrısızlaşdırmaq üçün istifadə olunur?
A) Trimeperidin (promedol)

B) Morfin-hidroxlorid

C) Metilmorfin

D) Metamizol-natrium

E) Göstərilən preparatların hamısı
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
825) Tiryək alkaloidlərinin məcmusundan ibarət olan preparat hansıdır?
A) Fentanil

B) Omnopon

C) Kodein

D) Trimeperidin (promedol)

E) Metadon
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
826) Aşağıdakı narkotik analgetiklərdən hansına qarşı vərdişolma və dərmandan asılılıq daha gec inkişaf edir?
A) Morfin-hidroxloridə

B) Metadona

C) Trimeperidinə (promedol)

D) Omnopona

E) Fentanilə
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
827) Promedolun beynəlxalq patentləşdirilməmiş adı nədir?
A) Metadon

B) Tioridazin

C) Triheksifenidil

D) Rivotril

E) Trimeperidin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
828) Hansı preparatlar opioid reseptorların aqonist-antaqonistlərinə aiddir?
A) Pentazosin, butorfanol (stadol), nalbufin (nubain)

B) Metadon, morfin-hidroxlorid, trimeperidin (promedol)

C) Fentanil, butorfanol, nalbufin

D) Triheksifenidil, metadon, fentanil

E) Rivotril, pentazosin, butorfanol
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
829) Hansı preparat qarışıq təsirli (opioid və qeyri-opioid) analgetikdir?
A) Triheksifenidil

B) Parasetamol

C) Metadon

D) Metamizol-natrium

E) Tramadol (tramal)
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
830) Mərkəzi təsiri üstünlük təşkil edən qeyri-narkotik analgetiklər hansılardır?
A) Metamizol-natrium (analgin), butadion

B) Asetilsalisil turşusu (aspirin), ibuprofen

C) Diklofenak, naproksen

D) İndometasin, ketorolak

E) Parasetamol, nefopam (panagezik)
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
831) Sedativ preparat kimi istifadə olunan kodterpin preparatının tərkibində tiryəkin hansı alkaloidi vardır?
A) Asetilsistein

B) Metadon

C) Bromheksin

D) Omnopon

E) Kodein
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
832) Cərrahi alətlərin, xəstələrə qulluq əşyalarının mikrobsuzlaşdırılması üçün etil spirtinin neçə faizli məhlullarından istifadə olunur?
A) 70-80%

B) 60-65%

C) 30-40%

D) 40-45%

E) 90-95%
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
833) Cərrahi əməliyyat nahiyəsini və cərrahın əllərini mikrobsuzlaşdırmaq üçün və kompres məqsədilə etil spirtinin neçə faizli məhlulundan istifadə edilir?
A) 90%

B) 70%


C) 60%

D) 30%


E) 40%
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
834) Etil spirtinin 40%-li məhlulu kompres şəklində nə üçün istifadə olunur?
A) Xəstələrə qulluq əşyalarının mikrobsuzlaşdırılması üçün

B) Antiseptik maddə kimi cərrahi əməliyyat nahiyəsinin və cərrahın əllərinin mikrobsuzlaşdırılması üçün

C) Mialgiyalarda, nevralgiyalarda, artritlərdə və digər bu kimi hallarda iltihabı aradan qaldıran və qıcıqlandırıcı kimi

D) İnyeksiya məhlullarının hazırlanması zamanı həlledici kimi

E) Yanıqların müalicəsi üçün
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
835) Bitki mənşəli məhsullarda olan karotin orqanizmdə hansı vitaminə çevrilir?
A) Retinola (vitamin A)

B) Tiaminə (vitamin B1)

C) Tokoferola (vitamin E)

D) Sianokobalaminə (vitamin B12)

E) Piridoksinə (vitamin B6)
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
836) Sedativ preparatlara aid olmayan preparat hansıdır?
A) Korvalol

B) Natrium-bromid

C) Pişikotu tinkturası

D) Kalium-bromid

E) Nitroqliserin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
837) Aşağıdakılardan hansı çovdar mahmızının preparatıdır?
A) Erqotal

B) Partusisten

C) Qalantamin

D) Oksibral

E) Eritromisin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
838) Kapillyarların keçiriciliyi pozulduğu zamanı hansı vitamindən istifadə edilir?
A) Vitamin B1

B) Vitamin K

C) Vitamin B6

D) Vitamin C

E) Vitamin E
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Nurlan”.2005
839) Aşağıda göstərilən əlavə təsirlərdən hansı atropin üçün xarakterikdir?
A) Bradikardiya törədir

B) Tər ifrazını artırır

C) Daxili orqanların saya əzələlərinin tonusunu yüksəldir

D) Ağızda quruluq əmələ gətirir

E) Bronxların spazmını törədir
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
840) Aşağıdakı preparatlardan hansı mədə-bağırsaq sisteminin selikli qişasına qıcıqlandırıcı təsir göstərir?
A) Nişasta seliyi

B) Bürüyücü maddələr

C) Almagel

D) Asetilsalisil turşusu (aspirin)

E) Algeldrat (alüminium-hidroksid)
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
841) Sititon preparatının tərkibi nədən ibarətdir?
A) Xoruzgülü otunun dəmləməsidir

B) C vitamininin 0,15%-li məhlulundan ibarətdir

C) Platifillinin 0,1%-li məhlulundan ibarətdir

D) Askorbin turşusu ilə qlükozanın qarışığından ibarətdir

E) Sitizin alkaloidinin 0,15%-li sulu məhlulundan ibarətdir
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
842) Aşağıda qeyd edilən dərman vasitələrindən hansı H1-histamin reseptorlarını blokadaya almaqla allergiya əleyhinə təsir göstərir?
A) Mebhidrolin (Diazolin)

B) Ketotifen (Zaditen)

C) Göstərilənlərin hamısı

D) Kromolin-natrium (intal)

E) Aminofillin (Eufillin)
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
843) Monoaminooksidazanın (MAO) qeyri-selektiv inhibitoru hansıdır?
A) Furazalidon

B) İntestopan

C) Хinoksidin

D) Baktrim

E) Nialamid
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
844) Anksiolitik maddələr (trankvilizatorlar) neyroleptik maddələrdən nə ilə fərqlənir?
A) Anksiolitik maddələr orqanizmin hərəki fəallığını gücləndirirlər

B) Neyroleptiklərdən fərqli olaraq onlar sayıqlama və qarabasmaları aradan qaldırır

C) Neyroleptiklərdən fərqli olaraq onlar qorxu və həyacan hissini aradan qaldırmır

D) Neyroleptiklərdən fərqli olaraq onlarda yuxugətirici effekt var

E) Neyroleptiklərdən fərqli olaraq onlar sayıqlama və qarabasmaları aradan qaldırmır
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
845) Hansı qrupa daxil olan maddələrin sedativ (sakitləşdirici) təsiri daha güclüdür?
A) Trankvilizatorlar

B) Yuxu dərmanları

C) Psixostimulyatorlar

D) Sedativ maddələr

E) Nootrop maddələr
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
846) Sedativ təsir gücünün azalmasını hansı ardıcıllıq düzgün əks etdirir?
A) Yuxu dərmanları > anksiolitiklər (trankvilizatorlar) > sedativ maddələr

B) Anksiolitiklər (trankvilizatorlar) > yuxu dərmanları > sedativ maddələr

C) Sedativ maddələr >yuxu dərmanları > anksiolitiklər (trankvilizatorlar)

D) Sedativ maddələr > anksiolitiklər (trankvilizatorlar) > yuxu dərmanları

E) Yuxu dərmanları > sedativ maddələr > anksiolitiklər (trankvilizatorlar)
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
847) Şizofreniya zamanı hansı qrup maddələrdən istifadə olunur?
A) Antipsixotiklərdən (neyroleptiklərdən)

B) Trankvilizatorlarlardan

C) Nootrop maddələrdən

D) Psixostimulyatorlardan

E) Sedativ maddələrdən
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
848) Natrium kanallarının blokatoru qrupuna daxil olan antiaritmik maddələr hansıdır?
A) Bretilium-tozilat (ornid), xinidin-sulfat

B) Verapamil, Diltizaem

C) Amiodaron (kordaron), Propranolol (anaprilin)

D) Metaprolol, atenolol

E) Prokain-hidroxlorid , lidokain
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm v ətəhsil”-2014
849) Kalsium kanallarının blokatoru qrupuna daxil olan antiaritmik maddələr hansıdır?
A) Bretilium-tozilat (ornid), xinidin-sulfat

B) Verapamil, Diltizaem

C) Amiodaron (kordaron), Propranolol (anaprilin)

D) Prokain-hidroxlorid , lidokain

E) Metaprolol, atenolol
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
850) Kalium kanallarının blokatoru qrupuna daxil olan antiaritmik maddələr hansıdır?
A) Verapamil, Diltizaem

B) Bretilium-tozilat (ornid), xinidin-sulfat

C) Amiodaron (kordaron), Bretilium-tozilat (ornid)

D) Amiodaron (kordaron), Propranolol (anaprilin)

E) Metaprolol, atenolol
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
851) Xinidin-sulfat antiaritmik maddələrin hansı qrupuna aiddir?
A) Kardioselektiv adrenoblokatorlar

B) Qeyri-selektiv beta-adrenoblokatorlar

C) Kalium kanallarının blokatorları

D) Natrium kanallarının blokatorları

E) Kalsium kanallarının blokatorları
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
852) Metaprolol və atenolol antiaritmik maddələrin hansı qrupuna aiddir?
A) Kalium kanallarının blokatorları

B) Kalsium kanallarının blokatorları

C) Qeyri-selektiv beta-adrenoblokatorlar

D) Kardioselektiv (beta-1) adrenoblokatorlar

E) Natrium kanallarının blokatorları
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin