Əczaçılıq (ali) Səhiyyə təşkilinin əsasları. 1) Təsərrüfat uçotunun hansı növləri mövcuddur?


) Aşağıdakı preparatlardan hansı soğandan alınır?



Yüklə 1,59 Mb.
səhifə15/16
tarix11.06.2018
ölçüsü1,59 Mb.
#53366
1   ...   8   9   10   11   12   13   14   15   16

916) Aşağıdakı preparatlardan hansı soğandan alınır?
A) Allilsat

B) Allilçep

C) Likviriton

D) Apizartron

E) Pertussin şərbəti
Ədəbiyyat: Г.П.Грядунова, Л.М.Козлова, Т.П.Литвинова.Руководство к практическим занятиям по заводской технологии лекарственных форм.М.,»Медицина»,1986
917) Aşağıdakı preparatlardan hansı sarımsaqdan alınır?
A) Askorutin

B) Allilçep

C) Allilsat

D) Likviriton

E) Eskuzan
Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
918) Mentol aşağıdakı qruplardan hansına aiddir?
A) Alkaloidlərə

B) Seskviterpenlərə

C) Flavonoidlərə

D) Monoterpenlər qrupuna

E) Antraqlükozidlərə
Ədəbiyyat: Hafiz Əliyеv, Əczaçılıq kimyası, I hissə, Bakı, «Maarif» nəşriyyatı, 1979, 354 s.
919) Paraform hansı maddənin polimerləşmə məhsuludur?
A) Benzolun

B) Formaldehidin

C) Fenolun

D) Furasilinin

E) Sadalananların heç biri
Ədəbiyyat: Hafiz Əliyеv, Əczaçılıq kimyası, I hissə, Bakı, «Maarif» nəşriyyatı, 1979, 354 s.
920) Mentol hansı bitki növündən alınır?
A) Artemisia absinthium

B) Mentha aquatica

C) Eucalyptus cinerea

D) Mentha specata

E) Mentha piperitae
Ədəbiyyat: Фармакогнозия ( Учебное пособие ) / Под редакцией Г.П.Яковлева/. С-П. 2006.
921) Tərkibində alkaloidlər olan dərman bitki xammalı hansıdır?
A) Söyüdgülü (Nerium)

B) Qaragilə (Vaccinium)

C) Bat - bat (Hyoscyamus)

D) Sofora (Sophora)

E) İtburnu (Rosa)
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İsmayılova. Farmakoqnoziya, B., 1984.
922) Tərkibində antraqlikozidlər olan dərman bitki xammalı hansıdır?
A) Xoruzgülü otu (Herba Adonidis)

B) Murdarça qabığı (Cortex Frangulae)

C) Gicitkan (Urtica)

D) Qaragilə (Vaccinium)

E) Sumaq (Rhus)
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İsmayılova. Farmakoqnoziya, B., 1984.
923) Tərkibində vitaminlər olan dərman bitki xammalı hansıdır?
A) Bat-bat (Hyoscyamus)

B) May inciçiçəyi (Convallaria majalis)

C) Sofora (Sophora)

D) Murdarça qabığı (Cortex Frangulae)

E) Çaytikanı (Hippophaё)
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İsmayılova. Farmakoqnoziya, B., 1984.
924) Tərkibində saponinlər olan dərman bitki xammalı hansıdır?
A) Biyan kökü ( Radix Glycyrrhizae)

B) Bat-bat (Hyoscyamus)

C) Murdarça qabığı (Cortex Frangulae)

D) Sofora (Sophora)

E) May inciçiçəyi (Convallaria majalis)
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İsmayılova. Farmakoqnoziya, B., 1984.
925) Tərkibində aşı maddələri olan bitki xammalı hansıdır?
A) Sabunotu (Saponaria)

B) Pişikotunun kökü (Radix Valerianae)

C) Qıfotu (Vinca)

D) İtburnu (Rosa)

E) Palıd qabığı (Cortex Quercus)
Ədəbiyyat: Ю.Б.Керимов, Н.А.Исламова, Д.С.Халилов, Р.Э.Джафарова, Т.А.Сулейманов, Д.И.Исаев, Э.М.Агаев. Перспектива использования лекарственного растительного сырья и производства фитопрепаратов в Азербайджане. Баку, 1996.
926) Hansı təsir rezorbtiv və ya ümumi təsir adlanır ?
A) Dərman vasitəsinin xəstəliyin səbəbini aradan qaldıran təsiri

B) Dərman vasitəsinin xəstəliyin simptomlarını aradan qaldıran təsiri

C) Dərman maddəsinin bilavasitə yeridildiyi nahiyəyə göstərdiyi təsir

D) Dərman maddəsinin seçici olaraq hər hansı orqana göstərdiyi təsir

E) Dərman maddəsinin qana sorulduqdan sonra orqanizmə göstərdiyi təsir
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
927) Dərman maddəsinə qarşı vərdişolma dedikdə nə başa düşülür?
A) Orqanizmə təkrar yeridilmə zamanı dərman maddəsinin təsirinin güclənməsi

B) Orqanizmə təkrar yeridilmə zamanı dərman maddəsinin xaric olmasının ləngiməsi

C) Orqanizmə təkrar yeridilmə zamanı dərman maddəsinin təsirinin zəifləməsi

D) Orqanizmə təkrar yeridilmə zamanı dərman maddəsinin orqanizmdə toplanması

E) Orqanizmə təkrar yeridilmə zamanı dərman maddəsinin xaric olmasının sürətlənməsi
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
928) Eyni zamanda qaraciyərin mikrosomal fermentləri induktorlarının qəbulu dərman maddəsinin metabolizminə necə təsir göstərir?
A) Dərman maddəsinin dozasından asılı olaraq müxtəlif təsir göstərir

B) Dərman maddəsinin metabolizmi güclənir

C) Heç bir təsir göstərmir

D) Dərman maddəsinin metabolizmi zəifləyir

E) Dərman maddəzinin qan plazmasında tarazlıq konsentrasiyası yaranana qədər metabolizmi güclənir, sonra isə tədricən zəifləyir.
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
929) Qanın plazma zülalları ilə birləşmə dərəcəsi daхilə qəbul olunan dərman maddəsinin biomənimsənilmə əmsalına necə təsir göstərir?
A) Təsir göstərmir

B) 3 dəfə azaldır

C) İkiqat artırır

D) 3 dəfə artırır

E) İkiqat azaldır
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
930) Dərman vasitələrinin orqanizmdən хaric olmasının miqdari хarakteristikasını ifadə edən termin hansıdır?
A) Xaricolma

B) Klirens

C) Paylanma

D) Toplanma

E) Sorulma
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
931) Qan plazmasında dərman maddəsinin konsentrasiyasının 50%-ə qədər azalma müddəti hansı terminlə ifadə olunur?
A) “Eliminasiya”

B) “Təsir müddəti”

C) “Proliferasiya”

D) “Parçalanma dövrü”

E) «Yarımparçalanma dövrü»
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
932) Qana sorulması, orqanizmdə toplanması, paylanması, metabolizmi və orqanizmdən xaric olma yolları dərman maddəsinin hansı xassələrinə aiddir?
A) Farmakokinetik

B) Farmakodinamik

C) Toksikoloji

D) Terapevtik

E) Farmakoterapevtik
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
933) Dərman maddəsinin ilk dəfə yeridilməsinə qarşı orqanizmin atipik reaksiyası necə adlanır?
A) Yüksək həssaslıq

B) Taxifilaksiya

C) Idiosinkraziya

D) Tolerantlıq

E) Allergiya
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
934) Sürətlə baş verən tolerantlıq necə adlanır?
A) Dərmandan asılılıq

B) Allergiya

C) Yüksək həssaslıq

D) Taхifilaksiya

E) İdiosinkraziya
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
935) Eksperimentdə heyvanların 50 %-də ölüm törədən dozanın təcrübə heyvanlarının 50 %-də farmakoloji effekt törədən dozaya olan nisbətini ifadə edən termin hansıdır?
A) Toksiki təsir əmsalı

B) Minimal effektiv doza

C) Terapevtik indeks

D) Maksimal effektiv doza

E) Biomənimsənilmə əmsalı
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
936) Teturam nə zaman istifadə olunur?
A) Mədə-bağırsaq pozğunluqlarında

B) Narkotik asılılıq zamanı

C) Tənəffüs yollarının obstruktiv xəstəliklərində

D) Xroniki alkoqolizm (etanolla хroniki zəhərlənmə) zamanı

E) Siqaretdən asılılıq zamanı
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
937) Trimetadion (trimetin) nə üçün istifadə olunur?
A) Psixomotor ekvivalentlik zamanı

B) Epilepsiyanın kiçik qıcolma tutmalarının qarşısını almaq üçün

C) Mioklonus-epilepsiya zamanı

D) Epileptik status zamanı

E) Epilepsiyanın böyük qıcolma tutmalarının qarşısını almaq üçün
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
938) Aşağıdakı ifadələrdən hansı Triheksifenidilə (Siklodol) aid deyildir?
A) Parkinsonizm zamanı istifadə olunur

B) Qlaukoma zamanı istifadə edilməsi əks göstərişdir

C) Mərkəzi və periferik təsirli xolinoblokatordur

D) Epileptik tutmaların aradan qaldırılması üçün istifadə olunur

E) Ağızda quruluq, akkomodasiyanın pozulması, nəbzin sürətlənməsi kimi əlavə təsirlər törədə bilər
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
939) Aşağıdakı antibiotiklərdən hansı bakterisid təsirə malik deyil?
A) Seftriakson

B) Xloramfenikol (Levomisetin)

C) Benzilpenisillin

D) Sefazolin

E) Ampisillin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
940) Benzilpenisillin nə üçün daxilə istifadə olunmur?
A) Bu zaman psevdomembranoz kolitin yaranma ehtimalı yüksək olduğu üçün

B) Daxilə qəbul zamanı onun təsirinə qarşı mikroorqanizmlərin rezistent formalarının inkişaf sürəti böyük olduğu üçün

C) Mədə-bağırsaq sisteminə güclü qıcıqlandırıcı təsir göstərdiyi üçün

D) Daxilə qəbul zamanı ağır allergiya törətdiyi üçün

E) Mədənin turş mühitində parçalandığı üçün
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
941) Aşağıdakı preparatlardan hansı antibiotik deyil?
A) Seftriakson

B) Benzilpenisillin

C) Para-aminosalisil turşusu

D) Sefazolin

E) Ampisillin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
942) Uzunmüddətli təsirə malik penisillin preparatı hansıdır?
A) Benzilpenisillinin natrium duzu

B) Ampisillin

C) Oksasillin

D) Benzilpenisillin-Benzatin (Bisillin-1)

E) Seftriakson
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
943) Makrolid antibiotiklərə aid olmayan preparat hansıdır
A) Oleandomisin

B) Spiramisin

C) Roksitromisin

D) Eritromisin

E) Nistatin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
944) Aşağıdakı antibiotiklərdən hansı aminiqlikozidlərə aid deyil?
A) Gentamisin

B) Xloramfenikol (Levomisetin)

C) Kanamisin

D) Streptomisin

E) Neomisin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
945) Aşağıdakı antibiotiklərdən hansı müalicəvi dozalarda bakterisid təsirə malikdir?
A) Spiramisin

B) Benzilpenisillin

C) Xloramfenikol

D) Tetrasiklin

E) Eritromisin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
946) Müalicəvi dozalarda bakteriostatik təsir göstərən antibiotik hansıdır?
A) Tetrasiklin

B) Sefazolin

C) Benzilpenisillin

D) Ampisillin

E) Seftriakson
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
947) Bisillinlər orqanizmə hansı yolla yeridilir
A) Venadaxili

B) Onurğa kanalına yeridilir

C) Arteriyadaxili

D) Daxilə qəbul edilir

E) Əzələdaxili
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
948) Aşağıdakılardan hansı yarımsintetik penisillin preparatı deyil?
A) Ampisillin

B) Oksasillin

C) Piperasillin

D) Amoksisillin

E) Benzilpenisillin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
949) Benzilpenisillin-Benzatinin (Bisillin-1) inyeksiya üçün suspenziyasını hazırlamaq üçün hansı həlledicilərdən istifadə edilir?
A) Göstərilən həlledicilərin hamısından

B) İnyeksiya üçün sudan və ya natrium-xloridin izotonik məhlulundan

C) Yalnız 0,9%-li novokain məhlulundan

D) 0,9%-li novokain məhlulundan və ya 1%-li lidokain məhlulundan

E) Yalnız 1%-li lidokain məhlulundan
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
950) Penisillinlərin təsir mexanizmi nəyə əsaslanır?
A) Bakteriyaların sitoplazmatik membranının keçiriciliyini pozurlar

B) Bakterial hüceyrələrdə DNT sintezini pozurlar

C) Bakterial hüceyrələrdə RNT sintezini pozurlar

D) Onlar bakteriyaların hüceyrə divarının sintezini pozurlar

E) Ribosom səviyyəsində hüceyrədaxili zülal sintezini pozurlar
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
951) Aşağıdakılardan hansı makrolid antibiotiklərin təsir mexanizmini əks etdirir?
A) Bakteriyaların sitoplazmatik membranının keçiriciliyini pozurlar

B) Bakterial hüceyrələrdə DNT sintezini pozurlar

C) Bakteriyaların hüceyrə divarının sintezini pozurlar

D) Onlar bakteriya hüceyrələrində ribosom səviyyəsində hüceyrədaxili zülal sintezini pozurlar

E) Bakterial hüceyrələrdə RNT sintezini pozurlar
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
952) Sefalosporinlərin təsir mexanizmi nədən ibarətdir?
A) Bakterial hüceyrələrdə RNT sintezini pozurlar

B) Bakteriyaların sitoplazmatik membranının keçiriciliyini pozurlar

C) Bakterial hüceyrələrdə DNT sintezini pozurlar

D) Onlar bakteriyaların hüceyrə divarının sintezini pozurlar

E) Ribosom səviyyəsində hüceyrədaxili zülal sintezini pozurlar
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
953) Aşağıdakı ifadələrdən hansı aminoqlikozidlərin təsir mexanizmini düzgün əks etdirir?
A) Bakteriyaların hüceyrə divarının sintezini pozurlar

B) Bakteriyaların sitoplazmatik membranının keçiriciliyini pozurlar

C) Bakterial hüceyrələrdə RNT sintezini pozurlar

D) Onlar bakteriya hüceyrələrində ribosom səviyyəsində hüceyrədaxili zülal sintezini pozurlar

E) Bakterial hüceyrələrdə DNT sintezini pozurlar
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
954) Aşağıdakı ifadələrdən hansı aminoqlikozidlərin təsir mexanizmini düzgün əks etdirir?
A) Bakterial hüceyrələrdə DNT sintezini pozurlar

B) Bakteriyaların sitoplazmatik membranının keçiriciliyini pozurlar

C) Bakterial hüceyrələrdə RNT sintezini pozurlar

D) Onlar bakteriya hüceyrələrində ribosom səviyyəsində hüceyrədaxili zülal sintezini pozurlar

E) Bakteriyaların hüceyrə divarının sintezini pozurlar
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
955) Uzun müddət istifadə edildikdə hipokaliemiya törədən sidikqovucu (diuretik) preparat hansıdır
A) Furosemid

B) Qeyd edilən preparatların hamısı

C) Spironolakton

D) Triamteren

E) “Triampur kompozitum”
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
956) Kaliumqoruyucu effektə malik olmayan diuretik hansıdır
A) Qeyd edilən preparatların hamısı

B) Triamteren

C) “Triampur kompozitum”

D) Spironolakton

E) Furosemid
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
957) Karboanhidrazanın inhibitorları qrupuna aid olan diuretik hansıdır?
A) Asetazolamid (Diakarb)

B) Mannitol (Mannit)

C) Furosemid (Laziks)

D) Spironolakton (Veroşpiron)

E) Etakrin turşusu (Uregit)
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
958) Hansı preparat ilgək diuretikləri qrupuna aiddir?
A) Asetazolamid (Diakarb)

B) Hidroxlortiazid

C) Spironolakton (Veroşpiron)

D) Mannitol (Mannit)

E) Etakrin turşusu (Uregit)
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
959) Aşağıdakı ifadələrdən hansı yanlışdır?
A) Etakrin turşusu kaliumqoruyucu diuretikdir

B) Spironolakton ilgək diuretiki deyil

C) Asetazolamid (Diakarb) karboanhidrazanın inhibitorudur

D) Furosemid ilgək diuretikidir

E) Mannitol (Mannit) osmotik diuretikdir
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
960) Aşağıdakı ifadələrdən hansı yanlışdır?
A) Furosemid ilgək diuretikidir

B) Fraksiparin yüksəkmolekullu heparin preparatıdır

C) Metamizol-natriumdan (Analgin) uzun müddət istifadə zamanı leykopeniya və aqranulositiz baş verə bilər

D) Asetilsalisil turşusu aspirinin beynəlxalq patentləşdirilməmiş adıdır

E) Kodein tiryək alkaloididir
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
961) Aşağıdakı ifadələrdən hansı düzgündür?
A) Nitroqliserin stenokardiya tutmalarını aradan qaldırmaq üçün istifadə olunan ən təsirli preparatdır

B) Hamısı düzgündür

C) Difenhidramin-hidroxlorid (Dimedrol) H1-histamin reseptorları blokadaya alan antihistamin maddədir

D) Analginin beynəlxalq patentləşdirilməmiş adı metamizol natriumdur

E) Eritromisin makrolid antibiotikdir
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
962) Aşağıdakı ifadələrdən hansı düzgün deyil?
A) Qlaukoma zamanı atropin-sulfatın istifadəsi əks göstərişdir

B) Beta adrenoblokatorlar bronxial astma tutmalarını zəiflədir

C) Xolosas itburnu meyvələrinin qatı ekstraktından və şəkərdən hazırlanmış preparatdır

D) Xolosas xolesistitdə və hepatitdə istifadə olunur

E) Drotaverin (No-şpa) öd yollarının və Oddi sfinkterinin spazmı ilə müşayiət olunan xəstəliklərdə istifadə olunur
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
963) Düzgün ifadəni göstərin
A) Diuretiklərdən gecələr sidiyini saxlaya bilməyən uşaqların müalicəsi üçün istifadə olunur

B) Gənəgərçək yağından əsasən xroniki qəbizlik zamanı istifadə olunur

C) Qlaukoma zamanı pilokarpin-hidroxloridin istifadəsi əks göstərişdir

D) Maaloks algeldratla (Alüminium-hidroksid) maqnezium-hidroksidin kombinə- olunmuş preparatıdır

E) Antasid preparatlardan mədənin şirə ifrazını artırmaq üçün istifadə olunur
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
964) Aşağıdakı ifadələrdən hansı düzgündür
A) Pilokarpindən qlaukoma zamanı istifadə olunur

B) Mannitol (Mannit) osmotik diuretikdir

C) Hamısı düzgündür

D) Prazikvantel bağırsaqdankənar helmintozlarda istifadə olunan antihelmint preparatdır

E) Flukonazol güclü antifunqal təsirə malik preparatdır
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
965) Düzgün olmayan ifadəni göstərin.
A) Hiperqlikemiya zamanı dil altına bir parça qənd qoymaq lazımdır

B) Mannitol hipoqlikemik preparatdır

C) Heç bir ifadə düzgün deyil

D) Omnopon kombinəolunmuş qeyri-narkotik analgetikdir

E) İnsulin preparatları kəskin hipoqlikemiyanı aradan qaldırmaq üçün istifadə olunan əsas preparatlardır
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
966) Aşağıdakılardan hansı loperamidin təsir mexanizmini əks etdirir?
A) Suyun və elektrolitlərin ifrazına mane olur

B) Bağırsaq sfinkterlərinin tonusunu yüksəldir

C) Hamısı

D) Bağırsaqda yerləşən opioid reseptorları stimullaşdırır

E) Bağırsağın peristaltikasını tormozlayır
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
967) Xroniki qəbizlik zamanı hansı işlədicidən istifadə etmək daha məqsədəuyğundur?
A) Maqnezium-sulfat

B) Hamısını istifadə etmək olar

C) Heç birini istifadə etmək olmaz

D) Gənəgərçək yağı

E) Senade
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
968) H. pylori-yə qarşı bakterisid təsir göstərən preparat hansıdır?
A) Sukralfat (Venter)

B) Bismut-3-kalium disitrat (De-nol)

C) Omeprazol

D) Simetidin

E) Almagel
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
969) Öskürək məskəzinin oyanıqlığını azaltmaq üçün hansı preparatdan istifadə olunur
A) Kodein

B) Asetilsistein

C) Morfin

D) Mukaltin

E) Eufillin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
970) Bütün qeyri-steroid iltihabəleyhinə preparatların əlavə təsirləri hansıdır?
A) Hepatotoksik təsir

B) Nefrotoksik təsir

C) Ototoksik təsir

D) Kardiotoksik təsir

E) Mədə-bağırsaq sisteminin selikli qişasına qıcıqlandırıcı təsir
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
971) Hipolipidemik dərman vasitələrinin istifadəsinə göstərişlər hansıdır?
A) Aterosklerozun profilaktikası və müalicəsi

B) Mədə-bağırsaq pozğunluğu

C) Arterial hipertenziya

D) Ürək çatışmazlığı

E) Qaraciyərin disfunksiyası
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
972) Aprotininin (Kontrikal) istifadəsinə göstərişləri qeyd edin
A) Qəbizlik

B) Hipasid qastrit

C) Hiperasid qastrit

D) Xroniki pankreatit, mədəaltı vəzinin xərçəngi

E) Kəskin pankreatit, xroniki pankreatitin kəskinləşməsi, mədəaltı vəzinin xərçəngi
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
973) Triheksifenidilin (Siklodol) parkinsonizm əleyhinə təsir mexanizmi nəyə əsaslanır
A) Dofaminergik neyronların baş beyin qabıqaltı törəmələrinə göstərdiyi tormozlayıcı təsiri zəiflətməsinə

B) Dofaminergik neyronların baş beyin qabıqaltı törəmələrinə göstərdiyi tormozlayıcı təsiri gücləndirməsinə

C) Хolinergik innervasiyanı tormozlamasına

D) MSS-də asetilxolinin konsentrasiyasını artırmasına

E) Xolinergik innervasiyanı stimullaşdırmasına
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
974) Fraksiparin dərman preparatlarının hansı sinfinə aiddir?
A) Proteazanın inhibitoru

B) Fibrinolitik

C) K vitamininin antaqonisti

D) Antiaqreqant

E) Kiçikmolekullu heparin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin